Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2410/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X8 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)4065/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)4065/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-2017/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)4065/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunması, iddia tələbinin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ..iddiaçı mübahisələndirilən əmrin surətini xx.xx.2021-ci il tarixdə almışdır. İddiaçının həmin əmrin mövcudluğundan xəbərdar olması, onun əmri alması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliyin tələblərinə əsasən əmrin surəti işçiyə onun sonuncu iş günü verilməlidir. Lakin, baxılan iş üzrə cavabdeh əmrin işçiyə xx.xx.2021-ci il tarixdən daha əvvəl təqdim olunmasına dair sübutları məhkəməyə təqdim etməmişdir.Göründüyü kimi iddia mübahisələndirmə haqqında iddia növünə aid olmuş, iddiaçını tərəfindən inzibati akt prosessual müddətə riayət olunmaqla mübahisələndirilmişdir.
5. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(103)-2017/2021 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-142/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması, cavabdehin kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır.
7. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və ödənilməmiş məvacibin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020-ci il tarixli əmri ilə iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 25 noyabr 2020- ci il tarixli əmri rəsmi qaydada iddiaçıya təqdim edilməmiş və o, əmrlə tanış olmamışdır. İddiaçının əmək kitabçası ona poçt vasitəsilə 25 yanvar 2021-ci il tarixində çatdırıldıqdan və həmin vaxt əmək kitabçasında qeyd olunan məlumatlardan məlum olmuşdur ki, o, cavabdehin 25 noyabr 2020-ci il tarixli, **********0 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş həmin əmr əsassızdır və onun əmək hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
11. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, A.Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən Nazirlik yanında X17 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, regional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli nə yetirilməsi üçün onlara texniki və metodiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətlərin ısı zamanı nöqsanlara yol verilmişdir. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ nədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyri-normativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrıca göstərilmədiyi müəyyən olunmuşdur. Həmçinin daha əvvəl İddiaçı barəsində 30 aprel 2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə əsasən intizam tənbeh tədbiri tədbiq edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********0 №-li əmri ləğv edilməsi, İddiaçı qıznın işə bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Aparılmış tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilməsi qərara alınmışdır.
13. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda onunla əsaslandırmışdır ki, A.Şeyxzadənin işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsinin 15 sentyabr 2020-ci il tarixli **********7 nömrəli xidməti məruzəsi olmuşdur (surəti təqdim edilmişdir). Məruzədən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 avqust 2020-ci il tarixli, **********5 nömrəli əmrinə əsasən Nazirlik yanında X17 Xidmətinin Mərkəzi laboratoriyasında 01 yanvar 2016-cı il tarixdən 01 iyul 2020-ci il tarixədək olan dövrdə iş yerlərində (müəssisə, idarə və təşkilatlarda) əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrası vəziyyətinin araşdırılması zamanı bir sıra nöqsanlara yol verildiyi müəyyən olunmuşdur. Məruzədə göstərilir ki, müəssisə, idarə və təşkilatlarda iş yerlərinin əməyin mühafizəsinə və əmək şəraitinə dair norma və standartlara uyğunluğunu, zəruriliyini, ağırlığını və gərginliyini müəyyənləşdirmək üçün ölçü və yoxlamaların aparılması, həmçinin iş yerlərinin attestasiyasının keçirilməsində və əmək şəraitinin yoxlanılmasında attestasiya komissiyalarına texniki və metodiki kömək göstərilməsi, regional laboratoriyaların fəaliyyətinə nəzarət olunması, işlərin səmərəli yerinə yetirilməsi üçün onlara texniki və metodiki kömək göstərilməsi, laboratoriyanın balansında olan əsas vəsaitlərin inventarizasiyasının aparılması və faktiki vəziyyəti, daxil olmuş müraciətlərin icrası zamanı nöqsanlara yol verilmişdir. A.Şeyxzadənin icraatında olan iş yerlərində attestasiya komissiyalarına kömək göstərilməsi və instrumental ölçmələrin aparılması ilə bağlı bir neçə müraciət üzrə iş yerlərində aparılmış ölçmələrə dair tərtib olunmuş protokollarda və verilmiş rəylərdə nöqsanlara yol verdiyi, protokollarda istinad olunan bəzi normativ sənədlərin mövcud olmadığı və ya düzgün normativ sənədlərə istinad olmadığı, beynəlxalq sənədlərin rəsmi adlarının dəyişdirilərək yazıldığı, qeyrinormativ sənədlərə istinad olunduğu, müəyyən olunmuş norma və kateqoriyaların düzgün göstərilmədiyi, ölçməsi aparılmış sahələrin ayrıca göstərilmədiyi müəyyən olunmuşdur. Qeyd edilən pozuntulardan bir neçəsini aşağıdakı kimi sadalamaq olar: 1. "xxxx" MMC - Müəssisədən daxil olmuş xx.xx.2017-ci il tarixli məktub əsasında İddiaçı xx.xx.2017-ci il tarixdən 3 (üç) gün müddətinə Cəmiyyətin yerləşdiyi Bərdə rayonuna ezam olunmuşdur. Lakin protokollara baxış keçirən zaman məlum olmuşdur ki, protokollar DƏMX-in laboratoriyası tərəfindən təsdiq olunsa da müəssisənin əməkdaşı tərəfindən tərtib olunmuş, İddiaçı heç bir fəaliyyəti olmamışdır. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: - Təqdim edilmiş ezamiyyə vərəqəsindən və A.Şeyxzadənin DƏMX-nin rəisinin adına yazdığı məlumatda göstərilir ki, müəssisənin yerləşdiyi Bərdə şəhərinə 3 günlük ezam edilmişdirlər və təqdim edilmiş sənədlərə uyğun olaraq həmin günlər üçün ezamiyyə haqqı ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən iclasda 3 gün ezamiyyədə olduğunu qeyd etsə də, xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı Bərdə şəhərində yalnız 1 gün ölçmə aparıldığını və həmin gün axşam Bakı Şəhərinə qayıtdığını etiraf etmişdir (sənədlərin surətləri təqdim edilmişdir); - A.Şeyxzadə tərtib edilmiş protokolları imzalamaqdan imtina etməsini müəssisədə olan pozuntu halları ilə əlaqələndirmişdir. Lakin əvvəla bu halların araşdırılması onun funksiyalarına aid olmamış, həmçinin onun işi yalnız ölçmələri aparmaq olmalı idi. Halbu ki, “Dövlət qulluğu haqqında” AR Qanununun 19.0.11-ci maddəsinə əsasən qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək dövlət qulluqçusunun hüququdur, həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun 10.2-ci maddəsinə əsasən dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. Həmin dövrdə A.Şeyxzadənin bilavasitə rəhbəri olmuş M.Seyidov onun protokolları imzalamaması ilə bağlı bir neçə dəfə xidmət rəhbərliyinə məruzə etmişdir (surətləri təqdim edilmişdir). Qeyd edilənlər sübut edir ki, İddiaçı verilən tapşırığı icra etməmiş, həmçinin sözügedən ezamiyyə formal olmuş, dövlət vəsatindən qənaətlə istifadə edilməmişdir. Məhkəmənin gəldiyi nəticədə yalnışlıqlar: - Məhkəmə hesab etmişdir ki, "xxxx" MMC ilə bağlı işdə intizam pozuntusu var amma Bərdəyə səfər yoxlama deyil metodiki kömək məqsədi ilə olması bu pozuntunun əhəmiyyətini azaldır. Həmçinin iddiaçının həmin vaxt Bərdə şəhərində olması faktını təsdiq etməklə kifayətlənmişdir. Halbu ki, yuxarıda qeyd etdikləri faktlardan göründüyü kimi, iddiaçı məhkəmə iclasında Bərdə şəhərində yalnız 1 gün olduğunu etiraf etmiş, təqdim etdiyimiz ezamiyyə sənədlərindən göründüyü kimi arayış yazaraq 3 günün ezam pulunu almışdır. Həmçinin məhkəmə qərarda səfər yoxlama deyil metodiki kömək məqsədi ilə olmasını qeyd etməklə attestasiyanın mahiyyətini azaltmışdır. 2. Azərbaycan Milli İncəsənət Muzeyi - Müəssisədən daxil olmuş 01,10.2019-cu il tarixli məktub əsasında İddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 260 nömrəli protokolda faktiki səs-küy, 261 nömrəli protokolda faktiki titrəyiş, 262 nömrəli protokolda istehsalat tozu və zərəli kimyəvi maddələr, 263 nömrəli protokolda nisbi rütubət, havanın hərəkəti, 264 nömrəli protokolda işıqlanma, 265 nömrəli protokolda faktiki radiasiya, 266 nömrəli protokolda ionlaşmayan şüalanma göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş məhkəmə iclaslarında Milli İncəsənət Muzeyində A.Şeyxzadə tərəfindən aparılmış ölçmələrin formal olduğu sübuta yetirilmişdir. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş şəkildəki cihazın göstəricisi ilə protokollarda qeyd edilən göstəricilər eyni olmamışdır. Həmçinin iddiaçı protokollarda yol verilən hədlərin onun tərəfindən yazılmadığını və onun işinin yalnız ölşmələr olduğu qeyd edilmişdir. Halbu ki, tərəflərindən məhkəməyə təqdim edilən protokol nümunələri A.Şeyxzadənin iddialarının əsassız olduğunu sübut edir. xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı protokollar hazırlanarkən normativlərdən istifadə etmədiyini və yalnız ölçmələr həyata keçirdiyini qeyd etmişdir. -xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı müəssisədə ölçmələrin səthi aparıldığını etiraf etmişdir. Bunlar tərtib olunan protokollar üzrə heç bir ölçmənin aparılmadığı, göstəricilərin heç bir əsas olmadan yazıldığını sübut edir. 3. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu - Müəssisədən daxil olmuş 01,10.2019-cu il tarixli məktub əsasında İddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 242 nömrəli protokolda faktiki səs-küy, 247 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 248 nömrəli protokolda faktiki səs-küy, 249 nömrəli protokolda faktiki istehsalat tozu, 253 nömrəli protokolda faktiki ionlaşmayan şüalanma, 254 nömrəli protokolda faktiki səs-küy, 255 nömrəli protokolda faktiki istehsalat tozu, 259 nömrəli protokolda faktiki ionlaşmayan şüalanmaya dair göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Göstərilən ölçmələr X19 Laboratoriyasında, X2 və Milli Referans Laboratoriyasında müxtəlif vaxtlarda aparılmasında baxmayaraq 242, 248 və 254 nömrəli protokollara əsasən faktiki səs-küy, 247, 253 və 259 nömrəli protokollara əsasən faktiki ionlaşmayan şüalanma, 249 və 255 nömrəli protokollara əsasən istehsalat tozuna dair göstəricilər tamamilə eyni olmuşdur. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: - İddiaçı protokollarda yol verilən hədlərin onun tərəfindən yazılmadığını və onun işinin yalnız ölşmələr olduğu qeyd edilmişdir. Halbu ki, tərəflərindən məhkəməyə təqdim edilən protokol nümunələri A.Şeyxzadənin iddialarının əsassız olduğunu sübut edir. xx.xx.2022-ci il tarixdə keçirilən iclasda iddiaçı protokollar hazırlanarkən normativlərdən istifadə etmədiyini və yalnız ölçmələr həyata keçirdiyini qeyd etmişdir. Qeyd edilənlər tərtib olunan A.Şeyxzadənin əmək funksiyalarını düzgün icra etmədiyini, protokollar üzrə heç bir ölçmənin aparılmadığı, göstəricilərin heç bir əsas olmadan yazıldığını sübut edir. - Məhkəmə qeyd etmişdir ki, tərtib olunmuş sınaq protokollarında əks olunan göstəricilərin düzgünlüyünün müəyyən edilməsini xüsusi bilik tələb edən sahəyə aid olduğunu hesab edərək, həmin hissədə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil. Həmçinin məhkəmə pozuntuların araşdırılmasında sahəvi mütəxəsislərin cəlb edilmədiyini qeyd etmişdir. Halbu ki, istər yoxlamalara, istərsə də məhkəmə prosesinə cəlb edilmiş nümayəndələr Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin sektor müdiri F.Mİrzəyev və X15 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin müdir müavini A.İsmayılov bu sahədə ixtisaslaşmış kadrlardır. Göründüyü kimi məhkəmə qeyd edilən faktalar biganə yanaşmış, verilmiş qərarda yalnışlığa yol vermişdir. 4. "xxxx" MMC - Müəssisədən daxil olmuş xx.xx.2017-ci il tarixli məktub əsasında İddiaçı tərəfindən instrumental ölçmələr aparılmışdır. Tərtib olunan 6 nömrəli protokolda faktiki səs-küyün ekvivalent səviyyəsi, 7 nömrəli protokolda faktiki işıqlanma, 8 nömrəli protokolda faktiki temperatur, nisbi rütubət və hava axını, 9 nömrəli protokolda faktiki istehsalat tozu, 10 nömrəli protokolda faktiki ionlaşdırmayan və ionlaşdıran şüalanma, 11 nömrəli protokolda ölçülən bütün nöqtələrdə faktiki səsküy, 12 nömrəli protokolda kombinə olunmuş faktiki işıqlanma, 13 nömrəli protokolda faktiki temperatur, nisbi rütubət və hava axını, 14 nömrəli protokolda faktiki istehsalat tozu, 15 nömrəli protokolda faktiki ionlaşdırmayan və ionlaşdıran şüalanmanın göstəricilərin bütün ölçmə nöqtələrində eyni olduğu qeyd olunmuşdur. Hansı ki, qeyd olunan göstəricilərin müxtəlif nöqtələrdə eyni olması mümkün deyil. Eyni zamanda müvafiq göstəricilər üzrə 9-cu və 14-cü protokollar, 8-ci və 13-cü, 7ci və 12-ci, 6-cı və 11-ci protokollar fərqli mərtəbələr üzrə tərtib olunmasına baxmayaraq bütün nəticələr eyni qeyd olunmuşdur. Bundan başqa müəssisələrə əmək şəraitinin qiymətləndirilməsi barədə rəylərin verilməsi laboratoriya müdirinin vəzifə səlahiyyətlərinə aid olsa da İddiaçı vəzifə funksiyalarına daxil olmadığı halda rəy vermişdir. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: - Tərəfimizdən məhkəməyə A.Şeyxzadə tərəfindən "xxxx" MMC-ə verilmiş rəyin surəti təqdim olunmuşdur. Çünki ümumilikdə həmin müəssisəyə aid sənədlərin əsli iddiaçı tərəfindən laboratoriyadan götürülmüşdür. Sənədlərin əsli özündə olmasına baxmayaraq israrla məhkəmədə rəyin ona aid olmadığını və rəyin əslini tələb etmişdir. Həmin sənədlərə əlavə edilmiş tədbirlər planından göründüyü kimi (iddiaçının özü tərəfindən təqdim edilmişdir) sadalanmış tədbirlər A.Şeyxzadə tərəfindən verilmiş rəylə eynilik təşkil edir. - Müəssisədə aparılan ölçmələrin dəqiqliyi ilə bağlı hər hansı tutarlı faktlar təqdim edə bilməmişdir. Bununla da tərtib olunan protokollar üzrə heç bir ölçmənin aparılmadığı, göstəricilərin heç bir əsas olmadan yazıldığı şübhələri yaranır. Eyni zamanda müəssisə və təşkilatların əmək şəraitinin qiymətləndirilməsi barəsində müvafiq rəyin verilməsi İddiaçı vəzifə funksiyalarına aid deyil. 5. N nömrəli hərbi hissə - Hərbi hissədən daxil olmuş xx.xx.2018-ci il tarixli məktuba əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən 2 (iki) gün müddətinə Qusar şəhərinə və Pirəşkül-1 yaşayış məntəqəsinə ezam olunmuşdur. Lakin İddiaçı xx.xx.2018-ci il tarixli xidməti məlumatında avadanlıqların nasaz olduğundan, eyni zamanda hərbi hissə tərəfindən müvafiq şərait yaradılmadığından instrumental ölçmələrin aparılmadığını bildirmişdir. Halbuki, hərbi hissədən daxil olmuş məktubda iş yerinin attestasiya olunması xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: A.Şeyxzadənin ezam edilməsi ilə bağı əmrdən göründüyü kimi ezam müddəti 2 gün müəyyən edilmişdir. Lakin A.Şeyxzadəyə aid ezam vərəqəsində 3 gün Qusar şəhərində olduğu qeyd edilir. Halbu ki, xx.xx.2022-ci il tarixdə keçirilən iclasda A.Şeyxzadə 1 gün Qusar şəhərində olduğunu, nəvəsinin doğumu ilə əlaqədar (halbu ki, daha sonra nəvəsinin doğum tarixni başqa qeyd etmişdir) Bakı şəhərinə qayıtdığını qeyd etmişdir. - Cihazların işlək vəziyyətdə olmaması ilə bağlı deyilənlərin əsassız olmasını tərəfimizdən məhkəməyə təqdim edilmiş Dövlət Metrologiya Xidməti tərəfindən təqdim edilmiş sertifikatlar və cihazların təhvil sənədləri sübut edir. Bu da göstərir ki, İddiaçı verilən tapşırığı icra etməmiş, vəzifə funksiyaların icrasını kobud şəkildə pozaraq və verilmiş tapşırıqlara laqeyid yanaşmışdır. Eyni zamanda, hərbi hissə tərəfindən rəsmi məktubla sözügedən attestasiyanın aparılması üçün xahiş olunmasına baxmayaraq, müvafiq ölçmələrin aparılmasına şəraitin yaradılmaması bəhanəsi də İddiaçı tərəfindən verilmiş tapşırğın icra edilməməsini sübut edir. "xxxx" MMC və N nömrəli hərbi hissədə aparılan instrumental ölçmələrdə iddiaçının yol verdiyi pozuntu faktları ilə bağlı məhkəmənin mövqeyi: -Qeyd edilən pozuntularla bağlı məhkəmə araşdırma aparsada hüquqi qiymət verməmiş, güya həmin faktların əmr verilməsinə əsas olmudığı qeyd edilmişdir. Halbu ki, məhkəməyə təqdim edilmiş sənədlər qeyd edilən faktların yoxlama dövründə aşkar edildiyini sübut etmişdir. 6. İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləmədiyinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı notbuku özündə (evində) saxlayaraq şəxsi məqsədləri üçün istifadə etdiyi aşkar olunmuşdur. Araşdırma dövründə qeyd olunan inventarın Mərkəzi laboratoriyaya qaytarılması təmin edilmişdir. Məhkəmə araşdırması zamanı aşkar edilmiş faktlar: -iddaçı tərəfindən təqdim edilmiş mülahizədə notbuku xx.xx.2020-ci il tarixdə pandemiya ilə əlaqədar evə apardığı qeyd edilmişdir. Lakin tərəflərindən məhəkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi həmin tarixdə pandemiya ilə bağlı evdən işləmək üçün iddiaçıya hər hansı tapşırıq verilməmişdir. Həmçinin ilk əmrlər xx.xx.2022-ci il tarixdə verilmişdir və iddiaçı bundan martın 13-ü xəbərdar ola bilməzdi (əmrlərin və digər sənədlərin surətləri təqdim edilmişdir). Qeyd edilənlər İddiaçı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 16.2-ci maddəsinin (16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün İstifadə etməsi qadağandır) tələblərini kobud şəkildə pozduğunu sübut edir. Qeyd edilən faktla bağlı məhkəmənin gəldiyi nəticədə yalnışlıqlar: -Məhkəmə qərarında bəhs edilən noutbukun 2020-ci ilin may ayında Nazirliyə qaytarıldığı qeyd edilmişdir. Halbu ki, təqdim edilən sənədlərdən də göründüyü kimi 2020-ci ilin avqust ayında yoxlamalar başladıqdan sonra tələb əsasında geri qaytarılmışdır; -16-18 mart tarixlərində iddiaçının işdə olmaması ilə bağlı məhkəmənin gəldiyi mövqe əsaslı deyil. Belə ki, tərəflərindən məhəkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi həmin tarixdə pandemiya ilə bağlı evdən işləmək üçün iddiaçıya hər hansı tapşırıq verilməmişdir. Həmçinin ilk əmrlər xx.xx.2022-ci il tarixdə verilmişdir və iddiaçı bundan martın 13-ü xəbərdar ola bilməzdi; -Davamiyyət jurnalı ilə bağlı məhkəmənin mövqeyi anlaşılmazdır. İşçi işdə olmadığı halda onun əvəzinə jurnala imza etmək nəinki Nazirliyin lehinə deyildir, hətta işçi həmin dövrdə üzrlü səbəb olmadan işdə olmamışdırsa onun barəsində intizam tenbihinin tətbiq edilməsinə əsaslar yaranmışdır. 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2018-ci il tarixli məktubu ilə İddiaçı xüsusi olaraq Salyan rayonu ərazisində yerləşən hərbi hissədə ekoloji monitorinqin keçirilməsində mütəxəssis kimi iştirak etməsi xahiş olunmuşdur. Lakin sonradan Müdafiə Nazirliyi xx.xx.2018-ci il tarixli məktubla yenidən müraciət edərək xidməti zərurətlə əlaqədar olaraq monitorinqi təxirə salmışdır. Qeyd olunanlar İddiaçı korrupsiya şərait yaratmasına şübhə yaratmışdır. Həmçinin Nazirliyin rəhbər vəzifəli şəxsləri barədə həqiqəti əks etdirməyən yanlış məlumatları yaymaqla şərəf, ləyaqət və işgüzar nüfuzlarına xələl gətirən İddiaçı məsuliyyətə cəlb olunması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə 27.01,2021-ci il tarixli **********2 nömrəli məktub ilə müraciət olunmuşdur. İddiaçının işdən azad olunarkən prosessual pozuntulara yol verilməsi ilə bağlı iddialarına dair: -Elektron bildirişlə bağlı - bildiririk ki, Nazirliyə aid informasiya sistemində iddiaçıya aid yalnız 1 xitam bildirişi mövcuddur və A.Şeyxzadənin bununla bağlı iddiaları əsassızdır; -Əmək kitabçasında iddia etdiyi dəyişikliklə bağlı bildiririk ki, bilərəkdən A.Şeyxzadənin kitabçasında dəyişiklik edilməmişdir. Qeydlərdə anlaşılmazlıq mövcuddursa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.5-ci bəndinə əsasən müvafiq dəyişikliklər aparıla bilər; -İddaçıya işdən çıxma ərəfəsində mükafat verilməsi ilə bağlı bildiririk ki, qeyd edilən mükafat əmri verilərkən işçi barəsində qüvvədə olan intizam tənbehi tədbiri olmadığından Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 774 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq ona mükafat verilməməsi üçün əsas olmamışdır; Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi həmin Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında dövlət qulluğundan azad edilmə hallarına əsaslanır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20- ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması.
15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
17. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
18. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
22. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********0 nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və ödənilməmiş məvacibin cavabdeh tərəfindən ödənilməsidir. Mübahisələndirilən əmrə əsasən cavabdeh inzibati orqan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsaslanaraq əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Mərkəzi Laboratoriyasında baş məsləhətçi vəzifəsində qulluq keçən İddiaçı 28 dekabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla 25 aprel 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərara almışdır. İddiaçı adıçəkilən əmrin onun əmək hüquqlarının pozulması yolu ilə qəbul edilməsinə əsaslanaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
23. Mübahisələndirilən əmrin əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət və Audit Şöbəsinin 15 sentyabr 2020-ci il tarixli arayışı dayanır. Həmin arayışda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Mərkəzi laboratoriyası tərəfindən iş yerlərində əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrasının araşdırılmasının nəticələri göstərilmiş, iddiaçının əmək fəaliyyətinə dair nöqsanları və çatışmazlıqları qeyd olunmuşdur. Cavabdeh inzibati orqan həmin arayışa əsaslanaraq iddiaçı barəsində 25 noyabr 2020-ci il tarixdə əmr qəbul etmişdir.
24. Məhkəmə Kollegiyası diqqətə alır ki, baxmayaraq ki, iddiaçının işdən azad olunması məhz həmin arayışda göstərilən hallar əsasında həyata keçirilsə də, cavabdeh inzibati orqan məhkəmə icraatı zamanı iddia tələbinə münasibətdə yazılı etirazda yeni dəlillər gətirərək, iddiaçının digər nöqsanlara da (həmin əsaslar 15 sentyabr 2020-ci il tarixli arayışda qeyd olunmamışdır) yol verdiyini bildirmişdir.
25. Məhkəmə Kollegiyası bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmrin əsaslı olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması cavabdeh inzibati orqanın məhkəmə icraatı zamanı təqdim etdiyi yeni dəlillər əsasında deyil, məhz ilkin inzibati icraat zamanı aparılan araşdırmanın nəticəsi olan arayışda göstərilən əsaslara uyğun olaraq həyata keçirilməlidir.
26. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
27. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun giriş hissəsində müvafiq müddəalar sadalanmazdən əvvəl mütərəqqi olaraq qeyd edilmişdir ki, Bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində qeyd olunmuşdur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Aparılmış inzibati icraat nəticəsində inzibati orqan tərəfindən inzibati akt qebul edildiyi zaman həmin akt yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Göründüyü kimi inzibati orqanların inzibati fəaliyyətini və inzibati icraat qaydalarını tənzimləyən qanunvericilik inzibati aktın yalnız inzibati icraat zaman tədqiq olunmuş faktlar və sübutlar ilə əsaslandırılmalı olmasını təsbit etmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, necə ki inzibati orqan inzibati aktı yalnız inzibati icraat qaydasında müəyyən olunan əsaslar ilə əsaslandırılmalı olduğu halda, eləcə də məhkəmə tərəfindən həmin inzibati aktın əsaslı olub-olmaması istiqamətində qiymətləndirmənin aparılması da məhz inzibati aktın qəbul edilməsinə əsas olar hallar əsasında aparılmalıdır.
29. Məhkəmə Kollegiyası nəzərə alır ki, cavabdeh inzibati orqan iddiaya münasibətdə təqdim etdiyi yazılı etirazda iddiaçının əmək fəaliyyəti ilə əlaqədar nöqsanlara yol verdiyini yeni dəlillər (Misal olaraq, N nömrəli hərbi hissə; "xxxx" MMC ilə bağlı) ilə əsaslandırsa da, həmin dəlillər mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olan halları ehtiva etmədiyindən, bu dəlillər üzrə araşdırmanın və qiymətləndirmənin aparılmasına zərurət olmamışdır.
30. Məhkəmə Kollegiyası eyni mövqeyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə də təkrarlamağı yuxarıda istinad olunan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun hesab edir.
31. Belə olan halda, iddiaçı barəsində qəbul edilmiş əmrin (işdən azad olunması barədə) əsaslı olub-olmamasının müəyyən edilməsi zamanı qiymətləndirilmə yalnız əmrin qəbul olunmasına əsas olan arayışda tədqiq olunmuş əsaslar üzrə aparılmalıdır.
32. Arayışa nəzər yetirdikdə görünür ki, iddiaçının əmək fəaliyyəti üzrə yol verdiyi nöqsanlar aşağıdakilardır:
33. 1. Mərkəzi laboratoriyanın baş məsləhətçi İddiaçı xx.xx.2020- ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləmədiyinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı noutbuku özündə saxlayaraq şəxsi məqsədləri üçün istifadə etmiş, araşdırma dövründə qeyd olunan inventarın Mərkəzi laboratoriyaya qaytarılmasını təmin etmiş;
2. AR X9 Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun xx.xx.2019-cu il tarixli **********9 nömrəli müraciətinə əsasən aparılmış ölçmələrə dair 253,256 və 259 №li protokollarda “yol verilən hədd” düzgün qeyd olunmamış, ölçü aparılan otaqların sahəsi yazılmamış, 244 №-li protokolda hava axını barədə qeyd aparılmamış, 252 və 258 №-li protokollarda radiasiya normaları qeyd olunmamış, 254 №-li protokollarda tozun ölçü və göstəriciləri yazılmamış;
3. Milli İncəsənət Muzeyinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli müraciətinə əsasən aparılmış ölçmələrə dair 261№-li protokolda titrəyiş norması düzgün yazılmamış (40 yazılıb, 80 olmalıdır, 262 №-li protokolda istinad olunan sənənd (ГОСТ 12.1.00-88) toz ölçüsünə aid deyil, mikroiqlimə şamil olunur.263 №-li protokolda temperatur 22-28 yazılıb, ancaq norma 22-24 olmalıdır. 266 №-li protokolda ionlaşmayan şüalanma göstəricisi 25-2,5 olmalıdır, lakin 10 yazılmış;
4. "xxxx" ASC-nin 43 №-li Yol İstismarı MMC-nin xx.xx.2017-ci il tarixli 321845 nömrəli müraciətinə əsasən aparılmış ölçmələr dair protokollar Mərkəzi laboratoriya tərəfindən təsdiq edilsə də, ölçmələr müəssisənin əməkdaşı tərəfindən aparılmış və protokollar onun tərəfindən imzalanmışdır.
34. Məhkəmə Kollegiyası, yuxarda göstərilən hər bir əsasa ayrı-ayrılıqda münasibət bildirilməsini, eyni zamanda həmin əsasların ümumiyyətlə iddiaçının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsi əsasında işdən azad edilməsi barədə əmrin qəbul edilməsi üçün kifayət qədər tutarlı səbəblər olubolmadığına münasibət bildirməyi zəruri hesab edir.
35. Məhkəmə Kollegiyası ilk öncə “Fujitsu AH531” markalı noutbuku ilə əlaqədar mübahisə ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirir.Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qərarında bəhs edilən noutbukun 2020-ci ilin may ayında Nazirliyə qaytarıldığı qeyd edilmişdir. Halbu ki, təqdim edilən sənədlərdən də göründüyü kimi 2020-ci ilin avqust ayında yoxlamalar başladıqdan sonra tələb əsasında geri qaytarılmışdır; -16-18 mart tarixlərində iddiaçının işdə olmaması ilə bağlı məhkəmənin gəldiyi mövqe əsaslı deyil. Belə ki, tərəflərindən məhəkəməyə təqdim edilmiş sənədlərdən göründüyü kimi həmin tarixdə pandemiya ilə bağlı evdən işləmək üçün iddiaçıya hər hansı tapşırıq verilməmişdir. Həmçinin ilk əmrlər xx.xx.2022-ci il tarixdə verilmişdir və iddiaçı bundan martın 13-ü xəbərdar ola bilməzdi; -Davamiyyət jurnalı ilə bağlı məhkəmənin mövqeyi anlaşılmazdır. İşçi işdə olmadığı halda onun əvəzinə jurnala imza etmək nəinki Nazirliyin lehinə deyildir, hətta işçi həmin dövrdə üzrlü səbəb olmadan işdə olmamışdırsa onun barəsində intizam tenbihinin tətbiq edilməsinə əsaslar yaranmışdır.
36. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaya münasibətdə təqdim etdiyi yazılı etirazda qeyd edir ki, Mərkəzi laboratoriyanın baş məsləhətçi İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar işləmədiyinə baxmayaraq laboratoriyaya məxsus “Fujitsu AH531” markalı noutbuku özündə saxlayaraq şəxsi məqsədləri üçün istifadə etmiş və qeyd olunan inventarı yalnız araşdırma dövründə Mərkəzi laboratoriyaya qaytarılmasını təmin etmişdir. Məhkəmə diqqətə çatdırır ki, təkzib olunmaz haldır ki, “Fujitsu AH531” markalı noutbuk iddiaçı tərəfindən Mərkəzi laboratoriya qaytarılmışdır. Nəzərə alınmalıdır ki, tərəflər arasında mübahisə açan məsələ iddiaçının inzibati orqanın inventarı hesab olunan noutbuku şəxsi məqsədləri üçün istifadə etməsidir. Bununla bağlı Məhkəmə qeyd edir ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunun 16-ci maddəsinə əsasən dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır. Göründüyü kimi dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərini müəyyən edən Qanun dövlət qulluqçusunun inzibati orqana aid olan avadanlıqlarının şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsini qadağan etmişdir.
37. Hər nə qədər cavabdeh iddiaçının Mərkəzi laboratoriyaya məxsus olan noutbukun şəxsi maraqları naminə istifadə etməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən hər hansı mötəbər dəlil təqdim etməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddiaçının noutbuku şəxsi maraqları naminə istifadə etməsini onun noutbuku laboratoriyaya gec qaytarılması ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçı 2020-ci ilin mart ayının 16,17,18 tarixlərində işdə olduğu halda, noutbukun qaytarılmasını 2020-ci ilin may ayında təmin etmişdir.
38. Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, geniş məzmunlu məhkəmə iclas protokollarında əksini tapmış izahatlardan da görünür ki, tərəflər arasında iddiaçının həmin tarixlərdə işdə olması ilə bağlı mübahisə araşdırılmışdır. İddiaçı “Fujitsu AH531” markalı noutbuku 2020-ci ilin mart ayının 13-də götürdüyünü, mart ayının 16-da günün birinci yarısında işdə olduğunu, daha sonra icazə alıb getdiyini, Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin may ayının 1-də işə çıxdığını və həmin tarixədək noutbuku qaytardığını bildirmişdir. Cavabdeh isə 2020ci ilə aid davamiyyət jurnalını təqdim edərək iddiaçının həm 2020-ci ilin mart ayının 16-da, həmçinin də mart ayının 17, 18 və 19 tarixlərində işdə olduğunu, lakin noutbukun həmin tarixlərdə təqdim edilmədiyini bildirmiş, bununla da iddiaçı tərəfindən noutbukun şəxsi naminə istifadə etdiyi qənaətinə gəlmişdir.
39. Birinci instansiya məhkəməsi 2020-ci ilə aid X15 Xidmətinin Mərkəzi laboratoriyası işçilərinin işə davamiyyət jurnalıda 2020-ci ilin mart ayının 16,17,18 və 19-u tarixlərdə “gəldi” və “getdi” qrafasında olan imzaların İddiaçı aid olması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdır. Ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı tədqiq olunan imzaların İddiaçı imza nümunələri ilə müqayisəli təhlili aparılmış, tədqiq olunan imzalarda qrafik materialın azlığı, cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı həm də fərqləndirici əlamətlərin olması tədqiq olunan imzaların İddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Baxmayaraq ki, davamiyyət jurnalında 2020-ci ilin mart ayının 16,17,18 və 19-u tarixləri üzrə “gəldi” və “getdi” qrafasında olan imzaların İddiaçı tərəfindən icra olunub-olunmaması ekspertiza tədqiqatı nəticəsində müəyyən olunmasa da, bu hal iddiaçının həmin tarixlərdə işdə olmasını təsdiq etmir.
40. Lakin apellyasiya şikayətinin dəlilləri baxımından həmçinin, iddiaçının vəsatəti əsasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 2410/2023 saylı, 25 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəməxəttşünaslıq ekspertizası təyin edilərək ekspert qarşısında sual qoyulmuşdur ki, 2020-ci ilə aid X15 Xidmətinin Mərkəzi laboratoriyası işçilərinin işə davamiyyət jurnalıda 2020-ci ilin mart ayının 16,17,18 və 19-u tarixlərində “gəldi” və “getdi” qrafasında olan imzalar İddiaçı tərəfindən imzalanmışdırmı?
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2023-cü il tarixli, 4/1384 saylı ekspert rəyində nəticə hissəsində müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş 2020-ci ilə aid X15 Xidmətinin Mərkəzi laboratoriyası işçilərinin işə davamiyyət jurnalıda 2020-ci ilin mart ayının 16,17,18 və 19-u tarixlərində “gəldi” və “getdi” qrafasında olan imzalar İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən imzalanmışdır.
42. Göründüyü kimi iddiaçının həmin tarixlərdə işdə olmasını təsdiq edən hər hansı mötəbər dəlil olmamışdır.
43. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin rəsmi internet səhifəsində 13 mart 2020-ci il tarixdə saat 20:00-da Azərbaycan Respublikasında xüsusi rejimin tətbiq olunması barədə məlumat dərc olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 16 mart 2020- ci il tarixdə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin edən tədbirləri əks etdirən əmr qəbul etmişdir. Göründüyü kimi dünyada və ölkədə yayılan pandemiya ilə əlaqədar olaraq həmin dövrdə bir çox sferalarda işçilərinin əmək fəaliyyəti dayandırıldığından, (qismən və ya tam) iddiaçının həmin dövrlərdə “Fujitsu AH531” markalı noutbukun Mərkəzi laboratoriyasına qaytarılmaması onun həmin noutbuku şəxsi naminə istifadə etdiyi mənasını vermir.
44. Beləliklə, məhkəmə Kollegiyası cavabdehin irəli sürdüyü birinci əsas ilə bağlı hesab edir ki, iddiaçının 2020-ci ilin mart ayının 17, 18 və 19-u tarixlərində işdə olması təsdiq olunmadığından, eyni zamanda həmin dövrdə ölkə ərazisində koronavirus pandemiyası yayıldığından, iddiaçının həmin tarixlərdə noutbuku iş yerinə təqdim etməməsi onun iradə ifadəsindən asılı olmayan bir haldır. Bu səbəbdən iddiaçı tərəfindən noutbukun şəxsi naminə istifadə etməsi sübut olunmur. Odur ki, cavabdehin irəli sürdüyü həmin dəlil əsassızdır.
45. Daha sonra məhkəmə Kollegiyası, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında aparılan ölçmə işlərinin rəsmiləşdirilməsinə dair sınaq protokolları ilə bağlı cavabdeh tərəfindən irəli sürülən mülahizələrə münasibət bildirərək qeyd edir ki, cavabdeh inzibati orqan bununla bağlı arayışda qeyd etmişdir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında iddiaçı tərəfindən aparılan ölçmə işləri sınaq protokolları ilə rəsmiləşdirilmiş, 253,256 və 259 №-li protokollarda “yol verilən hədd” düzgün qeyd olunmamış, ölçü aparılan otaqların sahəsi yazılmamış, 244 №-li protokolda hava axını barədə qeyd aparılmamış, 252 və 258 №-li protokollarda radiasiya normaları qeyd olunmamış, 254 №- li protokollarda tozun ölçü və göstəriciləri yazılmamış, 261№-li protokolda titrəyiş norması düzgün yazılmamış (40 yazılıb, 80 olmalıdır, 262 №-li protokolda istinad olunan sənənd (ГОСТ 12.1.00- 88) toz ölçüsünə aid deyil, mikroiqlimə şamil olunur.263 №-li protokolda temperatur 22-28 yazılıb, ancaq norma 22-24 olmalıdır. 266 №-li protokolda ionlaşmayan şüalanma göstəricisi 25-2,5 olmalıdır, lakin 10 yazılmışdır.Göründüyü kimi cavabdehin bu hissədə əsaslandığı hal, sınaq protokollarında əks olunan ölçmə göstəricilərinin düzgün olmaması, bəzilərində qeyd olunmaması, həmçinin düzgün sənədə istinad olunmaması (ГОСТ) ilə bağlıdır.
46. Birinci instansiya məhkəmə, tərtib olunmuş sınaq protokollarında əks olunan göstəricilərin düzgünlüyünün müəyyən edilməsini xüsusi bilik tələb edən sahəyə aid olduğunu hesab edərək, həmin hissədə mühəndis-texniki ekspertizası təyin etmiş və ekspertiza tədqiqatının həyata keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil. Göründüyü kimi ekspert qarşısında qoyulan sualların (sınaq protokollarında əks olunan göstəricilərin əsaslı olub-olmaması ilə bağlı) müəyyən edilməsi xüsusi bilik tələb etdiyi halda, məhkəmə ekspertizalarını keçirən və tədqiqatlar aparan Mərkəz tərəfindən həmin suallara cavab verilməsi mümkün olmamamışdır ki, bu da öz növbəsində həmin protokolların düzgün olubolmamasının məhkəmə tərəfindən müəyyən edilməsi halını istisna edir.
47. Hər nə qədər də cavabdeh sınaq protokollarında qeyd olunan məlumatların düzgün olmaması ilə bağlı mülahizələr irəli sürsə də, sınaq protokollarda əks olunan məlumatların yoxlanılmasını, düzgün olub-olmaması istiqamətində araşdırmanın məhz bu sahənin mütəxəssisi tərəfindən aparıldığını sübut edə bilməmişdir. Belə ki, məhkəmə icraatı zamanı tərəflərin verdiyi izahatlardan görünür ki, X16 eyni tipli işçi olmamış, hər sahənin öz mütəxəssisləri olmuş, İddiaçı Baş laboratoriyanın məsləhətçisi olmuş, onun qulluq funksiyaları bilavasitə X15 Xidməti aparatının müfəttişləri ilə birlikdə müəssisə, idarə və təşkilatlarda əmək şəraitinin ekspertizasını keçirmək, instrumental ölçmələrin aparılması və s. bağlı olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, hal-hazırda həmin vəzifə (Baş laboratoriyanın məsləhətçisi) üzrə hər hansı şəxs işə götürülməmişdir. Buna baxmayaraq, sınaq protokollarında instrumental ölçülər əsasında qeyd olunan göstəricilərin əsassız olmasını müəyyən edən şəxsin, iddiaçı ilə eyni əmək funksiyası icra etdiyi və ya həmin sfera üzrə xüsusi biliyə malik olan mütəxəssis olmasını təsdiq edən hər hansı dəlil olmamışdır. Başqa sözlə desək, sınaq protokollarının əsaslı olubolmaması məhkəmə ekspertizası zamanı müəyyən olunmadığından (həmin ekspertiza növü olmaması əsası ilə), həmin sahə xüsusi bilik tələb edir və bu sahə üzrə qiymətləndirilmənin aparılması da məhz ixtisaslaşdırılmış, peşəkar mütəxəssis tərəfindən aparılmalıdır. Lakin, yoxlamanın bu sahənin mütəxəssisi tərəfindən aparıldığı müəyyən olunmamışdır.
48. Digər tərəfdən nəzərə alınmalıdır ki, məhkəmə iclaslarında iddiaçı ilə birlikdə instrumental ölçüləri aparan həmin dövrdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Azərbaycan Qida X1 Nəzarət Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyən X14 şahid qismində dindirilmişdir. Həmin şəxs öz izahatlarında iddiaçı tərəfindən aparılan instrumental ölçülərinin düzgün olduğunu, ölçmələri onunla birlikdə apardığını, göstəricilərin düzgün yazıldığını təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, ümumiyyətlə laboratoriyalarda eyni avadanlıqlar istifadə olunduğu üçün və standart sistem olduğundan səs-küy və toz dərəcələri ilə bağlı göstəricilərin eyni olması mümkündür.
49. Göründüyü kimi həmin dövrdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Azərbaycan Qida X1 Nəzarət Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyən və hal-hazırda AR X4 Bitki və Sağlamlıq Şöbəsində sektor müdiri vəzifəsində işləyən X3 protokollarında olan göstəricilərin düzgün olmasını şahid ifadəsi ilə təsdiq etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh sınaq protokollarında olan göstəricilərin səhv olması ilə bağlı irəli sürdüyü mülahizələrdə haqlı olsaydı belə, bu zaman təkcə İddiaçı deyil, həmçinin Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Milli İncəsənət Muzeyinin məsul əməkdaşları, o cümlədən vəzifəli şəxsləri əmək funskiyaları düzgün icra etməmiş olur. Nəzərə alınmalıdır ki, həmin dövrdə yuxarıda adıçəkilən qurumlar tərəfindən sınaq protokollarında əks olunan göstəricilərin səhv olması ilə bağlı mübahisə yaranmamışdır.
50. Cavabdeh apellyasiya şikayətində məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə münasibətdə göstərmişdir ki, məhkəmə pozuntuların araşdırılmasında sahəvi mütəxəsislərin cəlb edilmədiyini qeyd etmişdir. Halbu ki, istər yoxlamalara, istərsə də məhkəmə prosesinə cəlb edilmiş nümayəndələr Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin sektor müdiri F.Mİrzəyev və X15 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarət şöbəsinin müdir müavini A.İsmayılov bu sahədə ixtisaslaşmış kadrlardır.Göründüyü kimi məhkəmə qeyd edilən faktalara biganə yanaşmış, verilmiş qərarda yalnışlığa yol vermişdir.
51. Məhkəmə Kollegiyası cavabdehin şikayətinin yuxarıda qeyd etdiyi dəlilinə münasibətdə nəzərə alır ki, hüquqi dəyərləndirmə yalnız Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olmuş məlumat xarakterli məktubla (sınaq protokollarının əsaslı olub-olmamasının məhkəmə ekspertizası zamanı müəyyən olunmaması ilə bağlı məktubunda qeyd olunmuşdur ki, qərardadla mühəndis-texniki ekspertizasının qarşısında qoyulmuş sualların həll edilməsi nəinki həmin ekspertiza, hətta hər hansı ekspertiza növünə də aid deyil.) və AR X4 Bitki və Sağlamlıq Şöbəsində sektor müdiri vəzifəsində işləyən X11 ifadəsi ilə məhdudlaşmamışdır.Bu barədə hüquqi dəyərləndirmə aparılarkən işin bütün digər halları və ayrı-ayrı epizodlar üzrə iddiaçının və cavabdehin təqdim etdiyi iş üzrə bütün sübutlar araşdırılaraq müəyyən edilən hallar nəzərə alınmışdır.
52. Beləliklə Məhkəmə hesab edir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun və Milli İncəsənət Muzeyinin müraciətləri əsasında aparılan ölçmə işlərinin rəsmiləşdirilməsinə dair sınaq protokollarında əks olunan göstəricilərin səhv olmasını təsdiq edən hər hansı mötəbər dəlil olmamışdır.
53. Məhkəmə Kollegiyası,"xxxx" ASC-nin 43 №-li Yol İstismarı MMC-nin müraciətinə əsasən aparılmış ölçmələrə dair protokollar ilə bağlı cavabdeh tərəfindən irəli sürülən mülahizələrə və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, məhkəmə araşdırmasından müəyyən edilir ki, həmin ölçmələr yoxlama ilə bağlı yox, metodiki köməyin həyata keçirilməsi ilə bağlı müraciət əsasında həyata keçirilmişdir.
54. Məhkəmə kollegiyası cavabdehin dəlillərini təsdiq edəcək mötəbər sübuta istinad edilməməsi halından çıxış edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, mövcud ola biləcək qüsurların və ya intizam pozuntusunun mövcudluğu halını həmin hal istisna etməsə də, məhkəmə hesab edir ki, ən azından həmin hal pozuntunun əhəmiyyətini azaldır. Belə ki, ölçmələr hər hansı yoxlamanın predmeti olmamış, metodiki kömək istəyən MMC-nin müraciəti əsasında ölçmə aparılmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının həmin MMC-nin yerləşdiyi Bərdə şəhərinə ezam olunması müəyyən edilsə də, ölçmələrə dair protokolların onun tərəfindən imzalanmaması da aşkardır. İddiaçı həmin halın izahını verərkən qeyd etmişdir ki, həqiqətən də ölçmə işlərinin aparılması üçün Bərdə şəhərində olmuşdur. Lakin protokolların imzalanmamasını səmimi olaraq qəbul etmiş və bunu onunla əlaqələndirmişdir ki, elektrik naqillər açıq olduğundan texniki təhlükəsizliyə riayət edilmədiyindən, işçilərin geyinib-soyunma otağı, istirahət otağında şüşə hissəcikləri olduğundan, yanğın təhlükəsizliyi yaradan, standartlardan keçməyən piltələrdən istifadə olunduğundan onu imzalanmasından imtina etmişdir.
55. Məhkəmə qəbul edir ki, həmin halda protokolun imzalanmaması da sənədləşdirilməli, yəni lazım gəldikdə akt tərtib edilməli və iddiaçının protokoldan hansı səbəblərdən imtinası qeyd edilməklə inzibati materiallar tərtib edilməli idi ki, həmin materialın tərtib edilməməsi formal qəbul edilməli, iddiaçının ehtimal etdiyi pozuntuların mövcudluğu səbəbindən protokolu imzalamaması onun həmin ehtimallar mövcud olduğu halda imzalayacağı halından az əhəmiyyətliliyi nəzərə alınmalıdır. Belə ki, ilkin halda imzalamama inzibati icraatın formal pozuntusu kimi müəyyən edilsə belə, imzalama mahiyyəti üzrə ciddi pozuntu kimi qiymətləndirilməlidir. Lakin, hər bir halda iddiaçının həmin vaxt, ölçmə işlərinin aparıldığı zaman Bərdə ərazisində olması müəyyən edilir.
56. Ümumiyyətlə qeyd edilməlidir ki, cavabdehin ehtimal etdiyi pozuntu halı 2017-ci il tarixdə olmuş, əmr isə 2020-ci il tarixdə qəbul edilmişdir. Göründüyü kimi protokolu imzalamama və ya Bərdə şəhərində olmama və ya az olma kimi hallar pozuntu kimi qiymətləndirsə belə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 3 illik müddət hər bir halda nəzərə alınmalıdır. Belə ki, inzibati orqan və dövlət qulluqçusu arasında əmək mübahisələri üçün imperativ olmasa da, bərabərtərəfli əmək hüquq münasibətlərinin iştirakçısı olan işçi və işəgötürən arasında əmək mübahisələri zamanı AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü hissəsi imperativ tələb olaraq müəyyən etmişdir ki,İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.
57. Hazırkı mübahisə üzrə də imperativ tələb olmasa belə ehtimal olunan inzibati xətadan 3 il sonra inzibati tənbehin tətbiqini məhkəmə məqbul hesab etmir və ,"xxxx" ASC-nin 43 №-li Yol İstismarı MMC-yə dair metodiki köməklə bağlı ölçmə işlərinin aparılması zamanı hər hansı pozuntu olsa belə həmin pozuntunun üzərindən 3 il keçdikdən sonra inzibati tənbehin tətbiq edilməsini əmək qanunvericiliyinin bütün şəxslərə münasibətdə başlıca prinsiplərini müəyyən edən Əmək Məcəlləsinin tələblərinə uyğun hesab etmir. Həmin tələbin dövlət qulluğuna dair qanunvericilikdə olmaması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının ziyanına dəyişmir. Ən azından hazırkı halda dövlətə əhəmiyyətli ziyanın vurulmasına səbəb olan hər hansı maddi ziyandan yox, şəxsin Bərdə şəhərində olub-olmaması ilə bağlı halın araşdırılmasından gedir ki, hər bir halda həmin pozuntu olsa belə inzibati orqan 3 il keçdikdən sonra inzibati tənbeh tətbiq edərkən məhkəmə hesab edir ki, digər inzibati tənbehləri seçmək əvəzinə ən ağır inzibati tənbeh tədbirini tətbiq etmə səbəbini əsaslandırmalıdır. Halbuki, hazırkı iş üzrə iddiaçının Bərdə şəhərində olması, ölçmədə iştirakı (hansı ki, həmin ölçmə metodiki köməklə bağlıdır) protokolu imzalamama səbəbləri aşkar müəyyən edilmişdir.
58. Məhkəmə, cavabdeh inzibati orqanın arayışda qeyd etdiyi məsələlər ilə bağlı ətraflı şəkildə araşdırma apararaq belə qənaətə gəlmişdir ki, həmin əsaslar iddiaçıya “işdən azad olunması” növündə intizam tənbehinin seçilməsi üçün əsas hesab olunmur. Çünki, yuxarda qeyd olunan əsaslar üzrə aparılmış araşdırma nəticəsində iddiaçının əmək fəaliyyətində (həmin əsaslar üzrə) hər hansı kobud pozuntunun, vəzifəsinə laqeyd yanaşması, əmək funksiyalarının icra etməməsi halları müəyyən olunmamışdır.
59. Cavabdehin irəli sürdüyü əsaslar və bu əsaslar üzərindən apellyasiya şikayətinin dəlilləri üzrə iddiaçının təqsirli hərəkəti olmamış, bununla yanaşı cavabdehin mülahizələrini təsdiq edən mötəbər dəlil də aşkar olunmamışdır.
60. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi faktlar əsassız olduğundan, iddiaçının işdən azad olunması barədə əmr mahiyyəti üzrə əsassızdır.
61. Yuxarıda sadalananlardan başqa məhkəmə Kollegiyası onu da vurğulayır ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən əmrin qəbul edilməsi ilə bağlı inzibati icraat düzgün aparılmamışdır.Belə ki:1. İnzibati icraatın “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə riayət olunmadan aparılmasıdır. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun: 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.
9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. 14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər. 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda.
62. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyən qanunvericilik dövlət qulluğu və dövlət qulluqçusu anlayışını, onun məqsədlərini və vəzifələrini, dövlət qulluqçusunun məsuliyyətini və dövlət qulluğundan irəli gələn digər məsələləri tənzimləyir. Nəzərə alınmalıdır ki, qanunvericilikdə dövlət qulluqçusunun məsuliyyət sferasına aid olan məsələlər xüsusi ilə qeyd olunmuş, ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması ilə əlaqədar tətbiq olunan intizam tənbeh tədbirlərinin növləri göstərilmişdir. Qanunvericilik bu hallarda inzibati icraatın aparılması qaydalarını da müəyyən etmişdir.
63. Hazırki işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 avqust 2020-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Mərkəzi laboratoriyası üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində iş yerlərində əmək şəraitinin ekspertizasının keçirilməsi ilə bağlı nəticələri funksional vəzifələrin icrası vəziyyətinin və laboratoriyanın saxlama xərclərinin yoxlanılması məqsədi ilə araşdırma qrupu yaradılmışdır. Müvafiq araşdırmalar nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili Nəzarət və Audit Şöbəsi tərəfindən 15 sentyabr 2020-ci il tarixli arayışı tərtib olunmuşdur. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 17 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Mərkəzi laboratoriyası tərəfindən iş yerlərində əmək qanunvericiliyinə əməl olunması ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin və funksional vəzifələrin icrasının araşdırılmasın nəticəsi barədə əmr qəbul edilmişdir. Dövlət qulluğu və kadr məsələləri Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə yazılı məruzə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2020ci il tarixli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən İddiaçı 28 dekabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin 26 noyabr 2020-ci il tarixli əmri ilə ona əmək məzuniyyəti verilmişdir.
64. Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 25.3-cü maddəsinin müddəalarına əsasən intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Göründüyü kimi qanunvericilik intizam tənbehinin tətbiqinə əsaslar olduğu halda mütləq qaydada dövlət qulluqçusundan yazılı izahat alınmasını şərtləndirmiş, onun tərəfindən yazılı izahat verilmədiyi təqdirdə bunu müvafiq akt ilə rəsmiləşdirilməli olmasını təsbit etmişdir. Buna baxmayaraq, cavabdeh iddiaçıdan yazılı etiraz almadığı halda, ona intizam tənbehi tətbiq etmiş, bununla qanunvericiliyin müddəalarını pozmuşdur. İddiaçı tərəfindən yazılı etirazın alınması və ya iddiaçının yazılı etiraz verməkdən imtina edilməsi barədə aktın mövcudluğu məhkəmə araşdırılması zamanı müəyyən olunmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən inzibati icraat “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə riayət olunmadan aparılmışdır.
2. Əmək kitabçasında iddiaçının işdən azad olunması ilə bağlı qeydə düzəlişin olunması və X5 iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilməsi barədə bildirişin daxil olmasıdır.
65. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmə iclaslarında iddiaçı verdiyi izahatlarda bildirmişdir ki, o, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 33.1.6- cı maddəsi əsasında dövlət qulluğuna xitam verilməsindən məlumatlı olmamış, bu məlumatı yalnız əmr qəbul edildikdən sonra və əmək kitabçası ilə birlikdə onun ünvanına göndərildikdən sonra əldə etmişdir. İddiaçı bildirir ki, o, öz xahişi ilə işdən azad olunması ilə bağlı cavabdeh inzibati orqanın kadr şöbəsinə ərizə vermişdir.
66. Məhkəmə Kollegiyası diqqətə çatdırmaq istəyir ki, iddiaçı tərəfindən “öz xahişi ilə işdən azad olunma” barədə ərizələrin təqdim edilib-edilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, iddiaçı ərizələrin həqiqətən verildiyini bildirir, cavabdeh isə bu halı təkzib edərək, iddiaçı tərəfindən belə ərizələrin olmadığını bildirir. Nəzərə alınmalıdır ki, həmin ərizələrin mövcudluğunu müəyyən etmək mümkün olmasa da, əmək kitabçasında olan düzəlişlər, X7 daxil edilmiş bildiriş (qüvvədə olmasa belə) iddiaçının “öz xahişi ilə işdən azad olunma” barədə ərizə ilə müraciət etdiyi halını istisna etmir. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən əmək kitabçasının əsli təqdim edilmiş, məhkəmə tərəfindən əmək kitabçasının əslinə baxış keçirilmiş, əmək kitabçasının 12-ci səhifəsində yazılmış ifadə şübhə doğurduğundan bununla bağlı məhkəmə-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin” ifadəsinin “33.1.6-ci” hissəsinə düzəliş edilibedilməməsi barədə sual qoyulmuşdur.
67. Təqdim olunmuş ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı adına İT-İ ******* nömrəli əmək kitabçasının 12-13-cü səhifəsində olan “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir” yazısındakı “33.1.6-cı” rəqəmlərindən “6” rəqəminin yerində əvvəlcə “1” rəqəmi olduğu, sonradan üzərinə əlavə cizgilər artırılaraq indiki rəqəmə dəyişdirildiyi müəyyən edilmişdir. Həmçinin, rəydə belə xarakterli sənəd saxtalaşdırılmasının baş verməməsi üçün ekspert aşağıdakı profilaktik töviyyələr vermişdir: 1. Sənədlərdə edilən düzəlişlər razılaşdırılaraq aparılmalı, 2. Sənədlərə aparılan düzəlişlər səlahiyyətli şəxs tərəfindən təsdiq edilməlidir.
68. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən əmək kitabçasında iddiaçının ilkin olaraq “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.1-ci maddəsi ilə, yəni öz xahişi ilə işdən azad edildiyi göstərilmiş, daha sonra həmin qeydə düzəliş olunaraq onun məhz “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.6-cı maddəsi ilə işdən azad edildiyi qeyd olunmuşdur. Halbuki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının tələblərinə uyğun olaraq belə düzəlişlərin edilməsinə yol verilmir.
69. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının: 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X10 yerli qurumları tərəfindən aparılır. 3.6. Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”.
70. Göründüyü kimi qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə əmək kitabçasında işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Bu zaman işəgötürən tərəfindən müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada “……” nömrəli qeydin etibarsız olduğu göstərilir. Buna baxmayaraq cavabdeh normativ hüquqi aktların tələblərinə riayət etməmiş, əmək kitabçasında iddiaçının işdən azad olunmasına əsas verən maddəyə düzəliş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən əmək kitabçasında yol verilən səhvin və bundan sonra olunan düzəlişin texniki səhv olması şübhə doğurur. Belə ki, iddiaçının “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.1-ci maddəsi ilə işdən azad olunması təkcə əmək kitabçasında deyil, həmçinin X5 də qeyd olunmuşdur.
71. Doğrudur ki, iddiaçının “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.1-ci maddəsi ilə işdən azad olunması barədə bildiriş hal-hazırda qüvvədə olmayan bildirişlər bölməsindədir. Lakin, nəzərə alınmalıdır ki, iddiaçının “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.1-ci maddəsi ilə işdən azad olunması barədə bildiriş xx.xx.2020-ci il tarixdə sistemə işlənmiş, daha sonra xx.xx.2020-ci il tarixdə onun “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.6-ci maddəsi ilə işdən azad olunması barədə bildiriş işlənilmişdir. Məhkəmə iclasında cavabdeh bu halı əməkdaşın texniki səhvə yol verilməsi ilə əlaqələndirsə də, həm əmək kitabçasında olan qeydin (düzəliş olunmazdan əvvəl), həmçinin də X7 işlənən bildirişin təsadüf olması ağlaban deyildir. Ağlabatan olmama, həmçinin onda da özünü biruzə verir ki, 26 noyabr 2020-ci il tarixdə iddiaçıya əmək məzuniyyəti verilmiş, bu zaman bir aylıq vəzifə maaşı həcmində müavinətin ödənilməsi müəyyən edilmiş və həmin pul vəsaiti də bank çıxarışlarından görünür ki, iddiaçıya ödənilmişdir. Göründüyü kimi cavabdehin mövqeyi həqiqi olduğu təqdirdə yaranan vəziyyət odur ki, iddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən 25 noyabr 2020-ci il tarixdə azad edilir, son haqq-hesab aparılması barədə göstəriş verilir, lakin bir gün sonra əmək funksiyalarını pozan şəxsə əmək məzuniyyəti və müavinətin ödənilməsi barədə əmr verilir. Əmək mübahisələri və ya əmək münasibətləri üzrə müəyyən biliyə malik olma məhkəmə hesab edir ki, yetərli əsas yaradır ki, işdən öz arzusu ilə azad edilmə halları üçün xarakterik olan məzuniyyətin son günündə işdən öz arzusu azad etmə halını, cavabdeh hazırkı halda da tətbiq edildiyini iddia edir. Təbii haldır ki, məhkəmə yuxarıda qeyd edildiyi kimi də əmək funksiyalarını pozması iddia edilən, məhkəmə çəkişməsində olduğu iddiaçıya münasibətdə həmin şəxsi əmək funksiyalarını pozması əsası ilə işdən azad etməklə yanaşı, həm ona məzuniyyət, həm də müavinətin ödənilməsinə yönələn cavabdehin hərəkətlərinin inandırıcılığına şübhə ilə yanaşır. Aydındır ki, qeyd edildiyi kimi iddiaçının həm işdən əmək funskiyalarını pozması əsası ilə işdən azad edilməsi, həm də növbəti gün olan əmrlə ona əmək məzuniyyəti və müavinət ödənilməsi barədə halı mövcud olmamışdır.
72. Bundan başqa Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, cavabdeh iddiaçı barəsində bir dəfə inzibati tənbeh tədbirinin (əlillik ilə bağlı) tətbiq edildiyini bildirmiş, bundan sonra isə ona “işdən azad olunma” növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəuyğun hesab etmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyindən irəli gələn məsələ ilə bağlı ona inzibati tənbeh tədbiri tətbiq olunsa da, həmin inzibati tənbeh tədbiri məhkəmə qaydasında ləğv olunmuşdur. Belə ki, cavabdeh iddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edərkən onun dövlət qulluqçusu kimi etik davranış qaydalarını pozmasına və korrupsiyaya şərait yaradan hüquq pozmalar törətməsinə istinad etmişdir. Cavabdehin mövqeyinə görə etik davranış qaydalarının pozulması onunla bağlı olmuşdur ki, iddiaçı artıq reabilitasiya olunduğunu bilə-bilə bu halı gizlətmişdir. İddiaçı cavabdehə qarşı “inzibati tənbeh tədbirinin ləğv olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
73. Birinci instansiya məhkəməsi tərəfindən inzibati tənbeh tədbirinin ləğvi ilə əlaqədar iddia İddiaçı xeyrinə nəticələnməsədə, apellyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən iddia İddiaçı xeyrinə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmiş **********7 saylı, 30 aprel 2020-ci il tarixli əmr İddiaçı aid hissədə ləğv edilmişdir. Göründüyü kimi iddiaçıya münasibətdə tətbiq olunan inzibati tənbeh tədbiri məhkəmə mübahisəsi dövründə öz qüvvəsini itirsə belə, məhkəmə icraatı zamanı əmrin əsassız olmasına münasibət bildirilmiş və əmrin iddiaçıya münasibətdə ləğv olunması qərara alınmışdır.
74. Göstərilən bütün hallara ümumi qiymət verərək Məhkəmə hesab edir ki, iddiaçının yaşı, cinsiyyəti, uzun müddət dövlət qulluğunda xidmət etməsi, inzibati tənbeh olmadan xidməti və əlillik dərəcəsi olan şəxs olması, bütün kriteriyalar baxımından onun cavabdehin irəli sürdüyü əsaslar ilə “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.6-ci maddəsi ilə işdən azad olunması üçün əsas vermir. Çünki, bu əsas ilə dövlət qulluqçusunun işdən azad olunması, yalnız şəxsin həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması və ya başqa kobud pozuntu yol verdiyi halda mümkündür ki, iddiaçının belə bir pozuntuya yol verdiyi müəyyən olunmamışdır.
75. Xüsusi ilə qeyd olunmalıdır ki, cavabdeh öz mülahizələrində əmrin qəbul edilməsinə əsas olan halların onun diskresion səlahiyyətlərindən irəli gəldiyini iddia edir. İnzibati Prosessual Məcəlləsinin aşağıdaki maddələrinə nəzər yetirdikdə görünür ki, həmin Məcəllənin: 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3-cü maddəsinin tələbinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
76. İPM-in 74-cü maddəsində də təsbit edilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
77. Məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
78. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, bir daha qeyd olunur ki, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması üçün əsas göstərdiyi hallar (protokollarda tozun ölçü və göstəricilərin; “yol verilən hədd” düzgün qeyd olunmaması, ölçü aparılan otaqların sahəsinin yazılmaması və s.) məhkəmə icraatı zamanı mötəbər dəlillər ilə təsdiq olunmadığından, həmçinin cavabdeh tərəfindən inzibati icraat prosessual qənaət baxımından düzgün aparılmadığından, o cümlədən də iddiaçının ilkin olaraq “öz xahişi ilə işdən azad edilməsi” barədə ərizə ilə müraciət etdiyi (əmək kitabçasında edilən düzəliş və bildiriş əsasında) kifayət qədər ciddi ehtimalı olduğundan, eyni zamanda iddiaçının yaş, cinsiyyət və s faktoru və əlilliyi olan şəxs olması bilavasitə onun “Dövlət qulluğu haqqında” AR Qanunun 33.1.6-ci maddəsi ilə işdən azad olunması üçün əsas vermir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməli, iddiaçı işə bərpa edilməlidir. Yuxarıda qeyd edildiyi kimi də hətta qeyd olunan növ pozuntular mövcud olsa belə şəxsin inzibati tənbehin ən ağır növü kimi işdən azad edilməsi barədə əmrin qəbulu diskresion səlahiyyət olsun-olmasın qanuni və əsaslı qiymətləndirilmir.
79. Məhkəmə, iddianın ikinci hissəsinə (məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini) münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.
80. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini arzulamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.
81. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
82. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir.
83. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (əmrin) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni işdən azad olunması barədə əmrin icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır.
84. Eyni zamanda nəzərə alınmalıdır ki, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəaları ilə tənzimlənir.
85. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 5-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir.Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir.
300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur.
86. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mübahisələndirilən inzibati akt ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsi kimi, məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır.
87. Məhkəmə, hesab edir ki, hazırkı tələbə bir yerdə baxılması həm prosessual qənaət, həmçinin də yeni məhkəmə mübahisələrinin yaranmaması baxımından da vacibdir.
88. Bundan başqa Məhkəmə qeyd edir ki, iş materiallarından həmçinin görünür ki, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasına görə aparılmış tədqiqatın dəyəri 110 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. -109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. -110-cu maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan iş üzrə ekspert xərci cavabdehdən tutularaq aidiyyatı üzrə ödənilməlidir.
89. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
90. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.
91. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
92. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
93. Həmçinin, apellyasiya baxışı zamanı aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilməlidir.
94. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsini kodu: 3, X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34OTRE********************) ödənilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.