Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2400/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixində Göyçay rayonunun Qarayazı kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-7976/2021 saylı qərardadına əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 28.10.2020-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-337/2021 saylı, 24.05.2021-ci il tarixli qərardadı ilə (hakim İ.Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (publik hüquqi şəxs) qarşı "ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara, yəni məcburetmə haqqında iddialara aiddir. Cavabdeh tərəfindən avtomatlaşdırılmış elektron sistem üzərindən iddiaçıya verilmiş imtina inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olduğu halda, hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan faktiki xarakterli hərəkət edilmiş, iddiaçının hüquqi vəziyyətində heç bir dəyişiklik baş verməmişdir. Odur ki, tələb mübahisələndirmə haqqında deyil, məcburetmə haqqında iddia növünə aid olduğundan, işə İPM-in 8.1.4-cü maddəsinə müvafiq olaraq cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçının iddia tələbi inzibati orqan kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (publik hüquqi şəxsi) qarşı yönəlmişdir və iddia məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsi tələbini irəli sürsə də, axır nəticədə ona əlillik təyin edilməsini arzulayır. İnzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(112)-7976/2021 saylı qərardadı ilə (hakim P.Hüseynov) İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddia tələbindən görünür ki, iddiaçı ona ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə cavabdehin qərarının ləğv edilməsini tələb edir. Məhkəmə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında iddiaçıya yardım etməyə borcludur. Lakin qeyd olunan halda məhkəmə tərəfindən iddiaçıya yardım edilməmiş, iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar iddiaçıya təklif göndərilməmiş, aydın olmayan iddia tələbi üzrə aidiyyət məsələsi həll edilmişdir. Halbuki yardım edildikdən sonra iddia tələbinin iddiaçı tərəfindən dəqiqləşdirilməməsi iddianın mümkün sayılmaması üçün əsasdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi işə Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hazırkı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hazırkı inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırkı iş üzrə iddiaçının iddia tələbini “ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsi” təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etsə də, iddia ərizəsinin məzmunundan göründüyü kimi onun xahişi ona əlillik dərəcəsinin təyin edilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası İPM-nin 8.1.4-cü maddəsinin əhatə dairəsinə düşdüyündən hazırkı işə cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Hazırkı iş üzrə cavabdehin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerləşdiyi ünvan ünvan 2mə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxil olduğundan, hazırkı işə Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 8, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona İİ dərəcəli əlillik təyin edilməsindən imtina edilməsi barədə cavabdehin 22.09.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2400/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2400/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver