Məhkəmə qərarları › İş №2-1(103)-2408/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2408/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2408/2022 24.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X34 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “X43 Şirkəti” MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1082/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X43 Şirkəti” MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 19 noyabr 2020-ci il tarixli qərardan verdiyi şikayət, həmçinin əmlakın siyahıya alınmasına görə qərarın təqdim olunmamasına dair hərəkətsizliyin qanunsuz sayılması, 17 may 2021-ci il tarixli 100 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair qərarın ləğv edilməsi, 19 noyabr 2020-ci il tarixli qərar əsasında hesablanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə əsassız hesablanan 2471.45 (iki min dörd yüz yetmiş bir manat, 45 qəpik) manat borcun şəxsi hesabdan silinməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdə hüquqi qeydiyyata alınan “X43 Şirkəti” MMC dövlət reyestrindən çıxarışla təmin olunmuşdur. "xxxx" MMC-nin əsas fəaliyyəti internet üzərindən yayımlanan veb səhifələr və ÜmidTv Azərbaycan kanalı olaraq internet televiziyasıdır. Bundan başqa, fəaliyyətlərini tənzimləyən hər-hansı bir fəaliyyət növü yoxdur. Fəaliyyət dövrlərindən bu günə qədər nə veb səhifələrində, nə də internet kanallarında hər-hansı bir reklam və sponsor sifarişləri olmamışdır. Qeyd etdikləri bu faktları veb səhifələrinin və sosial media hesablarının, həmçinin internet kanallarının vizual görüntülərindən, eyni zamanda fəliyyətlərinə nəzər salmaqla da görmək mümkündür. Ölkədə hər kəsə bəlli olan haldır ki, reklam yalnız izləyici kütləsi çox olan, yayımlanan kadrların baxışı çox olan veb saytalara və internet kanallarına verilir. Demək onlar üçün xoş olmasa da, təəssüf hissi ilə qeyd edir ki, fəaliyyətləri dövründə nə izləyici sayının çoxalmasına, nə də video kadrların izlənmə sayının çoxalmasına nail ola bilməmişlər. Bunun da, çox açıq səbəbləri olmasına baxmayaraq, o səbəbləri dilə gətirmək istəmirlər. Çox təəssüf ki, sosial media təbəqəsi yalnız narazılıq ifadə olunan kadrlara baxmağa üstünlük verirlər. Onlar digər kanallardan və veb səhifələrdən fərqli olaraq fəaliyyətləri dövründə ən çox kanallarında dövlət siyasətini təbliğ edən video materiallara üstünlük vermişlər, reklam bazarına bu kadrlarla yol tapa bilməsələr də, bundan peşman da, deyillər. Bütün bu qeyd edilənləri sosial hesablarına baxış keçirməklə təsdiq etmək mümkündür. 2020-ci ilin 3-cü rübü pandemiya dövrünə təsadüf etdiyindən, həmin ərəfədə internet problemi yaşanırdı. 3-cü rübün hesabat dövrü iyulun 1-dən 20-dək dövrü əhatə edirdi. X14 İdarəsinin elektron kabineti vasitəsi ilə elektron qaydada göndərirlər. Məhz 3-cü rübün hesabat dövrü ərzində Vahid elektron bəyannaməni tərtib edərək, sistemə daxil etmişlər. Sistemdə qeydiyyata alındı butonu görünmüşdür. 3-cü rüb ərzində cavabdeh tərəfindən yalnız 2-ci rübün hesabatı ilə bağlı elektron məktublar gəlmiş və həmin məktubları cavablandırmışlar. Sərt karantin dövrü olduğundan uçot kodunda uyğunsuzluq müəyyən edildiyindən icazə-e-gov saytından qeydiyyatdan keçə bilməmişlər. Bununla bağlı, müraciətlərindən sonra məsələ həll olunmuş və kompyuterdə elektron portala baxış keçirən zaman 1-ci rüb üzrə hesabata dair DSMF borcu hesablandığını görüb, elektron şikayət göndərmişlər. 2020-ci ilin 4-cü rüb dövrünə qədər yazışmaları davam edib. xx.xx.2020-ci il tarixli məktubla hesab vərəqəsində 1-ci rüb üzrə müvafiq düzəlişlərin edildiyi bildirilmişdir. Yalnız xx.xx.2020-ci il tarixli bildirişlə 3-cü rüb hesabatında kənarlaşmanın yaranması barədə bildiriş göndərilmişdir. Həmin ərəfədə tərəflərindən zəruri olan bütün sənədlər elektron qaydada izahatla birlikdə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə təqdim olunan sənədlərlə bağlı məlumatların araşdırılacağı və məlumat veriləcəyi bildirilmişdir. Buna qədər isə davamlı olaraq elektron məktublar gəlməkdə davam etdiyindən xx.xx.2020-ci il tarixdə müraciət edərək, vergi idarəsinə dəvət edilmələri xahiş edilmişdir. xx.xx.2020-ci il tarixdə də iki dəfə məktub göndərərək, onları qəbul etmələrini xahiş etmişlər. Lakin, 19 noyabr 2020-ci il tarixdə 3-cü rüb üzrə DSMF borcu hesablanmış və qərar qəbul edilmişdir, eyni zamanda 2049.99 manat məbləğində borcun 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Dərhal etiraz olaraq elektron müraciət hazırlayaraq əsaslandırılmış izahat əlavə olunmaqla elektron qaydada göndərmişlər. Eyni zamanda, zəruri bütün sənədlər əlavə olunmaqla rəsmi poçt vasitəsi ilə Dövlət Vergi Xidmətinə həmin qərardan şikayət göndərilib. Cavabdeh təşkilatdan elektron qaydada məktub göndərilməklə 23 noyabr 2020-ci il tarixli şikayətinə baxılması və nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Həmin məktubdan sonra bu günə qədər əsassız hesablanmış DSMF borcunun silinməsi barədə qərardan verdiyi şikayətin nəticəsi məlum deyil. Bununla bağlı, dəfələrlə rəsmi müraciət göndərməklə həmin şikayətin nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Hər dəfə eyni məzmunlu cavab məktubları göndərilmişdir. Daha sonra əmlakın siyahıya alınması barədə məlumat bildirişi göndərilmiş, lakin qərar göndərilməmişdir. Dərhal elektron ərizə göndərməklə qərarın onlara təqdim olnması xahiş edilmişdir. Lakin, 10 gün müddətində qərar göndərilmədiyinə görə, məhz müəyyən olunmuş 10-cu gün formaları dolduraraq məktubla elektron qaydada təqdim etmişlər və təkrarən qərarın göndərilməsini xahiş etmişlər. Lakin, 17 may 2021-ci il tarixdə guya aktivlər barədə 10 gün müddətində məlumat təqdim etmədiyinə görə 100 manat maliyyə sanksiyası barədə qərar qəbul edilmişdir. Həmin qərarın ləğv olunması barədə elektron şikayət göndərmişdir. Bundan başqa qeyd edir ki, rəsmi poçtla göndərdiyi şikayətə əlavə etdiyi sənədlərdən başqa, təkrarən bütün sənədlər əlavə olunmaqla izahat və elektron şikayəti elektron qaydada göndərmişdir. Bundan sonra da, mütəmadi şikayətin nəticəsi barədə məlumat verilməsi xahiş edilmişdir. Lakin, 18 may 2021-ci il tarixdə yenidən əsassız hesablanmış DSMF borcuna faizlər hesablanmaqla 2471.45 manat borcun ödənilməsi barədə bildiriş göndərilmişdir. Etiraz olaraq yenidən elektron məktub hazırlayaraq onlara şikayətin nəticəsi ilə bağlı qərarın göndərilmədiyi və baxılıbsa qərarın onlara təqdim olunmasını xahiş etmişdir. Lakin, yenə eyni qaydada eyni məzmunlu cavab məktubları göndərilmişdir. Hesab edir ki, cavabdehin hərəkətsizliyi və əsassız borcun hesablanması onların hüquqlarının pozulması ilə nəticələnmişdir. 19 noyabr 2020-ci il tarixli qərardan verdikləri şikayətin təmin olunub-olunmamasına dair müvafiq qərarın onlara təqdim edilməməsinə dair cavabdehin hərəkətsizliyinin qanunsuz olmasını, 2020-ci il 3-cü rüb hesabat dövrü ilə bağlı məlumatların əsaslı olmasını aşağıdakı arqumentlərlə məhkəmənin diqqətinə çatdırmaq istəyirlər. Belə ki, 2020-ci il 3-cü rüb üzrə fəaliyyət dövrü aşağıdakı qaydada olmuşdur. 2020-ci il 3-cü rüb üzrə işçi sayları işəmuzd qaydada 11 nəfər təşkil etmişdir: X5 - qüvvədə olan əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 300.30 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X6 - qüvvədə olan Əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 280.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X12 - qüvvədə olan Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 180.00 manat təşkil etmişdir. 2020ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. xx.xx.2020-ci il tarixdə Əmək müqaviləsində dəyişiklik edilmiş, işçiyə əlavə iş yeri üzrə 250 manat əmək haqqı müəyyən edilmişdir. X15 qüvvədə olan Əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X35 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X36-xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X16 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X20 - xx.xx.2020ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X7 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X8 - xx.xx.2020-ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əsas iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. X21 - xx.xx.2020ci il tarixdə xitam verilmiş xx.xx.2020-ci il tarixli Əmək müqaviləsində əlavə iş yeri üzrə işəmuzd qaydada əmək haqqı fondu 250.00 manat təşkil etmişdir. 2020-ci il 3-cü rüb üzrə Cəmiyyətin kassa hesabına vəsait daxil olmadığından əmək haqqı ödənişləri həyata keçirilməmişdir. İşçilərin hər biri könüllük prinsipi əsasında Ümid TRYŞ-nin nəzdində yaradılmış internet kanalı olan ÜmidTv Azərbaycan kanalında işəmuzd qaydada faktiki sərbəst iş rejimində fəaliyyət göstəriblər. Əmək haqqı ödənişi ilə bağlı qarşılıqlı razılaşmaları olmuşdur ki, şirkətin maliyyə dövriyyəsi olduğu halda əmək haqqı ödənişi dövriyyəyə uğun olaraq həyata keçiriləcək. Lakin, maliyyə dövriyələri olmadığından işçilərlə aralarında əmək haqqı öhdəliyi yaranmamışdır. Vergi, DSMF və işsizlikdə sığorta ödənişlərinin ödənilməməsinə görə borcun hesablanmasının silinməsinə dair rəsmi şikayətlərində göstərdikləri kimi, onların fəaliyyətlərini təsdiq edən sosial şəbəkə hesablarının linkini və fotoşəkilərini, veb saytlarının link və fotolarını, işçilərə dair zəruri sənədləri təkarar olaraq izahatla birlikdə elektron qaydada da Vergi orqanına göndərmişlər. Hesab edirlər ki, fəaliyyətləri dövründə heç bir maliyyə vəsaiti daxil olmadığı halda, işçilərin könüllülük əsasında işəmuzd qaydada müqavilə bağlanmasına, elektron kabinetdən daxil olan kameral yoxlanmalara dair bildirişlərə cavab olaraq elektron izahatların göndərilməsinə baxmayaraq, borcun hesablanması barədə qərardan verdikləri şikayətə baxılaraq nəticəsinə dair qərar qəbul edib, onlara təqdim edilməməsi, həmin qərarın bu qaydada qüvvədə qalması yolverilməzdir. Yaranan vəziyyət onsuzda ağır olan durumlarını daha da, ağırlaşdırır. 17 may 2021-ci il tarixli maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərara gəldikdə isə, hesab edirlər ki, qərar təmamilə qanunsuz və əsassızdır ona görə ki, aktivlərin təqdim edilməsi ilə bağlı yalnız onlara məktub göndərilmiş, qərar göndərilməmişdir. Bundan başqa həmin qərarın təqdim edilməsini müraciətləri ilə xahiş etmişlər. Eyni zamanda, Vergi orqanının həmin məktubda müəyyən etdiyi 10 gün müddəti bitməmiş aktivlər barədə məlumat və iki Əlavə formalarını dolduraraq elektron qaydada təqdim etmişlər. 2020-ci il 3-cü rüb hesabatına dair zəruri olan bütün sənədləri iddia ərizəsinə əlavə edirlər və hesab edirlər ki, pandemiya dövründə sərt karantin rejimi ərəfəsində mütəmadi müraciətlərinin olmasına baxmayaraq, 19 noyabr 2020-ci il tarixli qərardan şikayətlərinin nəticəsi məlum olmadığından, məhz həmin qərar əsasında borcun ödənilməsini tələb etməkdə cavabdeh haqlı deyildir. İşin həqiqi hallarına münasibətdə Vergi Qanunvericiliyinin normalarına uyğun olaraq cavabdeh 2020-ci il 3-cü rüb hesabatı dövründə bəyənnamə ilə bağlı elektron qaydada təqdim etdikləri bütün məlumatları nəzərə almalı idi, şübhə yarandığı halda hüquqi şəxsin rəhbərinin müraciətləri nəzərə alınaraq, vergi orqanına dəvət olunmalı idi. Həmçinin 19 noyabr 2020-ci il tarixli qərardan vaxtında yuxarı Vergi orqanına təqdim etdiyi şikayətə 30 gün müddətində baxılaraq, şikayətin təmin olunub-olunmaması barədə müvafiq qərar qəbul edilməli və həmin qərar onlara təqdim olunmalı idi. Qanunvericilikdə nəzərdə tutulmuş qərardan verilmiş şikayətə dair yazılı cavab anlayışı sadəcə məktub kimi qiymətləndirilə bilməz. Bütün hallarda qərardan verilən şikayətə baxılaraq təmin olunub olunmaması barədə qərar qəbul edilməlidir, həmin qərarda şikayət vermək müddəti göstərilməlidir. Göründüyü kimi, cavabdeh təşkilat bu günə qədər 19 noyabr tarixli qərardan verilmiş şikayətin nəticəsi ilə bağlı (təmin olunub-olunmaması) onlara bu günə qədər heç bir cavab verməmişdir. Halbuki, Qanuna görə cavab yalnız Qərar şəklində olmalıdır. Beləliklə, işin hallarından aydın olur ki, cavabdehin bu müddət ərzində şikayəti ilə bağlı hərəkətsizliyi tam qanunsuz olmuş və hərəkətsizlik nümayiş etdirməsinə baxmayaraq, mütəmadi müraciətlərini nəzərə almadan yenidən faizlər hesablamaqla, maliyyə sanksiyası tətbiq etməklə 2471.45 manat məbləğində əsassız hesablanmış borc bildirişi göndərməklə 5 gün müddətində borcun ödənilməsinin tələb edilməsinə dair hərəkətləri də, qanunsuz olmuşdur. Digər tərəfdən 10 gün müddət tamam olmamış aktivlər barədə formalar doldurularaq elektron qaydada göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən 17 may 2021-ci il tarixli 100 manat maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın qəbul edilməsi də, qanunsuz və əsassız olmuşdur. Hesab edirlər ki, yuxarıda şərh olunan işin həqiqi faktiki halları və Qanunvericiliyin normaları nəzərə alınaraq, cavabdehin hərəkətsizliyi qanunsuz sayılmalı, 17 may tarixli maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar ləğv edilməli, 19 noyabr 2020-ci il tarixli qərar əsasında hesablanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər məcburi dövlət sosial sığorta haqqı üzrə və işsizlikdən sığorta haqqı üzrə əsassız hesablanan 2471.45 manat borcun şəxsi hesabdan silinməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmalıdır. Sonradan iddiaçı “X43 Şirkəti” MMC-nin qanuni təmsilçisi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərarın ləğv edilməsi və 19 noyabr 2020-ci il tarixli, **********505600 nörməli qərar əsasında hesablanan muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə əsassız hesablanan 2471.45 (iki min dörd yüz yetmiş bir manat, 45 qəpik) manat borcun şəxsi hesabdan silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən hüquqi şəxs “X43 Şirkəti” MMC-nin 2020-ci ilin yanvarmart ayları ərzində muzdlu işçilərinin sayının 3 nəfər və ümumi əmək haqqı fondunun 2430,9 manat məbləğində, iyul-sentyabr aylarında isə muzdlu işçilərinin sayının 11 nəfər və ümumi əmək haqqı fondunun 7680,9 manat məbləğində qeyd edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisi tərəfindən 2020-ci ilin 1-ci və 3-cü rübləri üzrə təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində (hesabatlarında) yanvar-mart, iyul-sentyabr aylarında işçi sayının və əmək haqqı fondunun göstərilməməsi kənarlaşmaların yaranmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilmiş kənarlaşmalar barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********913700 nömrəli, xx.xx.2020-ci il tarixli **********484000 nömrəli bildirişlər göndərilərək müvafiq təsdiqedici sənədlərini, ətraflı izahat məktubunu və dəqiqləşdirilmiş bəyannamələrini vergi orqanına təqdim etməklə kənarlaşmaların aradan qaldırılması tələb olunmuşdur. Kənarlaşmalar aradan qaldırılmadığı üçün kameral vergi yoxlaması ilə vergi ödəyicisinə 2020-ci ilin 1-ci və 3-cü rübləri üzrə ümumilikdə 2629,47 manat ((7680,9 + 2430,9) x 26%) əlavə sosial sığorta haqqı məbləği hesablanmışdır. Aparılmış hesablamalarla bağlı vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********997800 nömrəli və xx.xx.2020-ci il tarixli **********505600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. İddiaçı iddia ərizəsində əsassız olaraq qeyd etmişdir ki, işçilərin hər biri könüllülük prinsipi əsasında internet kanalı olan “Ümid TV” Azərbaycan kanalında işəmuzd qaydada faktiki sərbəst iş rejimində fəaliyyət göstəriblər. Əmək haqqı ödənişi ilə bağlı razılaşmaları olmuşdur ki, şirkətin maliyyə dövriyyəsi olduğu halda əmək haqqı ödənişi ona uyğun olaraq həyata keçiriləcək. Lakin, maliyyə dövriyyəsi olmadığından işçilərlə aralarında əmək haqqı öhdəliyi yaranmamışdır. İddiaçının bu əsassız qeydinin əksinə bildirirlər ki, Əmək Məcəlləsinin 154-cü maddəsinə (Əmək haqqı) əsasən, Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddənin məzmunundan göründüyü kimi əmək haqqı işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən ödənilir. İddiaçının qeyd etdiyinin əksinə qanunvericilik əmək haqqının ödənilməsini maliyyə dövriyyəsinin olub-olmamağından asılı etmir. Başqa sözlə işəgötürən qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqı miqdarını işçiyə əməyin ödənilməsinin işəmuzd və ya vaxtamuzd sistemdən asılı olmayaraq hər ay ödəməlidir. Həmin məcəllənin 155-ci maddəsinə əsasən (Əmək haqqının minimum məbləği) işçinin heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əmək haqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir; aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz; kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər; əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir; minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi qanunvericilik işçinin minimum əmək haqqı almaq hüququnu hasilatdan və dövriyyədən asılı etmir. Eyni məcəllənin 156-cı maddəsinə əsasən (Əməyin ödənilməsi və onun dərəcələrinin müəyyən edilməsi) Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Həmin məcəllənin 157-ci maddəsinə (əməyin ödənilməsi sistemi və növləri) əsasən, İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər; əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir; Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir; Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir; Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddədən göründüyü kimi, minimum əmək haqqı heç bir şərtdən asılı edilmədən işçiyə ödənilməlidir. İddiaçının qeyd etdiyi “dövriyyədən asılı olaraq əmək haqqının ödənilməsi” isə işçinin həvəsləndirilməsi zamanı əmək haqqına əlavə formasında verilə bilər. Əmək Məcəlləsinin 149-cu maddəsinə (əməyin işəmuzd ödənilməsi qiymətlərinin müəyyən edilməsi) əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir; işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər; Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdiyi digər bir əsassız arqument ondan ibarətdir ki, “19 noyabr 2020-ci il tarixdə 3-cü rüb üzrə DSMF borcu hesablanmış və qərar qəbul edilmişdir. Tərəflərindən zəruri sənədlər əlavə olunmaqla poçt vasitəsilə 23 noyabr tarixli şikayət verilmişdir. Şikayətinə baxılaraq malumat veriləcəyi bildirilsə də, şikayətin nəticəsi bəlli deyil və ona hər dəfə eyni məzmunlu cavab məktubları göndərilmişdir. İddiaçının qeyd etdiyinin əksinə bildirirlər ki, iddiaçının **********579000 saylı, xx.xx.2020-ci il tarixli “Kameral yoxlama ilə hesablanmış sosial sığorta haqqı məbləğinin azaldılması” barədə şikayətinə Bakı şəhəri X31 üzrə Baş İdarəsində baxılmışdır. Eyni məzmunlu xx.xx.2020-ci il tarixli, **********485600 nömrəli müraciəti xx.xx.2020-ci il tarixli, **********060600 nömrəli məktubla cavablandırılmış və iddiaçıya bildirilmişdir ki, “Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2020-ci ilin 3-cü rübü ərzində işə götürülən şəxslərlə bağlanılmış aktiv əmək müqavilələrinin olduğu müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar müvafiq dövr üzrə qüvvədə olan (həmçinin dəyişdirilmiş və ya xitam verilən) əmək müqavilələri, vergi orqanına təqdim edilən bəyannamələrdəki işçi sayı və əmək haqları barədə məlumatların dəqiqləşdirilməsi və araşdırma üçün zəruri hesab etdikləri digər sənədlərin 5 (beş) gün müddətində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində bildirmişdir ki, sonuncuya əmlakın siyahıya alınması barədə məlumat bildirişi göndərilmiş, lakin qərar göndərilməmişdir. Elektron ərizə göndərməklə qərarın ona göndərilməsini xahiş etsə də, qərar ona göndərilməmişdir. Qeyd edilənin əksinə bildirirlər ki, vergi ödəyicisinin borcun ödənilməsi üçün qanunvericliyə uyğun olaraq vergi ödəycisinin əmlakının siyahıya alınması nəzərdə tutulmuşdur. Bu məqsədlə “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair Qaydalar”ın 5.1-ci bəndinə əsasən, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə uyğun olaraq borclar Vergi Məcəlləsinin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə, vergi orqanı aktivlər barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli, **********907500 nömrəli “Vergi ödəyicilərini aktivləri barədə məlumatı” təqdim etmək üçün məktub göndərilmişdir. Bildirirlər ki, xx.xx.2021-ci il tarixə vergi ödəyicisi “X43 şirkəti” MMC-nin “Əmlakın siyahıya alınması” barədə hər-hansı inzibati akt qəbul edilməmişdir. İddiaçı eyni zamanda iddia ərizəsində bildirmişdir ki, “17 may 2021-ci il tarixdə aktivləri barədə məlumatı təqdim etmədiyinə görə 100 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçının qeyd edilən əsası ilə əlaqədar bildirirlər ki, Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********392900 nömrəli Qərar ləğv edilərək, iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəliş edilmişdir. Bu haqda iddiaçıya **********207100 saylı, xx.xx.2021-ci il tarixli məlumat məktubu göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Bu Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq vergi orqanının hüquqlarına aid edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1082/2022 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin işçilər əmək fəaliyyətinə cəlb olunmayıb. Buna görə də, əmək haqqı ödənilməyib. Həmin işçilərlə olan müqavilələr vaxtamuzd deyil, işəmuzd müqavilələrdir. Hesabatı gecikdirmişdirsə, buna görə cərimə nəzərdə tutulub. Müqavilələrə xitam verilib. Yoxlamadan əvvəl bəzi işçilərin müqavilələrinə xitam verilmişdi. Borc, faizlə birlikdə 2000 manatdan çoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, kameral yoxlama baza məlumatları əsasında aparılıb. Bu zaman 11 işçi ilə əmək müqaviləsi olduğu müəyyən edilib. İşçilərin şahid qismində dindirilməsinə ehtiyac yoxdur. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2020-ci il tarixli qərarının mübahisələndirilməsinə dair xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı tərəfindən sözügedən qərardan inzibati şikayətlər verilmişdir və vergi orqanı tərəfindən aidiyyəti sənədlər tələb edilərək, müraciəti araşdırılmışdır. Lakin, iş üzrə inzibati şikayətin nəticəsi barədə hər-hansı bir qərar qəbul edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının şikayətinə dair vergi orqanı tərəfindən hər hansı bir qərar qəbul edilmədiyindən iddiaçı iddia müddətini ötürməmişdir. İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********505600 nömrəli, 19 noyabr 2020-ci il tarixli qərarın surətindən görünür ki, 3-cü rüb 2020-ci il muzdlu işlə əlaqdar ödəmə mənbəyindən tutulan, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 1.997,46 manat təşkil etmişdir. İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsininin **********0 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişinin surətindən görünür ki, “X43 Şirkəti” MMC-nin xx.xx.2020-ci il tarixinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1920.26 manat, fazilər üzrə 129.73 manat olmaqla ümumilikdə 2049.99 manat borcu olmuşdur. İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsininin **********0 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişinin surətindən görünür ki, “X43 Şirkəti” MMC-nin xx.xx.2020-ci il tarixinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1920.26 manat, fazilər üzrə 129.73 manat olmaqla ümumilikdə 2049.99 manat borcu olmuşdur. İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsininin **********0 nömrəli “İşsizlikdən sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişinin surətindən görünür ki, “X43 Şirkəti” MMC-nin xx.xx.2020-ci il tarixinə işsizlikdən sığorta haqqı üzrə 77.20 manat, faizlər üzrə 5.22 manat olmaqla ümumilikdə 82.42 manat borcu olmuşdur. İqtisadiyyat Naziriyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X31 üzrə Baş İdarəsininin **********5 nömrəli “Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair” bildirişinin surətindən görünür ki, “X43 Şirkəti” MMC-nin xx.xx.2021-ci il tarixinə muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 1901.26 manat, fazilər üzrə 470.19 manat olmaqla ümumilikdə 2471.45 manat borcu olmuşdur. “X43 Şirkəti” MMC-nin rəhbəri tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ştat cədvəlindən görünür ki, MMC-də 1 prezident vəzifəsi, aylıq vəzifə maaşı 300.30 manat; 1 baş direktor vəzifəsi, aylıq vəzifə maaşı 250.00 manat; 1 reklam şöbəsi müdiri, vəzifə maaşı 250.00 manat; 1 baş operator vəzifəsi, aylıq vəzifə maaşı 250.00 manat, 2 operator vəzifəsi, aylıq vəzifə maaşı 250.00 manat, 2 xüsusi müxbir vəzifəsi, aylıq vəzifə maaşı 250.00 manat, 2 xüsusi əməkdaş vəzifəsi, aylıq vəzifə maaşı 250.00 manat, 1 fotoqraf vəzifəsi, aylıq vəzifə maaşı 280.00 manat olmuşdur. xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X5 “X43 Şirkəti” MMC-də əlavə iş yeri olmaqla, məşğulluq təsnifatı üzrə direktor vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə müddətsiz bağlanmışdır. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X9 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə sistem üzrə məsləhətçi vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə, müddətsiz bağlanmışdır. xx.xx.2017-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X9 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə operator, kamera/televiziya vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə, müddətsiz bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X36 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə operator, kamera/televiziya vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X20 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə repartyor (müxbir), jurnalist vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X15 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə jurnalist, kütləvi informasiya vasitələri vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlamışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X13 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə texnik, telekommunikasiya, televiziya, reklam şöbəsinin müdiri vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlamışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X17 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə operator, kamera/televiziya vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X18 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə repartyor (müxbir), jurnalist vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X21 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə baş redaktor vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2020-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X35 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə operator, kamera/televiziya vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə, müddətli, xx.xx.2021-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X12 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə operator, kamera/televiziya vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə, müddətsiz bağlanmışdır. Əmək müqaviləsinə edilən dəyişikliyin məzmunu – işəmuzd qaydada müəyyən edilən əmək haqqı 2020-ci il ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılaraq 250 manat əmək haqqı müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin surətindən görünür ki, X15 “X43 Şirkəti” MMC-də, əsas iş yeri olmaqla, məşğulluq tənsifatı üzrə jurnalist, kütləvi informasiya vasitələri vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi 01.1 Əmək müqaviləsinə edilən dəyişikliyin məzmunu – əlavə iş yeri üzrə və əmək müqaviləsinin xx.xx.2021-ci il tarixədək müəyyən edilməsi göstərilmişdir. Yeni əmək müqaviləsi müddətli, xx.xx.2021-ci il tarixədək bağlanmışdır. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X10 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X22 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X1 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X2 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X23 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X11 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə sistemə daxil edilmiş “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-nin surətindən görünür ki, işəgötürən “X43 Şirkəti” MMC tərəfindən X4 xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bildirişinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən əldə edilmiş “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” siyahıdan görünür ki, həmin siyahıda adları işarələnmiş 11 nəfər şəxslər aşağıdakılardır – X5, X9, X12, X15, X19, X24, X20, X35, X13, X7, X36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilə gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur, Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilmişdir. Maddənin məzmunundan göründüyü kimi, əmək haqqı işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən ödənilir. İddiaçının qeyd etdiyinin əksinə qanunvericilik əmək haqqının ödənilməsini maliyyə dövriyyəsinin olub-olmamasından asılı etməmişdir. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən məyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Həmin Məcəllənin 155-ci maddəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər. Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir. Minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Yerinə yetirilmiş işlərin müvafiq tarif (ödəniş) dərəcələrinə aid edilməsi, işçilərə peşə (vəzifə) adlarının və tarif (ödəniş) dərəcələrinin müəyyən edilməsi qüvvədə olan tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq həyata keçirilir. Əmək normalarını daha yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən işçilərin ixtisas dərəcəsi birinci növbədə və ya işəgötürənin mülahizəsi ilə növbədənkənar artırılır. Azı 3 ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır. İşçilərin bu tələbi işəgötürən tərəfindən təmin olunmalıdır. İstehsal, texnologiya intizamının pozulmasına və məhsulun keyfiyyətinin pisləşməsinə səbəb olan ciddi pozuntulara yol verən işçinin ixtisası bir dərəcə aşağı salına bilər. İşçinin aşağı salınan dərəcəsi ümumi qaydada, lakin aşağı salındıqdan ən azı 3 ay sonra artırıla bilər. Əməyinin ödənilmə dərəcəsi aşağı salınmış işçinin əvvəlki dərəcəsi ən azı 3 aydan sonra müsbət nəticələr əldə edildiyi halda bərpa edilə bilər. İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə işçilərin müəyyən olunmuş qaydada attestasiyasını keçirməklə attestasiyanın nəticələrinə əsasən işçilərin əməyinin ödənilmə dərəcələrini müəyyən edilmiş hüdudlarda artırmaq və ya aşağı salmaq hüququna malikdir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.6-cı maddəsinə əsasən vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə 2020-ci ilin 3-cü rübü (iyul, avqust, sentyabr ayları) ərzində “X43 Şirkəti” MMC tərəfindən işə götürülən şəxslərlə bağlanılmış 11 ədəd aktiv əmək müqavilələrinin (X5, X9, X12, X15, X19, X24, X20, X35, X13, X7 və X25 dair) hüquqi qüvvədə olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi, qanunvericilik işçinin heç bir ayrı-seçkilik qoymadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququnu müəyyən etmişdir. Minimum əmək haqqı heç bir şərtdən asılı edilmədən işçiyə ödənilməlidir. İddidaçının qeyd etdiyi “dövriyyədən asılı olaraq əmək haqqının ödənilməsi” isə yalnız işçinin həvəsləndirilməsi zamanı əmək haqqına əlavə formasında verilə bilər. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X31 üzrə Baş İdarəsi iddiaçı barəsində qəbul etdiyi 19 noyabr 2020-ci il tarixli, **********505600 nömrəli qərarının qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2-1(112)-1082/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar