Məhkəmə qərarları › İş №2-1(103)-2418/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2418/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2418/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "əlillik dərəcəsinin təyin edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-803/2025 saylı 03 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Zaqatala Rayon Mərkəzi Xəstəxana tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si R00128277YHE, göndəriş tarixi xx.xx.2023-cü il) göndərişi verən müəssisədə xx.xx.2023cü il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi xx.xx.2021-ci il tarixdən (xroniki; orta ağır) müəyyən edilmişdir. Əsas diaqnoz: S83.2 Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ) Ağırlaşmalar: M24.5 Oynaqların kontrakturası, Hər iki diz oynağının bükücü konturakturası R52.0 Kəskin ağrı, Ağrılı oynaq M23.5 Diz oynağının xroniki qeyri-stabilliyi, Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Ap-ş sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medial meniskektomiya əməliyyatlarından sonrakı vəziyyət. S83.5 Diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması S83.7 Diz oynağının bir neçə elementinin travması, Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi M17.2 İkitərəfli posttravmatik qonartroz, İki tərəfli postravmatik deformasiyaedici qonartroz İV mərhələ R26.2 Başqa rubrikalarda təsnif olunmayan yerin çətinləşməsi, dayaq hərəkət funksiyasının pozulması. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ). Diz oynağının bir neçə elementinin tramvası, hər iki diz oynağının ön və arxa çarpaz bağları yan bağlarının tamlığının poz-nın hər iki medial nenisklərin yltlğı ilə müştərək rast gəlinməsi diaqnozu ilə qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 18041/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin oktyabr ayından xx.xx.2023-cü il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixdə xidməti vəzifələrinin icrası zamanı travma almışdır. Aldığı travma ilə əlaqədar aparılmış müalicələr nəticə verməmiş və DSX Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 1596 №-li qərarına əsasən “Sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlıdır” hesab olnaraq “xəstəliyə görə” maddəsi ilə ehtiyata buraxılmış (Diaqnoz: 1) (S83.7) Hər iki diz oynağının medial meniskinin arxa buynuzunun Grade İİİ yırtığına görə xx.xx.2021-ci il tarixdə aparılmış (Z98.8) “Sol diz oynağının artroskopik meniskektomiyası” və xx.xx.2022-ci il tarixdə aparılmış (Z98.8) “Sağ diz oynağının medial meniskinin arxa buynuzunun açıq üsulla rezeksiyası” cərrahi əməliyyatlarından sonrakı vəziyyət, (M23.2) ön və arxa çarpaz, medial və lateral kollateral bağların tamlığının pozulması, funksiyaların mülayim dərəcədə pozulması ilə. 2) (K76.0) Qaraciyərin piy distrofiyası.) Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası TƏBİB “Azərbaycan X3 və Ortopediya” İnstitutu publik hüquqi şəxsdə müayinə olunmuş və ona “Hər iki diz oynağının travmasından sonrakı vəziyyəti, Hər iki diz oynağı medikal mediskinin Graddle 3 yırtığı. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması. Hər iki diz oynağının qeyri stabilliyi. Ağrılı oynaq. Hər iki diz oynağının İV mərhələ deformasiyası qalıcı qol artrozu kəskin 1-ci, hər iki aşağı oynağın hərəkət funksiyasının pozğunluğu, yerişin çətinləşməsi” - xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək TƏBİB-nin X6 müalicədə olmuşdur. Diaqnoz: Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti və.s. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qax RMX-da müalicədə olmuş (diaqnoz: iki tərəfli postravmatik qonartroz medikal mediksin ektomiyası və. s.), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə Qax RMX-da müalicədə olmuşdur: Diaqnoz: Hər iki dizin defektiv postravmatik qonartrozu, 4-cü mərhələ 2-ci dərəcəli və.s. Səhiyyə Nazirliyinin Azərbaycan X3 və Ortopediya İnstitutu publik hüquqi şəxsdə müayinədə olmuşdur. Diaqnoz: Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti hər iki diz oynağının medikal meniskinin Gradle 3 yırtığı və.s. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Respublika Klinik Xəstəxanasında müayinə və müalicədə olmuşdur. Diaqnoz: Bel-oma fəqərələrinin disklərin radinulopatyası. Aşağı ərtafların paraparizi. Gərginlik baş ağrısı. Diz qapağının dislokasiyası artrozkopyanın menisktopiyası cərrahı əməliyyatdan sonrakı vəziyyət. Diz oynaqlarının ön və arxa xaçabənzər bağının gərilməsi. Hər iki diz oynağının kontrakturası çanaq oynaq funksiyası ləngimə tipli pozulması. Müalicələrdən sonra ona əlilliyinin təyin olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinika tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilmişdir. Lakin ona əlillik təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbi isə təyin olunmuş diaqnozun əlillik əlaməti təyin etməsi göstərilmişdir. İmtina ilə razı deyil. Cavabdeh tərəfindən ona əlillik qrupu təyin edilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-803/2025 saylı 03 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına dirsəkaltı ağac ilə daxil olmuş, aşağı ətraflarda hərəkət məhdudluğundan və ağrılardan, yuxusuzluqdan, əsəbilikdən şikayətlənmişdir. Daimi olaraq fizioterapiya müalicəsi aldığını söyləmişdir. Müayinə zamanı hər iki diz nahiyəsində əməliyyat çapıqları izlənilmiş, hər iki dizini 180 dərəcə vəziyyətdə saxlayaraq ağrı səbəbi ilə bükməmiş, müayinəyə imkan verməmişdir. Xəstənin hazırkı vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə X3 və Ortopediya İnstitutubna müayinə olunmaq üçün göndəriş verilmişdir. Həmin göndəriş əsasında X3 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Hər iki diz oynağının artroskopik əməliyyatından sonrakı vəziyyət. Hər iki diz oynağının travmadan sonrakı vəziyyəti. Hər iki diz oynağının medial meniskinin Grade 3 yırtığı. Diz oynaqlarının ön, arxa bağlarının, çarpaz bağlarının tamlığının pozulması. Hər iki diz oynağının qeyri-stabilliyi. Ağrılı oynaq. Hər iki diz oynağının deformasiyaedici qonartrozu, bükmə 130˚. Hər iki aşağı ətrafın funksiya pozğunlugu. Yerişin pozulması. Qoltuq ağacı ilə olması. Ağrı sindromu” kimi qeyd olunmuşdur. X3 və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli Diz oynağı rentgenoqrafiyası (sol, iki proyeksiyalı) müayinəsinin nəticəsi “Sol diz oynağının yarığı medialdan daralmışdır. Oynaq səthləri sərtləşmişdir, kirəcləşmişdir. Oynaq kənarları itiləşmişdir, qamış sümüyünün medial platosunun medial kənarında kiçik ölçülü, şəffaf sahə-degenerativ qeyd edilirkistoz dəyişiklik kimi qiymətləndirmək olar. Qonartroz əlamətləri” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək hərəki məhdudluq, kontraktura müəyyən edilməmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçı tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2023-cü ol tarixdə imtina etmişdir. Həmin imtina qərarının iddiaçı tərəfindən nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona əlillik təyin olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. İşə birinci instansiya qaydasında baxılarkən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi üzrə İddiaçı əyani müayinə olunması üçün 01 (bir) ay müddət təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- 5863/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-21942/2024 saylı məktubundan görünür ki, Bakı şəhər sakini İddiaçı əyani müayinə olunması barədə xx.xx.2024-cü il tarixli, 2-1(112)-6344/2024 nömrəli məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra - Agentlik) baxılmışdır. Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “Meniskin təzə cırılması, Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ) diaqnozu ilə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddia tələbi üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “MTE və PAB” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-797/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Zaqatala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00128277YHE saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “S83.2- Meniskin təzə cırılması. Hər iki diz oynağının medial meniskinin yırtığı (Grade İİİ); M24.5- 0ynaqların kontrakturası. Hər iki diz oynağının bükücü kontrakturası; R52.0-Kəskin ağrı. Ağrılı oynaq. M23.5- Diz oynağının xroniki qeyri-stabilliyi. Hər iki diz oynağının mülayim dərəcədə daha çox sağda ifadə olunmuş qeyri stabilliyi. Diz oynağı bağlarının və qığırdağının təzahür edən zədələnməsi. Z98.8-Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyətlər. Aparılmış sol tərəfli endoskopik (xx.xx.2021) və sağ tərəfli (xx.xx.2022) açıq medil meniskektomiya əməliyyatından sonraki vəziyyət. S83.5-DİZ oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının tamlığının pozulması. S83.7- Diz oynağının bir neçə elementinin travması. Hər iki diz oynağının ön və arxa çarpaz bağlarının yan bağlarının poz-nın hər iki medial menisklərin yırtığı ilə müştərək rast gəlinməsi. M17.2- İkitərəfli posttravmatik qonartroz. İki tərəfli posttravmatik deformasiyaedici qonartroz 4 mərhələ. R26.2- Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Dayaq hərəkət funksiyasının ciddi pozulması” diaqnozu suallardakı xəstəliklərlə eynilik təşkil edir və onlara hazırda xəstədə rast gəlinir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (13.4., M17 Qonartroz (diz oynağının artrozu) 13.4.4-ci bəndinə əsasən hər iki diz oynağı qığırdağının təzahür edən zədələnməsi (İV mərhələ qonartroz) 50% - 1 il; 6.1.10-cu bəndinə əsasən Sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29 Xbt kodu ilə müəyyən olunmuşdur. Beləliklə, yuxarıda qeyd edilən müayinələrin nəticələrindən və qanunvericiliyin müvafiq normalarından da görünür ki, birinci instansiya məhkəməsi “XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli göndərişdə (Forma 88) müəyyən edilməsinə, həmin göndərişdə qeyd olunan diaqnozların ekspert rəyində təsdiq edilməsinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən əlilliyin təmin olunmasından imtina olunması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Göründüyü kimi, qeyd edilən ekspert rəyi ilə də iddiaçının barəsində göndərilmiş forma 88-də olan diaqnozlar təsdiqlənmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əziyyət çəkdiyi xəstəliklə bağlı əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 803/2025 saylı 03 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-803/2025 saylı 03 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X7 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar