Məhkəmə qərarları › İş №2-1(103)-2420/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2420/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2420/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanda İddiaçınə məxsus olan 1197.2 kv.m sahədən ibarət əmlak kompleksinin sökülməsinə görə 3.628.396 manat məbləğində kompensasiyanın və bu məbləğə hesablanmış 20% miqdarında 725.679 manat əlavə haqqın İddiaçınə ödənilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia qismən təmin edilərək, İddiaçınə məxsus ünvan 2 ünvanında yerləşmiş, ümumi sahəsi 1197.2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar 478.880 (dörd yüz yetmiş səkkiz min səkkiz yüz səksən) manat vəsaitin İddiaçınə ödənilməsi öhdəliyinin cavabdeh Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qiymətləndirmə xərci olan 600 manat vəsaitin 200 manat hissəsinin İddiaçındən, 400 manat hissəsi cavabdeh Xətai Rayon İcra Hakimiyyətindən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-452/2023 saylı xx.xx.2023-ci il tarixli qərarının qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, İddiaçı iddiasının tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən baxılmış və kollegiyanın xx.xx.2023-cü il tarixli qərardadları ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs statusunun ləğv edilməsi və İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin mümkün sayılmaması və geri qaytarılması qərara alınmışdır. Hazırda həmin qərardaddan cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırki iş üzrə apelyasiya şikayətinin mümkün hesab edilməməsinə dair xx.xx.2023-cü il tarixli qərardadından kassasiya şikayəti verildiyindən iş baxışdan çıxarılmalı və kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Həmin Məcəllənin 99.2-ci maddəsinə görə məhkəmənin aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilməz: məhkəmə prosesinin aparılması haqqında məhkəmə qərardadlarının (sərəncamlarının); məhkəmə iclasının vaxtının dəyişdirilməsi, təxirə salınması və ya məhkəmə iclasının vaxtı ilə bağlı müəyyən müddətin təyin olunması haqqında məhkəmə qərardadlarının; sübutlar haqqında və ya sübutların cəlb olunması barədə vəsatətlərin rədd edilməsi haqqında məhkəmə qərardadlarının; müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarının; məhkəmə üzvlərinə etirazlar ilə bağlı məhkəmə qərardadlarının; bu Məcəllə ilə müəyyən edilmiş digər hallarda. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair inzibati iş baxışdan çıxarılmalı və kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90 və 99-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 452/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair inzibati iş baxışdan çıxarılsın və kassasiya şikayəti ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar