Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2421/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə. İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1804/2020 saylı 03.09.2020-ci il tarixli qərarından buraxılmış şikayət vermə müddətinin bərpası barədə iddiaçı tərəfindən verilmiş ərizə və apellyasiya şikayəti üzrə mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cаvаbdеh Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 otaqlı, 15 saylı mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin X1 08 sentyabr 2016-cı il tarixli, 2-1(103)-1993/2016 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 saylı 03.09.2020-ci il tarixli qərarı ilə iddia rədd olunmuşdur. İddiaçı 20.08.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində yaranmış problemlərlə bağlı buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi və bərpası ilə bağlı qərar qəbul edilməsini və apellyasiya şikaytinə mahiyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsini müdafiə edərək xəstəliyi üzündən qərardan apellyasiya şikayəti vermək imkanın olmadığını bildirərək, müddətin bərpa olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməməli, müddətin bərpa edilməsindən imtina olunmalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə görə Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarına əlavə olunmuş xəbərnaməli poçt qəbzinə əsasən müəyyən edilir ki, Bakı İnzibati Məhkəməsinin 03.09.2020-ci il tarixli qərarı, 09.10.2020-ci il tarixində rəsmi qaydada iddiaçının ünvanına çatdırılmışdır. İddiaçı isə konkret halda, həmin qərardan apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə (apellyasiya şikayəti əlavə edilməklə) məhkəməyə 20.08.2021-ci il tarixində, yəni, qərarı aldıqdan 10 ay sonra müraciət etmişdir. Başqa sözlə, qərar ona çptdırıldıqdan sonra 30 gün ərzində şikayət verməli olduğu halda, şikayət vermə müddətini 9 ay ötürməklə məhkəməyə müraciət etmişdir. Ərizəsində iddiaçı müddətin buraxılmasını səhhətində yaranmış problemlərlə əlaqədar olduğunu bildirsə də, ona əlavə edilmiş M.A.Topçubaşov adına X3 eprizlərinə əsasən aşağıdakılar müəyyən olunur. -15.01.2018-ci il tarixində stasionar mülicəyə qəbul edilmiş 06.02.2018-ci il tarixində çıxmışdır; -09.02.2018-ci il tarixində stasionar mülicəyə daxil olmuş 19.02.2018-ci il tarixində çıxmışdır; -17.06.2021-ci il tarixində stasionar müalicəyə daxil olmuş 09.07.2021-ci il tarixində çıxmışdır. Birinci iki epikriz iddiaçının hələ məhkəmədə iddia qaldırmadığı dövrə təsadüf edir. Belə ki, iş materialların görünür ki, iddiaçı həmin epikrizəlrin əhatə etdiyi müddətdən, müvafiq olaraq 10 ay və 5 ay sonra, 05.11.2019-cu il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Üçüncü epikrizdən isə göründüyü kimi, 17.06.2021- 09.07.2021 dövrü əhatə edir. Yəni, iddiaçı məhkəmənin qərarının aldığı 09.10.2020-ci il tarixindən 8 ay sonra mülicəyə qəbul olunmuşdur. Həmin 8 ayda isə onun qərardan şikayət verməsinə maneə törədən üzürlü səbəbinin mövcudluğu müəyyən edilmir. «X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Konstitusiya Məhkəməsinin qərarında qeyd olunanlar baxımından, konkret halda, iddiaçının Bakı İnzibati Məhkəməsinin qərarını 09.10.2020-ci il tarixində aldıqdan sonra, 8 ay müddətində (17.06.2021-ci il tarixində mülicəyə qəbul edilənə qədər) apellyasiya şikayəti verməsinə maneçilik törədən inkar olunmaz səbəbləri mövcud olmadığı halda, həmin qərardan 30 günlük şikayət vermə müddütinin buraxılması üzürlü hesab edilməsi istisna olunur. Belə olan təqdirdə onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məgəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 saylı 03.09.2020-ci il tarixli qərarından buraxılmış müddətin bərpa edilməsindən imtina olunması, apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 24, 80, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiаçı İddiaçı müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1804/2020 saylı 03.09.2020-ci il tarixli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina olunsun. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2421/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2421/2021
13.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver