Məhkəmə qərarları › İş №2-1(103)-2418/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2418/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2418/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X6 və iddiaçının iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X17 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkün vərəsəlik hüququ əsasında rəsmiləşdirilərək, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarış verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanı üzrə hal hazırda ailəliklə əvvəldən vərəsəlik hüququ əsasında yaşadıqları şəxsi mülkiyyətin babası – X12 adına o dövr üçün mülkün rəsmiləşdirilməsi sənədlərini əsas götürülməklə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən mülkün vərəsəlik hüququnun rəsmiləşdirilməsi şəhadətnaməsi əsasında rəsmiləşdirilərək hal hazırda yaşadıqları mülkün vərəsə paylarının müəyyənləşdirilməsi qismində mənsub olduqları vərəsə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın rəsmiləşdirilərək daşınmaz əmlaka çıxarışın verilməsi hüquqi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1-də doğuldu ğundan (1956-cı il tarixindən) hal-hazıra kimi ailəsi ilə birlikdə yaşayır. Həmin ünvan üzrə şəxsi mülkiyyətin sahibi 1886-cı il təvəllüdlü doğma babası X14 məxsus olmuş, onun övladlarından vərəsələrindən biri xx.xx.1977-ci ildə vəfat etmiş iddiaçının doğma atası X4 olmuşdur. xx.xx.1964-cü il tarixli 778-saylı arayış Bakı şəhəri, Lenin (Sabunçu) rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanı üzrə babası X10 şəxsi mülkiyyət sahibi olmasını təsdiqləməklə, onun ölümündən sonra həmin mülk üzrə hüquqi vərəsələrinin - övladlarının siyahısını təsdiq edən o dövr üçün müvafiq icra hakimiyyəti orqanının rəsmi təsdiqlənmiş sənədidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2.-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş şəxs həmin hüququn təsdiq edən çıxarış almadan öldükdə onun qanunu vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqda arayışı - vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 1159-cu maddəsi ilə vərəsəlik hüququnun təsdiqi haqqında hüquqi əsasın tələbi üzrə Bakı şəhəri, 1 saylı dövlət notariat orqanı tərəfindən xx.xx.1978-ci il tarixli 1202 №-li vərəsəlik işinə əsasən iddiaçı xx.xx.1977-ildə vəfat etmiş atası X1 qanun üzrə vərəsələri sırasına daxil edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının DİN-nin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” rəsmi arayışına əsasən iddiaçı ailəsi ilə birlikdə qeyd olunan ünvan üzrə əvvəli babası X14 məxsus olan şəxsi mülkiyyətdə yaşayır. Vərəsə payı üzrə aralarında qeyri-rəsmi olaraq bölüşdürülmüş mülkün ayrı-ayrılıqda adlarına rəsmi təsərrüfat kodları mövcuddur, su, qaz, işıq və digər kommunal ödənişləri rəsmi olaraq adlarına müəyyənləşdirilmiş, yaşadıqları mülkün onlara aid hissəsinin (yəni - vərəsə paylarının) torpaq payı xərcləri ödənişi üzrə adlarına ayrılıqda bələdiyyə ödənişləri qəbzləri də mövcuddur. Lakin yaşadıqları baba mülkünün hüquqi əsasla vərəsəlik hüququ əsasında onlara aid olan və hal-hazırda yaşadıqları hissəsinə sahibkarlıq və sərəncam vermək hüquqlarının rəsmi qaydada təsdiqlənməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş vətəndaş mülkü hüquqlarının və azadlıqlarının qorunmasının dövlət təminatına qarşı yönəldilmiş hallar kimi qiymətləndirilməlidir. Onlara qeyri-müəyyən mənbələrdən məlum olmuşdur ki, həmin mülkün ümumilikdə vərəsəlik hüququ əsasında Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən rəsmiləşdirilməsi qeydiyyatı əmisi X5 adına aparılmış, rəsmi müraciətlərinə baxmayaraq cavabdeh bu haqda onları məlumatlandırmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərərək həmin qərardadın ləğv edilməsini və işin mahiyyyəti üzrə baxılması üçüniddia tələbinin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, hakim tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş, onun mülki hüquq və azadlıqlarını pozulmuşdur. Belə ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1-də doğulduğu ğundən yaşayır. Bu barədə rəsmi arayış da mövcuddur. Lakin cavabdeh tərəfindən vərəsəlik hüququ əsasında onu mənsub olduğu mülkdə payı üzrə mülkiyyətə sahiblik və sərəncam vermək hüququ kobud surətdə pozulur. Onun vərəsəlik işinə əsasən xx.xx.1977-ci il tarixdə vəfat etmiş X1 qanuni vərəsələri sırasına daxil edilmiş, rəsmi sənədi mövcuddur. Bu əsasda xx.xx.1964-cü il tarixli 788 saylı Bakı şəhəri Lenin XDS İK-nin rəsmi arayşı na əsasən ev babası X10 şəxsi mülkiyyətində olan əmlakdır. Məhkəmə qeyd edilənlərə məhəl qoymamış, qanunvericiliyi pozmuş, qanunun tələblərinə əsaslanmayan qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı iddiaçının istinad etdiyi, atasına (babasına) məxsus əmlak barədə Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadlanan əsaslardan hər hansı bir hüquqmüəyyənedici sənəd olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 34.1-ci maddəsinə əsasən 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X2 qanuni vərəsə olduğunu və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvanında yerləşən mülkün mərhum babası X8 məxsus olduğunu bildirərək, həmin mülkün vərəsə kimi onun adına rəsmiləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarış verilməsini tələb etmişdir. İş materiallarından (AR Daxili İşlər Nazirliyinin ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışından, Bakı şəhəri 1 saylı Notariat Ofisində açılmış xx.xx.1978-ci il tarixli 1202 nömrəli vərəsəlik işindən və s. ) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, ev 1 ünvandıda yaşayın İddiaçı, əvvəllər həmin ünvanda yaşamış mərhum atası Cavanşir Ələsgərovdan miras qalmış 3405 manat məbləğinə əmanəti üzrə üzrə vərəsələrdən biri olsa da, o, hazırda adına qeydə alınmasını tələb etdiyi, həmin ünvanda yerləşən, mərhum babası X13 məxsus olmuş mülkün vərəsəlik qaydasında atası Cavanşir Ələsgərov tərəfindən qəbul edildiyini (keçdiyini) və qanuni istifadəsində oluduğunu təsdiq edə bilən hüquqmüəyyənedici sənədlər mövcud deyildir. İşə əlavə olunmuş cavabdeh idarənin **********63 nömrəli xx.xx.2021-ci il tarixli, eyni zamanda, xx.xx.2022-ci il tarixli, **********62 nömrəli məktublarında da aydın olur ki, idarədə iddiaçının babası X3 və atası X2 adlarına Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Zərdabi küçəsi, 1 saylı evin qeydiyyatdan keçməsi və evə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir. Digər tərəfdən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: - 1.2-ci bəndinə əsasən bu Təlimatda müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra-Xidmət) tərəfindən daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış (bundan sonra - arayış) hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. -7.1-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. - 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, vərəsə tərəfindən ilk öncə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanından arayış alınmalı, bundan sonra həmin arayış əsasında vərəsəlik sənədi (vərəsəlik şəhadətnaməsi) əldə edilməli, bundan sonra isə həmin qeydiyyat orqanı tərəfindən həmin vərəsəlik şəahədətnaməsi əsasında da daşınmaz əmlak birbaşa vərəsinin öz adına rəsmiləşdirilir. İddiaçının tələbindən isə göründüyü kimi, o, qanunvericiliyin qeyd olunan tələblərinə riayət etmədən, mərhum atasına (babasına) məxsus olmuş mülkün, birbaşa olaraq öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və bu barədə ona çıxarış verilməsini cavabdehdən tələb etmişdir. Ümumiyyətlə, işdən görünür ki, onun cavabdehə belə bir müraciəti mövcud olmamışdır. Belə olan halda, iddiaçının hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyü istisna edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının hazırkı öhdəliyin icrası haqqında iddia tələbinin əsaslandırılmış iddia kimi qəbul edilməsi üçün faktiki şərtlər mövcud deyildir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan maddəsinin mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia növünə uyğun olmayan, inzibati orqan tərəfindən qanunla qorunan hüquq və azadlıqların pozulması əsaslandırılayan iddia kimi qiymətləndilə və inzibati məhkəmə icraatı mümkün sayıla bilməz Həmin Məcəllənin 35.3-cü maddəsindən isə görünür ki, məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın mümkün sayılmamasını işin halları və prosessual qanunvericilyin tələbləri baxımından, düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin hakim tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl edilmədiyini, onun hüquqlarının pozulması ilə qanunsuz qərardad qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, konkret halda iddianın mümkün sayılmaması - onu, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla, yəni, mülkün mərhum atasının (babasının) qanuni istifadəsində olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədin əsli (və ya əsli ilə düzlüyü təsdiq edilmiş) əldə edildikdən sonra cavabdeh qeydiyyat orqanına təqdim edərək, həmin daşınmaz əmlakın mərhuma məxsus olması barədə arayış almaq hüququndan onu məhrum etmir. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6418/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar