Məhkəmə qərarları › İş №2-1(103)-2408/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2408/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2408/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahələrinin bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə iddiaçılara çıxarışların, bağ sahəsinin ölmüş adama məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bag massivində yerləşən və sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə, İddiaçı2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi və X3 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə İddiaçı3 adına arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-133/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bag massivində yerləşən və sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə dair bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə İddiaçı1 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, İddiaçı2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə İddiaçı2 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, İddiaçı3 mərhum atası X3 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bag massivində yerləşən və sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə, İddiaçı2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi və X3 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə İddiaçı3 adına arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-133/2024 saylı qərarına əsasən iddianın təmin edilməsi, İddiaçı1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bag massivində yerləşən və sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə dair bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə İddiaçı1 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, İddiaçı2 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə İddiaçı2 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, İddiaçı3 mərhum atası X3 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X3 mülkiyyət hüququilə məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçı1 və İddiaçı2 göstərdiyi sahələrə ********** nömrə ilə X6 müraciəti olmuşdur. Həmçinin qeyd olunan əraziyə dair "xxxx" MMC-nin yerquruluşu planı mövcuddur. İddiaçıların hər üçü tərəfindən göstərilən bağ nömrələri sxematik xəritədə öz əksini tapmayıb. 1083-lə başlayan bağ sahələri İddiaçı1 göstərdiyi sahədən təqribən 900 m, İddiaçı2 göstərdiyi sahədən 1250 m və iddiaçı Bədirov Abbas-Ağa Bahadır oğlunun göstərdiyi sahədən isə 1200 m aralıda yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin sxematik xəritədə qeyd olunan həqiqi yeri müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı ətraflı araşdırılma aparılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. İddia tələbindən görünür ki, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bag massivində yerləşən və sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsini və İddiaçı3 isə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinin mərhum X3 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsini xahiş etmişlər. İş materiallarından isə görünür ki, X4 və İstismarı Birliyi ilə İddiaçı1 arasında bağlanmış 33676 nömrəli, xx.xx.2004-cü il tarixli «Novxanı ərazindəki 1083e nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə»yə əsasən sahəsi 0.12 ha olan həmin bağ sahəsi İddiaçı1, X4 və İstismarı Birliyi ilə İddiaçı2 arasında bağlanmış 33978 nömrəli, xx.xx.2005ci il tarixli «Novxanı əraizindəki 1103c nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə»yə əsasən sahəsi 0.12 ha olan həmin bağ sahəsi İddiaçı2, X4 və İstismarı Birliyi ilə X5 arasında bağlanmış 33979 nömrəli, xx.xx.2005-ci il tarixli «Novxanı əraizindəki 1103ç nömrəli bağın istifadəyə verilməsi haqqında müqavilə»yə əsasən sahəsi 0.12 ha olan həmin bağ sahəsi X1 istifadəsinə verilmişdir. Göründüyü kimi, hər bir iddiaçı ilə ayrı-ayrılıqda bağlanılmış müqavilələrə əsasən ayrı-ayrı torpaq sahələri ayrı-ayrılıqda onların hər birinin istifadəsinə verilmişdir. Həm torpaq sahələri, həm müqavilələr, həm də torpaq sahəsinin ayrıldığı şəxslər fərqlidir. Belə olan halda hər bir iddiaçıya münasibətdə hər bir müqavilə üzrə ayrılmış torpaq sahəsinə hüquqların qeydiyyatı ilə əlaqədar hallar ayrı-ayrılıqda araşdırılmalı, hər birinə ayrıayrılıqda qiymət verilməlidir. Bundan başqa, iddia tələbləri də fərqlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbləri üzrə torpaq sahəsinə çıxarışın verilməsi, İddiaçı3 iddia tələbi üzrə isə torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi xahiş edilir. Göründüyü kimi, iddia tələblərinin predmeti və əsasları da fərqlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 56.1. Məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. 56.2. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hər bir iddia tələbinə ayrı-ayrı icraatda baxılmalı və hər bir tələbə dair ayrıca qərar qəbul edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin tələblərə bir icraatda baxılaraq vahid qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələblərinə bir icraatda baxıla bilməz. Hər bir iddiaçıya münasibətdə iddia tələbləri ayrı-ayrı icraata ayrılmalı və ayrı-ayrılıqda araşdırılmalıdır. Bu səbəbdən də apellyasiya şikayəti qismən təmin edilməli, qərar ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İddia tələbləri ayrıca icraata ayrılaraq ayrı-ayrılıqda araşdırılması üçün inzibati iş birinci instansiya məhkəməsinə göndərilməli olduğundan apellyasiya şikayəti iddianın təmin edilməməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-133/2024 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərarı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar