Məhkəmə qərarları › İş №2-1(103)-242/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-242/2022

04.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-242/2022 04.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəmə icraatına 3cü şəxs qismində cəlb olunmaqla “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı, 22.06.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X6 Tədris universitetini bitirməyinə dair 01.04.2019-cu il tarixli THTU 000280 saylı qeydiyyat nömrəli ali təhsil haqqında diplomun Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş daha sonra Şirvan İnzibati Məhkəməsinin 26.01.2021-ci il tarixli, 2-1(120)338/2021 nömrəli qərardadı ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı 31 mart 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2-1(112)-4924/2021 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminat Agentliyi ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı 01 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 29.01.2019-cu il tarixdə X6 Tədris Universiteti bitirmiş, X6 Tədris Universitetini bitirdiyi üçün bir il hərbi xidmətdə olmuşdur. O, X7 Tədris Universitetinini bitirdiyinə dair 01.04.2019-cu il, THTU 000280 qeydiyyat nömrəli ali təhsil haqqında Diplomun Azərbaycan Respublikası ərzisində tanınması barədə elektron ərizə ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, müsabiqədən keçdikdən sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi müraciətilə bağlı elektron məktubla ona müraciət edərək qeyd etmişdir ki, X6 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında O, guya, həmin ölkədə qısa müddət ərzində olduğuna görə diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümükündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il taixli 64 saylı qərarı ilə təsdiq edilmiş, Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi qaydalarının 37-ci bəndində əsasən ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmişdir. O 2013-cü il tarixdə xarici pasport almış, həmin pasportu 2018-ci il tarixdə dəyişərək yenisini almışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi həmin pasportun axırncı bir ilini yoxlayaraq ona imtina məktubu göndərmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı, 22.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı, 22.06.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı Universitetin təhsil normasına uyğun dərslərdə iştirak etmişdir. Tələb olunan müddətin qarşılığında həmin ölkədə nəzərdə tutulmuş müddət ərzində olmuşdur. Dəfələrlə gedib gəlmiş və təhsil proqramını mənimsəmişdir. Müvafiq imtahanları müvəffəqiyyətlə vermişdir. 2018-ci ilin avqust ayında iddiaçı diplom işinin müdafiəsi üçün Gürcüstana getdiyi zaman ona Gürcüstan Təhsil Nazirliyindən bildirirlmişdir ki, O, diplom işinin müdafiəsinə buraxılmır. Çünki iddiaçının 240 krediti tamamlanmır. Buna görə də ona daha 32 gün əlavə olaraq gəlməli olması bildirilmişdir. Bu qaydalar Gürcüstan Respublikasında xarici vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Həmin 32 gün aylara bölünmüş və həmin aylarda dərslərdə iştirak edərək hər ay 1 həftə Universitetdə olmuşdur. Bundan sonra krediti tamamlanmış və diplomun müdafiəsinə buraxılmışdır. Müdafiəni uğurla başa vurduqdan sonra aprel ayının 4-də şəxsən gedərək Gürcüstan Təhsil Nazirliyinin apostili ilə diplomumu almışdır. Aprel ayının 10-u hərbi xidmətə yollanmış və 1 il hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən sonra pandemiya ilə əlaqədar online qaydada diplomu Təhsil Nazirliyinin siteminə yüklmiş və online qaydada müsahibədə iştirak edərək müsahibəni uğurla keçmişdir. Cavabdeh isə gedib-gəlmək müddətinin az olması səbəbindən əsassız olaraq imtina etmişdir. Lakin, iddiaçı Gürcüstan təhsil sisteminin qaydalarına uyğun olaraq dərslərdə iştirak etmiş və imtahanı vermişdir. Bundan əlavə cavabdeh iddiaçının təhsil aldığı ölkədə qısa müddət ərzində olmasını əsas gətirməklə diplomun tanınmasından imtina etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nda şəxsin ali təhsil aldığı dövlətdə hansı müddətdə olubolmamasının yoxlanılması müəyyən edilməmiş və bu hər hansı bir qanunvericiliklə tənzimlənməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 11 iyun 2020-ci il tarixli cavab məktubunda da İddiaçı 2013-2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alındığı bildirilmişdir. Həmin çıxarışdan da görünür ki, iddiaçı 120 dəfə sərhədi Gürcüstana keçib gəlmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı, 22.06.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı, 22.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - X6 Tədris Universiteti MMC tərəfindən 01.04.2019-ci ildə verilmiş THTU 000280 saylı nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı İqtisadiyyat, biznes, və idarəetmə fakültəsinin 26 yanvar 2019-cu il tarixli 02 saylı qərarı ilə Biznesin idarəedilməsi bakalavr akademiklik dərəcəsi verilmişdir. Diplomu dekan Nona Qelitaşvili, rektor Valentina Sağvarelidze imzalanmış, Gürcüstan Ədliyyə Nazirliyinin AHHŞ X3 Agentliyi tərəfindən apostil ilə 24.04.2019-cu il tarixdə təsdiq olunmuşdur. - Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən daxil olmuş 27 sentyabr 2020-ci il tarixli məktubda İddiaçı bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı X6 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında onun həmin ölkədə qısa müddət ərzində olması səbəbindən diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 13 may 2003-cü ii tarixli 64 saylı qərarilə təsdiq edilmiş “Xarici dövlətin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydalarının 3.7 bəndinə əsasən ********** nömrəli müraciəti üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. - X6 Tədris universiteti MMC tərəfindən verilmiş 30.07.2020ci il tarixli 143/03 nömrəli arayışda qeyd edilir ki, İddiaçı 27 fevral 2015-ci ildə (rektorun 18/05 saylı əmri) mobillik qaydasında İqtisad, Biznes və İdarəetmə fakültəsi tərəfindən reallaşdırılmış biznesin təşkili və idarə edilməsi rusdilli bakalavr proqramına qəbul olmuşdur. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən 11 iyun 2020-ci il tarixli İddiaçı ünvanlanmış cavab məktubunda İddiaçı 2013-2019-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumatlar qeydə alındığı bildirilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.3, 44.2-ci maddələrini, ativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş « Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci, bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndini, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 3.6, 3.7-ci maddələrini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 5.5-ci bəndini, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cаvаbdеh Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, X6 Tədris Universiteti tərəfindən verilmiş 01.04.2019-cu il tarixli THTU 000280 nömrəli ali təhsil haqqında diplom üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, «Təhsil haqqında» AR Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.36-cı maddəsinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən nostrifikasiya – təhsil haqqında sənədin ekvivalentliyinin müəyyən edilməsi prosedurudur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 27.4-cü maddəsinin 6 noyabr 2020-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən Xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyaniqiyabiolduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. AR Nazirlər Kabinetinin 117 nömrəli 24 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Baxılan iş üzrə cavabdehin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədlərə və təhsil aİdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Gürcüstan) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Belə ki, həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 Tədris Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Cavabdeh tərəfindən etiraz ərizəsinə əlavə edilmiş Gürcüstan ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminin bazasında 2013-2019-ci illər haqqındakı qeydlərə - Sərhədkeçmə Məlumatına əsasən iddiaçı təhsil aldığı müddət ərzində, 1-ci il-6 ay, 2-ci il 1 ay 14 gün, 3cü il-22 gün, 4-cü il-27 gün, 5-ci il 1 ay 11 gün Gürcüstanda olmuşdur. Belə olan halda X6 Tədris Univeriteti MMC tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldığı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4924/2021 saylı, 22.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar