Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-240/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X45 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2532/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində "Şabandağ" bağçılıqyoldaşlığı tərəfindən İddiaçı ayrılmış 17 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Şabandağ” bağçılıq-yoldaşlıq təsərrüfatı kollektivinin üzvüdür. Ona Şabandağ sahəsində sahəsi 12 sot olan 17 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhər X30 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. “Bağçının üzvlük kitabçası”na əsasən İddiaçı 1991-ci ildə “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığına qəbul edilmiş, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv.metr olan 17 saylı bağ sahəsi verilmişdir. 21 yanvar 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət etmişdir. Cavabdeh orqanın 31 mart 2022-ci il tarixli bildirişi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının verilməsi, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması və 17 saylı bağ sahəsinin ərazisinə digər fiziki şəxsin müraciətinin olması göstərilmişdir. Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin Qaradağ rayonu X30 İcraiyyə Komitəsini tərəfindən təsdiq olunan ilkin 50 nəfərlik siyahısında iddiaçının adı sıra sayı ilə 5-ci yerdə, cəmiyyətin torpaq sahəsi ilə bağlı 67 nəfərlik siyahısında isə iddiaçının adı sıra sayı ilə 19-cu yerdə qeyd olunmuşdur. Həmçinin bağçılıq yoldaşlığın mərhum sədri Leyla Mirəliyevonın təsdiqlədiyi 72 nəfərlik siyahıda sıra sayı ilə 18-ci yerdə, o cümlədən bağçılıq-yoldaşlığın hazırkı sədri Şamil Abbasovun təsdiqlədiyi 83 nəfərlik siyahıda isə sıra sayı ilə 18-ci yerdə iddiaçının adı qeyd olunmuşdur. İmtina bildirişində cavabdeh digər fiziki şəxsin adını, soyadını, atasının adını və onun iddiaçının qanuni istifadəsində olan bağ sahəsinə müraciətinin nə vaxt qeydə alınması ilə məlumatları qeyd etməmişdir. Böyük ehtimalla ərazidə ölçmə işlərinin aparılması zamanı koordinatlar səhv salınmışdır. Çünki 17 saylı bağ sahəsi 1991-ci ildən iddiaçının qanuni istifadəsindədir. Bağın qonşularla sərhədi dəqiq bilinir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-2532/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “Şabandağ” bağçılıqbostançılıq cəmiyyətinin üzvü olmuşdur və ona Şabandağ sahəsində sahəsi 1200 kv.m olan 17 saylı bağ sahəsi ayrılmışdır. Bu, Bakı şəhər X30 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin rəhbərliyinin va İdarənin həmkarlar təşkilatının 5 mart 1990-cı il tarixində birgə iclasında kollektiv bağçılıq-bostançılıq təsərrüfatının yaradılması barəsində 10 nömrəli protokolu ilə təsdiq olunur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş bağçının üzvlük kitabçası, protokoldan çıxarış, 17 saylı bağ sahəsinin plan-cizgisi, iddiaçının da daxil olduğu bağçılıq-bostançılıq kollektivinin üzvlərinin ümumi siyahısı və s. iddiaçının həmin bağ sahəsi üzərində hüquqlarının əmələ gəlməsinin əsaslarını təşkil edir. Başqa sözlə, qanunvericiliyin tələblərinə əsasən iddiaçının iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar mövcuddur. Mübahisələndirilən qərarda isə iddia tələbinin təmin edilməsi üçün kifayət edən sənədlərə - üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarışa, “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin sədri tərəfindən imzalanaraq kollektivin möhürü ilə təsdiq edilmiş kollektiv üzvlərinin ümumi siyahısına hər hansı bir münasibət bildirilməmişdir. Məhkəmə iddianı rədd edərkən istinad etdiyi yeganə əsas sözügedən topraq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən X71 verilməsi, iddiaçının həmin sərəncamı mübahisələndirməməsidir. Məhkəmə iddiaçıya məxsus torpaq sahəsinin Fonda verilməsinin qanuni olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi 17 saylı bağçının üzvlük kitabçasına, Bakı şəhəri X30 İcraiyyə Komitəsinin torpaq sahəsinin ayrılması haqqında 11/546 saylı xx.xx.1991-ci il tarixli qərarından arxiv çıxarışına və digər sənədlərə hər hansı bir mübasibət bildirməmişdir. Qanunvericiliyə əsasən 17 saylı bağ sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməlidir. Belə ki, sözügedən torpaq sahəsi iddiaçının istifadəsinə qanuni əsaslarla, Bakı şəhər X30 İcraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarı və 26 Bakı Komissarı NQÇİ-nin “Şabandağ” bağçılıq-bostançılıq cəmiyyətinin protokolu ilə verilmişdir. Bakı İnzibati Məhkəmənin mübahisələndirilən qərarı qanunvericiliyin tələblərinə ziddir və bu baxımdan da apellyasiya qaydasında ləğv edilməlidir. Cavabdeh inzibati orqanın 31 mart 2022-ci il tarixli imtina bildirişində idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adının olmaması qeyd edilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə isə onun adı bağçılıq- yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında 5-ci sırada yer almışdır. İddianı rədd edən məhkəmə cavabdeh qurumun iddiaçının adının “Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilinə, guya iddiaçının adının həmin siyahıda olmamasına hər hansı bir münasibət bildirməmiş, yanlış olaraq iddiaçıya heç bir aidiyyəti olmayan tamamilə başqa bir qurumun “Qaradağneft” NQÇİ-nin bağçılıq yoldaşlığı üzvlərinin siyahısına istinad etmişdir. Məhkəmənin bu Azərbaycan mövqeyi Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli Sərəncamının 2.2-ci bəndinə ziddir. Bu səbəbdən də mübahisələndirilən qərar qanunsuz və asassızdır və apellyasiya qaydasında ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: idarədə mövcud olan arxiv məlumatlarına əasasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmişdir, həmçinin həmin əraziyə digər fiziki şəxsin müraciəti mövcuddur. İş materiallarında olan Bağçının üzvlük kitabçasının və “26 Bakı komissarı” adına Neft-Qaz Çıxarma İdarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışın surətlərindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə “Şabandağ” bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, ona Şabandağ sahəsində “Şabandağ" bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən baş plana əsasən 1200 kv.m olmaqla 17 saylı bağ sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamına əsasən Binəqədi rayonu Xocasən kəndinin şərqində Xocəsən gölünün ətrafında yerləşən Universitet Kampusunun tikintisi üçün X65 daimi istifadəsinə ayrılmış ümumi sahəsi 17276776 kv.m olan torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. X66 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından görünür ki, İddiaçı “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatının üzvü kimi ona ayrılmış 17 nömrəli bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələb edir. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu isə müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən ərazidə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsin adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) mövcuddur. Belə ki, X66 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamına əsasən verilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 №li sərəncamından göründüyü kimi X65 xx.xx.2005-ci il tarixli 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocəsən gölünün ətrafındakı torpaq sahəsinin, universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün həmin Fondun daimi istifadəsinə verilməsi qərara alınmışdır. Bundan başqa, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X39, X1, X2, X23, X52, X70, X40, X62, X14, X41, X53, X15, X42, X43, X24, X25, X34, X5, X16, X17 və X12 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamışdır (iddia müddəti buraxıldığına görə). Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-3096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6178/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-841/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3096/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X63, X35 və X7 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara aid hissədə ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamışdır (iddia müddəti buraxıldığına görə). Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-3169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2303/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-900/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3169/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11682/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçılar X36, X8, X9, X54, X55, X18, X26, X19, İddiaçı, X3, X44, X13, X64, X28, X4, X29, X37 və X10 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı «Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı və xx.xx.2006-cı il tarixli 142 saylı sərəncamlarının iddiaçılara məxsus bağ sahələrinə düşən hissədən ləğv edilməsi» tələbinə dair iddia mümkün sayılmamış, iddia müddətinin ötürülməsinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-450/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11682/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1892/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-450/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin icraata qəbulundan imtina edilmişdir (mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, həmin təcrübənin kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi, təcrübənin tərəflər üçün əlçatan və bəlli olması). Göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı «Şabandağ» bağçılıq-bostançılıq yoldaşlığının üzvləri olduqlarını iddia edən şəxslər, o cümlədən İddiaçı tərəfindən mübahisələndirilsə də, iddia tələbləri iddia müddəti buraxıldığı üçün mümkün sayılmamışdır və qərardadlar qanuni qüvvəyə minmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı Sərəncamı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2532/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-240/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-240/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver