Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2416/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlilliyin təyin edilməsi" tələbinə dair işi üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi, inzibati orqanın qiymətləndirmə azadlığı, orqanizm funksiyalarının pozulması faizinin və əlillik müddətinin müəyyənləşdirilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və X6 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyi olan şəxs statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-1(112)-1382/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya xx.xx.2017-ci il tarixdən “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Dağınıq üzvi nevroloji nişanələr. Qıcolma tutması ayda 6-7 dəfə. Travmadan sonrakı ensefalopatiyanın nəticələri. Kəllə daxili hipertenziya. Vegetativ damar davamsızlığı. Kəskin ifadə olunmuş astenonevrotik sindrom, hərəkikoordinator pozğunluq, tez-tez təkrarlanan qıcolma tutmaları, ayda 6-7 dəfə, epillepsiya xəstəliyi. Retroserebilyar araxnoidal kista. NSD-kardial tipli” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra vətəndaşın əlillik vəziyyəti Bakı 2 nömrəli X2 N00061555HUS nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, xx.xx.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Bakı 2 nömrəli X5 tərəfindən L00156897İMM nömrəli göndəriş və müraciəti əsasında xx.xx.2024-cü il tarixində yenidən Agentlikdə əyani müayinə nəticəsində qiymətləndirilmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, xx.xx.2023-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim etmiş və məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli L001568971MM №-li göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xəsarət aldıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 11905 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, iddiaçıya "keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr sağ tərəfli piramid çatışmazlığı, davamlı vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya. Retroserebellar araxnoidal kista. Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntusu ilə, depressiv daxilolmalarla, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” diaqnozu (hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır) və "sol gözün hipermetropiyası 1,75D, görmə itiliyi 1,0 olmaqla” (ümumi xəstəlikdir) diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin həkim psixiatr komissiyasının xx.xx.2023-cü il tarixli 2178 nömrəli rəyi ilə iddiaçıya "üzvi (xx.xx.2026-cı il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla depressiv daxilolmalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F 07.0” diaqnozu qoyulmuşdur. Eləcə də “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli müayinə nəticələrinə əsasən iddiaçıya "üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. “Rezonans Klinikası”nın xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli MRT müayinəsinin protokoluna əsasən, iddiaçıda "beyinin hər iki yarımkürəsində təpə paylarında subkortial və periventikulyar sahələrdə T2 rejimində zəif hiper, FLAİR rejimində hiperintensiv ocaqlı dəyişikliklər” aşkar olunmuşdur (gliotik ocaqlar olaraq dəyərləndirilir). “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın xx.xx.2022-ci il tarixli tibbi vərəqəsinə əsasən, iddiaçıya "FLAİR rejimində hiperintensiv ocaqlı dəyişikliklər aşkar olunur (gliotik ocaqlar olaraq dəyərləndirilir)” diaqnozu qoyulmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli EEQ müayinəsi protokoluna əsasən, baş beyində fon yazısında fotosimulyasiya zamanı sağ alın-gicgah- mərkəz payında əmələ gələn və sol alın-gicgah-mərkəz paylarına yayılan, paroksizmal (epi-tipli) prosesə cəlb olunması ilə baş beyinin qıcolma hazırlığı həddinin enməsi qeydə alınmışdır. Göstərilənlərlə yanaşı, iddiaçı səhhətində olan xəstəliklərlə əlaqədar aşağıdakı tibb müəssisələrində müxtəlif tarixlərdə mütəmadi ambulator müalicə almışdır: xx.xx.2019 - xx.xx.2019 - M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanası, xx.xx.2021 - xx.xx.2021 - M.Ə.Əfəndiyev adına X11 PHŞ-də, xx.xx.2022xx.xx.2022- M.Ə.Əfəndiyev adına 2 nömrəli X5, xx.xx.2022 - xx.xx.2022 - M.Ə.Əfəndiyev adına X11 PHŞ-də, xx.xx.2023 - xx.xx.2023 - Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, xx.xx.2023 - xx.xx.2023 - 2 nömrəli X5. Bundan sonra, Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli L001568971MM nömrəli göndərişi əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edilmişdir. Göndərişin xx.xx.2023-cü il tarixdə göndərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixədək ƏƏSMN-nin “əlillik alt sistemi”ndə iddiaçının əlilliyinin qiymətlədirilməsinin nəticələrinə dair heç bir məlumat öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yalnız xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən alt sistem vasitəsilə göndərişi yoxladıqda xx.xx.2023-cü il tarixdən etibarən cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsas ilə ona əlilliyin təyin edilməsindən imtina etdiyi məlum olmuşdur. Yəni, heç bir dəqiq müayinə və ya yoxlama həyata keçirilmədən TSEK-in qərarına əsasən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçıya yuxarıda göstərilən müayinələr nəticəsində qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2-ci bəndinə uyğun gəlir. Belə ki, həmin bənd “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular - üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0)” diaqnozu ilə səhhətin pozulması hallarına görə əlilliyin təyin edilməsini mümkün hesab edir. Eləcə də təqdim edilmiş digər tibbi müayinə sənədləri, epikrizlər, xəstəlik kitabçasından çıxarışlar, tibb müəssisələrinin arayışları və s. sübut edir ki, iddiaçının xəstəliyi sağalmamışdır və hələ də davam etdiyindən ona əlillik təyin edilməsi üçün kifayət qədər əsaslar var. Qeyd edilənlərlə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2-ci bəndində “insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri” müəyyən edilmişdir. Hazırda iddiaçının səhhətində olan əlillik və digər yanaşı xəstəliklər nəticəsində onun həyat fəaliyyətinin məhdudlaşma dərəcələri aşağıdakı kimidir: özünəqulluq bacarığı - İİ dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyindən istifadə etməklə; sərbəst hərəkətetmə bacarığı - İİ dərəcə mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; istiqamətseçmə bacarığı - İİ dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı - İİ dərəcə - mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə ünsiyyət qurmaq bacarığı; davranışına nəzarətetmə bacarığı - İİ dərəcə - davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; əmək fəaliyyəti bacarığı - İİİ dərəcə - orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyrimümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Beləliklə də cavabdehin “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə İddiaçı əlilliyin təyin edilməsindən imtina etməsini qanunsuz hesab edirik və iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması öhdəliyi məhkəmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1988-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli N00061555HUS nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-5678/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 11905 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr, sağ tərəfli piramid çatışmazlığı, davamlı vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya, Retroserebellyar araxnoidal kista. Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və "Sol gözün hipermetropiyası 1.75D, görmə itiliyi 1.0 o/maq/a” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd olunmalıdır ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERAda əyani müayinədə olmuş,‘‘Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik olaraq izah etdiyi tutmanın xarakteri epileptik tutmalara xas olmamış, tutma zamanı ətrafda olanları hiss etdiyini, bəzən sidik saxlaya bilmədiyini bildirmişdir. Halhazırda medikamentoz preparatlardan "Depakin"(300 mg) gündə 3 dəfə qəbul etdiyini bildirsə də, təqdim edilmiş laborator analiz nəticələrində Karbamazepin və Valproik Asit toksik dozada qeyd edilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmaları, əsəbilik və gərginlikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında 2017-ci ildən davam edən tutmalarının hərbi xidmət zamanı aldığı travmadan sonra başladığını bildirmiş, medikamentoz preparatlardan “Depakin”, “Finlepsal” qəbul etdiyini qeyd etmişdir. Vətəndaşın təqdim etdiyi şəhadətnaməyə əsasən dəyişikliklər edilərək xx.xx.2023-cü il tarixli şəhadətnaməsi qüvvədən düşmüşdür. Anamnestik məlumatlarında vətəndaş qıcolma tutmaları haqqında ətraflı məlumat verə bilməmiş, psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı olmuş, ünsiyyətə həmən daxil olmuş, verilən suallara adekvat cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun olmuş, aparılan müayinələr, qəbul etdiyi dərmanlar barəsində məlumat verə bilməmişdir. 2 saylı X2 xx.xx.2023- xx.xx.2023-cü il tarixli 8984/23 nömrəli Çıxarışında diaqnoz "Baş beynin üzvi (hərbi travma mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, de pressi v davranışlar, təkrarlanan gıcolma tutmaları ilə (ayda 7-8 dəfə)" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 012821 nömrəli çıxarışında diaqnoz "Partlayış travması (xx.xx.2016). Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı galıgları, baş-beyin silkələnməsindən (xx.xx.2016) sonrakı dağınıq üzvi nişanələr, sağ tərəfli piramid çatışmazlığı, vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə, təzahür edən posttravmatik ensefalopatiya. Posttravmatik xroniki baş ağrısı. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Davranış pozuntusu" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 2178 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış gapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez- tez baş verən dekompensasiyalar depressiv daxilolmalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Turan Hospitalının 17.11,2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi "Bu EQQ sağ və sol bölgədən kök alan generalizə tipli epiaktivlik olduğunu göstərir1' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Rezonans Klinikasının 21.11,2022-ci il tarixli Baş beynin MRT müayinəsinin nəticəsi “Sağ maxillarsinusda 15x14 m m ölçüsündə, sol maxillarsinusu total əhatə edən 40x25 mm ölçüsündə retension kistlər qeyd edilir. Ethmoidal hücrələrdə və alın cibin sağ yarısında möhtəviyyət təyin olunur. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (minimal kortikal atrofiya). Arxa kəllə çuxurda orta xətt və orta xəttdən sağda yerləşimli 25x55 m m ölçüsündə retroserebellar araxnoidal kist təyin olunur. Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal və periventrikulyar sahələrdə T2 rejimində zəif hiper, FLAİR rejimində hiperintensiv ocaqlı dəyişikliklər aşkar olunur (qliotik ocaqlar olaraq dəyərləndirilir)’’ kimi qeyd olunmuşdur. Rezonans Klinikasının xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Sağ maxillar sinusda 25x23 mm ölçüsündə, sol maxillar sinusu total əhatə edən 40x25 m m ölçüsündə retension kistlər qeyd edilir. Ethmoidal hücrələrdə və alın cibin sağ yarısında möhtəviyyət təyin olunur. Frontal sinusun saq yarısında möhtəviyyət təyin olunur. Etmoidal hücrələrdə mukozal qalınlaşmalar qeyd edilir. Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (minimal kortikal atrofiya). Arxa kəllə çuxurda orta xətt və orta xəttdən sağda yerləşimli 25x55 mm ölçüsündə retroserebellar araxnoidal kist təyin olunur. Beynin hər iki yarımkürəsində təpə paylarda subkortikal və periventrikulyar sahələrdə T2 rejimində zəif hiper, FLAİR rejimində hiperintensiv ocaqlı dəyişikliklər aşkar olunur (qliotik ocaqlar olaraq dəyərləndirilir). 21.11.22 tarixində aparılmış MRT müayinəsi ilə müqayisədə nəzərə çarpan dəyişiklik aşkar olunmadı” kimi qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Baş beyində, fon yazısında, fotostimulyasiya zamanı, sağ alın-gicgah-mərkəz payından əmələ gələn və sol alınqicqahmərkəz paylarına yayılan, paroksizmal (epi-tipli) prosesə cəlb olunması ilə, baş beyinin qıcolma hazırlıq həddinin enməsi qeydə alınır kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-1(112)-1382/2025 nömrəli qərarı ilə (hakim O.X.Həsənov) iddia tələbi təmin edilərək, İddiaçı əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli L001568971MM №-li göndəriş əsasında ona orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq (61-80 faiz arası) əlilliyi olan şəxs statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2- 1(112)-1382/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həmdə əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırki iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəkət məhdudluğu mövcud olmamışdır və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Bundan başqa Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən apelyasiya şikayətinə etiraz verilərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixə təyin olunan məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının, onun nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, e-2-1(112)- 1382/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.2.İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
2. İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
2. İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
2. İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı.
7. Psixi və davranış pozuntuları 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə F06 bağlı digər psixi pozuntular üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər F07.8 üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti
İnzibati Prosessual Məcəllə:
Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı
73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı ona əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması və iş üzrə təyin edilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, “Baş beyin zədələnməsi (hərbi travma mənşəli) nəticəsində yaranan ifadəli üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar, təkrarlanan qıcolma tutmaları” diaqnoz iddiaçıda aşkar edilmiş, həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın F07.0 kod altında nəzərdə tutulan meyarlara uyğundur ki, bu da onun faktiki olaraq əlillikdən əziyyət çəkdiyini göstərir. Baxmayaraq ki, iddiaçı bu xəstəlikdən əziyyət çəkərək onda olan diaqnoz əlilliyin təyininə əsas verir, cavabdeh əsassız olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, “...2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Baxılan halda hazırki iş üzrə iddiaçı sol ayağında hərəkət məhdudluğundan şikayətlənsə də, əyani müayinə zamanı hərəkət məhdudluğu mövcud olmamışdır və bildirdiyi xəstəliyinə uyğun müayinə edilmiş tənəffüs çatışmazlığı aşkar edilməmişdir. Bundan başqa Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir.” Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edir. İlk növbədə qeyd etmək lazımdır ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. Başqa sözlə, cavabdeh orqanın şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilsə də (İPM-in 73.3.2-ci maddəsinin 2-ci cümləsi), hüquq ədəbiyyatında qeyd olunan fəaliyyət inzibati orqanın “inzibati aktın səbəb ünsüründə diskresion səlahiyyəti” kimi də ifadə edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələblərinə əməl etməlidir. Hazırkı halda cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələbləri pozulmuşdur. Birincisi, “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olub-olmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. İş materiallarında olan imtina qərarından müəyyən olunur ki, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən iddiaçının müraciəti təmin edilməmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, həmin imtina qərarında müayinənin aparıldığı tarix qeyri-iş günü, yəni xx.xx.2023-cü il kimi qeyd olunmuşdur (i.v.56). Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, müəyyən prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri “İnzibati icraat haqqında” Qanunun 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. İkincisi, inzibati orqan tərəfindən “Etimad hüququnun qorunması prinsipi”nin tələblərinə əməl edilməmişdir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin aşağıdakı normalarına nəzər salaq: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Yuxarıda qeyd olunan fikirlərin işığında hazırkı işdə olan sübutlara nəzərə salaq: -Müayinə aktından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən “Kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travması. Baş beyin silkələnməsi. Dağınıq üzvi nevroloji nişanələr. Qıcolma tutması ayda 6-7 dəfə. Travmadan sonrakı ensefalopatiyanın nəticələri. Kəllə daxili hipertenziya. Vegetativ damar davamsızlığı. Kəskin ifadə olunmuş astenonevrotik sindrom, hərəki-koordinator pozğunluq, tez-tez təkrarlanan qıcolma tutmaları, ayda 6-7 dəfə, epillepsiya xəstəliyi. Retroserebilyar araxnoidal kista. NSDkardial tipli” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 1783 nömrəli, xx.xx.2023-cü il tarixli həkim psixiatr komissiyasının rəyinə əsasən iddiaçıya “Üzvi (xx.xx.2016-cı il tarixdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış qapallı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar depressiv daxilolmalar, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə) F07.0” diaqnozu qoyulmuşdur. - xx.xx.2023-cü il tarixli, 11905 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən iddiaçıda olan “Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı dağınıq üzvi nişanələr sağ tərəfli piramid çatmamazlığı davamlı vegetativ damar davamsızlığı, tez-tez təkrarlanan qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya. Retroserebellar araxnodial kista. Kəskin dərəcədə ifadə olunmuş üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla, kobud davranış pozuntuları ilə, depressiv daxilolmalarla, qıcolma tutmaları ilə (ayda 7-8 dəfə). Sol gözün hipermetropiyası 1,75D, görmə itiliyi 1,0 olmaqla” diaqnoz əsasında o, həm dinc, dəm də müharibə dövründə hərbi xidmətdə yararsızdır. - Bakı 2 nömrəli X5 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli forma 088 arayışından görünür ki, iddiaçının: Əsas diaqnozu: T90.5 Kəllədaxili travmaların nəticələri, başın travmasının nəticələri. Ağırlaşma: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beyin üzvi (hərbi travma mənşəli) zədələnməsi nəticəsində şəxsiyyətin kəskin dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar, təkrarlanan qıcolma tutmaları (ayda 7-8 dəfə). F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. F06.3 Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. F06.7 Yüngül koqnitiv pozuntu, yüngül koqnitiv pozğunluq Yanaşı xəstəliklər: S06 Kəllədaxili travma G40 Epillepsiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2811 saylı ekspert rəyinə əsasən, yoxlanılan şəxs İddiaçı hal-hazırda Baş beyin zədələnməsi (hərbi travma mənşəli) nəticəsində yaranan ifadəli üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, kobud davranış pozuntuları, depressiv daxilolmalar, təkrarlanan qıcolma tutmaları (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Beləliklə, iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2017-cı il tarixdən 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə alınmalıdır ki, 2017-ci ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Bundan başqa, birinci instasniya məhkəməsinin qərarından görünür ki, hakim formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq iddiaçının orqanizm funksiyalarının pozulması faizini (61-80) müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun qərar qəbul etdiyindən məhkəmə tərkibi qeyd olunan hissədə qərarın dəyişdirilməsinə lüzum görmür. Ancaq məhkəmə tərkibinin qeyd olunan məsələ ilə bağlı ümumilikdə hüquqi mövqeyi fərqlidir. Belə ki, məhkəmə tərkibi inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın xüsusilə, inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Bu mövqe həm də İnzibati Prosessual Məcəllənin tələblərindən irəli gəlir. Belə ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia hesab olunur. İPM-in 73.2 və 73.3.2-ci maddəsinin qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, hazırkı halda məhkəmə bir qayda olaraq, sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsi istiqamətində qərar qəbul etməməlidir. Nəzərə almaq lazımdır ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir. Burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Belə ki, inzibati orqanın qiymətləndirmə azadlığı bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə bağlıdır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan göstəricilər əsasında qiymətləndirilməlidir. Məhkəmə tərkibinin qənaətinə görə, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Belə ki, hakimiyyətlərin bölünməsi prinsipinə əsasən, yalnız hüquqi yoxlama (nəzarət) məhkəmənin vəzifəsidir. İPM-in 74-cü maddəsinə əsasən, məhkəmə yalnız obyektiv baxımdan diskresion səlahiyyətlərin (həmçinin qiymətləndirmə azadlığının) həyata keçirilməsinin qanuniliyini və bu zaman diskresion səlahiyyətlərin (həmçinin qiymətləndirmə azadlığının) qanunla müəyyən olunmuş hədlərinə inzibati orqanın əməl edib-etmədiyini yoxlayır. Göründüyü kimi, normanın məzmunu ondan ibarətdir ki, hazırkı halda məhkəmə yalnız inzibati orqanın öz qiymətləndirmə azadlığını necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq normativ hüquqi aktlara əsasən, inzibati orqanlar tərəfindən onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarın qəbul edilməsində ifadə olunur. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunverciliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı hal, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli e-2-1(112)-1382/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.