Məhkəmə qərarları › İş №2-1(103)-2411/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2411/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2411/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1414/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 may 2023-cü il tarixli **********172255 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı təqdim edilmiş vergi bəyannamələrində hər hansı vergidən yayınma faktı aşkar edə bilmədiyindən, yoxlamanı "məcburi olaraq" VCİAD-ın əməkdaşları tərəfindən yoxlamadan əvvəlki tarixdə qeyriqanuni olaraq götürülmüş ciddi hesabat blankı və ilkin mühasibat sənədi sayılmayan, mənbəyi bəlli olmayan elektron faylda qeyd olunan rəqəmlər əsasında aparmış və həmin sənədə əsasən bizə əlavə vergiyə cəlb edilən dövriyyə müəyyən etmişdir. Halbuki, cavabdehin hesablama zamanı istinad və sübut qismində istifadə etdiyi sənəd iddiaçının faktiki olaraq həyata keçirdiyi əməliyyatlarını, vergi tutulan dövriyyəsini, gəlir və xərclərini əks etdirən və öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən sənəd hesab edilə bilməz. Buna baxmayaraq, cavabdeh inzibati orqan həmin təsdiqedici sənədə hər hansı vergidən yayınma halı aşkar edə bilmədiyindən, hesablama zamanı mənbə qismində qanunvericiliyin tələblərinə cavab verməyən, mənbəyi bəlli olmayan, hər hansı rəsmi xarakter daşımayan, mötəbərliyi şübhə doğuran və ən əsası ciddi hesabat blankı sayılmayan sənədə istinad edərək əlavə vergi məbləği hesablamışdır ki, bu da bizim qanunla qorunan hüquq və maraqlarımızın kobud şəkildə pozulması ilə nəticələnmişdir. Belə ki, vergi orqanı tərəfindən hesablamanın əsası kimi qəbul edilən sənədlər (vergi orqanının “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallar) əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda, həmin “qara mühasibatlıq" sənədlərinin nədən ibarət olması nə səyyar vergi yoxlaması aktında, nə də ki “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarda göstərilməmişdir. Vergi orqanı özünün adlandırdığı “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Vergi orqanı tərəfindən götürülmüş və iş materiallarına əlavə edilmiş, vergi orqanının “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə dövriyyəni müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan bizim həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqı- satqı, təhviltəslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, bizim real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, vergi orqanı bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********163026 saylı qərarına əsasən bizim Cəmiyyətin Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və aparılmış yoxlamanın nəticəsi üzrə 11 aprel 2023-cü il tarixli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmişdir. Cavabdehin tərtib etdiyi 11 aprel 2023-cü il tarixli səyyar vergi yoxlaması aktına əsasən 272035.57 manat mənfəət vergisinin, 2858543.28 manat əlavə dəyər vergisinin, 3958.61 muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergisinin, 140309.8 manat ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Cavabdehin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 may 2023-ci il tarixli **********172255 nömrəli Qərarına əsasən iddiaçıya ümumilikdə 3.274.847.26 manat əlavə vergi məbləği hesablanmış və 1.662.937.75 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun: 3.2-ci bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 2.2- ci bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 67.1-ci maddəsinin tələblərini pozaraq yoxlama zamanı “qara mühasibatlıq” sənədlərə istinad olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********163026 nömrəli qərarına əsasən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot- baza məlumatlarına və operativ vergi nəzarət tədbirləri zamanı əldə edilmiş sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlərə əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği onların fəaliyyəti ilə bağlı satış dövriyyələrinə uyğun bəyan edilməmişdir. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı olan qanunla nəzərdə tutulmuş, lakin rəsmiləşdirilməyən məlumatlara əsasən vergilərin (və ya vergitutma obyektlərinin) gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən həmin vergi ödəyicisində növbəti səyyar vergi yoxlaması təyin olunmuşdur.Yoxlama ilə əhatə olunan vergi dövrü: sentyabr 2019- avqust 2022 Vergi yoxlaması vergi ödəyicisinin vergi orqanında olan uçotbaza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2631 nömrəli Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən götürülmüş sənədlər, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və məlumatlar əsasında aparıldı. "xxxx" MMC xx.xx.2016-cı il tarixli ərizə ilə vergi orqanına müraciət edilərək təsis edilmişdir. Vergi ödəyicisinin mülkiyyət növü xüsusi mülkiyyət, təşkilati- hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyətdir. Yoxlama müəssisənin direktoru X4 iştirakı ilə aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272035.57 manat azaldılmasına görə 50% məbləğində, yəni 136017.79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 2 858 543.28 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1 429 271.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 140 309.8 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 140 309.8 vergi məbləğinin 50 faizi miqdarında, yəni 70154.9 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4050.6 məcburi dövlət sosial sığorta haqqı məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2025.3 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Kassadan nağd şəklində 35880.9 manat vəsait əmək haqqı ödənişi kimi ödənilmiş və nəticədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 10%- lə 3588.09 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Təsisçisi tərəfindən borc müqaviləsinə əsasən alınmış borcların nağd qaydada kassadan ödənilməsinə görə təqvim ayı ərzində 30 min manatdan artıq əməliyyatlar üzrə ümumilikdə 218000.0 manatlıq vəsait olduğu müəyyən edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 21800.0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. 2019-cu il 3-rüb və 2022-ci il 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim olunmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Növbəti səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2023-cü il tarixli **********163622 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Qeyd edilənlərə əsasən müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır.Ona görə də anoloji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktura müraciət olunumuş və cavab olaraq anoloji fəaliyyətlə məşğul olan X7 (VÖEN: **********) və "Camal” LTD Şirkətinin (VÖEN: **********) vergi ödəyiciləri müəyyən edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən, qeyd edilən müəssisələri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. Cavabdeh hesab edir ki, iddiaçı barəsində qəbul edilmiş qərar əsaslı olmuşdur. Cavabdeh səyyar vergi yoxlamasında göstərilənləri əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1414/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarı (hakim O.Həsənov) ilə iddia tələbi qismən təmin edilmiş, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30 may 2023-cü il tarixli **********172255 saylı Qərarı – 31.543,99 manat (muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun pozulmasına və bəyannamənin vaxtında təqdim edilməməsinə görə tətbiq olunmuş maliyyə sanksiyası) istisna olmaqla digər hissələrdə ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Mənfəət vergisi bəyannaməsinin yoxlanılması üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2019-cu, 2020-ci və 2021-ci illər üzrə mənfəət vergisi bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 104-cü, 134-cü, 135-civə 136-cı maddələrinin tələblərinə müvafiq olaraq vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatları, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, vergi ödəyicisi tərəfindən yoxlamaya qismən təqdim edilmiş sənədlər və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********2631 nömrəli Qərara əsasən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş 6 gb fləşda sənəd və məlumatlar əsasında müəssisənin gəlirləri və xərcləri, habelə gəlirin və xərcin çəkilməsi vaxtı müəyyən edilərək mənfəət vergisi üzrə məlumatların dürüstləşdirilməsi təmin edilmişdir. Belə ki, vergi ödəyicisi yoxlamaya yoxlanılan 2019-cu il Mənfəət vergisi üzrə yalnız gəlirlə bağlı xərc sənədlərini yoxlamaya təqdim etmiş 2020- 2021-ci illər Mənfəət vergisi tədiyyəsi üzrə Mənfəət bəyannaməsinin gəlirləri və gəlirləri ilə bağlı xərc sənədlərini təqdim etməmişdir. Yoxlama zamanı 2019-cu il üzrə mənfəət vergisinin gəlirləri, müəssisədə bundan əvvəl aparılmış səyyar vergi yoxlamasının və xronometraj nəzarət metodu ilə aparılmış yoxlamanın nəticələri, bundan başqa müəssisə tərəfindən təqdim olunmuş e-qaimələr və müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələr əsas götürülməklə müəyyən edilmişdir. 2020-2021-ci illər Mənfəət vergisi üzrə bəyannamələrdə gəlirlər yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli **********2631 nömrəli qərara əsasən keçirilmiş operativ tədbir zamanı müəssisədən götürülmüş sənədlərdə yoxlama zamanı müəssisənin rəsmi və qeyri rəsmi dövriyyəsi barədə məlumatlar qeyd edilmiş cədvəl məlumatlarına əsasən müəyyən edilmişdir. Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Həmin məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 130.1. maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. Vergi Məcəlləsinin 130.1-1. maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydalarına əsasən istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Yoxlama ilə əhatə olunan 2020-2021-ci il mənfəət tədiyyəsi üzrə vergi ödəyicisi tərəfindən sənədlər ( o cümlədən gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri ) tam təqdim edilmədiyi və xx.xx.2022-ci il tarixli **********2631 nömrəli qərara əsasən keçirilmiş operativ tədbir zamanı müəssisədən götürülmüş sənədlərdə yoxlama zamanı müəssisənin rəsmi və qeyri rəsmi dövriyyəsi barədə məlumatlar qeyd edilmiş cədvəldə xərclərin tam qeyd olunmaması səbəbilə vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı üçün 2020 və 2021-ci illər üzrə məfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı əlavə və dəyişikliklər nəzərə alınmaqla) şərti rentabellik səviyyəsi 20 % götürülərək hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Qeyd olunmalıdır ki, "xxxx" MMC tərəfindənfaktiki olaraq dondurma istehsalı və müxtəlif idxal edilən, elektron-qaimə fakturalarla alınan malların pərakəndə və topdansatışı fəaliyyəti ilə məşğul olmuşdur.Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Qeyd edilənlərə əsasən müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrində gəlir və xərclər düzgün göstərilməmişdir. Bu səbəbdən də, yoxlama zamanı Vergi Məcəlləsinin 67.2-ci maddəsinə əsasən anoloji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin göstəriciləri əsasında vergilərin hesablanmasına zərurət yaranmışdır. Ona görə də anoloji vergi ödəyicisinin müəyyən edilməsi məqsədi ilə müvafiq struktura müraciət olunumuş və cavab olaraq anoloji fəaliyyətlə məşğul olan X6 (VÖEN: **********) və "Camal” LTD Şirkətinin (VÖEN: **********) vergi ödəyiciləri müəyyən edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən, qeyd edilən müəssisələri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. 2019-cu il üzrə: Müəssisənin 2019-cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi dövriyyə 3 901 142.19 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 5 335 295.73 manat olmaqla zərər 1434153.54 (3 901 142.19 - 5 335 295.73) manat olmaqla bəyan edilmişdir. Vergi ödəyicisi 2019- cu il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində ümumi dövriyyəni 3 901 142.19 manat göstərmişdir. Yoxlama ilə 2019-cu il üzrə mənfəət vergisinin gəlirləri, müəssisədə bundan əvvəl aparılmış səyyar vergi yoxlamasının və xronometraj nəzarət metodu ilə aparılmış yoxlamanın nəticələri, bundan başqa müəssisə tərəfindən təqdim olunmuş e-qaimələr və müəssisə tərəfindən vergi orqanına təqdim edilmiş bəyannamələr əsas götürülməklə yoxlanılmış və yoxlama nəticəsində müəssisə tərəfindən gəlirlərin 954.14 manat artıq göstərildiyi müəyyən olunmuşdur. Beləliklə, yoxlama ilə müəssisənin 2019-cu il üzrə mənfəət vergisinin gəlirlərinin 3 900 188.05 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə Vergi ödəyicisinin hesabat ilində zərərinin 1000993.51 manat (3 900 188.05- 4 901 181.56) təşkil etdiyi müəyyən edilmişdir. Vergi ödəyicisi 2019-cu il mənfəət vergisində gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 5 335 295.73 manat olmasını göstərmişdir, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 238639,65 manat, sosial sığorta haqları 49705,73 manat, Xammal və materialların dəyəri 1270368,71 manat, malın dəyəri 103865,03, icarə xərci 8000 manat, enerji xərci 240622,67 manat, qaz xərci 29984,14 manat, yanacaq xərci 70791,48 manat, su və kanalizasiya xərcləri 27861,91 manat, rabitə xərci 2607,79 manat, bank xidməti üzrə xərclər 49192,53 manat, reklam xərcləri 14370 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 2306166,55 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 338092,45 manat, digər əsas vəsaitlər üzrə amortizasiya 5041,86 manat, sığorta üzrə xərclər 12909,92 manat, digər xərclər 567075,31 manat, nəticədə vergiyə cəlb olunan mənfəət olmamış və mənfəət vergisi hesablanmamışdır. Yoxlama zamanı müəssisənin 2019-cu il üzrə ümumi gəlirdən çıxılan xərcləri vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlər və ilkin sənədlərə əsasən 4901181,56 manat o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 238456,57 manat, sosial sığorta haqları 49873,97 manat, Xammal və materialların dəyəri 1493471,56 manat, icarə xərci 8000 manat, enerji xərci 240622,67 manat, qaz xərci 29984,14 manat, yanacaq xərci 70791,48 manat, su və kanalizasiya xərcləri 27861,91 manat, rabitə xərci 2607,79 manat, bank xidməti üzrə xərclər 49192,53 manat, reklam xərcləri 2500 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya 2308536,55 manat, nəqliyyat vasitələri üzrə hesablanmış amortizasiya 338079,7 manat, digər əsas vəsaitlər üzrə amortizasiya 5041,59 manat, sığorta üzrə xərclər 3499,92 manat, digər xərclər 32661,18 manat təşkil etmişdir. Nəticədə səyyar vergi yoxlaması ilə Vergi ödəyicisinin 2019-cu il üzrə mənfəət vergisinin illik gəlirləri ilə bağlı xərc göstəricilərində xərclərin 434114.17 manat ( 5335 295.73 - 4 901 181.56) artıq göstərildiyi müəyyən edilmişdir. 2020-ci il üzrə: Yoxlama ilə 2020-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisənin 2020-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi kameral münasibət göstərilməklə ümumi dövriyyə 3 506 026.34 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 5 981 261.34 manat olmaqla zərər 2475235.0 manat (3 506 026.34 - 5 981 261.34) manat olmaqla bəyan edilmişdir. Yuxarıda qeyd edilən keçirilmiş operativ tədbir zamanı müəssisədən götürülmüş sənədlərə əsasən 2020ci ildə malların (işlərinin, xidmətlərin) təqdim edilməsindən əldə edilən gəlir 11 138 086.94 manat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Yoxlama ilə 2020-ci il üzrə Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviq sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi güzəşt edildiyindən 85,535.43(18563xx.xx-1000993.51 (2019-cu il üzrə zərər)=855354.32*50%=427677.16*20%) manat vergi hesablandı. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 0.00 manat vergi məbləği nəzərə alınmaqla 85 535.43 (85 535.43 -0.00) manat verginin azaldıldığı müəyyən edilmişdir. 2021-ci il üzrə: Yoxlama ilə 2021-ci il üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Müəssisənin 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi ümumi dövriyyə 9 847 409.16 manat, gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 8 911 211.87 manat olmaqla və Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviq sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi güzəşt edildiyindən vergiyə cəlb olunan mənfəət (936197.29*50%)=468098.65 manat, vergi məbləği 93 619.73 (468 098.64 *20%) manat olmaqla bəyan edilmişdir. Yuxarıda qeyd edilən keçirilmiş operativ tədbir zamanı müəssisədən götürülmüş sənədlərə əsasən 2021-ci ildə malların (işlərinin, xidmətlərin) təqdim edilməsindən əldə edilən gəlir 16 807 192.02 manat müəyyən edilmişdir. Müəssisə tərəfindən təqdim edilmiş və yoxlama ilə əldə edilmiş sənədlər əsasında xərcləri tam müəyyən etmək mümkün olmamışdır. Yoxlama ilə 2021-ci il üzrə Vergi Məcəlləsinin 106.1.17-ci maddəsinə əsasən investisiya təşviq sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50 faizi güzəşt edildiyindən 280119.87 (2 801 198.67 *50%=1400599.34*20%) manat vergi hesablandı. Müəssisə tərəfindən təqdim edilən bəyannamə üzrə hesablanmış 93 619.73 manat vergi məbləği nəzərə alınmaqla 186500.14 (280119.87 -93 619.73) manat verginin azaldıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272035.57 manat azaldılmasına görə 50% məbləğində, yəni 136017.79 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əlavə dəyər vergisinin yoxlanılması üzrə üzrə: Yoxlama ilə əhatə edilən dövr üzrə müəssisə əlavə dəyər vergisinin ödəyicisi olmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Müəssisə ƏDV məqsədləri üçün qeydiyyat haqqında xx.xx.2017-cı il tarixli ərizəni vergi orqanına təqdim etmiş və **********3 nömrəli qeydiyyat bildirişi almışdır. ƏDV qeydiyyatı xx.xx.2017ci il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə ƏDV üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələri əhatə olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına (o cümlədən YGB), vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlara, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********2631 nömrəli Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən"xxxx" MMC -də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş "xxxx" -MMC -də məlumatlar (cədvəllər) (həmin məlumatlar fləşkarta köçürülərək götürülmüşdür)) və vergilərin hesablanmasına əsas verən digər sənədlərlə müəssisənin satış dövriyyələri müəyyən edilmişdir. Əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, müəssisə tərəfindən Vergi Məcəlləsinin 159-cu maddəsinin tələbləri pozularaq büdcəyə ödənilməli olan ƏDV azaldılmışdır. Vergi ödəyicisi tərəfindən büdcəyə hesablanmalı ƏDV-nin azaldılmasının səbəbi ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ƏDV məbləğinin düzgün müəyyən olunmaması ilə bağlıdır (yoxlama ilə əhatə olunan dövr üzrə ƏDV-nin hesablanmasının müqayisəli cədvəli yoxlama materiallarına əlavə olunur). Vergi Məcəlləsinin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsi ilə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatların və sənədlərin təqdim edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "xxxx" MMC -də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş (muhasib komekcisi+Загрузки+Müştərilər üçün olan maliyyə Qeyri-resmi (2) məlumatları (cədvəllər) sənədlərlə müəyyən edilmişdir ki, müəssisə satış dövriyyəsini təqdim etdiyi sənədlərdə düzgün əks etdirməmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Vergi Məcəlləsinin 159.1-ci və maddəsinin müddəaları nəzərə alınmaqla əlavə vergilər hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********2631 nömrəli Operativ vergi nəzarətinin keçirilməsi haqqında qərarına əsasən xx.xx.2022-ci il tarixli **********2639 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərarı çıxarılmış və qərar əsasında müəssisədən sənədlər götürülmüşdür. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli **********2631 nömrəli Qərara əsasən "xxxx" MMC -də aparılmış operativ vergi nəzarəti tədbiri zamanı müəssisəyə məxsus elektron informasiya daşıyıcılarından elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş məlumatlara baxış keçirilərkən "xxxx" MMC -yə aid olan və vergilərin hesablanmasına əsas verən satış dövriyyələri müəyyən edilmişdir. Əlavə vergilər aşağıdakı fayllardan istifadə olunmaqla hesablanmışdır: 1) (6 gb fləş)-da (muhasib komekcisi+Загрузки+Müştərilər üçün olan maliyyə Qeyri-resmi (2)) Operativ vergi nəzarəti zamanı elektron yaddaşa (fləşkarta) köçürülərək götürülmüş (6 gb fləş)-da (muhasib komekcisi+Загрузки+Müştərilər üçün olan maliyyə Qeyri-resmi (2) )məlumatlara (cədvəl) və AVİS hesabat/axtarış baza məlumatlarına və aparılan araşdırma ilə vergi ödəyicisinin alqısatqı əməliyyatlarını əks etdirən sənədlərə əsasən müvafiq vergilər hesablanmışdır. Müəssisənin vergi orqanındakı uçot-bazasında olan məlumatlar, vergi ödəyicisinin bank hesablarının hərəkəti barədə hesabların yerləşdiyi banklardan alınmış rəsmi məlumatlar, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən "xxxx" MMC-də keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı götürülmüş sənəd və məlumatlar (həmin məlumatlar fləşkarta köçürülərək götürülmüşdür) və vergilərin hesablanmasına əsas verən digər sənəd və məlumatlar əsasında müəssisənin satış dövriyyələri müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli **********2631 nömrəli qərara əsasən keçirilmiş operativ tədbir zamanı müəssisədən götürülmüş sənədlərdə yoxlama zamanı içərisində müəssisənin 2020 və 2021-ci illər üzrə rəsmi və qeyri rəsmi dövriyyələri barədə məlumatlar qeyd edilmiş olan cədvəl müəyyən edilmişdir. Həmin cədvəldə 2020-ci ilin 12 aylıq və 2021-ci ilin 10 aylıq satış dövriyyələrinin ayrılıqda göstərilməklə və aylara bölünməklə rəsmi, qeyrirəsmi və ümumi olmaqla bölgüsü aparılmışdır. Cədvəldə rəsmi hissədə göstərilmiş məlumatlar ilə müəssisənin vergi orqanına bəyan etdiyi dövriyyəsinin uyğunluq təşkil etdiyi müəyyən olunmuş, lakin qeyri rəsmi dövriyyələrin əlavə dəyər vergisi bəyannamələrində vergi tutulan dövriyyəyədə əks etdirilməyərək azaldılması aşkar edilmişdir. Yoxlama ilə müəssisəyə Vergi Məcəlləsinin 67.1.9-cu, 159.1-ci maddəsinə, eləcə də “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu, 2.1.11-ci maddələrinin müddəaları nəzərə alınmaqla 2020ci üzrə 7632060.60 manat, 2021-ci il üzrə 8248735.47 manat cəmi kənarlaşdırılan ********.07 manat (7632060.60 + 8248735.47 ) dövriyyə üzrə (********.07 *18%) 2 858 543.28 manat əlavə ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 2 858 543.28 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1 429 271.64 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. -Ödəmə mənbəyində tutulan vergi üzrə: Vergi Məcəlləsinin 123.1-ci maddəsinə əsasən rezident tərəfindən ödənilən faizlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Yoxlama ilə aşkar edilmişdir ki, müəssisənin təsisçisi X9 tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində (xx.xx.2019- xx.xx.2022) ********.88 manat müəssisəyə borc verilmiş və daxil olmuş borcun müəssisə tərəfindən 376900.00 manatı geri qaytarılmışdır. Mülki Məcəllənin 739-cü maddəsinin müddəalarına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Eyni zamanda hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir. Yoxlama ilə müəssisə tərəfindən təsisçidən alınmış pul vəsaiti borc kimi rəsmiləşdirildiyi üçün verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi (əsas: https://www.cbar.az/page-42/monetaryindicators#page-4) nəzərə alınmaqla faizlər hesablanmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 140 309.8 manat vergi məbləğinin 50 faizi miqdarında, 70154.9 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 0,02 manat məcburi dövlət sosial sığorta haqqı məbləğinin 50 faizi, yəni 0,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı) üzrə: "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)bəyannamələri təqdim edilmişdir. "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda işçilərin faktiki işlədiyi iş günləri göstərici məlumatlarının bəyannamələrdə düzgün əks etditrilməməsi nəticəsində vergi məbləğinin azaldılması və artıq hesablanması aşkar edildi." Səyyar vergi yoxlaması ilə "Sosial sığorta haqqında" qanunun 14.5.2-ci maddəsinə əsasən 4050.6 manat məcburi dövlət sosial sığorta haqqı məbləği azaldılmış və 92.74 manat artıq hesablanma müəyyən edilmişdir. Azalmanın və artıq hesablamanın səbəbi vergi tutma obyektinin düzgün müəyyən edilməməsi olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4050.6 məcburi dövlət sosial sığorta haqqı məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2025.3 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə: Kassadan nağd şəklində 35880.9 manat vəsait əmək haqqı ödənişi kimi ödənilmiş və nəticədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3 ,3.4.6-cı- maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 10%- lə 3588.09 manat maliyyə sanksiyasının hesablanmışdır. Təsisçisi tərəfindən borc müqaviləsinə əsasən alınmış borcların nağd qaydada kassadan odənilməsinə görə təqvim ayı ərzində 30 min manatdan artıq əməliyyatlar üzrə ümumilikdə 218000.0 manatlıq vəsait olduğu müəyyən edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 21800.0 manat maliyyə sanksiyası hesablanmışdır. Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən: 2019-cu il 3-rüb və 2022-ci il 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim olunmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda qeyd edirik ki, iddia ərizəsində mübahisələndirilən qərarın ləğv edilməsinə dair əsaslı səbəblər göstərilməmişdir və qeyd edilmişdir ki, yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələbləri pozulmaqla aparılmışdır. Bununla bağlı qeyd edirik ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan da göründüyü kimi sözüedən qanunun tələbləri pozulmamış və qanunun tələblərinə riayət edilmişdir (etiraza əlavə edilir).Ümumiyyətlə sözügedən qanunun konkret hansı tələblərinin pozulduğu qeyd edilməmişdir. Bununla yanaşı iddia ərizəsində qeyd edilir ki, “qara mühasibatlıq” sənədləri vergilərin hesablanmsı üçün əsas ola bilməz və iddiaçı bu fikrini əsaslandırarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edir, lakin 67-ci maddənin müddəalarını sadalayarkən “qara mühasibatlıq” ilə bağlı müddəalara toxunmur. Belə ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar əsasında vergi orqanının hesablanmalı olan verginin məbləğini hesablamaq hüququ vardır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Belə ki, qeyd olunan sənədlərin kimə məxsus olması, hansı tarixdə tərtib edilməsi və hansı hesabat dövrünü əhatə etməsi qeyri-müəyyəndir və bu xüsusat həmin sənədlərin vergilərin hesablanması zamanı mənbəyi bəlli olan məlumat qismində istifadə edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qərarının müvafiq dəlilinə münasibətdə bildiririk ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar ilkin uçot sənədi hesab edilir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri–maliyyə-təsərrüfatəməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-c maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Beləliklə, səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş, elektron daşıyıcılarda aşkar edilmiş məlumatlar və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Məhkəmə, VM-nin 67.1.9-cu maddəsinin hazırki redaksiyası ilə bağlı bildirir ki, bu maddəyə dəyişiklik 01 yanvar 2022-ci il tarixdən sonra qüvvədə olmuşdur ki, səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə həmin maddənin tətbiqi ədalətli olmazdır. Məhkəmənin qeyd olunan dəlilinə münasibətdə bildiririk ki, istinad edilən norma səyyar vergi yoxlamasının aparıldığı dövrdə qüvvədə olduğundan qeyd olunan müddəanın tətbiqində cavabdeh hər hansı yanlışa yol verməmişdir. Bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdəngörünür ki, cəmiyyətdə səyyar vergi yoxlaması ilə hesablanmış, 2020-2021-ci illər üzrə 272035,57 manat əlavə dəyər vergisi, 2020-ci ilin yanvar2021-ci ilin oktyabr ayları üzrə 2858543,28 manat əlavə dəyər vergisi, 2019-cu ilin 3-cü-2022-ci ilin 2ci rübü üzrə 140309,80 manat ödəmə mənbəyində tutulan vergi, 2020-ci ilin 1-ci, 2021-ci ilin 4-cü-2022-ci ilin 1-ci rübü üzrə 4050,60 manat məcburi dövlət sosial sığorta haqları az, 2020-ci ilin 2-ci -2021-ci ilin 3-cü, 2022-ci ilin 2-ci rübü üzrə 92,74 manat artıq olmaqla, ümumilikdə xüsusilə külli miqdar təşkil edən 3274846,51 manat məbləğində vergilərin və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq, istintaq aparılır. Əlavə olaraq bildiririk ki, məhkəmə qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/6883 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyini əsas sübut kimi qəbul etmişdir. Ekspert rəy verərkən yalnız "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun maddələrini rəyə köçürmüş, heç bir əsaslandırma aparılmadan və yalnız yekunda ümumi sözlərlə xx.xx.2023-cü il tarixli, **********158404 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış 2019-2020-ci illər üzrə mənfəət vergisinin düzgünlüyünün müəyyən olunmadığı və yoxlama zamanı vergilərin hesablanmasına əsas olan, vergi orqanı tərəfindən istinad edilən sənədlər (fləşkartda olan məlumatlar, excel cədvəlləri) ciddi hesabat sənədləri hesab edilmədiyi barədə rəy verməklə kifayətlənmişdir. Cavabdeh tərəfindən ekspert rəyinə dair yazılmış mülahizədə ekspert rəyinin bütün dəlillərinə ətraflı münasibət bildirilmiş, rəyin mötəbər sübut kimi sayılmaması üçün hallar əsaslandırılmışdır. İnzibati işin icraatı zamanı cavabdeh tərəfindən vergi orqanının apardığı hesablamanın qanuni və əsaslı olması bildirilmiş, ekspertiza keçirilməsinə zərurət olmadığı əsaslandırılmış, lazımi sübut və sənədlər məhkəmə baxışı zamanı ətraflı araşdırılma aparılması üçün məhkəməyə təqdim edilmişdir, lakin məhkəmə tərəfindən cavabdehin mövqeyi və etirazı nəzərə alınmadan məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Bu səbəbdən hesab edirik ki, ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaitinin cavabdeh orqandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi əsassızdır. Yuxarıda qeyd olunanlara əsasən qeyd etməyi zəruri hesab edirik ki, məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia qismən təmin olunsa da, iddianı təmin olunmayan hissəsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, Məhkəmə kollegiyası yalnız cavabdehin verdiyi apellyasiya şikayəti həddində qərarı –iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir: iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmiş, iddia prosessual müddətə əməl edilməklə qaldırılmışdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. "Mühasibat uçotu haqqında" tarixli 716-İİQ saylı Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində aşagığakılar təsbit olunmuşdur: 1.1.1. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. 2.1.11. İlkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. 2.1.12. Mühasibat uçotu registrləri - ilkin uçot sənədlərindəki məlumatların mühasibat uçotunda, maliyyə, vergi və digər hesabatlarda əks etdirilməsi məqsədi ilə həmin məlumatların xronoloji ardıcıllıqla sistemləşdirilməsi və yığılması üçün nəzərdə tutulan sənədlərdir. 2.1.13. Analitik uçot - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin hər biri üzrə açılan analitik uçot registrlərində təfsilatı ilə qeydiyyatı və qruplaşdırılmasıdır. 2.1.14. Analitik uçot registrləri - aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin ayrılıqda hər biri üzrə məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən jurnallar, cədvəllər və kartlardır. 2.1.15. Sintetik uçot - baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə məlumatların ilkin uçot sənədləri və analitik uçot registrləri əsasında sistemləşdirilmiş şəkildə toplanması, mühasibat uçotu registrlərində əks etdirilməsi və ümumiləşdirilməsidir. 2.1.23. Uçot siyasəti - maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi zamanı mühasibat uçotu subyektləri tərəfindən tətbiq edilən konkret prinsiplər, əsaslar, şərtlər və yanaşmalardır”. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən 30 yanvar 2017-ci tarixdə Q-01 nömrəli “X1 Standartlarına və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ın 2.1.14-ci bəndinə əsasən ilkin uçot sənədləri - maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Qaydaların 7-ci bölməsində ilkin uçot sənədlərinin və mühasibat uçotu registrlərinin tərtibi qaydası göstərilmişdir: 7.1.Mühasibat uçotu subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş ilkin uçot sənədlərinin və uçot registrlərinin formalarından istifadə edir. Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur. 7.2. İlkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Əməliyyatların xarakterindən və uçotu subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir. 7.3.İlkin uçot sənədləri əməliyyatların baş verdiyi anda, bu mümkün olmadıqda isə əməliyyatlar başa çatdıqdan sonra tərtib edilməlidir. 7.4.Sənədlərin keyfiyyətli tərtibatı, onların vaxtıda mühasibat uçotunda əks etdirilməsi üçün müəyyən edilmiş müddətlərdə təqdim edilməsi, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin faktiki hallarına əsasən 04 oktyabr 2022-ci il tarixli **********163026 №-li Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar ilə "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2019 – avqust 2022 vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının aktından görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 272.035,57 manat azaldılmasına görə 50% məbləğində, yəni 136.017,79 manat məbləğində maliyyə sanksiyasının; Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 2.858.543,28 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 1.429.271,64 manat məbləğində maliyyə sanksiyasının; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 140 309.8 manat ödəmə mənbəyində tutulan vergi məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 140.309,8 vergi məbləğinin 50 faizi miqdarında, yəni 70.154,9 manat tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 4.050,6 məcburi dövlət sosial sığorta haqqı məbləğinin yayındırılmasına görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 2.025,3 manat maliyyə sanksiyasının; kassadan nağd şəklində 35.880,9 manat vəsait əmək haqqı ödənişi kimi ödənilmiş və nəticədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 10%-lə 3.588,09 manat maliyyə sanksiyasının; təsisçisi tərəfindən borc müqaviləsinə əsasən alınmış borcların nağd qaydada kassadan ödənilməsinə görə təqvim ayı ərzində 30 min manatdan artıq əməliyyatlar üzrə ümumilikdə 21.8000,0 manatlıq vəsait olduğu müəyyən edilmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinin pozulmasına görə 21.800.0 manat maliyyə sanksiyyası tədbiq edilməsi; 2019-cu il 3-rüb və 2022-ci il 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin təqdim olunmamasına görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********172255 saylı qərarı ilə iddiaçı 2020-2021-ci illər üzrə mənfəət vergisi, 2020-2021-ci illər üzrə əlavə dəyər vergisi, 2020-2022-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan, məcburi dövlət sosial sığorta haqları, 2019- 2022-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə ümumilikdə 3.274.939,25 manat borcun və ona tətbiq olunmuş 1.662.937,75 manat maliyyə sanksiyasının, sənədləri müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 80 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221799937 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2022, sona çatma tarixi xx.xx.2022 tarixidir. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti təxminən 05 ay 19 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixində başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir. Məhkəmə kollegiyası qərarla hesablanan və apellyasiya şikayətinin dəlillərinə müvafiq olaraq ədv və mənfəət vergi məbləğlərinə münasibətdə qeyd edir ki, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar ilkin uçot sənədi hesab edilir. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu maddəsinə əsasən mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin qanunun 2.1.11-ci maddəsinə əsasən ilkin uçot sənədləri– maliyyə-təsərrüfatəməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Sözügedən qanunda qeyd olunduğu kimi elektron daşıyıcılarda olan təsdiqedici məlumatlar da ilkin uçot sənədi hesab edilmişdir. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının təhlilindən görünür ki, elektron fayllar da “Mühasibat uçotu haqqında” Qanunun 2.1.10-cu və 2.1.11-ci maddələrinin təsirinin altına düşməklə ilkin uçot sənədi hesab edilmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur. Məhkəmə kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, bu dəlillər əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçı MMC-də aparılmış operativ vergi nəzarəti zamanı götürülmüş 6 gb fləş-da (muhasib komekcisi+Загрузки+Müştərilər üçün olan maliyyə Qeyri-resmi (2)) sənəd və məlumatlar əsasında əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi. "xxxx" MMC-nin fəaliyyəti üzrə vergi orqanı tərəfindən əlavə hesablanmış vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında alış və satışa dair elektron qaimə fakturalar, VHF, ödəniş sənədləri, mədaxil məxaric orderləri, mənfəət və mənfəətin əldə edilməsi ilə bağlı xərc sənədləri, bank reysterləri və s. öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı nəzərə alınmış fləşkarta yüklənərək götürülmüş excel fayllarında olan cədvəl məlumatları ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlamanın dövrdə qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Eyni zamanda müvafiq olaraq məhkəmə mühasibatlıq ekspertizasının rəyindən də görünür ki, mübahisələndirilən qərar əsasında aparılmış yoxlama zamanı cavabdeh məhz ciddi hesabat blankı hesab olunmayan sənədlər əsasında araşdırma aparmışdır ki, ümumiyyətlə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisəsi tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgünlüyü müəyyən olunmur. Cavabdehin həmin elektron yaddaş qurğusunda olan məlumatların iddiaçıya aid olan sübut kimi istinad etməsi mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin elektron yaddaş qurğusunun iddiaçıya məxsus rəsmi mühasibatlıq sənədi kimi qiymətləndirilə bilməz. Belə ki, elektron yaddaş qurğusunda olan məlumatların iddiaçının fəaliyyəti ilə səbəbli əlaqəsini cavabdeh sübuta yetirməmiş, oradakı yazıların məhz iddiaçının fəaliyyətinə aid olması və onun fəaliyyəti ilə bağlı guya reallığı əks etdirməsi müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmalı, başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsinin zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1971/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır:

41. Məhkəmə kollegiyası qara mühasibatlıq sənədləri əsasında aparılan hesablamalara münasibətdə kassasiya instansiyasının formalaşmış mövqeyini bir daha ifadə edərək qeyd edir ki, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün digər təkzibolunmaz mənbələrlə birlikdə qiymətləndirilməlidir. Həmçinin, qara mühasibatlıq sənədləri vergilərin hesablanması üçün yetərli məlumatlarları əks etdirməlidir. İlk növbədə həmin sənədlərin barəsində hesablama aparılan şəxsə məxsusluğu sübut olunmalı, bununla yanaşı, məlumatların hansı əməliyyatı əks etdirməsi – alış, satış, borc və sairə, təqdim edilən malın (işin, xidmətin) adı,növü, ölçüsü, miqdarı, əməliyyatın dövrü, pul vəsaitinin daxil olub-olmaması müəyyən olmalıdır. Lakin hazırki iş üzrə qeyd olunan tələblərə əməl olunmamışdır və bu mənada həmin sənədlərdəki məlumatlar vergilərin hesablanması üçün yetərli sayıla bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində istinad olunan oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış mövqeyinə görə, vergi orqanı tərəfindən mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran “qara mühasibatlıq” sənədlərindən istifadə edilməklə əlavə vergilərin hesablanması yolverilməzdir. Həmçinin oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-970/2021 saylı, xx.xx.2021-cü il tarixli qərarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır:

29. Cavabdeh inzibati orqan yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi. Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-608/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-806/202 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli; 2-1(102)-1921/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)- 851/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-1245/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarlarında nümayiş etdirilmişdir. Bundan başqa, vergi orqanı tərəfindən iddiaçıya mənfəət vergiləri Vergi Məcəlləsinin 67-ci maddəsi ilə müəyyən olunmuş qaydalara əsasən deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Cavabdeh iddiaçının fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan müəssisənin mövcud olub-olmamasını, əlaqəli məlumatların mövcudluğunu və sair halları araşdırmamış və əlavə vergini hesablayarkən həmin məlumatlardan istifadə imkanından yararlanmamışdır. Halbuki, mütənasiblik prinsipinin tələbləri baxımından yalnız 67-ci maddədə nəzərdə tutulmuş qaydanın tətbiqi imkanları ükəndikdən sonra, Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı tətbiq oluna bilərdi. Göründüyü kimi, vergilərin hesablanması ilə bağlı yuxarıda istinad olunan normaların tələblərinə də cavabdeh tərəfindən riayət edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspert rəyində qeyd olunmuşdur ki, yoxlama ilə vergi orqanı tərəfindən vergi məbləğinin hesablanması zamanı qara mühasibatlıq sənədləri (fleşkartda olan məlumatlar, excel cədvəllər) nəzərə alınmaqla hesablama aparılmışdır. Bildirilir ki, qara mühasibatlıq sənədləri ciddi uçot sənədi sayılmır və həmin məlumatlara əsasən vergilərin hesablanması vergi qanunverciliyi (yoxlanılan vergi dövrlərində qüvvədə olan) və mühasibat uçotunun tələbləri baxımından düzgün deyildir. Eyni zamanda qeyd edilir ki, hazırki iz üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi də imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin sənədlərdə olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması və s.müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin. Bundan başqa qeyd edilir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə xx.xx.2022-ci il tarixindən dəyişiklik edilib. Səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin 2019-2021-ci illər üzrə fəaliyyəti yoxlanan zaman isə həmin maddə qüvvədə olmamışdır. Qeyd edilir ki, 2022-ci il ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə səyyar vergi yoxlaması ilə vergi orqanı tərəfindən əlavə mənfəət vergisi və ƏDV hesablanmamışdır. Göstərilənlərə əsasən qeyd edilir ki, xx.xx.2023-cü il tarixli **********163622 saylı səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergi orqanı tərəfindən əlavə hesablanmış mənfəət vergisi və ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Qeyd olunanlarla yanaşı bildirilir ki, müəssisəyə yoxlamanın əhatə etdiyi dövrdə 140309,80 manat məbləğində əlavə olaraq ödəmə mənbəyində tutulan vergi və 4050,60 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Bildirilir ki, müəssisəyə yoxlamanın əhatə etdiyi dövrdə 140309,80 manat məbləğində əlavə olaraq ödəmə mənbəyində tutulan verginin hesablanma səbəbi hüquqi xarakter olduğundan məhkəmə tərəfindən qiymət verilməlidir.Belə ki, təqdim edilmiş iş materiallarında qanunvericiliyə uyğun olaraq müəssisənin təsisçisinin müstəqil qaydada həmin peşə fəaliyyət ilə məşğul olmasına və ya həmin hüquqa malik olmasına dair sənədlər və həmçinin tərəflər arasında bağlanmış müqavilə mövcud deyildir. Hazırki tədqiqatla yoxlama aktında göstərilənlər yəni bəyannamələrin təqdim edilməməsi və s. nəzərə alınmaqla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4.050,60 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Məhkəmə kollegiyası mübahisələndirilən qərarın ödəmə mənbəyindən tutulan vergi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qərarın həmin hissədə də əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, müəssisənin təsisçisi tərəfindən yoxlama ilə əhatə olunan dövr ərzində müəssisəyə ********.88 manat borc verilmiş və daxil olmuş borcun 376900 manatı təsisçiyə geri qaytarılmışdır. Yoxlama ilə oxşar müddətlərdə verilmiş kredit faizləri nəzərə alınmaqla faizlər hesablanılmış və təsisçiyə ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə VMnin 123.1-ci maddəsi əsas götürülməklə 140309.8 manat ÖMV hesablanılmış, 50% məbləğində 70154.9 manat isə maliyyə sanksiyası hesablanılmışdır. Cavabdeh tərəfindən Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739.1-ci maddəsinə və 739.2-ci maddənin 1-ci cümləsinə istinad etmişdir(Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yoxlama zamanı Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 739-cu maddəsinə kompleks yanaşılmamışdır. Beləki, 739.2-ci maddədə deyilir ki “Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər”. Səyyar vergi yoxlaması zamanı cəmiyyətin təsisçisinin müstəqil peşə fəaliyyəti şəklində borc pul verməsi, həmin pulun qaytarılmasına görə gəlir əldə etmələri, həmçinin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması sübut edilməmişdir. Vergi Məcəlləsinin 12.3-ci maddəsinə əsasən “Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir”. Vergi Məcəlləsinin 123.1.-ci maddəsinə əsasən “Rezident fiziki şəxsə, qeyrirezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, bu Məcəllənin 102.1.22-ci maddəsində və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsi ödəmə mənbəyində vergilərin hesablanmasını birbaşa olaraq faizlərin ödənilməsi ilə şərtləndirir. Halbuki, səyyar vergi yoxlaması ilə cəmiyyətin təsisçilərə qaytardığı borc pul məbləğinə görə faizlər ödəməsi, həmçinin təsisçilərin bu cür borca görə gəlir əldə etməsi sübut edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi 2-1(102)-1914/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2215/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarında da hüquqi mövqe bu cür əsaslandırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ekspert tədqiqatının dəyərinin ödənilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İnzibati prosessual Məcəllənin 29-1ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki iş üzrə xüsusi bilik tələb olunan sualları izah etmək məqsədilə birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Həmçinin diqqətə çatdırılır ki, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcbur olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Bundan əlavə diqqətə çatdırılır ki, İnzibati prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Göründüyü kimi, qanunvericilik normalarının tələblərinə əsasən ekspertizanın keçirilməsinə cavabdehin etirazı onu sözügedən prosessual xərcdən azad etmir. Qeyd olunananlara əsasən hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1414/2024 nömrəli, 06 fevral 2024-cü il tarixli qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar