Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2411/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 15-22 noyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, iddiaçının xx.xx.1974-cü ildən etibarən xx.xx.2003-cü il tarixinədək işlədiyi illər sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1974-cü ildən xx.xx.2003-cü ilədək müxtəlif müəssisələrdə işləmişdir. xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək 3-cü dərəcəli elektrik montyoru işləmiş, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək Sovet ordusu sıralarında olmuş, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək 2 nömrəli sexdə presləyici vulkanizatorun şagirdi, 2-ci dərəcəli presləyici vulkanizator işində, şpris maşını köməkçisinin şagirdi, 2-ci dərəcəli şpris maşını köməkçisi işləmişdir. xx.xx.1979-cu ildə hazırlıq şöbəsinə dinləyici qəbul edilmiş, xx.xx.1980-ci ildə kursa tələbə kimi qəbul olunmuş, xx.xx.1985-ci ildə institutu bitirmişdir. xx.xx.1985-ci ildən xx.xx.1986-ci ilədək nəqliyyat sexində hərəkətli heyətin təmiri üzrə elektrik işində, xx.xx.1986-cı ildən xx.xx.1997-ci ilədək qaraj rəisi vəzifəsində, xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzində mühəndis-texnoloq vəzifəsində işləmişdir. Pensiya almaq üçün sənədlərlə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2021-ci il tarixli məktubunda xx.xx.1979-cu ildə tərtib olunmuş əmək kitabçasına, hərbi biletə və əyani təhsil diplomuna əsasən iddiaçının xx.xx.2006-cı ilədək sosial sığorta stajının 16 il 10 ay olduğu qeyd edilmişdir. Eyni zamanda iddiaçının xx.xx.2006-ci ilin yanvar ayına pensiya hüququ yarananadək fərdi hesabın sığorta hissəsində 1179,79 manat pensiya kapitalı mövcuddur. İctimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi ilə, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin – Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə pensiya almaq hüququ vardır. Pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının Bərdə "xxxx" TQİ-də işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli arayışına əsasən həmin müəssisədə işlədiyini iddia etdiyi 1986, 1988, 1990, 1992-1995, 1997-ci illərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı hesablanmamış, onun adına müvafiq sosial sığorta ödənişləri aparılmamış, 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq iddiaçının adına rast gəlinməmişdir, 1996-cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Belə olan halda iddiaçının əmək kitabçasında formal olaraq qeyd olunmuş fəaliyyət dövrləri sosial sığorta stajına daxil edilə və ona bu əsasla pensiya təyin oluna bilməz. İddiaçının işlədiyi qeyd olunan illərin sosial sığorta stajına əlavə edilməsi qanuna uyğun deyildir. Bu səbəbdən həmin illərin iddiaçının sosial sığorta stajına əlavə edilməsi mümkün olmamışdır, bu halda onun cəmi 16 il 10 ay sosial sığorta stajı olmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, onun iş stajı 25 ildən çoxdur və işlədiyi dövr əmək kitabçası ilə tam təsdiqini tapır. Bu səbəbdən də məhkəmə yanlış nəticəyə gəlmişdir. Onun 1974-cü ildən başlayaraq işlədiyi dövrlərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq olunmuş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Ümumiyyətlə məhkəmə öz qərarında göstərdiyi halları Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmuşdur. Cavabdeh apellyasiya şikayətinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apelyasiya baxışı zamanı iddiaçı və iddiaçının nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İş materiallarında olan iddiaçıya məxsus ББ seriyalı, 145645 saylı hərbi biletinin surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ******* nömrəli diplomun surətinə əsasən iddiaçı X2 bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə qədər X1, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər Azrezintexnika müəssisəsində, xx.xx.1986-cı il tarixdən xx.xx.1997-ci il tarixə qədər "xxxx" TMİ-də işləmişdir. xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər işsiz kimi qeydiyyatda olmuşdur. xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər işsizlik müavinəti almışdır. xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixə qədər Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işləmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin DSMF-nin tabeliyində Dövlət Sosial Regional Filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna və məktuba əlavə edilmiş akta əsasən iddiaçı “Bərdə Meliorasiyasutikinti” TQİ – yə 37 nömrəli, xx.xx.1986-cı il tarixli əmrlə avtomobil qarajına işə qəbul edilmişdir. 79/ok nömrəli, xx.xx.1987-ci il tarixli, 121 nömrəli, xx.xx.1988-ci il tarixli əmrlərdə işlədiyi qeyd olunmuşdur. 7/ok nömrəli, xx.xx.1989-cu il tarixli əmrdə məzuniyyətə buraxıldığı qeyd olunmuşdur,xx.xx.1990-cı il tarixli, 33 nömrəli əmrdə əmək məzuniyyətinə buraxıldığı qeyd olunmuşdur, 17 nömrəli, xx.xx.1991-ci il tarixli əmrdə işlədiyi qeyd olunmuşdur, 3 nömrəli, xx.xx.1993-cü il tarixli əmrdə iddiaçının xx.xx.1992-ci ildən ixtisar edildiyi üçün ona 2 aylıq əmək haqqı verilməsi, məşğulluq mərkəzindən arayış təqdim edilərsə üçüncü ayın əmək haqqının ödənilməsi qeyd edilmişdir, 1986,1988,1990,1992,1993,1994,1997-ci illərin əmək haqqı kitablarının Bərdə rayon Dövlət Arxivində olmasına baxmayaraq həmin kitablarda iddiaçının adına rast gəlinməmişdir, 1991-1996-cı illərə dair əmək haqqı kitabları və 1996- 1997-ci illərin əmr kitabları Bərdə rayon Dövlət Arxivinə təhvil verilməmişdir, 1994-1995-ci illərə dair əmr kitablarının olmasına baxmayaraq həmin kitablarda iddiaçının adına rast gəlinməmişdir, iddiaçının 1987-1989-cu illərdə əmək haqqı aldığı müəyyən edilmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı “Bərdə Meliorasiyasutikinti” TQİ-yə 37 nömrəli, xx.xx.1986-cı il tarixli əmrlə avtomobil qarajına işə qəbul edilmişdir. 79/ok nömrəli, xx.xx.1987-ci il tarixli, 121 nömrəli, xx.xx.1988-ci il tarixli əmrlərdə iddiaçının işlədiyi qeyd olunmuşdur. 7/ok nömrəli, xx.xx.1989-cu il tarixli əmrdə iddiaçının məzuniyyətə buraxıldığı qeyd olunmuşdur,xx.xx.1990-cı il tarixli, 33 nömrəli əmrdə iddiaçının əmək məzuniyyətinə buraxıldığı qeyd olunmuşdur, 17 nömrəli, xx.xx.1991-ci il tarixli əmrdə iddiaçının işlədiyi qeyd olunmuşdur, 3 nömrəli, xx.xx.1993-cü il tarixli əmrdə iddiaçının xx.xx.1992-ci ildən ixtisar edildiyi üçün ona 2 aylıq əmək haqqı verilməsi, məşğulluq mərkəzindən arayış təqdim edilərsə üçüncü ayın əmək haqqının ödənilməsi qeyd edilmişdir, bundan başqa məktubda qeyd edilmişdir ki, “1986,1988,1990,1992,1993,1994,1997/1991-1996-cı illərə dair əmək haqqı kitabları yoxdur/ bu illərə dair əmək haqqı kitabları olmasına baxmayaraq vətəndaşın adına əmək haqqı yoxdur”, 1994-1995-ci illərə dair əmr kitabları var, lakin vətəndaşın adına rast gəlinməmişdir, 1996-1997-ci illərə aid əmr kitabları təhvil verilməmişdir, iddiaçının 1987-1989-cu illərdə aldığı əmək haqqı məbləğləri göstərilmişdir. İş materiallarında olan Fondun Sosial Sığorta və X7 Filialının xidməti məktubuna əlavə edilmiş iddiaçının fərdi şəxsi hesabı ilə bağlı məlumatlara əsasən iddiaçının iyul 2018- mart 2021 dövrü üzrə pensiya kapitalı 1774,33 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehin sorğusuna cavab olaraq cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən "xxxx" TQİ və Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzi barədə dövlət əmlakının registrinə heç bir məlumat təqdim edilməmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş iddiaçının şəxsi hesab vərəqində əks olunmuş məlumatlara əsasən iddiaçı tərəfindən 2019, 2020, 2021-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödənişlər edilmişdir. İş materiallarında olan Bakı şəhəri X6 üzrə Baş İdarəsinin cavabdehin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli məlumatına əsasən xx.xx.2021-ci il tarixə olan uçot məlumatlarına əsasən iddiaçının xx.xx.2005-ci il tarixdən vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilə qədər dayandırması, xx.xx.2009-cu ildə bərpa etməsi, xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilə qədər yenidən fəaliyyətini dayandırması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir, xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilə qədər şəxsi hesab vərəqəsinə əsasən 1750,0 manat məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin cavabdehin sorğusuna əsasən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən idarədə olan reyestrdə Bərdə "xxxx" TQİ adlı kommersiya qurumu aşkar edilməmişdir, xx.xx.1997-ci il tarixdə dövlət reyestrin daxil edilmiş Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzi barədə məlumat aşkar edilmiş, qurumun ləğvinə dair məlumat aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 107/01 saylı məktubundan görünür ki, rayon Dövlət Arxivində 261 saylı fondda mühafizə edilən Bərdə rayon ləğv olunmuş “Meliorasiya Su Tikinti” Tikinti Quraşdırma İdarəsinin 1987, 1989, 1990-cı illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçının işləyərək qazandığı əmək haqları üzrə ödənişlər edilmişdir. Qeyd: Bərdə rayon ləğv olunmuş “Meliorasiya Su Tikinti” Tikinti Quraşdırma İdarəsinin şəxsi heyətə aid olan sənədlərin hamısı rayon Dövlət Arxivinin mühafizəsinə tam verilmədiyi üçün vətəndaşın adı olan 1986, 1988, 1991, 1992, 1993-cü illərə dair əmək haqqı cədvəlləri də rayon Dövlət Arxivinin mühafizəsinə verilməyib. Apellyasiya baxışı zamanı iş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********511300 nömrəli məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan fəaliyyət dövrü ərzində şəxsi hesab vərəqəsinə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məbləğləri barədə məlumat aşağıdakı kimi olmuşdur: oktyabr-2018 195 manat, yanvar-2019 195 manat, aprel- 2019 195 manat, avqust-2019 270 manat, oktyabr-2019 270 manat, yanvar-2020 375 manat, fevral-2020 125 manat, mart-2020 125 manat, oktyabr-2021 562 manat, dekabr- 2021 187,56 manat, fevral-2022 75 manat, cəmi 2575,00 manat. İş materiallarında olan cavabdehin xx.xx.2021-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubuna əsasən tərtib olunmuş əmək kitabçasına, hərbi biletə və əyani təhsil diplomuna əsasən iddiaçının xx.xx.2006-cı ilədək sosial sığorta stajı 16 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının xx.xx.2006-ci ildən xx.xx.2018-ci ilədək fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Bərdə "xxxx" TQİ-də işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli arayışına əsasən 1986, 1988, 1990, 1992-1995, 1997-ci illərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı yoxdur. 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq iddiaçının adına rast gəlinməmişdir, 1996-cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021ci il tarixli, 4/472 nömrəli arayışına əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzinin xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək arxiv sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Dövlət Arxivinin Bakı filialına təqdim edilmədiyi üçün həmin dövrləri sosial sığorta stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda iddiaçının xx.xx.2006-ci ilin pensiya hüququ yarananadək fərdi hesabın sığorta hissəsində 1179,79 manat pensiya kapitalı tələb olunan minimum pensiya kapitalından (28800 manatdan) azdır. Yaşa görə sosial müavinətin təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “İş stajına daxil edilən əmək fəaliyyətinin növləri" adlanan 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq iş stajına daxil olur. Həmin Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1956-ci il təvəllüdlüdür. O, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuş (2 il 19 gün), xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək təhsil almış (4 il 11 gün), xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixə qədər X1 işləmiş (1 il 3 ay 17 gün), xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixə qədər və xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixə qədər Azrezintexnika müəssisəsində işləmiş (2 il 10 ay 1 gün), xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixə qədər işsiz kimi qeydiyyatda olmuş, xx.xx.1999-cu il tarixdən xx.xx.1999-cu il tarixə qədər işsizlik müavinəti almış (1 il 1 gün), 1987, 1989, 1990-cı illərdə "xxxx" TMİ-də işləmiş (3 il), xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixə qədər Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində işləmişdir (3 il 6 ay 8 gün). Sahibkarlıqla məşğul olduğu müddətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları dövr (oktyabr- 2018, yanvar-2019, aprel-2019, avqust-2019, oktyabr-2019, yanvar-2020, fevral-2020, mart-2020, oktyabr-2021, dekabr-2021, fevral-2022) 11 ay təşkil etmişdir. İddiaçı təhsil illəri, hərbi xidmət dövrü və əmək kitabçasında əks olunan bütün iş stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, hərbi biletə və əyani təhsil diplomuna əsasən iddiaçının xx.xx.2006-cı ilədək sosial sığorta stajı 16 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda iddiaçının xx.xx.2006-ci ildən xx.xx.2018-ci ilədək fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Bərdə "xxxx" TQİ-də işləməsi ilə bağlı Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 38 nömrəli arayışına əsasən 1986, 1988, 1990, 1992-1995, 1997-ci illərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı yoxdur. 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq iddiaçının adına rast gəlinməmişdir, 1996-cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/472 nömrəli arayışına əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzinin xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək arxiv sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə və Dövlət Arxivinin Bakı filialına təqdim edilmədiyi üçün həmin dövrləri sosial sığorta stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Eyni zamanda iddiaçının xx.xx.2006-ci ilin pensiya hüququ yarananadək fərdi hesabın sığorta hissəsində 1179,79 manat pensiya kapitalı tələb olunan minimum pensiya kapitalından (28800 manatdan) azdır. İşdən göründüyü kimi iddiaçı cavabdehin imtinasının əsassız hesab edilməsi, onun xx.xx.1974-cü ildən etibarən xx.xx.2003-cü il tarixinədək işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, inzibati işin materiallarından görünür ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçası ilə kifayətlənməyərək iddiaçının əmək stajı və sığorta kapitalı ilə bağlı araşdırma aparmış, sorğular göndərmiş və həmin sorğulara cavablar almışdır. Qeyd edilən cavablar əsasında iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il əmək stajına və ya tələb olunan sığorta kapitalına malik olmaması nəticəsinə gəlmişdir. Məhkəmə iddiaçının Bərdə "xxxx" TQİ-də və Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzində iş stajı (1987,1989-cu illər istisna olmaqla) ilə bağlı əmək kitabçasında göstərilən məlumatın təsdiqlənmədiyi üçün sığorta stajına daxil edilməsinin mümkün olmaması barədə cavabdehin mövqeyini əsaslı hesab etmişdir. Belə ki, iddiaçının əmək kitabçasında Bərdə "xxxx" TQİ-də xx.xx.1986-cı ildən xx.xx.1997-ci ilə qədər və Azərbaycan Respublikasının Dövlət Metallurgiya Şirkətinin Hesablama Mərkəzində xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilə qədər işləməsi göstərilsə də bu illərdə həqiqətən də işləməsini və əmək haqqı almasını təsdiq edə biləcək arxiv sənədləri mövcud deyildir. Belə ki, iş materiallarında olan Bərdə rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 38 nömrəli arayışına əsasən Bərdə "xxxx" TQİ-nin 1986, 1988, 1990, 1992-1995, 1997-ci illərə aid əmək haqqı kitablarının olmasına baxmayaraq iddiaçının adına əmək haqqı hesablanması barədə sənədlər aşkar olunmamışdır, 1994-1995-ci illərə aid əmr kitablarının olmasına baxmayaraq həmin əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir, 1996-cı və 1997-ci illərə dair əmr kitabları ümumiyyətlə təhvil verilməmişdir. Məhkəmə o halı da qeyd etmişdir ki, arxiv arayışına əsasən iddiaçının xx.xx.1993-cü ildən ixtisarla bağlı Bərdə "xxxx" TQİ-dən işdən çıxmağı göstərilsə də əmək kitabçasında həmin müəssisədən işdən çıxması tarixi kimi xx.xx.1997-ci il göstərilmişdir ki, qeyd edilən ziddiyyətlər də iddiaçının əmək kitabçasında Bərdə "xxxx" TQİ-də əmək fəaliyyəti ilə bağlı göstərilənləri (1987,1989-cu illər istisna olmaqla) şübhə altına alır. Habelə cavabdehin imtina məktubundan göründüyü kimi Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli, 4/472 nömrəli arayışına əsasən cavabdehə bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzinin xx.xx.2000-ci ildən xx.xx.2003-cü ilədək sənədləri arxivə təhvil verilməmişdir. Belə olan halda cavabdeh düzgün olaraq iddiaçının xx.xx.2006-cı ilə qədər olan dövrdə sosial sığorta stajının 25 ildən az olması nəticəsinə gəlmişdir. Belə ki, iddiaçının 1986,1988,1990-1997-ci illərdə Bərdə "xxxx" TQİ-də və Azərbaycan Respublikası Dövlət Metallurgiya Şirkəti Hesablama mərkəzində işləməyi və əmək haqqı almağı, müvafiq olaraq məcburi dövlət sosial sığorta haqları ödəməyi təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında əsasnamənin 3-cü bəndinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüquqi yoxdur. Eyni zamanda işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2006-cı ildən sonra müəyyən dövrlərdə vergi ödəyicisi kimi fəaliyyət göstərsə də həm həmin dövrdə. Həm də ondan əvvəl topladığı pensiya kapitalının məbləği heç bir halda pensiya təyin edilməsi üçün tələb edilən həcmdə deyildir. Beləliklə, iş materialları məcmu şəklində qiymətləndirildikdən sonra məhkəmənin gəldiyi nəticəyə görə iddiaçının sığorta stajı yalnız hərbi xidmətdə olduğu xx.xx.1975xx.xx.1977-ci il dövründən, ali təhsil aldığı 1980-1985-ci il dövründən, əmək kitabçasına əsasən işlədiyi xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər,xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər, işsizlik müavinəti aldığı xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə qədər, xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə qədər olan müddətlərdən ibarətdir ki, həmin müddətdə 25 ildən az bir dövrü əhatə etdiyinə görə, habelə iddiaçının pensiya təminatı hüququ verən pensiya kapitalı olmadığına görə onun yaşa görə əmək pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı iddiaçının qanunvericiliyin tələbinə əsasən 25 il sığorta stajının olması iş materialları ilə müəyyən olunmamışdır. Həmçinin iddiaçının qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş stajını toplamadığı və qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-843/2022 saylı 15 fevral 2022-ci il tarixli qərarı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2411/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2411/2022
22.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver