Məhkəmə qərarları › İş №2-1(103)-2412/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2412/2022

13.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2412/2022 13.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi və sair” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2231/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 06-13 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2231/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivində yerləşən, ümumi sahəsi 1200 kv.m olan 2/250 və 2/251 saylı bağ sahələri üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi, habelə həmin bağ sahələrinə dair plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1280/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2231/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1675/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2231/2020 saylı qərarı qanuni qüvvəsini aldığından icra edilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2231/2020 nömrəli qərarının ləğv edilməsi, sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cəlb etməklə işə yenidən baxaraq İddiaçı iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, idarəyə icra üçün daxil olmuş Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-2231/2020 nömrəli qərarının icrası ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Müvafiq qərarın icrası ilə əlaqədar idarənin mütəxəssisləri tərəfindən aparılmış araşdırmalar nəticəsində əvvəlcədən məlum olmayan və məhkəmə qərarlarında öz əksini tapmayan hallar və yeni sübutlar aşkar edilmişdir. İlk öncə İddiaçı İdarəyə xx.xx.2019-cu il tarixli müraciəti əsasında İdarənin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı İddiaçı müvafiq bağ sahəsinin 903.0 kv.m olan hissəsini göstərmiş, qalan 298.0 kv.m sahəni isə göstərə bilməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə müvafiq ünvanda aparılmış yoxlama-ölçü işləri zamanı iddiaçı hər iki hasar daxilində olan torpaq sahələrinə baxış keçirmək üçün şərait yaratmış və məlum olmuşdur ki, 298.0 kv.m olan hissənin üzərindən 6000 vt. elektrik xətti keçir və işıq dirəyinin biri həmin hissədə yerləşir. Habelə qeyd olunan yerli baxış zamanı iddiaçı tərəfindən göstərilən əlavə torpaq sahəsi bağçılıq yoldaşlığın bölgüsünə əsasən 264 və 265 saylı bağların ərazisinə uyğun gəlir. Bu səbəbdən də, müvafiq məhkəmə qərarının icrası mümkün olmamışdır. Göründüyü kimi, qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmadığından, nə Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)- 2231/2020 nömrəli qərarında, nə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli, 2-1(103)- 1280/2021 nömrəli qərarında, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(102)-1675/2021 nömrəli qərarında öz əksini tapmamışdır. Bu səbəbdən də, Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(112)-2231/2020 nömrəli qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Yuxarıda göstərilən, sonradan müəyyən edilmiş hallardan da göründüyü kimi məhkəmə tərəfindən qeyd olunan hallar nəzərə alınmamış və bunun nəticəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. İddiaçı göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2231/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. (hakim: P.Hüseynov) Həmin qərardaddan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və yeni açılmış hallarla bağlı ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı müvafiq bağ sahəsinə dair reyestrdən çıxarış və plan-ölçünün verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarəyə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X1 adı qeyd olunsa da, İddiaçı adı siyahıda aşkar edilməmişdir. Bundan əlavə, X1 adı digər bağ sahəsinə dair digər şəxsin adına verilmiş protokoldan çıxarışda təkrarlanır. Bundan başqa, sözügedən bağ sahəsi sənəd üzərində 1200,0 kv.m qeyd edilsə də, faktiki olaraq 903,0 kv.m-dir və qonşu tərəfindən hasara alınmış yerdə qalan 297,0 kv.m hissəyə İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, İdarəyə təqdim edilmiş üzvlük kitabçasında üzvlük kitabçasının hansı sənəd əsasında verilməsi qeyd edilməmişdir. Bundan əlavə, göstərilən torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinə ayrılmış ərazilərə aiddir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Apelyasiya baxışı zamanı cavabdeh nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdeh nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi yeni açılmış hallarla bağlı ərizəni təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə də qeyd olunur ki, məhkəmədən əvvəl iddiaçının müraciəti əsasında cavabdehin mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilmişdir. Lakin iddiaçının müraciəti əsasında cavabdehin mütəxəssisləri tərəfindən keçirilən yerli baxış zamanı hazırda cavabdeh tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizədə göstərilmiş məhkəmə icraatının təzələnməsinə əsas olan yeni sübutlar və ya hallar kimi qeyd olunanlar (torpaq üzərindən 6000 vt. elektrik xəttinin keçməsi, işıq dirəyinin birinin həmin hissədə olması, torpaq sahəsinin bağçılıq yoldaşlığın bölgüsünə əsasən 264 və 265 saylı bağların ərazisinə uyğun gəlməsi) müəyyən edilməmiş, həm iddiaçıya verilmiş imtina məktubunda, həm məhkəməyə təqdim edilmiş iddia ərizəsinə etirazda, apellyasiya və kassasiya şikayətlərində həmin hallar göstərilməmişdir. Halbuki istər mütəxəssislər, istərsə də texniki avadanlıqlar və sənədlər cavabdeh inzibati orqanda olduğundan həmin hallar həm məhkəməyə qədər aparılan araşdırmada, həm də məhkəmə gedişində cavabdeh tərəfindən göstərilə bilərdi. Bu baxımdan həmin hallar inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Göründüyü kimi, icraatın yeni açılmış hallar üzrə icraat qaydasında təzələnməsi üçün təzələnmə barədə ərizə ilə müraciət edən tərəf məhkəməyə yeni sübutlar və ya hallar barədə sənədlər təqdim etməlidir. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı mövcud olmuş, lakin ərizəçidən asılı olmayan səbəblərdən təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə əsasən icraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Hazırkı iş üzrə ərizəçi məhkəməyə ilkin icraat zamanı mövcud olmuş hər hansı yeni sübut və hallar barədə sənədlər təqdim etməmişdir. Ərizədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv olunması üçün qeyd olunmuş əsaslara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin əsaslar cavabdeh inzibati orqan tərəfindən iddiaçıya verilmiş imtinada qeyd olunmuş və işə mahiyyəti üzrə baxılarkən məhkəmələr tərəfindən həmin dəlillərə artıq hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, ərizəçinin yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-2231/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar