Məhkəmə qərarları › İş №2-1(103)-2413/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2413/2025

17.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2413/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(112)-2113/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, 2003, 2004 və 2005-ci illərin iş stajına daxil edilərək pensiya məbləğinin düzgün hesablanması barədə öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlüdür. Ağdam rayonu, Qara Zeynallı kəndində qeydiyyatdadır, faktiki olaraq ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Məlumat üçün bildirir ki, o 1-ci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin iyul ayının 23-də yaşadığı Ağdam rayonu, Qara Zeynallı kəndi erməni qəsbkarları tərəfindən işğal olunan zaman qaçqın düşmüş və ünvan 1 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Bildirir ki, onun 64 yaşı var və İİİ qrup əlildir. Ağdam rayonu işğal olunanadək o, öz doğma rayonunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, 1978-ci il tarixdən 1989-cu il tarixədək Ağdam rayon “Nətavan” adına üzümçülük sovxozunun 8 №li briqadasında fəhlə, 1989-cu il tarixdən 1993- cü ilin iyul ayının 23-dək həmin sovxozun Qullar kənd uşaq bağçasında 1 ştat vahidi tərbiyəçi vəzifəsində çalışmışdır. Məlumat üçün bildirir ki, xx.xx.1993-cü il tarixdə qaçqın düşdüyü zaman əmək kitabçası “Nətavan” adına üzümçülük sovxozunun kadrlar şöbəsində olmuşdur. Lakin həmin dövrdə mövcud şəraitlə bağlı bir çox sənədlər işğal olunmuş ərazilərdən çıxarıla biməmiş, ya işğalçılar tərəfindən məhv edilmiş, ya da itmişdir. O əmək pensiyasına çıxmaq üçün Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir. Lakin əmək kitabçası olmadığı üçün hüquqlarını həyat keçirə bilməmiş, problemlərlə rastlaşmışdır. Onunla vaxtilə “Nətavan” adına üzümçülük sovxozunda çalışan iş yoldaşıları da qaçqın düşənlərin sırasında Bakı şəhərinə və vətəninin digər rayonlarında müvəqqəti məskunlaşıblar. Əgər zərurət yaranarsa həmin şəxslərdən bir neçəsini şahid qismində məhkəməyə dəvət etməyə hazırdır. Ona cavabdeh tərəf yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktub ünvanlamış və bildirmişdir ki, X8 üzrə X5 rayon Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Qullar kənd uşaq bağçasında 01.01,1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamandä bildirilir ki, 2003, 2004 və 2005-ci illərə dair əməkhaqqı cədvəlləri yoxlama zamanı təqdim edilmədiyindən həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmur.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmiş, iddia tələbi “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmuşdur.

5. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(112)-2113/2025 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı hüququnun yarandığı 63 yaşdan – xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. Ağdam rayon Nətavan adına sovxozun X10 Komissiyasının xx.xx.2017- ci il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı Ağdam rayon Nətavan adına üzümçülük sovxozunun 8 nömrəli briqadasında 1978-ci il tarixdən 1989-cü il tarixə fəhlə, 1989-cu ildən 1993-cü il iyul ayının 23-nə kimi sovxozun Qullar kənd uşaq baxçasında 1 ştat vahidi tərbiyəçi vəzifəsində işləmişdir.

11. AA seriyalı 406819 nömrəli xx.xx.2018-ci il tarixli məcburi köçkün vəsiqəsinin, xx.xx.1992-ci il tarixli Ağdam rayon Əlillər Cəmiyyətinin 96 nömrəli diplomunun surəti məhkəməyə təqdim edilmişdir.

12. İddiaçı 1 saylı Bakı “Dost” Mərkəzinə təqdim etdiyi ərizəsindən görünür ki, ona 3cü dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Hal- hazırda işləmir.

13. 11.09.2021-ci il tarixli **********0 nömrəli əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır, əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az sığorta stajı olduqda təyin edilir olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 01 dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

14. İş materiallarında olan xx.xx.2013-cü il tarixli ******* saylı əmək kitabçasından görünür ki,xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 №-li qərarın 2-ci hissəsinə əsasən xx.xx.1994-cü il tarixdən orta aylıq əmək haqqı verilmişdir. xx.xx.2017-ci il tarixdən Qullar kənd uşaq bağçasından 10 ştat vahidi tərbiyəçi vəzifəsində orta aylıq əmək haqqı alan İddiaçı öz ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdən işdən azad edilmişdir.

15. İş materiallarında olan sığorta stajının araşdırılması haqqında məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Təqdim etdiyiniz əmək kitabçası surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Qullar kənd uşaq bağçasında əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Araşdırma nəticələndikdən sonra yaşa görə əmək pensiyası hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır.

16. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 01-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.Təqdim etdiyi sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla sığorta stajı 24 il 3 ay 29 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 14 il 6 ay 29 gün sığorta stajına uyğun olaraq 14692,06 manat, xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək (9 il 9 ay sığorta stajına uyğun) 7598,38 manat olmaqla, ümumilikdə 22290,44 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Bildirilir ki, təqdim etdiyi əmək kitabçası surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək Qullar kənd uşaq bağçasında olan əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. X8 üzrə X5 rayon Sarıcalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən Qullar kənd uşaq bağçasında xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. 2003, 2004 və 2005-ci illərə dair əmək haqqı cədvəlləri yoxlama zamanı təqdim edilmədiyindən həmin dövrlərin sosial siğorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər.“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ona xx.xx.2017-ci il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara sosial müavinət təyin edilib və xx.xx.2024-cü il tarixinədək tam ödənilmişdir. Bildirilir ki, övladı X2 doğum haqqında şəhadətnaməsində (xx.xx.1983) və şəxsiyyət vəsiqəsində (xx.xx.1983) qeyd olunmuş doğum tarixi fərqli olduğu üçün 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinətinin ödənişinin bərpa edilməsi də mümkün olmayıb.Sözügedən uyğunsuzluq aradan qaldırıldıqdan sonra yaşa görə müavinət hüququna yenidən baxıla bilər.

17. 06.05.2024-cü il tarixli 3-17-1/3-1-44210/2024 nömrəli əməkhaqqı və iş stajının araşdırılması haqqında xidməti məktubdan görünür ki,Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 üzrə X5 rayon qəbul şöbəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-38726/2024 nömrəli məktuba baxılmışdır. İddiaçı əmək haqqı və iş stajı barədə yoxlama aktı təqdim edilmişdir.

18. xx.xx.2024-cü il tarixli əmək haqqı və iş stajı barədə yoxlama aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 981 nömrəli qərarının ikinci hissəsinə əsasən xx.xx.1994-cü il tarixdən büdcədən maliyyələşdirilən müəsisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında qərara əsasən İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək orta aylıq əmək haqqı almışdır.xx.xx.2016-cı il tarixdə xx.xx.1994-cü il tarixli 181 saylı qərarın ikinci hissəsinə edilmiş dəyişikliyə əsasən orta aylıq əməkhaqqının verilməsi müddəti başa çatdığı üçün orta aylıq əmək haqqı alan işçilərin əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilmişdir.1994-cü il tarixdən 2002-ci il tarixədək aldığı orta aylıq əməkhaqqı aşağıdakı qaydada olmuşdur.2003, 2004-cü və 2005-ci illərin əmək haqqı cədvəlləri yoxlama zamanı təqdim edilməmişdir.1994-cü il yanvar ayından may ayına qədər 2877, iyun ayından oktyabra qədər 6329, noyabr ayında 9492 və dekabr ayında isə 12658, 1995-ci ilin yanvar ayında 12658, fevral və mart aylarında 17404, aprel, may, iyun, iyul və avqust aylarında göstərilməmişdir, sentyabr, oktyabr,noyabr və dekabr aylarında isə 28875, 1996-cı ilin yanvar, fevral, mart aylarında 28875, aprel, may, iyun aylarında göstərilməmişdir, iyul, avqust və sentyabr aylarında 28875, oktyabr, noyabr və dekabr aylarında isə 34650, 1997ci ildə 48510, 1998 və 1999-cu ildə 60063, 2000-ci ildə yanvar,fevral və mart aylarında 60063, aprel ayından dekabra qədər isə 97870, 2001 və 2002-ci il tarixlərində 97870 olmuşdur.

19. Azərbayan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Ağdam flialının xx.xx.2024cü il tarixli 3 nömrəli məktubundan görünür ki, Ağdam rayon Qullar kənd uşaq baxçasının arxiv sənədləri ( əmək haqqı cədvəlləri, əmr kitabları və sair ) filiala təvhil verilmədiyi üçün filialda mühafizə olunmur. Bu səbəbdən İddiaçı xx.xx.1994-xx.xx.2006-cı illərdə işləməsi barədə heç bir məlumat vermək mümkün olmamışdır.

20. AR Milli Arxiv İdarəsi Dövlət Arxiv Bakı flialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2- 2501/2024 saylı məktubuna əsasən Qullar kənd uşaq bağçasının arxiv sənədləri Dövlət Arxiv Bakı flialına təhvil verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

21. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

22. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir.

24. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur.

25. İddiaçının ******* nömrəli xx.xx.2013-cü il tarixli əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Qullar kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində işləməsi barədə qeyd vardır.

26. Ağdam rayon Nətavan adına sovxozun X10 Komissiyasının xx.xx.2017- ci il tarixli 09 nömrəli arayışından görünür ki, İddiaçı Ağdam rayon Nətavan adına üzümçülük sovxozunun 8 nömrəli briqadasında 1978-ci il tarixdən 1989-cü il tarixə fəhlə, 1989-cu ildən 1993-cü il iyul ayının 23-nə kimi sovxozun Qullar kənd uşaq baxçasında 1 ştat vahidi tərbiyəçi vəzifəsində işləmişdir.

27. İddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək uşağa qulluq etdiyi dövrlər də nəzərə alınmaqla cavabdeh qurum tərəfindən ona 24 il 3 ay 29 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır.

28. Mübahisəli sosial sığorta stajı iddiaçının əmək kitabçasında qeyd edilmiş 2003, 2004 və 2005-ci illərdə Qullar kənd uşaq bağçasında işlədiyi əmək fəaliyyəti dövrüdür.

29. Cavabdeh həmin dövrün nəzərə alınmamasını Qullar kənd uşaq bağçasında xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək İddiaçı adına əmək haqqı hesablanan aylar onun sığorta stajına daxil edilməsi, lakin 2003, 2004 və 2005-ci illərə dair əməkhaqqı cədvəllərinin yoxlama zamanı təqdim edilməməsi ilə izah edir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Qullar kənd uşaq bağçasında tərbiyəçi vəzifəsində fasiləsiz işləməsi onun əmək kitabçasında olan müvafiq qeydlərlə təsdiqini tapır. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək orta aylıq əmək haqqı almışdır.

31. Odur ki, cavabdeh qurumun iddiaçının fasiləsiz iş dövrünün digər dövrlərini mübahisələndirmədən nəzərə almasına baxmayaraq, 2003, 2004 və 2005-ci illərdə əmək haqqı cədvəllərinin hazırda təqdim edilə bilməməsi və ya əmək kitabçasının dublikat oduğunun qeyd edilməməsi iddiaçının qarşılıqlı yoxlama aktı və əmək kitabçası ilə təsdiq edilən həmin dövrdəki əmək fəaliyyətinin nəzərə alınmamasına əsas hesab edilə və iddiaçı ilə həmin müəssisə arasındakı fasiləsiz əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.

32. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız hesab edir.

33. Beləliklə, iddiaçının ən azı 25 il sığorta stajı var (27 il 3 ay 29 gün).

34. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. - 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

36. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə (“qanunun analogiyası” tətbiq edilməklə) əsasən pensiyanın təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

37. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 01-dən başlayaraq 2021-ci il iyulun 01-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə 2017-ci il 10 mart tarixli Azərbaycan Respublikasının Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmış, həmçinin yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

39. 01 iyul 2022 – 30 iyun 2023-cü il tarixləri arasındakı dövrdə qadınlar üçün pensiya yaşı 63-dür. İddiaçının şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1960-cı il tarixdə doğulduğu üçün ona xx.xx.2023-cü il tarixdən – 63 yaşdan yaşa görə əmək pensiyası təyin edilməlidir.

40. İddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2023-cü il tarixdə yaranmışdır. İddiaçı cavabdeh quruma xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir. İddai təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 63 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

43. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

44. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2-1(112)-2113/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar