Məhkəmə qərarları › İş №2-1(103)-2415/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2415/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2415/2022 05.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən xx.xx.2021-ci il tarixli 072 nömrəli nizami hissə üzrə əmri ilə şəxsi heyətin siyahısından və bütün təminatından çıxarılaraq DSX-da həqiqi hərbi xidmətdən SQ-in ehtiyyatına buraxılmağı barədə xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrin ləğv edilməsi və işə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X9 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi və əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqısının hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabiq hərbi qulluqçu İddiaçı Sərhəd Nəzarətinin ‘X9 Aeroportu’’ sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət etdiyi müddətdə nöqsanlara yol vermiş, günün nizam və subardinasiya 8/037643 qaydalarına riayət etməmiş, verilmiş tapşırıqları vaxtında yerinə yetirməmişdir. İntizamsızlıqları ilə əlaqədar Sərhəd Nəzarətinin rəhbərliyində dinlənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş, tövsiyyələr və vaxt verilmiş, izahedici söhbətlər aparılmasına baxmayaraq, tutulmuş iradlardan, verilmiş göstəriş və tövsiyyələrdən nəticə çıxarmamışdır. İddiaçı hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol vermiş, mülki vətəndaşlara xidmətə qəbulla bağlı köməklik edəcəyini vədd etməklə qarşılığında pul istəmiş, bu da qarşı tərəfin şikayəti ilə nəticələnmişdir. Nəticədə İddiaçı DSX rəisi - X5 xx.xx.2007-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış Qaydaları”nın 2.0.1-ci maddəsinin (DSX-nin və əməkdaşlarının nüfuzunun artırılması, vətəndaşların DSX-yə və əməkdaşlarına etimadın yüksəldilməsi), 4.2-ci maddəsinin, 6.2-ci, 12-ci maddəsinin, 13.1ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasınnın yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştriak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmrindən görünür ki, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X9 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi tərəfindən verilmiş 18 saylı xx.xx.2021-ci il tarixli təyinat və ona əlavədən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq əsgər İddiaçı Dövlət Sərhəd Xidmət rəisinin xx.xx.2021-ci il tarixli 549 ş/h nömrəli əmrinə əsasən Sərhəd Nəzarəti rəisinin xx.xx.2021-ci il tarixli 072 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün təminatdan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli K/591/15/C-2098 saylı iddiaçının nümayəndəsinə ünvanlanmış məktubu ilə bildirilmişdir ki, gizir İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət müddətində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq ciddi nöqsanlara yol verdiyindən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xx.xx.2021ci il tarixli 4/85-1780 saylı və xx.xx.2021-ci il tarixli K/1567/6 C-2493/3 saylı məktubları ilə iddiaçının anası X4 bildirilmişdir ki, övladı İddiaçı həqiqi hərbi xidmətə bərpa olunması barədə Dövlət Sərhəd Xidmətinə ünvanladığı müraciətinə baxılmış, müvafiq komissiya tərəfindən təhlil edilmiş və hərbi xidmətə bərpa olunması mümkün olmamışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/7084 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, vətəndaş X7 barəsində olan şikayət məzmunlu ərizəsi əsasında Dövlət Sərhəd Xidməti Aparatında araşdırma aparılaraq Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən qərar qəbul edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli 16/8926m saylı məktubu ilə məhkəmə sorgusuna əsasən təqdim edilmiş iddiaçının attestasiya sənədlərindən görünür ki: - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xidməti məktubu ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinə bildirilmişdir ki, “Azərbaycan Respublikası Silahlı X3 61-ci maddəsinin “i” bəndinə əsasən “gizir” hərbi rütbəsindən məhrum edilməklə Sərhəd Nəzarət rəisinin xx.xx.2021-ci il tarixli 549 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı (xidməti uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış İddiaçı şəxsi işindən ehtiyata buraxılmasına səbəb olan sənədlərin surəti ünvanına göndərilir. Əlavə olaraq qeyd edilmişdir ki, Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə Sərhəd Nəzarəti rəisinin nizami hissə üzrə əmrindən çıxarışı Kadrlar Baş İdarəsi tərəfindən İddiaçı təqdim edilməmişdir. Qeyd olunan əmrdən çıxarış Sərhəd Nəzarəti tərəfindən xx.xx.2021-ci il tarixli 33/918m №-li məktubla şəxsi işindən müvafiq sənədlərlə birlikdə hərbi qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə göndərilmişdir. - İddiaçı barəsində Attestasiya Komissiyasının xx.xx.2021-ci il tarixli yekun rəyindən görünür ki, iddiaçının Azərbaycan Respublikasının İntizam Nizamnaməsinin 61ci maddəsinin “i” bəndinə əsasən kiçik gizir hərbi rütbəsindən məhrum edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixli raportu ilə iddiaçı bildirmişdir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmağı ilə əlaqədar olaraq Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilməyinə ehtiyacı yoxdur. Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı təqdirdə sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon İdarəsinə göndərilməsini xahiş edir. - İddiaçıya məxsus Xidmət vərəqəsindən görünür ki, ona xidmət etdiyi dövrdə 2019-cu ildə 3 dəfə “təşəkkür” elan edilmişdir, 1 dəfə töhmət verilmiş, xx.xx.2021-ci il tarixdə isə geyim qaydasını pozduğuna görə töhmət verilmişdir. - DSX-nin İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli ********* saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu İddiaçı və vətəndaş X7 əməllərində cinayət hadisəsi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu alında qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq “X9 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 549Ş/H saylı əmri ləğv edilməli və iddiaçının əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, işin müəyyə edilmiş halı ondan ibarətdir ki, sabiq hərbi qulluqçu İddiaçı, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 423 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət edən hərbi qulluqçu qismində xidmətə qəbul edilməklə “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmiş və kursu bitirdikdən sonra xx.xx.2017-ci il tarixli, 1018 ş/h nömrəli əmrlə vəzifəyə təyin edilmiş, xx.xx.2018-ci il tarixli 1131 ş/h nömrəli əmri ilə "X9 Aeroportu” sərhəd nəzarəti şöbəsi yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsinə təyin edilmiş, həmin vəzifədən xx.xx.2021-ci il tarixli 549 ş/h nömrəli əmrlə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmışdır. İşin araşdırma nəticəsində müəyyən edilmiş hallarına görə Azərbaycan Respublikası vətəndaşı X8 DSX-nə şikayət məzmunlu ərizə ünvanlamış, ərizədə bildirmişdir ki, O, X9 X2 İdarəsində işləyərkən İddiaçı ilə tanış olduğunu, sonuncunun onun DSX-də xidmətə qəbul olunmasında köməklik göstərəcəyini bildirdiyini, bunun qarşılığında isə özünün İddiaçı avtomobilinə bir neçə halda yanacaq doldurduğunu, xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısının sonuncu tərəfindən istənildiyini, İddiaçı onun xidmətə qəbul edilməsində köməklik edəcəyinə arxayn olub təxminən 01 aya yaxın müddətdə sonuncunun evində fəhlə kimi işləmiş, həyətinin abadlaşdırılması ilə məşğul olmuşdur. İddiaçı ilk vaxtlar ondan DSX-də xidmətə qəbul edilməsində göstərəcəyi köməklik qarşılığında 250 AZN məbləğində qiyməti olan “Rolex” markalı saat almasını istəmiş, daha sonralar isə 3000-4000 manat məbləğində pul istəmiş, həmin vaxt o, özünün pulunun olmadığını deyərək xidmətə qəbul edilərsə, ya bankdan kreditə pul götürüb Alimin dediyi məbləği verəcəyini, ya da ki, hər ay maaş kartından alacağı maaşının yarısını qeyd olunan məbləği ödəyib qurtaranadək sonuncuya verəcəyini bildirmişdir. Bütün bu göstərilənlərlə əlaqədar olaraq DSX-nin Daxili Təhlükəsizlik İdarəsi tərəfindən araşdırma aparılmış, aparılan araşdırma zamanı İddiaçı izahatında yuxarıda göstərilənləri təsdiq edərək Şahin Mirzəyevə özünüzün xidmətə qəbul məsələsi ilə məşğul olduğunu bildirirərək ondan mütəmadi olaraq pul aldığını, idarə etdiyi avtomobilə Ş. Mirzəyev tərəfindən yanacaq doldurtduğunu, sonuncunu yaşadığı Zabrat qəsəbəsindəki evində bir neçə dəfə təmənnasız işlətdiyini, Ş.Mirzəyevindən DSX-də xidmətə qəbul olunduqdan sonra alacağı ilk maaşının yarısını şirinlik kimi istədiyini, Ş.Mirzəyevə DSX-də işə düzəlmək istəməsində köməklik edəcəyini, bunun üçün sənədlərini DSX Aparatına verməli olduğunu dediyini, mütəmadi olaraq Ş.Mİrzəyevlə zəngləşib 2-3 dəfə şəhərdə restoranların birində yemək yediyini və hesabı sonuncuya ödətdirdiyini, 2019-cu ildə Ş.Mirzəyevə Zabrat qəsəbədindəki evində 3 dəfə abadlıq işləri gördürdüyünü və 1 dəfə də yük daşıtdırdığını göstərmişdir. Yekun olaraq Daxili Təhlükəsizlik İdarəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu gizir İddiaçı vətəndaş X1 işə düzəldəcəyini vədd etməklə müxtəlif vaxtlarda mütəmadi olaraq pul almış, idarə etdiyi avtomaşına yanacaq doldurtmuş, onu Zabrat qəsəbəsində yaşadığı həyət evində təmənnasız işlətmiş, vətəndaş Ş.Mirzəyevin xidmətə qəbul olunduqdan sonra alacağı maaşının yarısını şirinlik olaraq sonuncudan istəmiş, İddiaçı qeyd olunan hərəkətlərə yol verərək DSX hərbi qulluçusuna yaraşmayan əməllərini törətməklə bütün bu sadalananları izahatında etiraf etmiş, nəticədə iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli, 549 ş/h nömrəli əmrinə əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Həmçinin İddiaçı xidməti vərəqəsindən görünür ki, 2019-cu il ərzində xidmət etdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmiş, xidmətinin son dövrlərində, yəni xx.xx.2021-ci il tarixdə 1 (bir) halda intizam məsuliyyətinə cəlb edilmişdir. Bu da onun göstəricisi olmuşdur ki, İddiaçı xidmətinin son dövrlərində intizamsızlığı ilə fərqlənmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X5 xx.xx.2007-ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış Qaydaları”nın aşağıda qeyd edilən maddələrininin tələblərini kobud şəkildə pozmuşdur: 2.0.1-ci maddəsinə görə DSX-nin və əməkdaşlarının nüfuzunun artırılması, vətəndaşların DSX-yə və əməkdaşlarına etimadın yüksəldilməsi. 4.2-ci maddəsinə görə DSX-nin əməkdaşları bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır 5.2-ci maddəsinə görə DSX-nin əməkdaşlarının etik davranışı və peşəkar fəaliyyəti ilə DSX-yə qarşı hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir 6.2-ci maddəsinə görə DSX-nin əməkdaşları öz xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə DSX-nin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir) 12-ci maddəsinə görə DSX-nin əməkdaşlarının qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır, DSX-nin əməkdaşları onun hərəkətlərinin (hərəkətsizliyinin) və qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir, qanunvericilikdə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən DSX-nin əməkdaşları həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz), 13.1-ci maddəsinə görə DSX-nin əməkdaşlarına qanunsuz maddi və qeyri-maddi nemətlər və ya güzəştlər təklif olunduğu hallarda DSX-nin əməkdaşı onlardan imtina etməlidir, maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər DSX-nin əməkdaşlarına ondan asılı olmayan səbəblərdən verilərsə, bu barədə birbaşa rəisinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyaz və güzəştlər DSX-ya akt üzrə təhvil verilməlidir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X3 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X3 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Kollegiya vurğulayır ki, İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3789/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar