Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2413/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Əkbərov Kamran Hüseyn oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2897/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “706 və N saylı hərbi hissənin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.1993-cü ilədək 706 hərbi hisənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmi,xəsarət aldığından kəllə-beyin travması diaqnozu ilə 890 saylı hərbi hospitala müalicə olunması üçün göndərilmişdir.. Cavabdeh müharibə veteranı adı və vsiqəsinin verilməsi üçün müraciət etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki,müalidən sonrakı müalicədən (xx.xx.1993-cü il tarixdən) sonrakı xidməti təsdiqlənmədiyindən ona müharibər veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı hesabedir ki, imtina qanunsuzdur.” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1993-cü il tarixdən sonra hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiaya buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2897/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiasının təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…Məhkəmə prosesi zamanı iş obyektiv araşdırılmadan qənaunsuz qərar qəbul edilmişdir. Halbuki, iş üçün əhəmiyyət kəsb edən sübutlar, o cümlədən hospitalda mayinə və müalicə olunması barədə sənədlər məhkəməyə təqdim etmişdir. Hərbi xidmətdən qanuni əsaslarlaehtiyata buraxılmasına dair sənəd əldə edə bilməmişdir. Faktiki olaraq Qarabağ uğrunda gedən ağır döyüşlərdə iştirak etməsinə və yaralanmasına dair məhkəməyə rəsmi sənədlər təqdim etmişdir…" Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı adı - hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar və hərbi biletlər o halda müharibə vetiranı adının verilməsi üçün əsas ola bilər ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilmiş olsun. İddia ərizəsində və apellyasiya şikaytində iddiaçı, N () saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.1993-cü ilədək fəal iştirak etdiyini və 706 hərbi hisənin tərkibində iştirak etdiyi döyüşlərdə ağır kəlləbeyin travması diaqnozu ilə 890 saylı hərbi hospitala müalicə olunması üçün göndərildiyini iddia edərək hesab edir ki, ona müharbə veteranı adı verilməlidir. Birincisi, iddiaçının istinad etdiyi N saylı hərbi hissə komandirin göndəriş vərəqində iddiaçının kəllə beyin travması ilə müayinə və müalicə üçün 890 №-li hospitala göndərildiyi qeyd olunsa da, onun döyüş əməliyyatlarında kəllə-beyin travması alması və hospitalda müalicədə olması faktı tibbi sənədlərlə, o cümlədən, arxiv arayışları və hərbi-həkim komissiyasının qərarı və ya şəhadətnəməsi ilə öz təsdiqini tapmır. Əksinə, işə əlavə olunmuş AR Müdafiə Nazirliyinin 15 dekabr 1998-ci il tarixli, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli və xx.xx.2023-cü il tarixli arxiv arayışlarında qeyd olunur ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyatı kitablarında və hərbi hissənin «Yaralılarının qeydiyyatı» kitabında iddiaçının xidməti, yaralanması və hərbi hospitala müalicəyə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Hərbi biletinə gəldikdə isə iş materiallarından görünür ki, iddiaçı hərbi biletini itirtidyinə görə ona xx.xx.1993-cü il tarixdə qüvvəsi xx.xx.2001-ci il tarixədək müəyyən olunan müvəqqəti vəsiqə (№3557952) verilmişdir ki, həmin vəsiqədə də onun döyüş əməliyyatlarında iştirakı ilə bağlı və ya qanuni əsaslarla hərbi hissədən ehtiyata buraxulması ilə bağlı hər hansı qeyd mövcud deyildir. Azərbaycan Respublikaı Hərbi Prokurorluğun və Daxitli İşlər Nazirliyinin arayışına əsasən onun barəsində hərbi cinayətlərə, o cümlədən fərailiyə görə məhkumluğu barədə məlumatın aşkar edilməməsi isə onun döyüş əməliyyatlarında iştiraknın və ya qanuni əsaslarla ehtayta buraxıldığını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçıya müharibə veteran adı və vəsiqəsinin verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, cavabdeh tərəfindən ona veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin obyektiv araşdırma aparmadan, təqdim etdiyi sübutları nəzərə almadan qənunsuz qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2897/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2897/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2413/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2413/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver