Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2401/2024 01.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) «çıxarışın ləğv edilməsi» tələbinə dair iş üzrə QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X5 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X14) «çıxarışın ləğv edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-867/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən iddiaçının atası X15 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn küçəsi, ev 8 ünvanında yerləşən 0.06237 ha torpaq sahəsini xx.xx.2020-ci il tarixdə üçüncü şəxs X9 anası X10 mülkiyyətinə vermişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.0141 ha torpaq sahəsinə X10 mülkiyyət hüququ xx/xx/2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
3. Bundan sonra Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X16 ünvan 2 ünvanında yerləşən 0.0141 ha torpaq sahəsini X9 mülkiyyətinə vermişdir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.0141 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Müvafiq lisenziyaya malik "xxxx" MMC tərəfindən tərtib edilmiş ünvan 1 ünvanda yerləşən X9 mülkiyyətində olan 0.0141 ha torpaq sahəsində inşa edilmiş 224.85 kv.m fərdi yaşayış evinə dair Memarlıq və Planlaşdırma Bölməsi cavabdeh orqana təqdim edilmişdir.
6. Mülkiyyət hüququ qeydiyyata alınarkən məlumatlandırma icraatı qaydasında xx.xx.2020-ci il tarixdə X14 tərəfindən Sabunçu rayon icra hakimiyyətinə müraciət edilməsinə dair ərizə də cavabdeh orqana təqdim edilmişdir.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən vahid əmlak kimi 224.85 kv.m fərdi yaşayış evinə və 0.0141 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər İddiaçı və X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia tələbi təmin edilməmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-182/2023 saylı, xx.xx.2023-ci il tarixli qərarı ilə X15 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-532/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. İddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək X9 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh ərizəsini təmin etməkdən imtina edərək 06 fevral 2023-cü il tarixli 3-21-3-02/2- KOL-0xx-xx/2022 nömrəli cavab məktubu ilə bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçılar İddiaçı və X6 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evin X9 xüsusi mülkiyyətinə verilməsinə dair xx.xx.2020-ci il tarixli,********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsindən cavabdehin imtinasının qanunsuz hesab edilməsi və göstərilən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 ailə üzvləri, yəni arvadı X18, oğlanları İddiaçı, X19 və qızı üçüncü şəxs X14 ilə birlikdə ünvan 3 ünvanında yaşamışlar. 2004-cü ildə həmin ailədə olan razılığa əsasən yaşadıqları həyətdə 2 mərtəbəli evin inşasına başlamışlar. Ailə üzvləri evin tikintisi başa çatdıqdan sonra İddiaçı valideynləri, öz gələcək həyat yoldaşı, habelə bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədova ilə həmin evdə, ailənin digər oğlu Nemətin isə ailə üzvləri ilə köhnə evdə yaşayacaqları barədə razılığa gəlmişlər. Ev ata Vaqif Əhmədovun və oğul İddiaçı vəsaiti və zəhməti hesabına tikilərək tikinti 2010-cu ildə başa çatmışdır. 2010-cu ilin noyabr ayında evin inşası başa çatdıqdan sonra İddiaçı ailə həyatı quraraq, valideynlərinin və bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədovanın razılığı və iştirakı ilə iddiaçı Əfsanə Əhmədovanın cehiz əşyaları ilə birlikdə gəlin kimi həmin evə köçürüb, ər-arvad qismində birgə yaşamağa başlamışlar. 2017-ci ildə iddiaçıların vəsaiti və zəhməti hesabına evin 3-cü mərtəbəsi, yəni mansardı inşa edilmişdir. Evin 1-ci və 3-cü mərtəbələrinin plastik qapı və pəncərələrinin pulu və ustaların zəhmət haqqı oğul İddiaçı tərəfindən ödənilmişdir. Evin döşəməsi, tavanı və bir sıra inşaat işləri sırf İddiaçı vəsaiti hesabına həyata keçirilmişdir. Evin tikintisinə üçüncü şəxs Leyla Əhmədovanın və ya hər hansı başqa bir şəxsin heç bir vəsaiti və əməyi sərf olunmamışdır. 2010-cu ilin noyabr ayında evin inşası başa çatdıqdan sonra İddiaçı ailə həyatı quraraq iddiaçı Əfsanə Əhmədovanı gəlin kimi, ailə üzvü qismində ilk olaraq həmin evə köçürüb ər-arvad qismində birgə yaşamağa başlamışlar. Təxminən 1-2 ay sonra İddiaçı valideynləri və bacısı, iş üzrə üçüncü şəxs Leyla Əhmədova həmin evə köçərək birlikdə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. 2017-ci ildə tərəflər aralarında olan razılığa əsasən belə qərara gəlmişlər ki, evin 3-cü mərtəbəsini, yəni mansardını inşa etsinlər. Yaşadıqları ərazinin plana düşməsi barədə gedən söz-söhbətlə əlaqədar, evin plana düşəcəyi təqdirdə İddiaçı bacısı Leyla Əhmədovaya 1 otaqlı mənzil alıb, qalan pula isə özlərinə ev almaqla bağlı şərt kəsmişlər. Beləliklə, əsasən İddiaçı və həyat yoldaşının qazancı hesabına mansardı həmin ildə inşa edib başa çatdırmışlar. Bu səbəbdən evin mansard hissəsinə İddiaçı həyat yoldaşı Əfsanə Əhmədovanın da mülkiyyət hüququ vardır. Qeyd olunanlar bir daha onu sübut edir ki, İddiaçı atası ilə birlikdə inşa etdikləri ev ümumi mülkiyyət hüququ əsasında Vaqif Əhmədova, İddiaçı və onun həyat yoldaşı iddiaçı Əfsanə Əhmədovaya məxsusdur. Belə olduğu halda iddiaçılar İddiaçı və onun həyat yoldaşı Əfsanə Əhmədovanın məlumatı və razılığı olmadan, həmin daşınmaz əmlakın, evin inşasında heç bir vəsait xərcləməyən və heç bir əməyi olmayan, İddiaçı bacısı üçüncü şəxs Leyla Əhmədovanın adına rəsmiləşdirilməsi tam qanunsuzdur. Göründüyü kimi, üçüncü şəxs X9 adına (********** qeydiyyat nömrəli) çıxarış verilərkən qanunsuzluğa yol verilmişdir. Ona görə də həmin çıxarış ləğv olunmalıdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli 2(008)-2059/2021 saylı qətnaməsinə əsasən iddiaçılar X15 və X9 cavabdehlər İddiaçı və X4 qarşı müvafiq kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə ilk iddia tələbinə, iddiaçılar İddiaçı və X3 cavabdehlər X15 və X14 və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı reyestr xidmətinin qeydiyyatından çıxarılması, daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və həmin əmlakdakı paya uyğun pulun ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə ilk iddianın təmin edilməsi, İddiaçı, X3 və onlarla birgə yetkinlik yaşına çatmamış xx.xx.2012ci il tarixdə doğulmuş Əhmədov Emin və xx.xx.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçinin ünvan 4 ünvandan X15 tərəfindən 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, ünvan 5 ünvandakı evdən heç bir kompensasiya verilmədən İddiaçı və X3 və onlarla birgə yaşayan yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və xx.xx.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçinin çıxarılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2022-ci il tarixli 2(103)-532/2022 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı və X6 tərəfindən yerilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, ilkin və qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 avqust 2022ci il tarixli 2(103)-532/2022 saylı qərardadına əsasən apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Sabunçu rayon Məhkəməsinin 2(008)-2059/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qarşılıqlı iddia tələbinin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn ünvanındakı torpaq sahəsinin orada inşa edilən fərdi yaşayış evi ilə birlikdə X9 adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmasına dair DƏDRX tərəfindən ********** qeydiyyat nömrəsi ilə verilmiş çıxarışın ləğv edilməsi, həmin ünvanda yerləşən fərdi yaşayış evinin X9 adına rəsmiləşdirilməsinə dair dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 fevral 2023-cü il tarixli 2(102)-182/2023 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 avqust 2022-ci il tarixli 2(103)- 532/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ərizə ilə müraciət olunaraq X9 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Cavabdehin 06 fevral 2023cü il tarixli 3-21-3-02/2-KOL-0xx-xx/2022 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələri məhkəmə qaydasında həll edilir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, üçüncü şəxs X1 yaşayış evinin tikilməsində və təmir edilməsində heç bir əməyi olmamış və heç bir vəsait xərcləməmişdir. Onun özünün məhkəmə iclasında etiraf etdiyi kimi qeyd olunan yaşayış evinin tikilməsi və təmiri atası Vaqif Əhmədovun və qardaşı İddiaçı vəsaiti və əməyi hesabına edilmişdir. Evin inşa edilməsində məqsəd qardaşı İddiaçı ailə həyatı quraraq gələcək həyat yoldaşı ilə həmin evdə yaşaması olmuşdur. Bu razılıq nəticəsində evin inşası 2010-cu ildə başa çatmış və Leyla Əhmədovanın qardaşı İddiaçı ailə həyatı quraraq arvadı Əfsanə Əhmədova ilə həmin vaxtdan qeyd olunan evə köçprək hazırki vaxta kimi həmin evdə yaşayırlar. Birgə rəsmi nikahlarından həmin evdə 2 uşaqları doğulmuşdur. Bundan yalnız 10 il sonra Leyla Əhmədova sözügedən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinə bağışlanma müqaviləsi əsasında mülkiyyət hüququ əldə edərkən həmin torpaq sahəsində yerləşən yaşayış evinə də dair vahid əmlak kimi çıxarış almışdır. Halbuki onun qeyd olunan yaşayış evinə dair hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmamış və həmin ev üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Qeyd olunanlardan əlavə, Leyla Əhmədova həmin evin, qardaşı İddiaçı və qardaşı arvadı Əfsanə Əhmədovanın hüquqları ilə bağlı yüklülüyü ilə bağlı məlumatı olmuşdur.
13. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Qeyd edilmişdir ki, iddiaçıların iddia tələbi qanunsuz və əsassız olduğu üçün mümkün sayıla bilməz. İlk növbədə qeyd edilməlidir ki, iddiaçıların belə bir iddia tələbi irəli sürməsi üçün subyektiv hüquqları yoxdu. İddiaçılar iddia tələbini onunla əsaslandırırlar ki, 2004-cü ildən ailə başçısı Vaqif Əhmədovun təşəbbüsü ilə sözü gedən evin inşasına başlanılsa da onun tikintisində Əhmədovun oğlu, İddiaçı həm maliyyə dəstəyi göstərmiş, həm də bilavasitə iştirak etmişdir. Tikinti tam başa çatmasa da, 2010-cu ildən ailə həyatı qurmuş İddiaçı həyat yoldaşı Əfsanə Əhmədova da yeni tikilmiş evə gəlin gələrək bütün ailə ilə birlikdə orada yaşamışlar. Teymurun atası Vaqif Əhmədovla aralarında tikilmiş evin bölüşdürülməsinə dair şifahi razılığı olsa da, 2020-ci ilin dekabrında Daşınmaz Əmlakın Dovlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi evin mülkiyyətçisi kimi X11 tanıyaraq müvafiq çıxarış vermişdir. İşin hallarından məlumdur ki, ev X9 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçılar onların həmin torpaq sahəsi üzərində inşa edilmiş evdə mülkiyyət payının olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici və ya hüquqtəsdiqedici sənəd və s. sübut təqdim etməmişlər. Vaqif Əhmədov da özü tərəfindən inşa edilmiş evdə oğlu İddiaçı mülkiyyət payının olduğunu təsdiq etmir. İddiaçıların mübahisələndirilən evdən istıfadə hüququnun olması isə ona dair mülkiyyət hüquqlarının olduğunu ehtiva etmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). İddiaçıların mübahisə predmeti olan daşınmaz əmlakda paylarının olması inzibati qaydada deyil, mülki məhkəmə icraatı qaydasında müəyyən edildiyi halda cavabdehə Dövlət Reyestrindən verilmiş çıxarış mübahisələndirilə bilərdi. Ona görə də iddianın mümkün hesab edilməməsi xahiş olunmuşdur.
14. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə X14 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs əsl olan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin 2-(112)-7186/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə “X9 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kvm olan tikiliyə dair hissəsinin ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin e-2-(112)-867/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, X9 adına Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı evə dair verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 224,65 kvm olan tikiliyə dair hisəsinin ləğv edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
18. Bakı İnzibati Məhkəməsinin e-2-(112)-867/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs X14 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. İşin hallarından məlumdur ki, ev X9 mülkiyyətində olan torpaq sahəsində yerləşir. İddiaçılar onların həmin torpaq sahəsi üzərində inşa edilmiş evdə mülkiyyət payının olmasını təsdiq edən hər hansı bir hüquqmüəyyənedici və ya huquqtəsdiqedıcı sənəd və s. sübutu məhkəməyə təqdim etməmişlər. X14 atası tərəfindən inşa edilmiş evdə qardaşı İddiaçı mülkiyyət payının olmadığını bildirir. İddiaçıların mübahisələndirilən evdən istifadə hüququnun olması isə ona dair sahiblik və sərəncam vermə, yəni mülkiyyətçi hüququnun olduğunu ehtiva etmir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli qərarı).
20. İş materiallarından görünür ki, mülkiyyət hüququ qeydiyyata alınarkən həmin sənədlər, o cümlədən məlumatlandırma icraatı qaydasında xx.xx.2020-ci il tarixdə X14 tərəfindən Sabunçu rayon icra hakimiyyətinə müraciət edilməsinə dair ərizə də (şikayətə əlavə edilir) Dövlət Reyestrinin ərazi idarəsinə təqdim edilmişdir. Qanunun tələbinə görə tikinti barədə dövlət orqanının məlumatlandırılmasının təsdiq olunması sifarişli poçt göndərişi ilə yanaşı bilavasitə məlumat verilməsini göstərən sənədlə də mümkündür.
21. İddiaçıların mübahisə predmeti olan daşınmaz əmlakda paylarının olması inzibati qaydada deyil mülki məhkəmə icraatı qaydasında müəyyən edildiyi halda onlar iş üzrə maraqlı tərəf hesab edilə bilər və cavabdehə Dövlət Reyestrindən verilmiş Çıxarış mübahisələndirilə bilərdi.
22. İlk olaraq hazırkı mübahisə ilə bağlı iddianın mümkünlüyü məsələsinə baxılmalıdır. iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayıla bilər. Lakin çıxarışın ləğvinin iddiaçının hansı maraqlarına toxunduğu iş üzrə müəyyən edilmir. Əksinə aşağıdakı hallar və sübutları müqayisəli təhlil edərkən çıxarışın ləğvinin və ya ləğv edilməməsinin iddiaçının hüquqlarına hər hansı bir təsirinin olmadığını müşahidə edərik.
23. Hazırkı iddia tələbi üzrə çıxarışın ləğv edilməsi iddiaçıya hər hansı formada üstünlük qazandırmayacaq və ya onun hüquqlarına hər hansı formada təsir etməyəcək. İddiaçının mübahisəli evdən şəxsi servitut hüququnun olduğunu nəzərə alsaq çıxarışın ləğv edilməsi ilə onun servitut hüququna xitam verilmir, belə ki, AR MM-nin 262-ci maddəsinin məzmununda servituta xitam verilmə əsaslarından mülkiyyət hüququ haqqında sənədin ləğvi göstərilməyib. Çıxarışın olduğu və ya olmadığı halda iddiaçının həmin evdən istifadə hüquqlarına xitam verilmir və ya əlavə olaraq ev üzərində hər hansı pay hüququ əldə etmir. Bu məsələ mülki mübahisə predmetidir, üçüncü şəxs evdən istifadə hüququna xitam verilməsi ilə bağlı məhkəməyə ayrıca icraat qaydasında müraciət edə bilər. Hazırkı icraatda iddiaçının istifadə hüquqları mübahisələndirilmir.
24. Digər məsələ ondan ibarətdir ki, iddiaçı hazırkı iş üzrə məhkəmə mübahisəsindən əvvəl məhkəməyə müraciət edərək mübahisəli evin üzərində pay hüququnun müəyyən edilməsi, çəkilmiş xərc kimi 120000 manat məbləğində pulun üçüncü şəxsdən tutulmasını xahiş etmişdir. Hər iki tələbi sübuta yetirilmədiyinə görə rədd olunmuşdur. İddiaçının həmin ev üzərində heç bir payının olmaması ilə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, AR MPM 82.3-cü maddəsinin tələbinə əsasən artıq həmin hallar müzakirə və mübahisə edilə bilməz. İddiaçının qeyd olunan evdə hər hansı payının olması ilə bağlı iş materiallarında heç bir hüquqmüəyyənedici sənəd mövcud deyil.
25. Məhkəmə qərarında çıxarışın ləğv edilmə əsasına nəzər yetirsək görərik ki, sırf formal tələbə görə ləğv edilib, məlumatlandırma icraatı formal tələblərə cavab verməyib. Belə olan halda bu tələblərə riayət edilərək yenidən çıxarışın əldə edilməsi mümkündür, o zaman belə müəyyən olunacaq ki, hazırkı mübahisənin heç bir əhəmiyyəti qalmır, iddiaçının hüquqlarına hər hansı formada təsir müşahidə olunmur. Çıxarış ləğv olunsa da yenidən üçüncü şəxsin adına qeyd edilsə də, iddiaçının istifadə hüquqlarına xitam verilmir.
26. Bundan əlavə, iddianın mahiyyətinə baxdıqda da müəyyən edilir ki, məhkəmə iddianı sırf formal tələblərə əsasən təmin etmişdir. Məlumatlandırma icraatı çərçivəsində inşa edilməli olan tikilinin dövlət qeydiyyatına alınarkən hüquqmüəyyyənedici sənədin məlumatlandırılmalı olan quruma təqdim edilməməsi barədə poçt qəbzinin olmaması əsası ilə qərar qəbul etmişdir. Halbuki bu məsələnin çox sadə bir yolu mövcud olmuş, məhkəmə həmin quruma sorğu verərək sənədin təqdim edilib-edilməməsini müəyyən edə bilərmiş. Poçt qəbzinin olmadığı halda belə “İnzibati icraat haqqında” Qanunun tələblərini nəzərə alsaq məhkəmə sırf formal tələblərə əsasən mülkiyyət hüququ haqqında sənədi ləğv edə bilməzdi. Çıxarışın verilməsi üçün bütün hüquqmüəyyənedici sənədlər mövcud olmuş, təkcə poçt qəbzinin mövcud olmaması əsası ilə çıxarışın ləğv edilməsi ədalət mühakiməsinin mahiyyətinə ziddir.
27. Digər prizmadan yanaşsaq, daşınmaz əmlak X9 mülkiyyətində olan torpaq sahəsində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Bu baxımdan mülkiyyət hüququnun yaranmasının hüquqi əsası mövcuddur. Hətta çıxarışın verilməsinə əsas olmuş bağışlama müqavilələri iddiaçı tərəfindən mübahisələndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddia əsassızdır, müqavilələr qanuni şəkildə imzalanmışdır, qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış olan müqavilədir. Nəticə etibarı ilə çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin heç biri şübhə doğurmur, etibarlı və qanuni sənədlərdir.
28. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 15-ci maddəsində dövlət qeydiyyatına alınmasından imtina əsasları qeyd edilmişdir. Hazırki inzibati işdə bu hüququn qeydə alınmasından imtina əsasları yaranmamışdır. Məhkəmə qərarında qanunun 15.1.1-ci bəndinə istinad edir və bu bəndə əsasən iddianı təmin edir. Lakin məhkəmə tərəfindən həmin norma hazırkı mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, həmin normaya əsasən müraciət olunan hüquq dövlət qeydiyyatına alınmalı deyildirsə dövlət qeydiyyatından imtina üçün əsas ola bilər. Lakin hazırkı halda üçüncü şəxsin hüququ dövlət qeydiyyatına alınmalı olan hüquqdur, çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin heç biri ləğv edilməyib, qüvvədən düşməyib, etibarsız hesab edilməyib. Sırf formal tələb hesab olunan poçt qəbzinin olmaması isə çıxarışın ləğv edilməsinə əsas ola bilməz. Hətta Konstitusiya Məhkəməsinin aşağıda qeyd edilən qərarında müvafiq rəyin alınmamasının inzibati aktın qüvvəsini təsir etmədiyini qeyd etdiyi halda, məhkəmə təkcə poçt qəbzinin olmaması əsası ilə çıxarışı ləğv etmişdir. Qeyd olunan qərarın tələblərini nəzərə alaraq bu absurd əsaslandırma və ədalətsiz mövqedir.
29. Məhkəmə qərarı mülkiyyət hüququ qeydə alınarkən təqdim edilmiş sənədləri iki əsas üzrə təhlil etmişdir. Birincisi, tikili 1 yanvar 2013-cü il tarixinədək inşa edilmişdirsə, sənədlər arasında tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olsa da, yaşayış sahəsinin istismara qəbul aktı və razılaşdırılmış layihə mövcud deyildir. Qərarda müəyyən olunur ki, fərdi yaşayış evinin 2013-cü ildən sonra inşa olunmasına dair icraat həyata keçirilmişdir. Yəni məlumatlandırma icraatı qaydasında inşa edildiyi göstərilir (cavabdeh tərəfindən). Bu baxımdan 2013-cü il 1 yanvar tarixinədək olan tikili zamanı qeyd edilən sənədlərin olması tələb olunmayacaqdır.
30. Qeyd etmək lazımdır ki, mövcud prosessual pozuntular çıxarışın ləğvinə əsas gətirə bilməz. Çünki həmin sənədlər mülkiyyət hüququnu təsdiq edən çıxarışın hüquqi qüvvəsinə təsir etməməklə inzibati icraatda iştirak xarakteri daşımaqda və Çıxarışın verilməsinə yardım etməkdədir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
32. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qanunvericiliyin tələbləri məhkəmə tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, işin faktiki hallarını tam hərtərfli araşdırmamış, bununla da maddi və prosessual normaların tələblərini pozularaq nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Odur ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-867/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
33. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək iddia tələbinə uyğun izahat vermiş, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-867/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra—hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra—dövlət reyestri) aparılır. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;... Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: Maddə 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən X7 Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; Maddə 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; Maddə 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
37. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia)inzibati məhkəmə icraat qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
39. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
42. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı fərdi yaşayış evi üzərində 3-cü şəxs X9 adına aparılmış mülkiyyət hüququna dair qeydiyyatın ləğv edilməsindən ibarətdir.
43. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, həmin hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir”.
44. İş materiallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 0.0141 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müvafiq lisenziyaya malik "xxxx" MMC tərəfindən tərtib edilmiş torpaq sahəsində inşa edilmiş 224.85 kv.m fərdi yaşayış evinə dair Memarlıq və Planlaşdırma Bölməsi cavabdeh orqana təqdim edilmişdir. Mülkiyyət hüququ qeydiyyata alınarkən məlumatlandırma icraatı qaydasında xx.xx.2020-ci il tarixdə X14 tərəfindən Sabunçu rayon İcra Hakimiyyətinə müraciət edilməsinə dair ərizə də cavabdeh orqana təqdim edilmişdir. Həmin sənədlərə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən vahid əmlak kimi 224.85 kv.m fərdi yaşayış evinə və 0.0141 ha torpaq sahəsinə X9 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Qüvvədə olan məhkəmə aktları ilə iddiaçının evə servitut hüququ tanınmışdır.
45. Məhkəmə kollegiyası qeyd edir ki, etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
46. Kollegiya qeyd edir ki, sözügedən halların araşdırılması və müəyyən olunması mübahisəyə dair iş üzrə əsaslı və obyektiv qanunauyğun qərarın qəbulu baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin hallar araşdırılmadan və onlara iş üzrə müəyyən olunmuş digər hallarla birlikdə qiymət verilmədən qəbul olunmuş məhkəmə qərarı əsaslı və obyektiv qərar hesab oluna bilməz.
47. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılır.
48. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunmuşdur ki, cavabdeh inzbati orqan 3-cü şəxsin hüquqlarının qeydiyyatını həyata keçirərkən sözügedən fərdi yaşayış evinin 2013-cü ildən sonra inşa edildiyi nəzərə alınaraq bununla bağlı müvafiq icraatı həyata keçirmişdir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı 3-cü şəxs olan X9 xx.xx.2020-ci il tarixli ərizəsində sözügedən yaşayış sahəsini məlumatlandırma icraatı qaydasında inşa etdiyini bildirmişdir.
49. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2ci maddəsinə əsasən (məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün) torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) bilavasitə məlumat verilməsini təsdiq edən sənədlər mövcud olmuşdur.
50. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır.
51. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.
52. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya aid torpağa mülkiyyət hüququnun qeydə alınmasına dair sənədin etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni torpağın mülkiyyətə verilməsinə dair sənədlər öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır.
53. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
54. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
55. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır.
56. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları kompleks şəkildə təfsir və tətbiq etmişdir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilmişdir.
57. Beləliklə də, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyatı həyata keçirilərkən müvafiq qanunvericliyin tələbləri pozulmamışdır.
58. Digər tərəfdən də qüvvədə olan məhkəmə aktlarından göründüyü kimi iddiaçının iddia tələbinin 8”D” saylı evə münasibətdə həmin evin mülkiyyətçisi olan 3-cü şəxsin həmin evi özəlləşdirərkən iddiaçının uşaqları ilə birlikdə orada yaşamasını və demək ki, həmin tikilinin iddiaçının hüququ ilə yüklü olduğunu bilirdi. Belə olan halda isə iddiaçının həmin evdən çıxarılmasının yalnız müvafiq kompensasiyanın verilməsi ilə mümkün ola bilməsi hüququ vardır. Bu baxımdan iddiaçıya izah olunur ki, həmin hüquqla bağlı mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.
59. İddiaçının dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə çıxarışın verilməsinə əsas olan sənədlər məhkəmədə mübahisələndirilərkən mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət daşıya bilərdi. Hazırkı işdə isə bu dəlillərin araşdırılmasına zərurət aradan qalxmışdır. Çünki, qeyd edildiyi kimi, bağışlama müqavilələri məhkəmədə mübahisələndirilməklə etibarsız hesab edilməmiş və bu barədə məhkəmə qərarı artıq qanuni qüvvəyə minmişdir.
60. Qeyd edilməlidir ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.
62. Nəticə etibarı ilə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının apellyasiya şikayəti təmin olunmalı, mübahisələndirilən qərar ləğv olunmalı, yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır.
63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
QƏRARA ALDİ:
Üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-867/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov