Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2418/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə (hazırda Bakı şəhəri X5 və Uçotunun Təşkili Baş İdarəsi) qarşı “xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməsi, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarının və Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tətbiq edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2-1(112)-8379/2023 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı “CAR 1950 MMC” cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li Qərarını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli Qərarını və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməsi, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarının və Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinin tətbiq edilməsi və iddiaçıya mənfəət vergisinin 2019-2021-ci illər üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 19 dekabr 2023-cü il tarixli qərardadı ilə, "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı" Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li Qərarını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi və iddiaçıya mənfəət vergisinin 2019-2021-ci illər üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması hissəsində iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli, e-2-1(112)-8379/2023 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi qismən təmin edilərək, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarının ləğv edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li Qərarının tətbiq edilməsinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, iddia ərizəsinin tam şəkildə qəbul edilməsi, Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li Qərarı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibatı şikayətin təmin edilməsi haqqında” **********282200 №-li, xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi, Vergilər Məcəlləsinin 106.1.20-ci maddəsinin tətbiq edilməsi, Mənfəət vergisinin 2019-2021-ci illər üzrə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 1160,29 (bir min yüz altmış, iyirmi doqquz qəpik) manat məbləğin qaytarılması haqqında qərar edilməsini xahiş etmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 yanvar 2024-cü il tarixli qərarını təqdim edərək iş üzrə yeni qərar qəbul olunduğundan artıq əvvəlki qərarın öz qüvvəsini itirdiyini, iddiaçı tərəfindən iddianın dəqiqləşməsi barədə ərizə təqdim edilmədiyi təqdirdə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, işin hallarına əsasən kameral vergi yoxlaması zamanı iddiaçının 2020-ci ilin mənfəət vergisi bəyannaməsi və əlaqəli məlumatlar nəzərdən keçirərkən, 13603,4 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Sonradan iddiaçı tərəfindən 2020-ci il üçün dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, 12531,2 manat gəlir, 10442,6 manat xərc məbləğini qeyd edərək 2020-ci il üçün 417,71 manat mənfəət vergisi bəyan etmişdir. Cavabdeh tərəfindən vergi yoxlaması zamanı 2020-ci ildə təqdim edilmiş 12531,2 manat dəyərində elektron qaimə-fakturalar müvafiq dövr üçün gəlir kimi nəzərə alınaraq 2020-ci il üçün 208,8 manat əlavə mənfəət vergisi məbləği hesablanmışdır. İddiaçı Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li qərarının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli qərarının və İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 19 dekabr 2023-cü il tarixli qərardadı ilə, "xxxx" MMC-nin cаvаbdеh cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı" Cavabdeh1 24 fevral 2023-cü il tarixli, 11 №-li qərarını və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********282200 №-li xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya mənfəət vergisinin 2019-2021-ci illər üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən 1160,29 AZN məbləğin qaytarılması hissəsində iddianın mümkün sayılmaması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinin 11 yanvar 2024-cü il tarixli qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarının ləğv edilməsi təsdiqini tapdığı müəyyən edilmiş, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş idarəsinin xx.xx.2022-ci il tarixli, **********546100 №-li qərarın ləğv edilməsi tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2418/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2418/2024
22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver