Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2419/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızının və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair şəxsi məlumatdan müəyyən olunur ki, əlillik altsistemində olan məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona “ümumi xəstəlik” səbəbi ilə müddətsiz üçüncü dərəcəli əlillik təyinatı aparılmışdır.
2. Bakı şəhəri Cavabdeh1 başçısının 162 saylı, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən, İddiaçı 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Paşayev Malik, Paşazadə Şahanə) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və lİİ qrup ümumi əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilmişdir.
3. İddiaçı Bakı şəhəri Cavabdeh1nə xx.xx.2023-cü il tarixli məktubla müraciət edərək ona mənzil verilənədək ailə tərkibi nəzərə alnmaqla Yasamal rayonu ərazisində iki otaqlı mənzildə yaşamaları üçün bazar qiymətinə uyğun kirayə haqqının verilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Cavabdeh1 İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti araşdırılaraq aşağıdakı məzmunda cavab verilmişdir: “Siz Cavabdeh1 başçısının xx.xx.2023-cü il tarixli, 162 nömrəli sərəncamı ilə İİİ qrup ümumi əlillərin güzəştli mənzil uçot siyahısındasınız, sıra nömrəniz 15-dir. Azərbaycan Respublikası Prezidentinin mənzillə təmin olunma ilə bağlı sərəncamları ilə əhatə olunan imtiyazlı şəxslər (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; şəhid ailələri, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; gözdən əlillər) kateqoriyasından hesab olunmadığınızdan, hal-hazırda sizin mənzillə təminatınız mümkün deyildir.
5. Bakı şəhəri Cavabdeh1 xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 162 nömrəli sərəncamı ilə İddiaçı İİİ qrup ümumi əlillərin güzəştli mənzil növbəsinə götürülmüş, bu növbəyə götürülmüş şəxslər dövlət tərəfindən mənzillə təmin olunmamışlar.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li arayışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona sosial kirayə haqqının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı sonradan Bakı İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona mənzil verilənədək kirayə haqqı verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci il təvəllüdlüdir, 25 ildir ailəlidir və Bakı şəhərində yaşayır. 2000-ci ildən bəri ailəsinin mənzillə təmin olunması üçün adiyyatı qurumlara dəfələrlə müraciət etmiş, lakin 23 ildən sonra üçüncü dərəcə əlil kimi mənzil-uçot növbəsinə götürülmüşdür. Ev kirayəsi yüksək olduğu üçün kirayə evdə deyil, qohumlarının evində yaşayırlar. Ailəsinin qeydiyyatı 2011-ci ildən Yasamal Rayon Polis İdarəsinin inzibati binasındadır. Cavabdeh1nə, ailəsinin hal-hazırda yaşayış yeri olmadığını nəzərə almaqla, mənzil verilənədək, müvəqqəti yaşayış yeri ilə təmin olnması üçün etdiyi müraciətinə imtina cavabı verilmişdir. Yasamal Rayon İcra Hakmiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentiyinə, yaşayış yerinin olmadığını, kirayə haqqının verilməsi haqqında sərəncam verilməsi üçün müraciət etmiş, hər iki qurum kirayə haqqı ilə bağlı iddiaçının müraciətinə imtina cavabı vermişdir. Hər iki cavadeh qurum imtinanı onunla əsaslandırmışdır ki, Azərbaycan Resbublikasında yalnız, şəhid ailələrinə, müharibə iştirakçılarna, birinci qrup gözdən əlillərə dövlət tərəfindən güzəştli mənzil verilir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinə münasibətdə qeyri-mümkün hesab edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarına əsasən, iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri:
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildən ailəsinin mənzillə təmin olunması üçün adiyyatı qurumlara dəfələrlə müraciət etmiş, lakin mənzil məsələləri ilə məşğul olan məmurlar müraciətinə məsuliyyətsiz yanaşmışlar. 23 ildən sonra mənzillə bağlı müraciətinə müsbət baxılmış, o, üçüncü dərəcəli əlil-ümumi xəstə kimi mənzil-uçot növbəsinə götürülmüşdir. İddiaçı pandemiyadan əvvəl pis-yaxşı kirayə haqqını ödəyə bilmiş, indi isə ev kirayələməyə imkanı olmadığına görə hər gün bir qohumunun evində gecələyirlər. 22 yaşlı qızı universitet tələbəsidir. Köçəri həyat yaşamaqlarına görə çox əzab çəkir. Ailələrinin qeydiyyatı 2011-ci ildən Yasamal Rayon Polis İdarəsinin inzibati binasındadır. Cavabdeh1nə, ailələrinin hal-hazırda yaşayış yeri olmadığını nəzərə almaqla, mənzil verilənədək, müvəqqəti yaşayış yeri ilə təmin olnmaları üçün etdiyi müraciətinə imtina cavabı verilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmiş, xx.xx.2023-cü ildə iddiası mümkünsüz sayılmışdır. Bu səbəbdən də Bakı şəhəri Cavabdeh1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə yenidən müraciət edərək, Bakı şəhəri Cavabdeh1 və Sosial Xidmətlər Agentliyinin cavabdeh olduqlarını dəqiqləşdirməklə sosial kirayə haqqının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Hakim obyektiv araşdırma aparmadan Cavabdeh1 və Sosial Xidmətlər agentliyinin mövqeyini əsassız olaraq müdafiə edərək iddianı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və Cavabdeh1nə münasibətdə təmin edilməməsi barədə qərar qəbul etmişdir. Məhkəmənin qərarını əsassız və qanunsuz hesab edir. Çünki onun və ailəsinin yaşayış hüquqları ciddi şəkildə pozulur. Bundan əlavə məhkəmə qanunların tətbiqi zamanı da yanlışlığa yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ bəndində deyilir: “dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0.2-ci maddəsində deyilir: “müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Göründüyü kimi vətəndaşları mənzillə, yaxud müvəqqəti yaşayış sahəsi ilə təmin etmək vəzifəsi dövlətin üzərinə düşür. Lakin buna baxmayaraq məhkəmə qərarından anlaşılır ki, yalnız şəhid ailələrinə, müharibə iştirakçılarına, birinci qrup gözdən əlillərə dövlət tərəfindən güzəştli mənzil verilə bilər. İddiaçı isə 3-cü qrup əlil olduğu üçün ona mənzil və kirayə haqqı verilə bilməz. Apellyasiya şikayətinə etirazın dəlilləri:
14. Cavabdehlər apellyasiya şikayətinə qarşı yazılı etirazlarını təqdim etməmişlər. Tərəflərin izahatları
15. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 17.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, cavabdeh Bakı şəhəri Cavabdeh1 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: 19.Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu
20. Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
21. Maddə 1.2. Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
22. Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
23. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir.
24. Maddə 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir.
25. Maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu
26. Maddə 12. 2-ci hissə. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. ... Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu:
27. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
28. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
29. Maddə 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.
30. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
31. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
32. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
34. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
37. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
38. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
39. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
40. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
41. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri
42. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
43. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
45. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Belə ki, inzibati iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Cavabdeh1 başçısının 162 saylı, xx.xx.2023-cü il tarixli sərəncamına əsasən, 3 nəfər ailə tərkibi (özü, həyat yoldaşı Paşayev Malik, Paşazadə Şahanə) ilə yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüş və lİİ qrup ümumi əlillərin güzəştli mənzil-uçot siyahısına daxil edilmiş, bu siyahıda mənzil növbəsi 15-dir.
48. Əliliyi olan şəxs kimi iddiaçı mənzillə təmin edilənədək ona kirayə haqqının ödənilməsini tələb etsə də, yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən, iddiaçı yerli icra hakimiyyəti orqanlarının mənzil uçotuna götürülmüş şəxslərə müvəqqəti kirayə xərclərinin ödəməli olduqları şəxslərin kateqoriyasına aid olmadığından Bakı şəhəri Cavabdeh1 iddiaçıya mənzil kirayəsi haqqının ödənilməsindən imtinası qanunun tələblərinə uyğun olmuşdur. Belə ki, əlilliyi olan şəxslərə yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
49. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddia tələbi ilə yanaşı apellyasiya şikayəti də əsassızdır. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
50. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-1715/2024 saylı qərardadına əsasən İddiaçı apellyasiya şikayəti təmin ediləməyərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
51. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13313/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.