Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2417/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseüyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X9 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)- 1250/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2-1(112)-1250/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-670/2022 nömrəli 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722E nömrəli bağ evinə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2021 nömrəli 23 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1250/2021 nömrəli 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilmişdir. Həmin qərardan verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qərar ləğv edilərək yenidən təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır və inzibati iş hazırda hakim Mirzə Tağızadənin icraatındadır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilovanın icraatında olmuş iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991- ci il il B/S nömrəli orderlə X6 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X6 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2-1(103)-200/2023 nömrəli inzibati iş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hakim Mirzə Tağızadənin icraatında olan iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbinə dair 2-1(103)-188/2023 nömrəli inzibati iş ilə birləşdirilmişdir. Hazırki işin apellyasiya baxışı zamanı 3-cü şəxs Mübariz Hüseynovun vəkili X5 tərəfindən hazırki iş üzrə icraatın digər işlə (hakim Mirzə Tağızadənin icraatında olan) birləşdirilməsi barədə vəsatət məhkəməyə daxil olmuşdur. İddiaçının nümayəndəsi və vəkili X9 və cavabdehin nümayəndəsi X7 inzibati işlərin bir icraatda birləşməsinə etiraz etmədiklərini bildirmişdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və vəsatətə hüquqi qiymət verərək hesab edir ki, hazırki iş üzrə bir bağ sahəsinə üç fiziki şəxs iddialı olduğundan hazırda apellyasiya instansiyası məhkəməsində olan inzibati işlər bir-biri ilə əlaqəlidir, bu səbəbdən də qeyd edilən işlərə bir icraatda baxılması tərəflər arasında mövcud mübahisənin obyektiv şəkildə araşdırılmasını və daha qısa müddət ərzində baxılmasını təmin edə bilər. Bu baxımdan vəsatətin təmin edilməsi və inzibati işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 56.1,56.3 və 83.3.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İK-nın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair 2-1(103)-2417/2023 nömrəli inzibati iş iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbinə dair 2-1(103)- 188/2023 nömrəli inzibati işə birləşdirilsin. Sədrlik edən Mirzə Tağızadə Hakimlər İkram Şirinov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2417/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2417/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver