Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2407/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X5 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-550/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli Sərəncamı və həmin Sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamentini X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü il tarixli, 3/8/6 nömrəli Ləhiş ərazisindəki 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında Müqavilə ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar həcmində 6137 saylı Torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncamına və həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X1 Departamentini X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü il tarixli, 3/8/6 nömrəli Ləhiş ərazisindəki 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar həcmində olan 6137 saylı torpaq sahəsi İddiaçı ayrılmışdır. İddiaçı torpaq sahəsinin ona ayrıldığı vaxtdan etibarən 20 ilə yaxın müddətdir ki, həmin torpaq sahəsinə fasiləsiz, qanuni və faktiki sahiblik edir, iddiaçı 20 ilə yaxın müddətə qanuni və faktiki sahiblik və istifadə etdiyi torpaq sahəsinə dair müvafiq plan və ölçünün tərtib olunması, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair dövlət reyestrindən çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdeh Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2022 tarixli, **********35 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə" Bildirişinə əsasən, torpaq sahəsinin faktiki yerləşməsinin Torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi səbəbilə iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncamı və həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə bağlanmış xx.xx.2003-cü tarixli, 3/8/6 nömrəli Ləhiş ərazisində 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 0,12 ha həcmində 6137 saylı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsinə dair plan və ölçü sənədinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6137 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********35 saylı cavab məktubu ünvanlanmışdır. Müvafiq daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sahəsi 2047,0 kv.m olan ümumi hasar daxilində yerləşir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar ölçüdə 6137 nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(112)-550/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,12 hektar ölçüdə 6137 nömrəli bağ sahəsinin sxematik xəritədə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. İddiaçı tərəfindən göstərilən ərazi 2047,0 kv.m olan ümumi sahə daxilində yerləşir. Bakı İnzibati Məhkəməsi torpaq sahəsinin həqiqi yerləşmə yerini araşdırmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi-vəkili Vəkil “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə göndərərək məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. 10.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2022ci il tarixli, 7-6102/17 nömrəli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 2003-cü ilə dair sərəncamlar kitablarında mövcud olan xx.xx.2003-cü il tarixli, 381 nömrəli Sərəncamda qeyd olunmuşdur ki, X2 və İstismarı Birliyinin xx.xx.2003-cü il tarixli 79 №-li Protokolu təsdiq edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 №li sərəncamına əsasən: 2. Vətəndaşlara bağ sahələri ayrılsın. 2.24. İddiaçı oğ. (sənəddə olduğu kimi) – Ləhiş bağ № 6137. 12.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********82 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və X4 ərazisindəki 6137 nömrəli bağın istifadəyə verilməsi haqqında 31816 saylı 12 avqust 2003-cü il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 381 nömrəli sərəncami ilə İddiaçı Sabunçu rayonu, Ləhiş ərazisində 0,12 ha. torpaq sahəsi olan 6137 saylı bağ istifadəyə verilmişdir. 13.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********13 nömrəli məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki sözügedən ərazi “6150" ilə başlayan bağların ərazisidir. 14.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********70 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6137 saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, torpaq sahəsinin sahəsi hüquq müəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1238.0 kv.m-dir. Bağ sahəsinin sərhədlərinin iki tərəfi və o biri tərəfinin bir hissəsi hasar, qalan tərəfləri şərtidir, döngə nöqtəsinə 6 ədəd m. daşı qoyulmuşdur. Tikili yoxdur. Ümumi hasar daxilində 2047.0 kv.m torpaq sahəsi var, həmin torpaq sahəsinin 1238.0 kv.m.-na arabir 2 ədəd m. daşı qoyularaq sərhədlənmişdir. 15.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********86 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: -Mübahisələndirilən torpaq sahəsinin sahəsi 1238.0 kv.m, qonşuluğundakı torpağın sahəsi 809.0 kv.m-dir. İki tərəfi yol, bir tərəfi qonşu və bir tərəfi boşluqdur. Х= 413725.9155, У= 4492818.0313, Z = 0.0000 Х= 413742.8452, У= 4492799.6360, Z= 0.0000 Х = 413780.0586, У= 4 492831.9726, Z= 0.0000 Х = 413764.0166, У= 4 492850.8387, Z= 0.0000 Ərazinin ortofoto görüntüsündə mübahisələndirilən torpaq sahəsinin ətrafında 6158, 6159, 6160, 6148, 6170, 6171 saylı bağ sahələri yerləşir 16.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********57 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarında Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 6137 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına bağlanmış xx.xx.2023-cu il tarixli, 31816 nömrəli müqavilə mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə 6150 ilə başlayan bağların əraziləridir. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Dəqiq hansı bağ sahəsinə uyğun gəldiyini müəyyənləşdirmək mümkün olmadı. Həmçinin qeyd edirik ki, sahə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən araşdırılan ərazi daxilindədir. Həmin məktubla göndərilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, iddia olunan ərazidə 6138 s/b 6136 s/b, 6135 s/b sahələri özəlləşib. 17.Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********38 nömrəli məktubunda bildirilmişdir ki, idarənin arxiv məlumatlarında Ləhiş bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 6137 saylı bağ sahəsinin icarəyə verilməsinə dair İddiaçı adına bağlanmış xx.xx.2023-cu il tarixli, 31816 nömrəli müqavilə mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 6137 saylı torpaq sahəsindən əlavə həmin ümumi hasar daxilində yerləşən digər(qalan) torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Ümumi ərazidə hasarlama sxematik xəritəyə uyğun aparılmayıb. Qonşu qeydiyyatdan keçmiş bağ nömrələri 6158, 6159 və 6160 saylı bağlardır. Naturada göstərilən 6137 saylı torpaq sahəsinin bölgü sxeminə uyğun yerləşməli olduğu torpaq sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. Digər fiziki şəxs mülkiyyətində və istifadəsində olması barədə məlumat yoxdur. Həmin məktubla göndərilmiş ərazinin ortofoto görüntüsündən görünür ki, mübahisələndirilən bağ sahəsinin ətrafında 6130, 6158, 6160, 6136 nömrəli bağ sahələri özəlləşdirilib. 18.Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********35 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, elektron kadastr məlumatına əsasən tərəfinizdən göstərilən torpaq sahəsinin faktiki yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmçinin öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 10.1, 10.2 və 11.1-ci maddələrinə əsasən müəyyən edilir ki, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Həmçinin hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 23.Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
24. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003cü il tarixli, 381 nömrəli sərəncami ilə İddiaçı Ləhiş bağ massivində 6137 nömrəli bağ sahəsi ayrılmış, 0,12 ha. torpaq sahəsi olan 6137 saylı bağın istifadəyə verilməsi barədə X2 və istismarı Birliyi ilə iddiaçı arasında 31816 saylı 12 avqust 2003-cü il tarixli müqaviləsi bağlanılmışdır.
25. Beləliklə, adıçəkilən X2 və istismarı Birliyi ilə iddiaçı arasında 31816 saylı 12 avqust 2003-cü il tarixli bağın istifadəyə verilməsi barədə müqavilə Bakı şəhəri, Ləhiş ərazisində sahəsi 0,12 ha olan 6137 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd qismində çıxış edir.
26. Cavabdehin imtina dəlili bağ sahəsinin yerləşməsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi ilə bağlıdır. 27.“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
28. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. 29.Bağlar təsərrüfatının arxiv saxlayıcısı olan cavabdeh orqanın öz arxivindən təqdim etdiyi arxiv sənədlərindən görünür ki, iddiaçının iddia etdiyi Ləhiş bağ massivində 0.12 ha ölçüdə 6137 nömrəli bağ torpaq sahəsinə dair torpaqayırma sənədləri mövcuddur, ləğv edilməmiş, etibarsız hesab edilməmiş, qüvvədədir. Təqdim edilmiş arxiv sənədlərində isə iddia olunan bağ sahəsinə dair əlavə digər şəxsin adına hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. 30.Məhkəmə tərkibi qeyd edir ki, cavabdehin istinad etdiyi sxematik xəritə mühəndislər tərəfindən tərtib edilən müvafiq qaydada təsdiq edilməmiş sxem olmaqla hüquqmüəyyənedici sənəd hesab olunmur, koordinatları və coğrafi istinad məlumatları olmadan tərtib edilmiş yardımçı vasitə kimi çıxış edir. 31.İşin hallarından görünür ki, iddiaçı tərəfindən naturada göstərilən bağ torpaq sahəsi faktiki olaraq iddiaçının sahiblik və istifadəsindədir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazinin coğrafi koordinatları cavabdehin mütəxəssisləri tərəfindən müəyyən edilmiş və həmin koordinatlarda olan bağ sahəsinin hər hansı şəxsin adına qeydiyyata alınması və digər şəxsin istifadəsində olması halı müəyyən edilməmişdir. 32.Cavabdeh məhkəmə sorğusuna cavab olaraq sxematik xəritə ilə uyğunsuzluğu əsasən sözügedən ərazinin “6150" ilə başlayan bağların ərazisi olmağı ilə əsaslandırsa da naturada faktiki bağ sahəsinin sxematik xəritədə hansı nömrəli bağ sahəsinə uyğun gəldiyini bildirməmiş, eyni zamanda Ləhiş bağ massivi ərazisində 6137 saylı torpaq sahəsinin bölgü sxemə uyğun yerləşməli olduğu torpaq sahəsinin koordinatlarını müəyyən edərək məhkəməyə təqdim etməmişdir. 33.Cavabdeh iddia olunan bağ sahəsinin yardımçı vasitə olan sxematik xəritədə 6137 nömrəli bağ sahəsinin qonşuluğunda 6120, 6130, 6140, 6150, 6160 sıra nömrə ilə başlayan bağ sahələrinin yerləşməsi əks olunmuşdur. 34.Eyni zamanda cavabdeh tərəfindən bir neçə formada məhkəməyə təqdim edilmiş ərazinin naturada ortofoto görüntülərini ümumiləşdirdikdə iddia olunan 6137 nömrəli bağ sahəsinin qonşuluğunda 6130, 6135, 6136, 6138, 6148, 6158, 6159, 6160, 6170, 6171 nömrəli bağ sahələrinin yerləşdiyi və həmin qonşu bağlardan 6130, 6135, 6136, 6138, 6158, 6160 nömrəli bağ sahələrinin özəlləşdirildiyi müəyyən olunmuşdur. 35.İddia olunan bağ sahəsinin 6137 nömrəli bağ sahəsi olduğu və sxematik xəritədə 6130 nömrəli bağ sahələrinin eyni sırada yerləşdiyi, ən yaxın məsafədə 6138, 6136, 6135 nömrəli qonşu bağlar olduğu halda, ərazinin naturada ortofoto görüntüsündə daşınmaz əmlakın dövlət reyestrində 6130, 6136, 6138 nömrəsi ilə qeydiyyata alınmış bağ sahələrinin sxematik xəritədəki ardıcıllığa uyğun yerləşmədiyi, bir-birindən fərqli ara məsafələrdə yerləşdiyi adi gözlə müşahidə olunur. Başqa sözlə, cavabdeh sxematik xəritəyə əsasən iddia olunan bağ sahəsinin faktiki yerləşmə vəziyyətinin uyğun gəlmədiyini qeyd etdiyi halda həmin sxematik xəritədəki yerləşmə ardıcıllığına uyğun olaraq qonşuluqda yerləşməli olan bağ sahələrini bir-birindən fərqli ərazilər və koordinatlar üzrə qeydiyyata almışdır. 36.Cavabdehin digər imtina dəlili olan torpaq sahəsinin vahid hasar daxilində yerləşməsi ilə bağlı dəlil isə formal mülahizə olmaqla hazırda iddia olunan 0.12 ha ölçüdə bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatından imtina hesab olunmur. 37.“Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. 38.Məhkəmə cavabdeh inzibati orqanın bağlar idarəsinə aid sənədlərin arxiv saxlayıcısı olmaqla bağ torpaq sahələrinin sxematik xəritədə yerləşmə vəziyyətlərinə dair elektron məlumat bazasına da sahib olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh 6137 nömrəli bağ sahəsinə dair arxiv sənədlərinə sahib olduğu halda həmin bağ sahəsinin sxematik xəritədəki vəziyyətinə uyğun olaraq naturada yerləşmə koordinatlarını təqdim edə bilməməsi ağlabatan və əsaslı deyildir. 39.Hətta iddia olunan torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluğun olması belə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasına mane olmur. Cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. 40.Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.1.20-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. 41.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na,“Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsinə verilmiş bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. 42.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 43.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
44. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. 45.Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 46.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-550/2024 nömrəli, 09 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Elvin Əliyev Cahangir Yusifov