Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2412/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X61 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X17 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8325 saylı və 16 iyul 2021-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********8305 saylı qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********8325 nömrəli və **********8305 nömrəli 2 qərar qəbul edilmişdir. Birinci qərara görə cavabdeh barədə 68.000 manat maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarın əsasını xx.xx.2021-ci il tarixli **********1584 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar təşkil etmişdir. OVN Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 50 Qəpik Restoranı adlı obyektdə keçirilmişdir və həmin obyektdə 34 fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkarlanmışdır, yəni həmin şəxslərlə nə əmək müqaviləsi, nə də xidməti müqavilə bağlanmışdır. Fakt üzrə xx.xx.2022-ci il tarixli DVX seriyalı 000773 nömrəli OVN-nin nəticəsi haqqında akt tərtib edilmişdir, birinci akta əlavə kimi 34 fiziki şəxsin izahatı əlavə edilmişdir. Birinci qərarın maddi-hüquqi əsasını Vergi Məcəlləsinin 58.10-cu maddəsi təşkil etmişdir. Həmin maddəyə əsasən Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat maliyyə sanksiyası tətbiq edilir. İkinci qərarla isə iddiaçı 1000 manat vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarın da faktiki əsasını eyni OVN qərarı təşkil etmişdir ki, qərar əsasında xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akt tərtib edilmişdir. İkinci aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 15:30 radəsində iddiaçıya məxsus obyektdə 1 manat nağd qaydada ödənilərək reyhan şirəsi alınmış və əvəzində NKA çeki təqdim edilməmişdir. NKA tətbiq edilmədiyindən məbləğin bərpası mümkün olmamışdır. İkinci akta görə iddiaçının hərəkətləri VM-in 16.1.8-ci maddəsinin (pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını DVX tərəfindən müəyyən edilən meyarlara cavab verən və DVX elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir), Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydaları"nın 8.3.16-cı bəndinin (pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək NKA istifadəçisinin vəzifəsidir) pozuntusu kimi qiymətləndirilmişdir. Məhz ikinci aktın əsasında ikinci qərar qəbul edilmişdir. İkinci qərarın maddi-hüquqi əsasını VM-in 58.7.3-cü maddəsi təşkil etmişdir. Həmin maddəyə əsasən topdansatış istisna olmaqla, NKA tətbiq edilmədən (NKA quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən) əhali ilə (VÖEN-siz şəxslərlə) pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin verilməməsinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat maliyyə sanksiyası tətbiq edilir. Hər 2 qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə İddiaçı məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 1910/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qərarını aşağıdakı dəlillərlə əsaslandırmışdır: 1. Mübahisələndirilən inzibati aktın qəbulu zamanı VM-in müvafiq normalarına cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli KY211583119 nömrəli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən" çıxarışa əsasən vergi orqanının keçirdiyi OVN tədbiri qeydiyyata alınmışdır, OVN nəticəsində Akt tərtib edilmişdir. OVN üzrə əmək müqaviləsi olmadan 34 nəfər işçinin işə cəlb edildiyi, eləcə də NKA olmadığı müəyyən edilmişdir. 2. OVN keçirildiyi obyekt məhz iddiaçının adına təsərrüfat obyekti olaraq uçota alındığından vergi orqanının da həmin obyektdə aşkar olunmuş pozuntulara görə adına uçota alınmış vergi ödəyicisini məsuliyyətə cəlb etməsi və onu vergi hüquq pozuntusunun subyekti kimi qəbul etməsi qanunazidd sayıla bilməz. 3. X31 (VÖEN: **********) obyektin subicarəyə verilməsi təsdiq edilmir. Çünki iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi iddiaçı tərəfindən imzalansa da, icarəyə götürən qismində X53 tərəfindən imzalanmamışdır. Həmçinin, obyektin təhvil-təslim aktı mövcud deyildir. 4. Həmçinin, iş materiallarına əlavə edilmiş polis orqanına ünvanlanmış ərizələr daha öncə deyil, bilavasitə vergi orqanının OVN keçirdiyi xx.xx.2021-ci il tarixlə eyni vaxta təsadüf edən ərizələr olduğundan və X21 müqaviləni imzalamadığından obyektdən çıxmasının polis vasitəsilə tələb edilməsi inandırıcı dəlil deyildir. 5. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın əsası X1 obyektdən qanunsuz istifadə etməsi, onun həmin obyektdən çıxarılması ilə əlaqədar deyil, X3 təhqir olunması ilə əlaqədardır. Həmçinin, Rədd Qərarının qəbul edilməsinin səbəbi isə İddiaçının şikayəti deyil, X3 şikayətidir. 6. X53 iddiaçının xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə qanuni təmsilçisi olmuşdur. Bu səbəbdən MARS OVERSEAS BAKU LTD MMC və "xxxx" MMC ilə müqavilənin X53 tərəfindən qanuni təmsilçi kimi bağlanması mümkün idi, həmin fakt X21 OVN zamanı obyekti idarə etdiyinin təsdiqi üçün yetərli sübut deyildir. 7. Məhkəməyə təqdim edilən işə qəbul barədə ərizələri imzalayan 20 nəfərdən cəmi 09 nəfərin adı vergi orqanının aşkar etdiyi işçilərin adları ilə üst-üstə düşür. Bu halda da İddiaçının təqdim etdiyi ərizələrə əsaslanaraq OVN zamanı aşkar edilmiş 34 nəfər işçinin iddiaçı ilə əlaqəsinin olmadığı nəticəsinə gəlinə bilməz. Aşağıdakı səbəblərə görə hesab edir ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməlidir: Operativ vergi nəzarəti mənbəyi bəlli olan məlumatlar əsasında deyil, vergi orqanının şəxsi istəyi əsasında keçirilmişdir. İlk növbədə OVN həyata keçirilməsinin vergi qanunvericiliyinin tələblərinə uyğunsuzluğu barədə qeyd edək ki, məhkəmənin özünün də istinad etdiyi çıxarışdan görünür ki, OVN növündə yoxlamanın hüquqi əsası kimi VM-in 50.2.2-ci maddəsi göstərilmişdir. Həmin maddənin tələbinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar OVN keçirilməsi ücün əsasdır. VM-də vergi orqanları tərəfindən əldə edilən mənbəyi bəlli mənbə və məlumatların anlayışı verilməsə də, Vergilər nazirinin xx.xx.2020-ci il **********044300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları" həmin məlumatların dairəsini açıqlamışdır. Mənbəyi bəlli məlumatlara aşağıdakılar aiddir: 1. Vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrinin araşdırılması zamanı müvafiq vergi dövrü (ay, rüb, il) ilə müqayisədə növbəti vergi dövrlərində vergi ödəyicilərinin dövriyyələrinin azalması, təqdim olunan bəyannamələrdə vergi dövrləri üzrə eyni və ya oxşar məbləğdə dövriyyələrin əks olunması, bəyannamələrdə göstərilmiş dövriyyə məbləğlərinin vergi ödəyicilərinin obyektlərinin faktiki iqtisadi göstəricilərinə (işçilərinin sayı, əmtəə-material ehtiyatlarının həcmi və vahidlərinin satış qiymətləri, obyektin sahəsi, satış üçün əlverişli coğrafi ərazidə yerləşməsi, alıcı axınının və alqı-satqı əməliyyatlarının intensivliyi, gözlənilən faktiki dövriyyə, aktivlərin dəyəri və s.) uyğun olmaması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar. 2. Vergi ödəyicisinin fəaliyyəti olduğu halda bəyannamə təqdim etməməsi, vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (subyektlərinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında və ya vergi öhdəliyinin yaranmaması barədə arayış təqdim edilməsi haqqında operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 3. Rəsmi statistikaya əsasən təqdim olunan malların (iş və xidmətlərin) qiymətlərinin artdığı, vergi ödəyicisinin yeni sahibkarlıq obyektlərinin qeydiyyata alındığı, habelə reklam və digər mənbəyi bəlli məlumatlara əsasən malların (iş və xidmətlərin) çeşidinin artdığı halda, büdcəyə vergi hesablamalarının və ödənişlərin müvafiq dövrlə müqayisədə azalması və ya eyni məbləğdə olması barədə operativ nəzarət strukturlarının müəyyən etdikləri məlumatlar və ya vergi orqanının digər strukturlarından daxil olmuş belə məlumatlar; 4. Vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində artıq ödəmə məbləğlərinin yaranması barədə vergi orqanının digər strukturlarından daxil olmuş məlumatlar; 5. Vergidən yayınma, həmçinin operativ vergi nəzarəti məsələləri üzrə qanun pozuntusu hallarına yol verilməsi barədə digər dövlət orqanlarından, vergi ödəyicilərindən, vətəndaşlardan və ya 195 telefon xidməti vasitəsi ilə daxil olmuş müraciətlər; 6. İstehsal həcminin və ya satış dövriyyəsinin azalması ilə əlaqədar olaraq xronometraj metodu ilə yeni müşahidənin aparılması barədə vergi ödəyicilərindən daxil olmuş müraciətlər; 7. Vergi orqanlarının, o cümlədən operativ nəzarət strukturlarının müəyyən etdikləri digər əsaslar. Nə çıxarışdan, nə də OVN qərarından görünmür ki, OVN təyin edilməsinin hüquqi əsası kimi hansı məlumatlar mənbəyi bəlli məlumatlar olmuş və həmin məlumatlar əsasında da OVN keçirilmişdir. Həm çıxarışda, həm də OVN qərarında mənbəyi bəlli olan məlumatların konkret olan nədən ibarət olmasının təsvir edilməməsi OVN keçirilməsinin əsassızlığını və qanunsuzluğunu təsdiq edir. Bundan başqa, OVN qərarından görünür ki, OVN keçirilməsinin predmeti (i) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (VM-irı 50.1.3-cü maddəsi) və (ii) Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (VM-in 50.1.7-ci maddəsi) olmuşdur. Qaydaların 7.1 və 10.1-ci bəndlərinə əsasən Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda qeyd edilən 2 predmet üzrə OVN keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti müəyyənləşdirilir. Operativ vergi nəzarətinin keçirilməsi hər hansı bir risk meyarına əsaslanmamışdır. Həmçinin, Qaydaların 1.6-cı bəndə əsasən OVN keçirilməsi üçün VM-in 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları nə açıq mənbələrdə mövcuddur, nə də Vergilər Nazirliyindən əldə edilməsi mümkündür. Bu baxımdan onların 195 telefon xidmətindən şifahi əldə etdikləri məlumata əsasən risk meyarları Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" ilə tənzim edilir. Həmin sənədin 2.1-ci maddəsinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 1. Aşağıdakı riskli əməliyyatları aparan şəxs olduqda - Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 2. Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;
3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 4. Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 5. Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 6. 1 və 5-ci bəndlərdəki riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 7. 1-ci və 5-ci bəndlərdəki riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 8. 5-dən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. VM-in 13.2.82-ci maddəsinə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə DVX tərəfindən qərar qəbul edilir ki, həmin qərar nümunəsi Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********761200 nömrəli əmri ilə təsdiq edilmişdir. Qaydaların 1.3-cü bəndinə əsasən barəsində belə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar DVX-nın rəsmi internet saytında dərc edilir. Göründüyü kimi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədilə vergi ödəyicisi risk meyarlarına uyğun olmalıdır. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları mövcud deyildir, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarından ən azı birinə İddiaçı cavab vermir. Əgər İddiaçı risk meyarlarına cavab versəydi, İddiaçı barəsində vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilərdi və ona dair məlumatlar DVX-nın rəsmi internet saytında dərc edilir. İddiaçı (VÖEN: **********) barəsində hər hansı məlumat DVX-nın rəsmi internet saytında mövcud deyildir və bu o deməkdir ki, İddiaçı barəsində vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilməmişdir. Nə çıxarışdan, nə də OVN qərarından görünmür ki, İddiaçı hansı risk meyarlarına uyğun gəldiyindən barəsində OVN keçirilməsi qərarına gəlinmiş, yaxud İddiaçı riskli vergi ödəyicisinin hansı Meyarına cavab verir. Bu isə OVN keçirilməsinin əsassızlığını və qanunsuzluğunu bir daha təsdiq edir. Məhkəmə isə həmin hallara fikir vermədən əsassız və qanunsuz qərar qəbul etmişdi. Halbuki İnzibati- Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə xidməti vəzifəsinə riayət etsəydi, həmin hala fikir verərdi və Məhkəmə müəyyən edərdi ki, OVN keçirilməsi VM-in 50.2.2-ci maddəsinə ziddir, çünki OVN keçirilməsinin əsası mənbəyi bəlli olan hər hansı bir məlumata əsaslanmır, yalnız vergi orqanının şəxsi istəyinə əsaslanır, OVN keçirilməsinin predmeti risk meyarlarına uyğun gəlmir, o cümlədən İddiaçı riskli vergi ödəyicisinin hər hansı bir Meyarına cavab vermir. Belə keçirilmiş yoxlama isə heç bir halda qanuni hesab edilə bilməz. Bu hallara diqqət yetirsəydi, Məhkəmə sözsüz ki, iddianın təmin edilməsi haqqında qərar qəbul edərdi. Hazırki halda isə məhkəmə İPM-in 12.1-ci maddəsini pozmuş, iş üçün əhəmiyyət kəsb edən hallara fikir verməmiş və nəticədə qanunsuz qərar qəbul etmişdir. X9 tərəfindən öz adına uçota alınmadan faktiki subicarə əsasında idarə edilmişdir. X5 rəsmi iddiaçıdan təhvil almış və adına uçota alnından qeyrirəsmi olaraq istifadə etmişdir. OVN keçirildiyi obyektin iddiaçının adına uçota alınması obyektdə aşkar olunmuş pozuntulara görə onun avtomatik vergi hüquq pozuntusunun subyekti kimi qəbul edilməsi üçün əsas deyildir. Çünki təsərrüfat obyektinin subicarəyə verilməsi və bu halda icarəyə götürmüş vergi ödəyicisi obyekti öz adına uçota almaması mümkündür, hansı ki, hazırki halda, iddiaçı obyekti X31 faktiki subicarəyə vermiş, o, obyekti təhvil götürmüş və idarə etmişdir, lakin VM-in 34.3-1-ci maddəsinə əsasən təsərrüfat obyektini olduğu ünvan üzrə yenidən uçota almalı olduğu halda, uçota almamış və vergi orqanından uçot kodu əldə etməmişdir. Sonradan isə subicarə müqaviləsini imzalamamış, onun müqaviləni imzalamaması və obyekti təhvil verib çıxmaması üstündə mübahisələr yaranmış, hətta mübahisə polisə müraciətlə nəticələnmişdir. Qeyd edilən faktları xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı, xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi və Rədd Qərarı təsdiq edir. Belə ki, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən də Obyekt xx.xx.2020-ci il tarixdə X31 təhvil verilmişdir. X4 tərəfindən isə geri təhvil verilməsi barədə hər hansı bir akt mövcud deyildi. Məhkəmənin iddia etdiyi kimi, X6 iddiaçı ilə hüquqi bağlılığı qanuni təmsilçilikdən irəli gəlirdisə, onda onun qanuni təmsilçiliyinə xitam verildiyi andan - xx.xx.2021-ci il tarixdən o, məntiqlə obyekti təhvil verməli idi. Həmin təhvil aktının olmaması isə onu bir daha təsdiq edir ki, o, obyekti subicarəyə götürmüşdür. Qeyd edilən hal məhkəmə qərarının məntiqsiz olduğunu göstərir. Halbuki, məhkəmə qərarları nəinki qanuni və əsaslı olmalı, həm də məntiqli olmalıdır ki, qərarda ədalət hiss olunsun. Konstitusiya Məhkəməsi özünün qərarlarında məhkəmə aktlarının məntiqli olması ilə əlaqədar hüquqi mövqeyini dəfələrlə ifadə etmişdir. Buna misal kimi R.Şirinovun şikayəti üzrə Ali Məhkəməsinin Miılki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli və Z.S.Quliyev və G.Q.Cəbrayılovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə X105 Məhkəmə Kollegiyasının 2003-cii il 20 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2005-ci il tarixli qərarları göstərmək olar. Bununla yanaşı, qeyd edək ki, məhkəmə X4na təhvil verilmədiyi göstərsə də, təhvil aktının mövcudluğunu müəyyən etmək üçün heç bir tədbir görməmiş, bu barədə İddiaçıya təklif etməmişdir ki, həmin sübut işin həlli üçün əhəmiyyətlidir və mövcuddursa, həmin sübutu İddiaçı təqdim etsinlər. Halbuki, İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hazırki halda isə məhkəmə həmin vəzifəsini pozaraq işin hallarını tam araşdırmamışdır. X5 istifadə etsə də, subicarəyə götürülməsi haqqında müqaviləni imzalamamışdır. Bundan başqa, xx.xx.2021ci il tarixli subicarə müqaviləsi onu təsdiq edir ki, həqiqətən də X4na icarəyə verilməsi ilə bağlı iddiaçının iradə ifadəsi mövcud olmuş, X53 isə həmin müqaviləni imzalamamışdır. Rədd Qərarı onu təsdiq edir ki, iddiaçının hüquqşünası X10 ərizə ilə polisə müraciət etmişdir ki, X53 onu təhqir etmiş və obyekti yandıracağı ilə hədələmişdir. X10 və X53 izahatlarında göstərmişlər ki, mübahisəyə səbəb sonuncuya Ərşad Sərdarovun obyektə kassa aparatının qoyulması barədə zəruri tədbirlər görməməsi ilə bağlı irad bildirməsi, Ərşad Sərdarovun həmin restorana heç bir aidiyyətinin, əlaqəsinin olmamasının Bəhruz Hacıyev tərəfindən iddia edilməsidir. X86 öz izahatından da görünür ki, İddiaçı və onun hüquqşünasının həmin restoranın idarəetməsinə heç bir əlaqəsi yoxdur. Bu da onu təsdiq edir ki, Bəhruz Hacıyev özü obyekti idarə etmiş, orada faktiki sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Həmçinin, Bəhruz Hacıyev özü əlyazma ilə təsdiqlədiyi xx.xx.2021-ci il tarixli ərizəsində də qeyd etmişdir ki, icarəçidir və təkbaşına göstəriş qəbul etmədən iş aparır. Həmin ərizə də iş materiallarında vardır və onu təsdiq edir ki, obyekti Bəhruz Hacıyev özü idarə etmişdir. Digər tərəfdən, məhkəmənin özünün də əsaslandırmasında qeyd etdiyi kimi, obyektin müşahidə kameralarından təqdim edilmiş videogörüntülərdə X21 OVN-dən sonra xx.xx.2021-ci il tarixdə axşam saatlarında obyekt ərazisində olduğunun müşahidə olunması faktı da həmin obyektlə X21 OVN keçirilərkən əlaqəsinin olmasını təsdiq edir. X6 obyektlə əlaqəsi olmasaydı, iddiaçı ilə bağlılığı xx.xx.2021-ci il tarixdən, yəni qanuni təmsilçiliyinə xitam verildiyi andan kəsilsəydi, məntiqlə X53 bağlılığı kəsildiyi xx.xx.2021-ci il tarixdən təxminin 5 ay sonra xx.xx.2021-ci il tarixdə obyektə gəlməməli idi. Lakin həmin fakt onu təsdiq edir ki, X21 İddiaçı il əlaqəsi xx.xx.2021-ci il tarixdən etibarən əmək münasibətləri ilə əlaqədar kəsilsə də, mülki hüquqi münasibətləri ilə əlaqədar həmin tarixdən etibarən başlamış və OVN keçirilərkən də davam etmişdir. Həmin mülki hüquq münasibəti isə yuxarıda qeyd edilən faktlara əsasən məhz subicarə ilə əlaqədar olmuşdur. Bütün bu göstərilənlər onu təsdiq edir ki, obyekt iddiaçının adma qeydiyyata alınsa da, X31 icarəyə verilmiş, həmin şəxs isə obyekti öz adına uçota almayaraq idarə etmişdir, subicarə müqaviləsini imzalamamış və sonradan polis vasitəsilə obyektdən çıxarılmışdır. Polisə ərizə verilməsi həqiqətən də OVN keçirildiyi xx.xx.2021-ci il tarixə təsadüf etsə də, bu ilkin ərizə olmamışdır. Rədd Qərarından da görünür ki, əvvəlki ərizə xx.xx.2021-ci il tarixdə olmuşdur ki, OVN-dən əvvəldə də obyektlə bağlı İddiaçının hüquqşünası və X53 arasında mübahisə olmuşdur. Odur ki, OVN keçirildiyi obyektin iddiaçının adına qeydiyyatdan keçməsi orada aşkar olunmuş pozuntulara görə onun vergi hüquq pozuntusunun subyekti kimi avtomatik qəbul edilməsini istisna edir. Rədd qərarının əsası obyektlə əlaqədar yaranmış mübahisə üzrə iddiaçının hüquqşünasının şikayəti olmuşdur. Rədd X2 obyektdən qanunsuz istifadə etməsi, onun həmin obyektdən çıxarılması ilə əlaqədar olmasa da, məhz həmin obyektlə əlaqədar yaranmış mübahisədən doğan təhqirlə əlaqədardır. Bir daha qeyd edək ki, X68 Hacıyevin izahatından görünür ki, iddiaçı və onun hüquqşünasının həmin restoranın idarəetməsinə heç bir əlaqəsi yoxdur. Bu da onu təsdiq edir ki, Bəhruz Hacıyev özü obyekti idarə etmiş, orada faktiki sahibkarlıq fəaliyyətini həyata keçirmişdir. Obyektə mal təchizatı ilə əlaqədar bütün müqavilələri X53 öz adından bağlamışdır. X21 iddiaçının qanuni təmsilçisi olduğu dövrdə MARS OVERSEAS BAKU LTD MMC və "xxxx" MMC ilə müqavilə bağlaması adi və mümkün hal kimi qəbul edilə bilər. Lakin yuxarıda təsvir edilən xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı, xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi, Rədd Qərarı və Bəhruz Hacıyev öz əlyazma ilə təsdiqlədiyi xx.xx.2021-ci il tarixli ərizəsində icarəçi olduğunu göstərməsi kimi faktların mövcudluğu işığında təchizatçılarla müqavilələr bağlaması fakt da onu tamamlayır ki, həqiqətən də OVN keçirilərkən X9 tərəfindən idarə edilmişdir, bu baxımdan məhkəmənin müqavilələrin X53 ilə bağlanması faktının onun obyekti idarə etməsini təsdiq etmək üçün yetərli sübut olmaması barədə mövqeyi tamamilə əsassızdır. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər obyektdə onun işəgötürəninin məhz X53 olduğunu təsdiq etmişlər. Məhkəmə təqdim edilən işə qəbul barədə ərizələri imzalayan 20 nəfərdən cəmi 09 nəfərin adı vergi orqanının aşkar etdiyi işçilərin adları ilə üst-üstə düşdüyünü qeyd etsə də, əslində 11 nəfərin adı vergi orqanının aşkar etdiyi işçilərin adları ilə üst-üstə düşmüş, 1 nəfər isə ümumiyyətlə vergi orqanına verdiyi izahatında iddiaçı tərəfindən işə götürüldüyünü söyləməmişdir. Həmin şəxslər aşağıdakılardan ibarətdir. X43 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X22 (ərizəsində əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X32 (ərizəsində əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X54 (izahatında iddiaçı tərəfindən işə götürüldüyünü göstərməmişdir), X23 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X33 (ərizəsində əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X13 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X7 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X14 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X15 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X55 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir), X24 (anket məlumatında əvvəlki işəgötürənənin Bəhruz Hacıyev olmasını göstərmişdir). Həmin şəxslər əlyazması ilə olan ərizə və anket məlumatlarında X53 tərəfindən əmək fəaliyyətinə cəlb edildiyini göstərmişlər. Qeyd edilənlər onu təsdiq edir ki, birinci akt qərəzli tərtib edilmişdir, birinci aktda iddiaçı tərəfindən işə cəlb edildiyi kimi göstərilən şəxslərdən 11-nin yeni iş yeri üzrə məlumatlarının əldə edilməsi mümkün olmuşdur və həmin şəxslər obyektdə işə məhz Bəhruz Hacıyev tərəfindən cəlb edildiyini göstərmişlər. 1 nəfər isə birinci akt tərtib edilərkən izahatında İddiaçı tərəfindən işə cəlb edildiyini təsdiq etməmişdir. Yerdə qalan 22 nəfər şəxsin barəsində məlumatlar əldə edilməsi mümkün olmamışdır. Odur ki, məhkəmə tərəfindən İPM-in 13-cü maddəsindən istifadə edilərək natamam faktiki məlumatlar tamamlanmalı idi, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması təmin edilməli idi. Bunun üçün 34 nəfər şəxs məhkəməyə çağırılıb dindirilməli və həqiqət üzə çıxmalı idi. Məhz bununla həmin şəxslərin həqiqətən Bəhruz Hacıyevin işçisi olması müəyyən edilə bilərdi. Qeyd edilən fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində ********* nömrəli cinayət işi istintaq olunur və həmin iş üzrə 34 nəfər şəxs ifadələrində göstərmişlər ki, onları iddiaçı deyil, Bəhruz Hacıyev işə götürmüşdür. Bu faktın təsdiqi üçün Baş İdarəyə tərəfindən sorğu edilmiş, cavabda bildirilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin tələblərinə əsasən istintaqın gizliliyinin təmin edilməsi məqsədilə cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin ifadələrinin surətləri təqdim edilə bilməz. Bu baxımdan 34 nəfər şahidin istintaqda nə kimi ifadə vermələrinin, OVN zamanı verdikləri izahatlara uyğun, yoxsa ziddinə ifadə verdiklərinin dəqiqləşdirilməsi məqsəd ilə istintaq olunan cinayət işi tələb edilib baxış keçirilməklə, yaxud is üzrə 34 nəfərin ifadələri tələb edilib əldə edilməklə müəyyən edilə bilərdi. Təqsirsizlik prezumpsiyası da iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarların ləğv edilməsini tələb edir. Məhkəmə 34 nəfər şəxsin çağırılıb şahid qismində dindirilməsini, cinayət işi materiallarına baxış keçirməyi, yaxud cinayət işi materiallarından 34 nəfərin ifadələrini əldə etməyi zəruri bilməsə də, 34 nəfər şəxsin İddiaçı tərəfindən qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı aradan qaldırılması mümkün olmayan şübhə vəziyyətinə görə VM-in 53.3-cü maddəsinə uyğun olaraq iddiaçını təqsirsiz saymalı idi. Belə ki, həmin maddəyə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçının xeyrinə şərh olunmalı vəziyyətdə isə o, vergi hüquq pozuntusunda təqsizsiz sayılmalıdır. İddiaçının əsas fəaliyyəti restoranlar tərəfindən xidmətlərin göstərilməsi deyildir. Bundan başqa, əslində iddiaçı yalnız marka sahibidir və əsas fəaliyyəti obyektləri icarəyə götürüb öz markası altında subicarəyə verməkdir. Bu faktı iddiaçının vergi orqanında qeydiyyata alınan fəaliyyət kodları təsdiq edir. Fəaliyyət kodları isə aşağıdakılardan ibarətdir: 1. 6820002-Digər daşınmaz əmlakın (ev kirayəsi istisna olmaqla) icarəyə verilməsi üzrə fəaliyyət; 2. 6202202-Optimal qərarların seçilməsi məsələləri üzrə məsləhətlər. İddiaçı restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlərini həyata keçirməmişdir, əgər həmin fəaliyyəti həyata keçirsəydi, vergi orqanında əsas fəaliyyəti kodu kimi 56100 nömrəsi, o cümlədən ******* nömrəsi göstərilərdi. Bu isə onu təsdiq edir ki, iddiaçı tərəfindən obyekt istifadə edilməmişdir. Əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydaları X53 tərəfindən pozulmuşdur. Təsvir edilənlər nə qədər ki, X4 tərəfindən idarə edildiyini təsdiq edir, demək əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının da onun tərəfindən pozuntusu sübut edilmiş sayılır. Bu isə həmin pozuntuya görə də iddiaçının əsassız vergi məsuliyyətinə cəlb edildiyini təsdiqləyir. İkinci aktın hüquqi əsası səhv göstərilmişdir. Qeyd edilənlərlə yanaşı, akt tərtibatında prosessual pozuntulara da yol verilmişdir. Belə ki, ikinci akta əsasən iddiaçının VM-in 16.1.8-ci maddəsini (pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını DVX tərəfindən müəyyən edilən meyarlara cavab verən və DVX elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifəsidir) pozduğu nəticəsinə gəlinmişdir. Halbuki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək vəzifəsinin pozuntusu həmin maddənin pozuntusu deyildir. Məhkəmə isə həmin hala fikir vermədən ikinci aktı səhvən qanuni və əsaslı saymışdır. Həm birinci, həm də ikinci akt müşahidəçilər tərəfindən imzalanmamışdır. Həmçinin, OVN nəticələri üzrə tərtib edilmiş və nümunəsi Qaydalara 19 nömrəli əlavə kimi təsdiq edilmiş birinci aktdan və nümunəsi Qaydalara 29 nömrəli əlavə kimi təsdiq edilmiş ikinci aktdan görünür ki, heç bir OVN tədbirində müşahidəçilər iştirak etməmişdir. Obyektdə OVN keçirilməsi zamanı müşahidəçilər iştirak etməli olduğu və həmin subyektlər iştirak etdikləri yoxlamanın nəticələrini əks etdirən aktı təsdiq etməyə borclu olduğu halda, bunlar yerinə yetirilməmişdir. Bu isə onu təsdiq edir ki, birinci və ikinci Aktlar prosessual qayda pozuntusu ilə qanunsuz olaraq tərtib edilmişdir. Göstərilənlər onu təsdiq edir ki, vergi orqanı tərəfindən inzibati aktın ünvanlandığı şəxs maraqlı şəxs səhv göstərilmişdir və iddiaçı əsl olmayan tərəfdir. Əsl olan tərəf isə fiziki şəxs X34r. Bu isə ona işarə edir ki, iddiaçının pozuntu törətməsində təqsiri sübuta yetirilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2100/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-104/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2100/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X44 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli KY211583119 nömrəli çıxarışa əsasən yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: "xxxx" MMC; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖENi: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021-xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000. Maddə 50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (“Azərbaycan Respublikasının Vergi Məcəlləsi”, Məcəllə, Azərbaycan Respublikasının Milli Məclisi, xx.xx.2000. Maddə 50.1.7); yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 14001 restoran, AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" Sarayının arxası, parkın ərazisində, restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********1584 nömrəli qərarına əsasən "xxxx" MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" Sarayının arxası, parkın ərazisində obyektin adı: restoran (**********-14001), fəaliyyət növü: restoranlar tərəfindən xidmətlərin göstərilməsi və yeməklərin çatdırılması üzrə xidmətlər) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Qeyd: Operativ vergi nəzarətinin keçirilməsi tapşırılmış vəzifəli şəxslər vergi ödəyicisinin ərazisinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmağa, habelə sənədlərinə və əşyalarına baxış keçirmək səlahiyyətinə malikdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DVX seriyalı 000773 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsində yerləşən restoranda xx.xx.2021-ci il tarixdə saat 15:45də təqdim edilmiş əmək müqavilələrinə əsasən "xxxx" MMC-yə məxsus obyektdə (restoranda) işlərin yerinə yetirilməsinə cəlb olunmuş 36 (otuz altı) nəfər fiziki şəxsdən 34 (otuz dörd) nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MMC-yə Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. İşlərin yerinə yetirilməsinə cəlb olunmuş fiziki şəxslərlə əmək müqaviləsi (kontaktı) bağlanması tövsiyə olundu. İş materiallarında olan xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" sarayının arxası, park ərazisi ünvanında yerləşən restoranda MMC-nin rəhbəri X16 iştirakı ilə xx.xx.2021-ci il tarixdə saat 15:30-da "xxxx" MMC-yə məxsus obyektdə (restoranda) 01 (bir) manat nağd qaydada ödənilərək reyhan şirəsi alınmış, əvəzində NKA çeki təqdim edilməmişdir. MMC-yə məxsus obyektdə NKA tətbiq olunmadığından vergi orqanı tərəfindən məbləği bərpa etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. NKA-nın müəyyən olunmuş modelini sifariş etmək, vergi orqanında qeydiyyata alınmasını təmin etmək və nağd pul hesablaşmalarını NKA-dan istifadə (çek təqdim etmək) olunmaqla aparılması tövsiyə olundu. Nəzarət kitabçası təqdim edilmədi. MMC-nin rəhbəri X35 aktı imzalamaqdan imtina etdi. Aktın doğruluğunu əməkdaşlar öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" MMCnin (Ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 152, mənzil 8; VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən "xxxx" MMCnin (Ünvanı: AZ1014, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Şamil Əzizbəyov küçəsi, ev 152, mənzil 8; VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 68000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 68000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Azərbaycan Respublikasının vergilər nazirinin xx.xx.2020-ci il tarixli **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”: 1.4. Operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. 1.10. Operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. 1.13. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: 10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair operativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 10.7. Operativ vergi nəzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. İşin faktiki halları ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, Səməd Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" adına sarayın arxasındakı “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmiş, “operativ vergi nəzarətinin nəticəsi haqqında” akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən "xxxx" MMC (VÖEN: **********) barəsində xx.xx.2021-ci il tarixli **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 005264 nömrəli akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iddia üzrə iddiaçı vergi orqanının qeyd edilən xx.xx.2021-ci il tarixli **********8325 nömrəli və **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarını mübahisələndirir. İnzibati iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1910/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2100/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 saylı, 16 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-104/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)- 2100/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-104/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd olunur: Hazırkı mübahisəyə münasibətdə iddiaçı mübahisələndirilən qərarların ləğvini tələb edərkən, mahiyyət baxımından tətbiq olunmuş vergi məsuliyyəti tədbirlərini deyil, həmin məsuliyyət tədbirlərinin subyekti olmadığı halda, qeyd olunan qərarların ona münasibətdə qəbulunu mübahisələndirir. Belə ki, iddiaçı yalnız marka sahibi olduğunu, sahibkarlıq fəaliyyətinin obyektləri icarəyə götürərək özünün markası altında subicarəyə verməkdən və bundan gəlir götürməkdən ibarət olduğunu, operativ vergi nəzarətinin keçirildiyi obyekti də eyni qaydada X31 faktiki icarəyə verdiyini bildirmişdir. İş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən X21 vəkili tərəfindən müraciət təqdim olunmuş və həmin müraciətdə qeyd edilmişdir ki, hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Həmin cinayət işi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, “50 Qəpik Yemək Bazarı" MMC-nin (VÖEN **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M. Əliyev küçələrinin kəsişməsi, "xxxx" Sarayının arxası, Qış Parkının ərazisində yerləşən "xxxx" restoranında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan xeyli sayda şəxsin, yəni 34 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsinin aşkar edilməsi faktına dair tərtib olunmuş 01 iyun 2021-ci il tarixli, DVX seriyalı, 000773 nömrəli akt və ilkin operativ vergi nəzarət tədbiri üzrə toplanmış materiallar əsasında başlanılmışdır. X21 Azərbaycan Respublikası CM-nin 162- 1.1-ci maddəsi ilə təqsirləndırilməsinə dair ********* nömrəli cinayət işi üzrə təqdim edilmiş ittiham aktında qeyd edilənlərə görə, X53 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə, "50 QƏPİK YEMƏK BAZARİ" restoranında X25, X52, X45, X22, X18, X32, X26, X11, X12, X56, X27, X36, X54, X37, X23, X33, X13, X19, X46, X57, X58, X47, X14, X83, X28, X38, X15, X59, X65, X60, X55, X24, X8 və X39, yəni cəmi 34 (otuz dörd) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdə təqsirli bilinmişdir. Beləliklə, cavabdehin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, eyni obyektdə eyni tarixdə keçirilmiş eyni operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair toplanmış materiallar üzrə bir tərəfdən hazırkı mübahisə üzrə iddiaçı tərəf olan “50 Qəpik Yemək Bazarı" MMC-nin vergi məsuliyyətinə, digər tərəfdən isə operativ vergi nəzarətinin keçirildiyi həmin obyektin faktiki icarəyə verildiyi iddia olunan X21 cinayət məsuliyyətinə cəlb edildiyi görünür. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarəti tədbiri zamanı izahatı alınmış şəxslər iddiaçının qanuni təmsilçisi X35 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduqlarını bildirdikləri halda, cinayət işi üzrə təqdim edilmiş ittiham aktında həmin hərəkətlərə görə X21 təqsirli bilindiyi qeyd olunmuşdur. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən ziddiyyətli halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan göstərişlərinə uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə məhkəmə sorğusu verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən sorğuya cavab olaraq 27 iyuq 2023-cü il tarixli məktubda bildirilmişdir: X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)-9/2023 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X66 tərəfindən apellyasiya şikayəti verilmiş və cinayət işi qeyd olunan şikayətə baxılması üçün xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)-9/2023 saylı hökmündən görünür ki, X53 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməmişdir, X53 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmişdir. Həmin hökmə əsasən X53 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" MMC-nin vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə, Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M.Əliyev küçələrinin kəsişməsi, "xxxx" Sarayının arxası, Qış Parkının ərazisi ünvanda yerləşən "xxxx" restoranının fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirərək, işəgötürən kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda, yəni 34 nəfəri müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Belə ki, X53 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə, "xxxx" restoranında X25, X52, X45, X22, X18, X32, X26, X11, X12, X56, X27, X36, X54, X37, X23, X33, X13, X20, X46, X57, X58, X47, X14, X83, X28, X38, X15, X59, X65, X60, X55, X24, X8 və X39, yəni cəmi 34 (otuz dörd) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir (hökmdə cavabdehin 01 iyun 2021-ci il tarixli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına istinad olunmuşdur). İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli 1(103)-1645/2023 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona cəza təyin edilməməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 1(006)-9/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, cavabdehin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, eyni obyektdə eyni tarixdə keçirilmiş eyni operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair toplanmış materiallar üzrə X53 təqsirli bilinmişdir. Həm nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, həm də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının yoxlanılması eyni dövrü əhatə edir və mübahisələndirilən qərarlarda göstərilmiş pozuntu hallarına görə iddiaçının təqsiri müəyyən edilmir. Belə olan halda iddiaçının mübahisələndirilən qərarlara görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1910/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X76 üzrə Baş İdarəsinin «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» 16 iyul 2021-ci il tarixli **********8305 nömrəli və 16 iyul 2021-ci il tarixli **********8325 nömrəli qərarları ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.