Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2412/2021 11.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 cavabdeh Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı (üçüncü şəxslər: X6, X5 və X7) “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisəyə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 248/2021 saylı 08.07.2021-ci il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X8 cаvаbdеh Bakı şəhəri Sabunçu rayon Maştağa Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07.04.2006-cı il tarixli 33/7 saylı, 07.04.2006-cı il tarixli 33/8 nömrəli qərarları, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə vətəndaş Nəzakət Bədəlovanın müraciətinə baxılarkən aydın olmuşdur ki, Maştağa Bələdiyyəsinin 07.04.2006-cı il tarixli 33/7 saylı qərarı ilə vətəndaş Südabə Bədəlovaya 1000 kv.metr torpaq sahəsi, 07.04.2006-cı il tarixli 33/8 saylı qərarı ilə vətəndaş Tahir Əliyevə 1000 kv.metr torpaq sahəsi, Maştağa Bələdiyyəsinin sədrinin 30.09.2005-ci il tarixli 16/13 nömrəli sərəncamı ilə vətəndaş T.Əliyevə 1000 kv.metr torpaq sahəsi qanunsuz ayrılmışdır. Müəyyən edilmişdir ki, qeyd edilən qərarlar bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan qanunsuz tərtib olunmuş, 16/13 saylı sərəncam həmin dövrdə bələdiyyə sədri olmuş Seyidməhsum İbrahimov tərəfindən səlahiyyəti olmadığı halda, təkbaşına, bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadan verilmişdir. Həmin qərarlarının və sərəncamın ləğv edilməsi üçün X8 tərəfindən Maştağa Bələdiyyəsinə 24.04.2019-cu il tarixli B-469/2 saylı təklif məktubu göndərilmiş, təklif Bələdiyyənin 30.04.2019-cu il tarixli iclasında (05 saylı protokol) müzakirə olunaraq təmin edilməmişdir. Bələdiyyə tərəfindən 30.04.2019-cu il tarixli qərar qəbul edilərkən torpaq mübahisəsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında baxılaraq qərar qəbul edildiyi əsas gətirilmiş, bu səbəbdən X3 təklifi təmin edilməmişdir. Qeyd olunur ki, qanunvericiliyin tələblərinə görə məhkəmə qərarının icrası məcburi olsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01.10.2018-ci il tarixli qərarında torpaq sahələri ayrılması barədə Maştağa Bələdiyyəsinin yuxarıda qeyd olunan qərarlarına və sərəncama hüquqi qiymət verilməmişdir. Göstərilən bu hal isə bələdiyyə tərəfindən nəzərə alınmamışdır. Qeyd olunur ki, bələdiyyə tərəfindən əmlak, o cümlədən torpaq sahəsi ilə bağlı sərəncam verilməsi üçün ilk növbədə həmin əmlak (torpaq) üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Bələdiyyənin sözügedən torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2021 saylı 08.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İş üzrə üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati məhkəməyə qədər bu işlə bağlı məhkəmə qərarları mövcuddur. 1 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Aİiı Məhkəməsi bu işlə bağlı yekun qərar qəbul ctmişdir və həmin qərarın nəticə hissəsində açıq-aydın təhlil etməklə göstərmişdir ki, bu torpaq sahəsi mənə məxsusdur və cavabdehlərin buna heç bir adiyyalı yoxdur. O, həmin torpaq sahəsini 2005-ci ildə almışdır. 2000-ci ildə Bakı şəhər İcra Hakimiyyəti həmin torpaq sahələrini Mağtağa Bələdiyyəsinə vermişdir. 2007-ci ildə yeni bölgülərlə əlaqədar həmin ərazi Buzovna Bələdiyyəsinə verilmişdir. O da Buzovna bələdiyyəsinə qeydiyyata duraraq torpaq vergisini bu günə qədər ödəmişdir.Yəni, onun tərəfədən və Maştağa Bələdiyəsi tərəfindən heç bir qanun pozuntususna yol verilməyib. Bundan əlavə həmin torpaq sahələri Xəzər rayon Bələdiyyəsinə məxsusdursa, onda neft şirkəti iddia ilə məhkəməyə müraciət etmək hüququ vardır. Neft şirkəti bunu edə bilməzdi ona görə ki, o, öz sərəncamı ilə həmin torpaq sahələrini Bakı Şəhər İcra Hakimiyyətinə təhvil vermişdir və Bakı Şəhəri İcra Hakimiyyəti öz sərəncamı ilə həmin torpaq sahələrini Maştağa bələdiyyəsinə təhvil vermişdir. Belə çıxır ki, nə neft şirkətinin qərarı, nə Bakı İcra lakimiyyətinin qərarı, nə Maştağa Bələdiyyəsinin qərarı, nə də Ali Məkhəmənin qərarı hakim üçün əsas deyil. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərar qanunsuz, məntiqsiz və ümumiyyətlə, heç bir hüquqa söykənməyən qərardır. Buna görə də ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs T.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh bələdiyyənin nümayəndəsi E.Hüseynov da, həmçinin, şikayətin dəlilləri ilə razılaşaraq təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri, habelə, məhkəməyə gələmədiyi təqdirdə işə onların iştirakı olmadan baxılacağı barədə xəbərdar edilmiş iddiaçı və digər üçüncü şəxslər məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün sayımışdır. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə üçüncü şəxs X7 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ona münasibətdə bələdiyyənin qərar və sərəncamının ləğv edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddia mümkün sayılmamalıdır. İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin qərarından yalnız üçüncü şəxs T.Əliyev tərəfindən apellyasiya şikayəti verilmiş, digər üçüncü şəxsləp və cavabdeh tərəfindən həmin qərar apellyasiya qaydasında mübahisələndirilməmişdir. Belə olan halda, İPM-in 82-ci maddəsinin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə üçüncü şəxs T.Əliyevin şikayəti həddində baxılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Cavabdeh sədrinin 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamına və həmin sərəncama əsasən qəbul edilmiş 07.04.2006-cı il tarixli 33/8 saylı qərarı ilə üçüncü şəxs X4 fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçının hazırkı iddia tələbindən göründüyü kimi, üçüncü şəxs T.Əliyev barəsində olan bələdiyyə sədrinin 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamı və bələdiyyənin 07.04.2006-cı il tarixli 33/8 saylı qərarının qanunsuz olduğu mübahisələndirilərək ləğv olunması tələb olunur. İPM-in 35.1-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, iddia mümkün sayılır. Sözügedən normanın mənası ona əsaslanır ki, iddia, prosessual qanunvericiliklə müəyyən olunan inzibati məhkəmə icraat qaydalarına uyğun formada subyektiv hüququ olan şəxs tərəfindən iddia müddəti çərçivəsində və qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı verilməli və müvafiq sübutlar əlavə edilməklə formal baxımdan hüquq və azadlıqlarının pozulması əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, məhkəmə İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarır. Konkret halda isə iddiaçının X3 Maştağa Bələdiyyə sədrinin üçüncü şəxs X7 barəsində olan 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamı bələdiyyənin 07.04.2006-cı il tarixli 33/8 saylı qərarının ləğv edilməsi haqqında iddia tələblərinin məhkəmə icraatının mümkün sayılması üçün faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Daha konkret, iddiaçı tərəfindən həmin bələdiyyə aktlarının məhkəmə qaydasında mübahtisələndirilməsi üçün inzibati-prosessual qanunvericiliklə müəyyən edilən iddia müddəti ötürülmüşdür. Belə ki, 2011-ci ilin yanvarın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda, 2011-ci ilin yanvarın 1-dən qüvvədə olan «İnzibati icraat haqqında» Qanunun 67.12-ci maddəsinin tələbinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Həmin qayda bu qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur (67.6.1ci maddəsinin tələbinə görə maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda etimadın qortunması hüququna istinad edə bilməz.) Konkret halda, iş materiallarından görünür ki, iddiaçı X8 cavabdehin üçüncü şəxs T.Əliyev barəsində olan 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamının və 07.04.2006-cı il tarixli 33/8 saylı qərarının qanunsuz olduğunu mübahisələndirməklə ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə 30.07.2019-cu il tarixində müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə nazirinin «16» mart 2007-ci il tarixli 9-T №-li əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X8 haqqında” Əsasnamənin: - 6.1-ci bəndinə əsasən bələdiyyələrin fəaliyyətinin müasir tələblərə və hamılıqla qəbul edilmiş standartlara uyğun təşkil edilməsinə kömək etmək və onlara metodoloji yardım göstərmək; - 6.2-ci bəndinə əsasən bələdiyyələr tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək – Mərkəzin vəzifələridir. Əsasnamənin qeyd olunan tələbləri baxımından iddiaçı cavabdehin qanunsuz olduğunu mübahisələndirdiyi aktları barədə məlumatlı olmağa borclu idi. Lakin onun tərəfindən həmin aktlar istər inzibati prosessual qanunvericiliyin qüvvəyə mindiyi 01.01.2011-ci il tarixinədək qüvvədə olan mülki prosessual qanunavericiliyə uyğun olaraq, istərsə də həmin tarixdən etibarən qüvvədə inzibati prosessual qanunvericiliklə müəyyən olunan müddətlər çərçivəsində məhkəmə qaydasında mübahisələndirilməmiş, 13 il keçdikdən sonra yalnız, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, 2011-ci ilə qədər qüvvədə olan MPM-in mülki prosessual qanunvericiliyin normaları ilə də dövlət və yerli özünüidarə orqanlarının şəxsin hüquq və azadlıqlarını pozan qəraralarından, hərəkət və hərəkətsizliyindən məhkəmədə iddia qaldırmaq üçün İPM-in sözügedən 38.1-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olan faktiki və hüquqi şərtlərin mövcudluğu tələb edilirdi. Çünki, MPM-in 2011-ci ilə qədər qüvvədə olan 298-ci maddəsinə əsasən şəxs, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətləri ilə özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu müəyyən edilmişdir. 01.01.2011-ci il tarixindən İPM qüvvəyə mindiyində isə həmin Məcəllənin 38.2-1-ci maddəsinin tələbinə görə iddiaçı cavabdehin qeyd olunan aktlarından məlumatlı olmalı borclu olduğu halda, onların ləğvinə dair 30 gün müddətində məhkəmədə mübahisələndirmə haqqında iddia qaldıra bilərdi. Həmçinin, burada onu da qeyd etmək lazımdır ki, həmin Məcəllənin 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Eyni zamanda, göstərilənlərlə yanaşı onu qeyd etmək olar ki, inzibati icraat haqqında maddi hüquq normaları qanuni qüvvəsini alanadək, Mülki Məcəllənin 19-cu maddəsinin tələbi nəzərə alınmaqla, iddia qaldırılsa belə, qeyd olunan bələdiyyə aktlarının mübahisələndirilməsi üçün həmin Məcəllənin 373.1-ci maddəsi ilə müəyyən olunan 10 illik ümumi iddia müddəti də buraxılmış olur. Beləliklə də iddiaçı X8 tərəfindən cavabdeh bələdiyyənin mübahisələndirilən sərəncam və qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxs T.Əliyevin istifadəsinə verildiyini bilməli və görməli olduğu halda, bunu bilməmiş və görməmiş, bununla da həmin aktları mübahisəlndirmək üçün qanunvericiliklə müəyyən olunan iddia müddətini buraxıldığı sübuta yetirilir. İddia müddətinin buraxılması ilə verilmiş iddia ərizəsi isə qüvvədə olan İPM-in 35.1-ci maddəsinin mənası baxımından əsaslandırılmış iddia kimi qəbul edilməz olduğundan məhkəmə tərəfindən iddianın mümkün sayılmaması üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən isə iddianın mümkünlük məsələləri, o cümlədən, iddianın iddia müddəti çərçivəsində verildiyi yoxlanılmamış və prosessual qanunvericiliklə müəyyən olunan iddia müddəti buraxıldığı halda, işə mahiyəti üzrə baxılaraq iddia təmin edilmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası üçüncü şəxs T.Əliyevin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilmədiyini və qanunsuz qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2021 saylı 08.07.2021-ci il tarixli qərarı Bakı şəhəri Cavabdeh sədrinin 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamına və bələdiyyənin 07.04.2006-cı il tarixli 33/8 saylı qərarının ləğv edilməsi hissəsində ləğv olunmalı, həmin hissədə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-248/2021 saylı 08.07.2021-ci il tarixli qərarı üçüncü şəxs X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyə sədrinin 31.09.2005-ci il tarixli 16/13 saylı sərəncamına və həmin bələdiyyənin 07.04.2006-cı il tarixli 33/8 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə X3 iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2412/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2412/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver