Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2420/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı1, iddiaçıların nümayəndəsi-vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X14 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X13, X7, X21 və X11 inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “çıxarışların etibarsız hesab edilməsi və qeydlərin ləğv olunması” tələbinə dair iddia inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-818/2022 saylı 21 aprel 2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 06-08 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X13, X7 və X21 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 adına reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.059 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455957 saylı torpaq sahəsinin plan və ölçüsünün; X3 adına reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN 455920 saylı torpaq sahəsinin plan və ölçüsünün; X15 adına reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0,1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN 413950 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar 2006-cı ilin dekabr ayında Sabunçu rayon İcra Hakimiyyətinə Nardaran qəsəbə ərazisindən fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq ayrılması üçün müraciət etmişdilər. Ərizələrinə baxılmış, tələb edilən sənədlər tərəflərindən Sabunçu rayon İcra Hakimiyyətinə Nardaran qəsəbə Nümayəndəliyinə təqdim edilmişdir, Komissiya tərəfindən yoxlanılaraq, Bakı şəhəri XDS-i İK-nin 13/713 saylı xx.xx.1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində ayrılmış həyətyanı torpaq fondundan torpaq ayrılması qərara alınmışdır. Nəticədə, xx.xx.2006-cı ildə X16 Nardaran qəsəbəsi Bağ küçəsi sahə 104a-da 1200 kv. metr torpaq sahəsi, xx.xx.2006-cı ildə isə İddiaçı1 Nardaran qəsəbəsi Bağ küçəsi sahə 104-də 1500 kv. metr torpaq sahəsi ayrılmasına qərar verilmişdir. Bununla bağlı Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə X2 02/891 saylı və 02/911 saylı Çıxarış mövcuddur. Həmin Çıxarışlar qüvvədədir, hər hansı qurum tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab olunmamışdır. Torpaq sahəsini əldə etdikdən sonra tərəflərindən həmin əraziyə hasar çəkilmiş, darvaza qoyulmuş və yaxşılaşdırma işləri aparılmışdır. Bir müddət əraziyə gedib-gəlsələr də, müəyyən səbəblərdən torpağa baş çəkə bilməmişdirlər. Lakin, bu yaxınlarda həmin ərazidə yaşayan ümumi tanışları tərəfindən onlara məlumat verilmişdir ki, həmin torpaqda tikinti işləri aparılır. Dərhal torpaq sahəsinə gedib görmüşdülər ki, faktiki torpaqlarında üçüncü şəxslər tərəfindən tikinti işlərinə başlanılmışdır. Maraqlandıqda məlum olmuşdur ki, 3 nəfər ayrıayrılıqda onlara məxsus torpağı aldıqlarını və reyestr xidmətindən çıxarışlarının olduqlarını bildirmişdir. Çıxarışı onlara təqdim etdikdə isə, onların torpaq sahəsini Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi, X19 sovxozu ərazisindən aldıqları aydın olmuşdur. Onlara ərazinin X19 sovxozuna aidiyyəti olmamasını bildirsələr də, hasarı onların çəkdiklərini desələr də, onlarla razılaşmayaraq onlara həmin yerin göstərilməsini qeyd etmişdirlər. 3-cü şəxslərə verilmiş çıxarışların və torpağa dair plan-ölçülərin etibarsız hesab edilməsi barədə cavabdeh quruma ərizə ilə müraciət etmişdirlər. Cavabdehin onlara ünvanladığı **********55 saylı, 23 fevral 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ƏMDX yalnız mövcud hüququ qeydiyyata almaqda səlahiyyətlidir, onun ləğvi yalnız məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Hesab edirlər ki, cavabdeh təşkilat cavabdehlərə çıxarış və torpaq sahəsinin plan-ölçüsünü verən zaman qanunvericiliyin tələbini pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-818/2022 saylı 21 aprel 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan narazı qalan iddiaçılar ayrı-ayrılıqda apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş eyni məzmunlu apelyasiya şikayətində qeyd edilmişdir ki, iddia tələbinin əsası ilə bağlı birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur ki, iddia qanuni və əsaslıdır. Belə ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyin aparatı tərəfindən qəbul olunmuş xx.xx.2006-cı il tarixli 02/891 №-li qərardan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri XDS-i İK-nin 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində həyətyanı torpaq fondu ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş, Baş plana uyğun hər bir ailəyə 1200 kv. Metr hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması nəzərdə tutulmuşdur. Həyətyanı torpaq sahəsinə ehtiyacı olan vətəndaşlardan bir qrupu həyətyanı torpaq sahəsi almaq üçün tələb olunan sənədləri Sabunçu rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinə təqdim etmişdir. Təqdim olunmuş sənədlər Sabunçu RİH-nin Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin Komissiyası tərəfindən yoxlanılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Sabunçu RİH-nin Nardaran qəsəbəsi üzrə nümayəndəliyi Aparatı qərara almışdır: - Bakı şəhər XDS-i İK-nın 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarını rəhbər tutaraq fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrıldığı nəzərə alınsın; - Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, 13cü küçə, ev 30 mənzil 24-də yaşayan X16 Nardaran qəsəbəsi, Bağ küçəsi sahə 104 ünvanında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılsın. İşin baxılması ərəfəsində məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsindən xx.xx.2021-ci il tarixli **********13 №li və xx.xx.2021-ci il tarixli **********13 №li məktubları ilə təqdim olunmuş sənədlərdən görünür ki, “X19 sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti üzrə 23/İİİ/99-cu il tarixli 074 saylı sərəncamdan çıxarışın surətindən müəyyən olunur ki, vətəndaş X10 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında X19 sovxozunun əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13 mart 1999-cu il tarixli 03 saylı qərarı və 25 mart 1999-cu il tarixli 05 saylı əmri nəzərə alınması; həmin vətəndaşlara verilmiş torpağa fərdi yaşayış evi tikintisinə icazə verilməsi əmr edilmişdir. X19 Sovxozu tərəfindən təsdiq olunmuş aktın surətindən görünür ki, Abşeron rayon İHB-nin 074 saylı 23 mart 1999-cu il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 03 №li 13 mart 1999-cu il tarixli qərarına əsasən vətəndaş X10 ayrılmış torpaq sahəsinin ölçüb sərhədlərinə taxta nişan qoyulduqdan sonra vətəndaş X10 təhvil verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F-1302 №-li çıxarışdan müəyyən olunur ki, Abşeron rayon X19 sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmri ilə Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/İİİ-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/İQ-99-cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Maştağa subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən X10 0,10 hektar fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,059 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 922 nömrəli reyestr kitabının ******* nömrəli vərəqində X8 adına qeydə alınmışdır. “X19 sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti üzrə 23/111/99-cu il tarixli 074 saylı sərəncamdan çıxarışın surətindən müəyyən olunur ki, vətəndaş X18 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında X19 sovxozunun əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13 mart 1999-cu il tarixli 03 saylı qərarı və 25 mart 1999-cu il tarixli 05 saylı əmri nəzərə alınmaqla, vətəndaşa verilmiş torpağa fərdi yaşayış evi tikintisinə icazə verilmişdir. X19 Sovxozu tərəfindən təsdiq olunmuş aktın surətindən görünür ki, Abşeron rayon İHB-nin 074 saylı 23 mart 1999-cu il tarixli sərəncamına əsasən sovxoz həmkarlar təşkilatının 03 №li 13 mart 1999-cu il tarixli qərarına əsasən vətəndaş X18 ayrılmış torpaq sahəsinin ölçüb sərhədlərinə taxta nişan qoyulduqdan sonra vətəndaş X18 təhvil verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli F-417 №-li çıxarışdan müəyyən olunur ki, Abşeron rayon X19 sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmri ilə Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/İİİ-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/İH- 99cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Maştağa subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən X18 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin verilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 907 nömrəli reyestr kitabının 85916 nömrəli vərəqində X15 adına qeydə alınmışdır. “X19 sovxozunun fəhlə və mütəxəssislərinə fərdi yaşayış evləri tikdirmək üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon İcra Hakimiyyəti üzrə 23/İİİ/99cu il tarixli 074 saylı sərəncamdan çıxarışın surətindən müəyyən olunur ki, vətəndaş X4 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi verilməsi haqqında X19 sovxozunun əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13 mart 1999-cu il tarixli 03 saylı qərarı və 25 mart 1999-cu il tarixli 05 saylı əmri nəzərə alınaraq, verilmiş torpaqda fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F-10811 №-li çıxarışa əsasən Abşeron rayon X19 sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmrdən çıxarışdan görünür ki, Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/İİİ-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/İİİ-99-cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Maştağa subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən X4 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 922 nömrəli reyestr kitabının 87442 nömrəli vərəqində X3 adına qeydə alınmışdır. Daşınmaz Əmlakın AN-1 ******* nömrəli 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X21 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa- Subtropik bitkilər sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini X9 müqavilə əsasında satmışdır. Daşınmaz Əmlakın AN-1 ******* nömrəli 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X23 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik bitkilər sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini X9 müqavilə əsasında satmışdır. Daşınmaz Əmlakın AN-1 ******* nömrəli 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik bitkilər sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini X9 müqavilə əsasında satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,259 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 953 nömrəli reyestr kitabının 90581 nömrəli vərəqində X6 adına qeydə alınmışdır. Ən nəhayət məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********69 saylı məktubda göstərilmişdir ki, müraciətdə göstərilmiş, iddia olunan torpaq sahəsi keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmaqla Sabunçu rayonu, Bilgəh qəsəbəsinin inzibati ərazisi daxilində yerləşir. Beləliklə də, birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiq olunmuşdur ki, hazırda mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxslər X21, X13, X4 heç bir aidiyyəti yoxdur. Belə ki, onlar iddiaçı tərəfindən mübahisələndirilmiş torpaq sahəsinin onların mülkiyyətində olmasını məhkəməyə təqdim olunmuş mülkiyyət hüququna dair çıxarışlarla əsaslandırmağa çalışsalar da, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, onların mülkiyyətinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik bitkilər sovxozu ərazisindən torpaq sahəsinin verilməsi rəsmiləşdirilsə də, faktiki olaraq Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən torpaq sahəsi verilmişdir. Üçüncü şəxslər özləri də məhkəməyə təqdim etmiş olduqları xx.xx.2021-ci il tarixli ərizələrində etiraf etmişlər ki, onların faktiki zəbt etdikləri ərazi X12 Sovxozunun ərazisindədir. Halbuki onların adına qeydiyyata alınmış mülkiyyət hüququna dair Çıxarışda onların mülkiyyətində Maştağa-Subtropik bitkilər sovxozu ərazisində torpaq sahəsi olması göstərilmişdir. Bu faktı üçüncü şəxslər məhkəmə tərəfindən müvafiq sorğu verilməmişdən və məhkəmə tərəfindən müəyyən edilməmişdən əvvəl özləri etiraf etmişlər. Bununla da, tam təsdiq olunur ki, üçüncü şəxslərin torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarışlar saxtalaşdırılmış və kobud qanun pozuntusu ilə əldə olunmuşdur. Belə olan halda, həmin Çıxarışlar etibarsız hesab edilməli olduğu halda, birinci instansiya məhkəməsi iddianın mümkünsüz hesab edilməsi ilə bağlı qərardad qəbul etməklə öz işini bitmiş hesab etmişdir. Məhkəmə qərardadını yalnız onunla əsaslandırmışdır ki, iddiaçının subyektiv hüququ mövcud deyildir. Lakin iddiaçının təqdim etmiş olduğu X1 torpaq sahəsi ayrılması ilə bağlı sənədlərlə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçının sahibliyinə verilməklə, hasarlanmış və iddiaçının istifadəsindədir. Qeyd olunan faktlar onu təsdiq edir ki, iddiaçının sahibliyində və istifadəsində olan torpaq sahəsi ilə bağlı qanunsuz yollarla əldə olunmuş mülkiyyət hüququna dair üçüncü şəxslərin çıxarışlarını mübahisələndirməkdə subyektiv hüququ mövcuddur və həmin iddianı qaldırmaqda tam haqlıdır. Bundan əlavə, üçüncü şəxslərin təqdim etdikləri Çıxarışlarla bağlı kifayət qədər qanunsuzluq olması, həmin Çıxarışların reallığı, həqiqəti əks etdirməməsi təsdiq olunduğu halda, məhkəmənin həmin Çıxarışları etibarsız hesab etməsi əvəzinə iddianı mümkünsüz hesab etməsi özü-özlüyündə tam əsassız və qanunsuzdur. Apelyasiya baxışı zamanı İddiaçı1 və iddiaçıların nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X22 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq iş üzrə tərəflərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar üçüncü şəxslərə verilmiş dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və hesab etmişdir ki, hazırki iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 adına reyestr nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.059 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455957 saylı torpaq sahəsinin plan və ölçüsünün; X3 adına reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455920 saylı torpaq sahəsinin plan və ölçüsünün; X15 adına reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN413950 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab ediməsinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli **********69 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2866 nömrəli sərəncamı əsasında Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Abşeron Rayon İcra Hakimiyyətinin istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, o cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudları nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmışdır. Belə ki, müraciətdə göstərilmiş, iddia olunan torpaq sahəsi keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmaqla Sabunçu rayonu, Bilgəh qəsəbəsinin inzibati ərazisi daxilində yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyin aparatı tərəfindən qəbul olunmuş xx.xx.2006-cı il tarixli 02/911 №-li qərardan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri XDS-i İK-nin 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində ayrılmış həyətyanı torpaq fondundan torpaq ayrılması qərara alınmışdır. Nəticədə, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq ünvan 4 ünvanında yaşayan İddiaçı1 Nardaran qəsəbəsi, Bağ küçəsi sahə 104 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 1500 kv. metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyin aparatı tərəfindən qəbul olunmuş xx.xx.2006-cı il tarixli 02/891 №-li qərardan çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri XDS-i İK-nin 13/713 saylı 27 yanvar 1989-cu il tarixli qərarına əsasən fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Nardaran qəsəbəsində ayrılmış həyətyanı torpaq fondundan torpaq ayrılması qərara alınmışdır. Nəticədə, Bakı şəhər İcra Hakimiyyətinin Baş planına uyğun olaraq Bakı şəhəri, Biləcəri qəsəbəsi, 13-cü küçə, ev 30 mənzil 24-də yaşayan X16 Nardaran qəsəbəsi, Bağ küçəsi sahə 104 ünvanında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F-1302 №-li çıxarışdan müəyyən olunur ki, Abşeron rayon X19 sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmri ilə Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/İİİ-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/İİİ-99-cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Maştağa subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən X10 0,10 hektar fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,059 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 922 nömrəli reyestr kitabının ******* nömrəli vərəqində X8 adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F-417 №-li çıxarışdan müəyyən olunur ki, Abşeron rayon X19 sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmri ilə Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/İİİ-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/İİİ-99-cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Maştağa subtropik sovxozunda həyətyyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən X18 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətynı torpaq sahəsinin verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 907 nömrəli reyestr kitabının 85916 nömrəli vərəqində X15 adına qeydə alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli F-10811 №-li çıxarışa əsasən Abşeron rayon X19 sovxozunun 25 mart 1999-cu il tarixli 05 nömrəli əmrdən çıxarışdan görünür ki, Sovxoz əmək kollektivi şurası və fəhlə həmkarlar təşkilatının 13/İİİ-99-cu il tarixli 03 saylı qərarı, Abşeron rayon İcra Hakimiyyətinin 23/İİİ-99-cu il tarixli 074 saylı sərəncamı rəhbər tutularaq Maştağa subtropik sovxozunda həyətyanı torpaq sahəsi verilməsi üçün ayrılmış torpaq sahəsindən X4 0,10 hektar hesabı ilə fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 922 nömrəli reyestr kitabının 87442 nömrəli vərəqində X3 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxouzu ünvanında yerləşən 0,1 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 922 nömrəli reyestr kitabının 87442 nömrəli vərəqində X3 adına qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın AN-1 ******* nömrəli 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X23 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik bitkilər sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini X9 müqavilə əsasında satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın AN-1 ******* nömrəli 23 iyul 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik bitkilər sovxozu ərazisi ünvanında yerləşən ümumi sahəsi 0,1 ha olan torpaq sahəsini X9 müqavilə əsasında satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 Sovxozu ünvanında yerləşən 0,259 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 953 nömrəli reyestr kitabının 90581 nömrəli vərəqində X6 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********69 saylı məktubdan görünür ki, iddia olunan torpaq sahəsi keçmiş Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmaqla Sabunçu rayonu, Bilgəh qəsəbəsinin inzibati ərazisi daxilində yerləşir. Bununla, müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi üçüncü şəxslərin mülkiyyətinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik bitkilər sovxozu ərazisindən torpaq sahəsinin verilməsi kimi rəsmiləşdirilsə də, faktiki olaraq Maştağa Tərəvəzçilik-Südçülük sovxozunun ərazisindən torpaq sahəsi verilmiş və hazırda həmin torpaq sahələri Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyindədir. Həmçinin iş materiallarında olan üçüncü şəxslər tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrində onlara ayrılmış torpaq sahələrinin X12 Sovxozunun ərazisində yerləşdiyini bildirmişlər. Hazırda iddiaçılar onlara ayrılmış torpaq sahələrinin üçüncü şəxslər tərəfindən qanunsuz olaraq zəbt edildiyini bildirərək, üçüncü şəxslərə verilmiş dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab edilməsini tələb edirlər. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmadan iddiaçının hazırki iddianı irəli sürməsi üçün əsası-heç bir subyektiv hüququnun müəyyən olunmadığı əsas gətirilərək iddia mümkün sayılmamışdır. Halbuki, iş materiallarından müəyyən olunur ki, iddiaçılara ayrılmasına əsas olmuş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Nardaran qəsəbəsi üzrə nümayəndəliyin aparatı tərəfindən qəbul olunmuş xx.xx.2006-cı il tarixli 02/911 №-li və xx.xx.2006-cı il tarixli 02/891 №-li qərarları hazırda qüvvədə olmaqla hər hansı qurum tərəfindən ləğv edilməyib, dəyişdirilməyib və ya etibarsız hesab olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddiaçılar və üçüncü şəxslərə ayrılmış torpaq sahələri arasında əlaqənin olub-olmaması (üst-üstə düşüb-düşməməsi) araşdırılmamış və qiymət verilməmişdir. Bundan başqa mübahisələndirilən torpaq sahəsi hazırda Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyində olduğundan birinci instansiya məhkəməsi tərəfindən İcra Hakimiyyətinin mübahisə ilə bağlı fikri öyrənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 87.7.1-ci maddəsinin tələbinə görə inzibati-iqtisadi məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda və həmin Məcəllənin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apelyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən baxılarkən məhkəmə yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmalı və mübahisənin düzgün həllini təmin etməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.7.1, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçıların apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-818/2022 saylı 21 aprel 2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-2420/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2420/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver