Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-241/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) iş üzrə (Açar sözlər: vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Nəbizadə Nigar Xeyrulla qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) “vəfat etmiş ərinin əvəzinə mənzil növbəsinə götürülməsi və mənzil kirayəsi haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil uçotuna sənədlərin qəbul edilməsi və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsi, hər ay 375 (üç yüz yetmiş beş) manat ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz həqiqi hərbi xidmətdə olan iddiaçının həyat yoldaşı kapitan X2 44 günlük Vətən Müharibəsində iştirak etdikdən sonra cərrahiyyə əməliyyatı aparılması məqsədilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına müraciət etmişdir. Hospitalda kapitan R.Mahmudovun boyun nahiyyəsində neyrocərrahiyyə əməliyyatının aparılması üçün yüksək texnologiya imkanları tələb edilməsi, əməliyyatın icrası üçün avadanlıq və həkim mütəxəssislərin olmadığına görə xəstənin sağlamlığı getdikcə ağırlaşdığına görə, hospitalın rəisi kapitan R.Mahmudovun komandanlığa ünvanladığı məktubun cavabına əsaslanaraq R.Mahmudov xx.xx.2020-ci il tarixli məzuniyyət bileti alıb, neyrocərrahiyyə əməliyyat olunması üçün “Bakı Medikal Plaza” kilinikasına gedib. xx.xx.2020-ci il tarixdə klinikada neyrocərrahiyyə əməliyyat olunub. Əməliyyatı aparmağı bacarmayan cərrah xəstəni on saatdan artıq müddətdə narkoz altında saxlayaraq, əməliyyatı düzgün aparmadığına görə əməliyyatdan sonra dördüncü gün kapitan R.Mahmudovu qüsursuz sağlam həyata qaytarmaq mümkün olmadığına görə xəstənin qanına kliniki infeksiya yeridilib reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsində R.Mahmudovun bədəninə vurduğu sistemə narkotiklər əlavə edərək xəstəni özünü idarə edə bilməz vəziyyətə salıb, onun müqavimətini qırmaqla özünü müdafiə etmə imkanlarını aradan qaldırıb, 41 gün müddətində xəstəyə əzab-əziyyət verdikdən sonra beyni və qanı irinləşdirib kapitanı şüurlu surətdə xx.xx.2021-ci il tarixdə həyatdan məhrum etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 28-ci maddəsinin tələblərinə əsaslanaraq mərhum kapitan Rəşad Mahmudovun həyat yoldaşı kimi Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün hərbi qulluqçuların mənzil edilməsini və uşaqların yetkinlik yaşına çatanadək (abad mənzil verilənədək) müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsini 01 yanvar 2021-ci il tarixdən davam etdirilməsini, hər ay 375 manat ödənilməsini xahiş etmişdir. İcra Hakimiyyətinin hüquq şöbəsinin və sənədlərlə iş şöbəsinin müdirlərinin şifahi - qanunsuz, əsassız cavabları: - “Müdafiə Nazirliyində mənzil növbəsində dayanmaq və onlardan kirayə haqqının ödənilməsini tələb etmək hüququnuz vardır. Şəhidlərdən başqa heç bir müharibə iştirakçısına yardım göstərmək imkanımız yoxdur”. İcra Hakimiyyətində dövlət məmurları xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə poçt vasitəsilə göndərdiyi ərizələrə yazılı cavab verməkdən imtina etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinə, İnsan Hüquqları üzrə Müvəkkili aparatına, Müdafiə Nazirliyinə dəfələrlə şikayət məktubları ünvanladıqdan sonra Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavininin imzası ilə xx.xx.2021-ci il tarixli imtina məktubu almışdır.
3. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
4. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
5. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbavcan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alınana bilər. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və Və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxsin istifadə etdiyi güzəştlərə ailəsinin hüququnun saxlanılmalı olduğunu qeyd edir. İddiaçının istinad etdiyi "Hərbi qulluqçuların statusu haqqında" AR qanununıın 21 maddəsində əmək hüquq münasibətləri və sosial təminat məsələlərində zabitlərin, gizirlər və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların ailə üzvlərinin hüquqlarının həyata keçirilməsi üçün müvafiq təminatlar müəyyən edilir. Həmin maddənin 5-ci bəndinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. HQSH AR Qanunun 28-ci maddəsində qeyd olunmuş “hərbi xidmət vəzilələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə dedikdə, (həlak olmuş (ölmüş) hərbi qulluqçuların ailələrinin yaşayış sahələri ilə təmin edilməsi) bu vəzifələrin kimin tərəfindən icra olunması sonuncu xidmət etdiyi qurumun və ya yerli icra hakimiyyətlərinin nəzərdə tutulması məsləsi mübahisə yaradır. Lakin AR Mənzil Məcəlləsinin 51.2-ci maddəsində və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndində güzəştin mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana biləcəyi qeyd olunduğundan ”Hərbi qulluqçuların statusu haqqında” AR qanununun 21-ci maddəsinin 5ci bəndinin tətbiqi mümkün olmamışdır. Qeyd olunanlardan əlavə güzəştin olması həmin zabitə nisbətdə tətbiq ediləcəyi bəlli deyil. Belə ki, sənədlər təqdim edildikdə şəxsin güzəştdən istifadə hüququnun olmaması hallarıda müəyyən oluna bilər. Bundan başqa, iddiaçı iddia ərizəsində Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin üzərinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunması vəzifəsinin qoyulmasını xahiş edir. Bununla bağlı bildirir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq, vətəndaşlara hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması 01 yanvar 2001-ci il tarixdən bələdiyyələrin səlahiyyətinə verilmişdir. İddiaçıya Rayon İcra Hakimiyyətində qəbulda olarkən bununla bağlı dəfələrlə müvafiq izahatların verilməsinə baxmayaraq, o məhkəmə qarşısında Rayon İcra Hakimiyyətinin səlahiyyət çərçivəsində olmayan öhdəliyinin üzərinə qoyulması barədə iddia qaldırır. Bundan başqa, iddiaçı məhkəmə qarşısında qaldırdığı iddia tələbini səhvən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) şamil etmişdir. Qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilir. Belə ki, AR Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Mənzil Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Belə kı, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə təmin edilirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi güzəştli mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda o həmin güzəştlə mənzil növbəsinə dayana bilər. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həyat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. İddiaçı iddia ərizəsində "Hərbi qulluqçuların statusu haqqında” AR qanununun 21-ci maddəsinin 5-ci bəndinə əsaslanıb. Halbu ki, iddiaçının iddia tələbi ilə bağlı qanunvericilikdə inzibati aktın qəbul olunması nəzərdə tutulmuşdur. Belə ki, AR Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. İlk olaraq bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 174 saylı 2012-ci il 6 avqust tarixli qərarına əsasən müvəqqəti mənzil kirayəsi xərcləri yerli icra hakimiyyəti orqanlarında mənzil növbəsində dayanmış şəxslərə ödənilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
6. Üçüncü şəxs inzibati orqan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 06 may 2019-cu il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş” Azərbaycan Ordusunun hərbi qulluqçularına (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası müəyyən edilmişdir. Həmin qaydanın 1.2-ci mədəsinə əsasən mənzil kirayəsi üçün pul kompensasiyası Azərbaycan Ordusunun hərbi qulluqçularına və onların ailə üzvlərinə ödənilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 05 mart 2021-ci il tarixli 0326 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq X4 Aeroportunun Hərbi Əlaqələr Komendatlığının hərbi komendantının köməkçisi kapitan X2 vəfat etdiyi üçün 24 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. Ölüm-hərbi xidmət vəzifəsinin icrası ilə bağlı olmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasını Qanunun 28-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak (olduğu) gündən ən gec 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verir, uşaqlara yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyasının ödənilməsi davam etdirilir. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
8. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
10. Qərardan narazı qalan iddiaçı həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1701/2023 saylı, 12 iyul 2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2-1(103)-138/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-405/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 10 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Qərardan narazı qalan iddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1603/2024 saylı, 30 may 2024-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, 2-1(103)-405/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi, iddiaçının kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
15. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Yusifov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
19. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmənin sorğusuna cavab olaraq 2/2374 saylı xx.xx.2021-ci il tarixli məktubla X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının sabiq hərbi qulluqçusu X1 barəsində olan məlumatları məhkəməyə göndərmişdir.
20. X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının xx.xx.2021-ci il tarixli 74 nömrəli Arayışında göstərilmişdir: “Sizin 2/3345 №-li məktuba cavab olaraq bildirirəm ki, X4 Aeroportunun Hərbi Əlaqələr Komendantlığının hərbi komendantın köməkçisi kapitan X2, xx.xx.2020-ci il tarixdə ailə vəziyyəti ilə məzuniyyətə buraxılıb. Məzuniyyətdə olduğu zaman səhhəti pisləşdiyinə görə xx.xx.2020-ci il tarixdə “BAKU MEDİCAL PLAZA”-ya müraciət edib və xx.xx.2020-ci il tarixdə Foramen magnum Meningiomu. XBT-10, D32.9” diaqonuzu qoyulmuş və “Farlaterial transcondylar yanaşma ilə subtotal Tm eksizyonu” əməliyyatı keçirilmişdir. xx.xx.2020-ci il tarixdə əməliyyat keçirdiyi üçün məzuniyyəti uzadılıb. Əməliyyatdan sonra vəziyyəti pisləşmiş və xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində həmin xəstəxanada vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası zamanı baş verməyib.”
21. X4 Aeroportunun Hərbi Əlaqələr komendantının xx.xx.2020-ci il tarixli 248 nömrəli əmrindən çıxarışa əsasən 10 dekabr 2020-ci il tarixdən kapitan X2, hərbi komendantın köməkçisi, ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətə, Bakı şəhərində keçirməklə, 10 (on) təqvim günü müddətinə məzuniyyətə getmiş hesab edilmişdir.
22. X4 Aeroportunun Hərbi Əlaqələr komendantının xx.xx.2020-ci il tarixli 259 nömrəli əmrindən çıxarışa əsasən kapitan X2, hərbi komendantın köməkçisi, ailə vəziyyəti ilə məzuniyyətdə olduğu müddətdə səhhəti pisləşib və “Bakı Medikal Plazada Cərrahi əməliyyat keçirib. 20 dekabr 2020-ci il tarixdən səhhəti nəzərə alınaraq məzuniyyəti müddəti uzadılmışdır.
23. X4 Aeroportunun Hərbi Əlaqələr komendantının xx.xx.2021-ci il tarixli 25 nömrəli əmrindən çıxarışa əsasən kapitan X2, hərbi komendantın köməkçisi, “X7”da cərrahi əməliyyatdan sonra vəfat etdiyinə görə, 25 yanvar 2021-ci il tarixdən hərbi komendantlığın şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmış hesab edilmişdir.
24. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, vəfat etmiş hərbi qulluqçunun həyat yoldaşı kimi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə əsasən kirayə haqqı üçün kompensasiya verilməsi və mənzil sahəsi ilə təmin olunmasını xahiş etmişdir.
25. Cavabdeh 07 iyun 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinə istinadən bildirmişdir ki, göründüyü kimi, qanunvericilikdə ölmüş hərbi qulluqçunun ailəsinə kirayə xərclərinin ödənilməsinin davam etdirilməsi nəzərdə tutulmuşdur. İddiaçının ölmüş əri xidmət dövründə vəfat etmiş, həmin dövrdə RİH-də mənzil növbəsində olmamış və kirayə pulu almamışdır. Bu səbəbdən də kirayə pulunun ödənilməsinin davam etdirilməsi RİH-in səlahiyyətləri xaricindədir.
26. AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-22/2-741-23/24 №-li məktubuna əsasən İddiaçı Fariz qızının mərhum əri X1 adı 1992-2001-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq hərbi komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında ailə tərkibi nəzərə alınmaqla 3049-cu sıradadır.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
27. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati mübahisə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının icraatında artıq bir dəfə olmuş və işə baxılmanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli, 2-1(102)- 1701/2023 saylı qərar qəbul edilmişdir.
29. Həmin qərara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
30. İş apellyasiya instansiyası məhkəməsinə göndərildiyi zaman Ali Məhkəmənin sözügedən qərarında İPM-in 96.11-ci maddəsinə müvafiq olaraq apellyasiya məhkəməsi üçün məcburi xarakter daşıyan bir sıra göstərişlər verilmişdir.
31. Belə ki, apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişini icra edərkən, müəyyən etmişdir ki, Azərbaycan Respubikası Müdafiə Nazirliyinin xx.xx.2021-ci il, 0326 nömrəli əmrinə əsasə Rəşad Mahmudovun ölümünün hərbi xidməti vəzifələrinin icrası ilə bağlı olması öz təsdiqini tapmışdır.
32. Buna görə də apellyasiya məhkəməsi haqlı olaraq öz qərarında göstərmişdir ki, “İddiaçı ərinin hərbi xidmət vəzifələrinin icrası zamanı öldüyünü əsas tutaraq, dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsini tələb edir.
33. İddiaçının bu hüququ “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, hərbi xidmət vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş) hərbi qulluqçunun ailəsinə, zərurət olduqda, hərbi qulluqçunun həlak olduğu (öldüyü) gündən ən geci 6 ay keçənədək dövlət mənzil fondu hesabına növbədənkənar abad mənzil almaq və ya mənzil şəraitini yaxşılaşdırmaq hüququ verilir, uşaqları yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi davam etdirilir.
34. Beləliklə, iddiaçının hazırkı iddia tələbləri “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 28-ci maddəsinin müddəalarına tam uyğun gəlir ki, bu da işin təkzibolunmaz halıdır.
35. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
36. İş materiallarından müəyyən edilir ki, AR Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-22/2-741-23/24 №-li məktubuna əsasən İddiaçı Fariz qızının mərhum əri X1 adı 1992-2001-ci illərdə Azərbaycan ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq hərbi komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında ailə tərkibi nəzərə alınmaqla 3049-cu sıradadır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki və hazırki apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinə yerli İcra Hakimiyyəti orqanında mənzil növbəsində dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxması (növbəliliyin birini seçməsi) təklif olunsa da, iddiaçı tərəf bununla razılaşmamışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının (nümayəndəsinin) yerli İcra Hakimiyyəti orqanında mənzil növbəsində dayanması və mənzillə təmin olunanadək kirayə haqqının alınması üçün Müdafiə Nazirliyində mənzil növbəsindən çıxmasına (növbəliliyin birini seçməsinə) lüzum yoxdur. Belə ki, iddiaçı növbələrdən biri üzrə mənzillə təmin olunduğu, yəni bununla bağlı məlumat aşkar olunduğu halda, şübhəsiz ki, iddiaçı mənzillə təmin olunma barədə digər mənzil növbəsindən məhrum olacaqdır.
39. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir.
40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1404/2022 saylı, 10 mart 2022-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı, mərhum kapitan X1 həyat yoldaşı (ailə üzvü) kimi, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində Dövlət Mənzil Fondu hesabına növbədənkənar abad mənzil almaq üçün mənzil uçotuna (hərbi qulluqçuların) sənədlərinin qəbul edilməsi və 24 yanvar 2021ci il tarixdən (X1 ölüm tarixi) hesablanmaqla İddiaçı uşaqlarının yetkinlik yaşına çatanadək müvəqqəti mənzilin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Nigar Nəbizadə Ceyhun Məmmədov