Məhkəmə qərarları › İş №2-1(103)-2400/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2400/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2400/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə X10 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinə qarşı kirayə pulunun hesablanaraq, ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xx.xx.2021-ci il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətlətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət üçün kirayə pulunun hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhər Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat kirayə pulunun hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq, İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı 01.01,2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan kirayə pulunun alınmasını Cavabdehndən rəsmi qaydada tələb etməyərək birbaşa Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmçinin cavabdeh apelyasiya şikayətində əsassız olduğunu, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi təsdiqedici sübutları nəzərə almadığını bildirmişdir. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan sənədlər : AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində doğulmuşdur. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, X2 xx.xx.1983-cü ildə, Sumqayıt şəhərində doğulmuşdur. AZ-İ № 091531 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 arasında 23 yanvar 2004-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin yanvar ayının 23-cü günündə 97 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Ələkbərova soyadı verilmişdir. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, X7 xx.xx.2004-cü ildə, Sumqayıt şəhərində doğulmuşdur. AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, X8 xx.xx.2007-ci ildə, Sumqayıt şəhərində doğulmuşdur. Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş, kirayə verən X5 ilə kirayəçi İddiaçı arasında bağlanmış 05 noyabr 2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi)”dən müəyyən olunur ki, kirayə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 59.6 kv/m, yaşayış sahəsi 44 kv/m, yardımçı sahəsi 15.6 kv/m olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsi (hissələri) kirayə verilmişdir. Kirayə verilən sahənin istifadəsinə görə “Kirayə götürən” İddiaçı “kirayə verən” X3 aylıq 400 manat (dörd yüz manat) kirayə haqqı ödəyir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2293/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, - Cavabdeh başçısının 204 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamı ilə İddiaçı 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısında daxil edilmişdir. - Cavabdeh başçısının 195 nömrəli xx.xx.2020-ci il tarixli Sərəncamı ilə İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh başçısının 204 nömrəli xx.xx.2019-cu il tarixli Sərəncamı ləğv olunmuşdur - İddiaçı Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə, 2019cu ilin yanvar ayından ödənilməmiş kirayə haqqının hər ay 400 (dörd yüz) manat olmaqla, cəmi 4.000 (dörd min) manat ödənilməsi, Cavabdeh başçısının 19 avqust 2020-ci il tarixli 195 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının 4 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülməsi və ehtiyatda olan zabitlərin mənzil uçot siyahısına daxil edilməsi vəzifəsinin qoyulmasını xahiş etmiş, sonradan iddia tələbinin “Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və İddiaçı və ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi oxunmasını xahiş etmişdir. - Qərarla iddianın təmin edilməsi, Cavabdeh başçısının xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və İddiaçı və ailə üzvlərinin mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat kirayə pulunun hesablanaraq, ona ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin 2-ci bəndinin birinci cümləsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddiaçı Cavabdeh Başçısının 204 nömrəli, xx.xx.2019-cu il tarixli Sərəncamı ilə mənzil növbəsinə götürülmüş, ehtiyyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmiş və qanunvericiliyə uyğun olaraq müvəqqəti olaraq mənzil kirayəsi üçün hər ay 375 manat pul ödənilmişdir. Daha sonra Cavabdeh Başçısının 195 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə əvvəlki Sərəncam (iddiaçının mənzil növbəsinə götürülməsi ilə bağlı olan) ləğv edilmiş və buna uyğun olaraq da iddiaçıya hər ay köçürülən məbləğin ödənilməsi dayandırılmışdır. Bundan sonra iddiaçı Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi və yenidən onun və ailə üzvlərinin mənzil növbəsinə bərpa edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iddianın təmin olunması ilə bağlı qərar yuxarı instansiyada qüvvədə qalaraq qanuni qüvvəyə minmişdir. Daha sonra isə iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilən pul məbləğinin ödənilməsi bərpa edilsə də, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə hər ay üçün 375 manat olmaqla hesablanaraq iddiaçıya ödənilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh Başçısının iddiaçının və ailə üzlərinin güzəştli əsaslarla mənzil növbəsindən çıxarılması ilə bağlı qəbul etdiyi Sərəncam ləğv olunmasına baxmayaraq, həmin Sərəncamın hüquqi nəticələri cavabdeh tərəfindən aradan qaldırılmamışdır. Əlavə olaraq cavabdehin apelyasiya şikayətində “İddiaçı kirayə pulunun alınmasını Cavabdehndən rəsmi qaydada tələb etməyərək birbaşa Bakı İnzibati Məhkəməsinə müraciət etməsi” ilə bağlı qeyd editdiyi dəlilinə gəldikdə isə Kollegiya qeyd edir ki, iş materiallarında olan iddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış şikayət ərizəsi və poçt qəbzi cavabdehin müvafiq dəlilini təkzib etməklə, əsassızlığını sübut edir. Beləliklə yuxarda qeyd edilənlərdən də göründüyü kimi mübahisə mahiyyət etibarilə birinci instansiya məhkəməsi tərəfindən düzgün şəkildə həll edilərək, iddiaçıya ödənilməmiş dövrlər üçün kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi ilə nəticələnmişdir. Lakin, apelyasiya instansiyası məhkəməsi araşdırması zamanı cavabdeh inzibati orqana sorğu verilmiş və həmin sorğuya cavab olaraq Məhkəməyə ünvanlanmış 2167/d nömrəli, 14 oktyabr 2022-ci il tarixli sorğuya cavab məktubundan aydın olmuşdur ki, iddiaçıya 2019-cu ilin avqust ayından 2020-ci ilin fevral ayınadək kirayə haqqı ödənilmiş, 2020-ci ilin fevral ayından 2021-ci ilin yanvar ayınadək isə ödənilməmişdir. Bu səbəbdən də Kollegiya hesab edir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən deyil, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək müvəqqəti yaşayış sahəsi kirayəsinin hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki apelyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməklə İddiaçı “Müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4962/2022 saylı, 12 may 2022-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı “Müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrün hər ayı üçün 375 manat olmaqla pulun hesablanaraq ödənilməsi cavabdehə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar