Məhkəmə qərarları › İş №2-1(103)-2421/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2421/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2421/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2421/2023 (Açar sözlər: ” qərarının ləğv edilməsi, iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi”) Bakı şəhəri 18 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsindən, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il məktubundan, siğortaolunanın sosial sığorta stajı və pensiya kapitalı barədə arayışlardan, iddiaçının 814676 nömrəli uçot vərəqəsindən, məcburi dövlət sosial sığorta haqqında sığortaolunan barədə məlumatdan, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından, iddiaçının sosial ödənişləri haqqında sosial arayışdan müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2013-cü ildən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, hazırda əmək pensiyası 978,36 manat məbləğində (244,54 manat əmək pensiyasının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavə 733,82 manatdan ibarət olmaqla) iddiaçıya ödənilir, iddiaçı pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətinə davam etmişdir və Bakı Slavyan Universitetində işlədiyi 2013-cü ildə 806,53 manat, 2014-cü ildə 2046,8 manat, 2015-ci ildə 1961,86 manat, 2016-cı ildə 1561,57 manat, 2017-ci ildə 370,98 manat, Azərbaycan Dillər Universiteti publik hüquqi şəxsində işlədiyi 2017-ci ildə 1117,51 manat, 2018-ci ildə 3192,34 manat, 2019-cu ildə 2941,13 manat, 2020-ci ildə 2412,5 manat, 2021-ci ildə 2348,81 manat, 2022-ci ildə 1620,03 manat, 14 saylı Vəkil Bürosunda işlədiyi 2018-ci ildə 664,14 manat, 2019-cu ildə 1388,94 manat, 2020-ci ildə 845,91 manat, 2021-ci ildə 517,28 manat, 2022-ci ildə 343,61 manat, "xxxx" MMC-də işlədiyi 2022-ci ildə 963,31 manat sığorta haqqını ödəmişdir.İddiaçı xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, iddiaçının məqsədi pensiyasının artırılmasına nail olmaq olmuşdur, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 978,36 manat – iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiya məbləğinə bərabər məbləğdə müəyyən edilmişdir, yəni iddiaçı tərəfindən pensiyaya çıxdıqdan sonra cavabdehə müraciət etdiyi anda 23997,43 manat pensiya kapitalı toplamasına baxmayaraq iddiaçının pensiya məbləğində heç bir artım olmamışdır.

2. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduğu gündən sonra 6 il işlədikdən sonra həmin işlədiyi dövr üzrə topladığı pensiya kapitalı (23997,43 manat) nəzərə alınmaqla pensiyasının yenidən hesablanması, yəni artırılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından göründüyü kimi iddiaçının pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilsə də pensiyanın məbləği qərarda iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiyanın məbləği qədər müəyyən edilmişdir, yəni iddiaçının pensiyasında artım olmamışdır.

3. Cavabdehin etirazına əsasən cavabdeh qeyd edilən halı “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə və habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli qərarının təsviri əsaslandırıcı hissəsinə istinad etməklə iddiaçının pensiyasının sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasının əlavəsinin məbləğinin azaldılması ilə əsaslandırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1966-ci ildə anadan olmuş, 1983-cü ildən əmək fəaliyyəti ilə məşğul olaraq Naxçıvan Politexnik texnikumunda müəllim xx.xx.1990-xx.xx.1994-ci illər, xx.xx.1994-xx.xx.2013-ci illərdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində (sonuncu qeyd edilən tarixdən xidməti ilə əlaqədar pensiyaya çıxmış), xx.xx.2013-xx.xx.2017-ci Bakı Slavyan Universitetində, xx.xx.2017-ci il tarixdən Azərbaycan Dillər Universitetində müxtəlif vəzifələrdə çalışmaqla 23997,43 manat pensiya sığorta kapitalı toplanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına edilmiş müraciətə xx.xx.2022-ci il tarixli **********8 saylı cavabda qeyd edilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətlərının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyat keçirilir. "Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə əsasən "bu Qanunun 20 –ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alsalar) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq ayrıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələr məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Göründüyü kimi heç bir hüquqi məntiqə sığmayan bu yanaşma qəbul edilə bilməz. Eyni zamanda cavabdeh həmin məktubu ilə “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarının möcudluğunu qeyd etməmişdir. İddiaçının sosial arayışından da göründüyü kimi, bu günə qədər onun fərdi şəxsi hesabında 34.987 manat vəsait toplanmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçıya 21 fevral 2013-cü il tarixindən hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 978,36 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi-244,54 manat; qulluq stajına görə əmək pensiyanıza əlavəniz-733,82 manat. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 23997,43 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 23997,43 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 179 (23997,43:179 (65 il-56 il 1 ay=107 ay+(144 ay-72 ay)=134.06 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (244,54 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 378,60 (244,54+134,06) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (733,82 manat) həmin artımlar qədər (134,06 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyanın sığorta hissəsi 378,60 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 599,76 (733,82-134 06) manat təşkil edir. Əlavə olaraq, 1 yanvar 2022-cı il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-97,84 manat maddi yardım ödənilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiа tələbinin təmin edilməsi, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçının istinad etdiyi, 6 il və daha çox işləyən əmək pensiyaçının topladığı pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsi isə əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən indeksləşdirilməsini deyil, fərdi hesabdakı sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını nəzərdə tuturdu ki, hal-hazırda qüvvədə olan redaksiyada bunun artıq pensiyaçının müraciəti əsasında da deyil cavabdeh tərəfindən avtomatlaşdırılmış şəkildə (yəni heç bir halda müvafiq icra hakimiyyətinin qərarı olmadan) aparılması nəzərdə tutulur.

9. Bundan başqa məhkəmə onu da qeyd edir ki, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2 fervral 2022-ci il tarixli qərarında təsviri-əsaslandırıcı hissədə həqiqətən də “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır” ifadəsi mövcuddur.

10. Cavabdehin etirazında istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstituiya Məhkəməsinin Plenumuun 2 fervral 2022-ci il tarixli qərarında xüsusi qeyd edilmişdir ki, pensiyaya çıxdıqdan əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanması imperativ qaydadır.

11. Belə olan halda iddiaçının müraciətinə baxılan və əmək pensiyası hesablanan zaman cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında normaları tətbiq edilməməli olduğu halda tətbiq edilmiş, bu da cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz qanunsuz inzibati akt qəbul edilməsilə nəticələnmişdir.

12. Məhkəmə onu da qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli qanun ilə cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir.

13. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin iddiaçı barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, İİ hissəsinə, İİİ hissəsinə, İV hissəsinə, 71-ci maddəsinin 2-ci hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə, 37.3-cü, 37.3.1.-ci, 37.3- cü, 37.3.1.-ci, 29.1.-ci, 29.1-1.-ci, 29.2.-ci, 29.1-ci, 29.3.-cü, 37.3.1-ci maddəsinə, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Resrublikasının Qanununun 1-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə, 2.0.6-cı maddəsinə, 67.1-ci maddəsinə, 67.2-ci maddəsinə, 67.3-cü maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29cu maddəsi əmək pensiyalarının müvafiq icra hakimiyyətinin qərarına əsasən əmək pensiyasının istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsi məsələlərini tənzimləyir, indeksləşdirmə haqqında Qanunun 29.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş qərar isə həmin “Əmək pensiyaları haqqında” Qanunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına görə Azərbaycan * Respublikasının Prezidentinin qərarı əsasında aparılır. İddiaçının istinad etdiyi, 6 il və daha çox' işləyən əmək pensiyaçının topladığı pensiya kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını nəzərdə tutan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsi isə əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən indeksləşdirilməsini deyil, fərdi hesabdakı sığorta kapitalına görə pensiyanın yenidən hesablanmasını nəzərdə tuturdu ki, hal-hazırda qüvvədə olan redaksiyada bunun artıq pensiyaçının müraciəti əsasında da deyil cavabdeh tərəfindən avtomatlaşdırılmış şəkildə (yəni heç bir halda müvafiq icra hakimiyyətinin qərarı olmadan) aparılması nəzərdə tutulur, cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149- cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 2 fervral 2022-ci il tarixli qərarında təsviriəsaslandırıcı hissədə həqiqətən də “Əmək pensiyaları haqqında" Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır” ifadəsi mövcuddur. Lakin eyni ilə həmin ifadə ilə yanaşı Konstitusiya Məhkəməsinin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir: “Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Beləliklə məhkəmə qeyd etmişdir ki, belə olan halda iddiaçının müraciətinə baxılan və əmək pensiyası hesablanan zaman cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununu “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında normaları tətbiq edilməməli olduğu halda tətbiq edilmiş, bu da cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz qanunsuz inzibati akt qəbul edilməsilə nəticələnmişdir. Məhkəmə bu əsasla, iddiaçının iddia tələbini əsassız olaraq təmin etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə iddia ərizəsinə etiraza uyğun yazılı etiraz daxil olmuşdur.

c) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının:

26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

21. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:

2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:

1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 37.3-cü maddəsinə əsasən iddiaçının cavabdehə müraciət etdiyi zaman qüvvədə olan redaksiyasına əsasən: “işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; 29.1. Əmək pensiyasının sığorta hissəsi, ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. 29.3. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

23. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Resrublikasının Qanununun:

1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, hazırkı iddianın qaldırılması üçün onun subyektiv hüququ olmuşdur.

28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci ildə cavabdehə müraciət edərək pensiyaya çıxdıqdan sonra qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş etmiş, iddiaçının məqsədi pensiyasının artırılmasına nail olmaq olmuşdur, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarı əsasında iddiaçının pensiyası yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 978,36 manat – iddiaçı cavabdehə pensiyasının yenidən hesablanması barədə müraciət edən gündə aldığı pensiya məbləğinə bərabər məbləğdə müəyyən edilmişdir, yəni iddiaçı tərəfindən pensiyaya çıxdıqdan sonra cavabdehə müraciət etdiyi anda 23997,43 manat pensiya kapitalı toplamasına baxmayaraq iddiaçının pensiya məbləğində heç bir artım olmamışdır.

29. İşinin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə baxılan və əmək pensiyası hesablanan zaman cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun “Əmək pensiyalarının indeksləşdirilməsi” haqqında normaları tətbiq edilməməli olduğu halda tətbiq edilmiş, bu da cavabdeh tərəfindən iddiaçı barədə əlverişsiz qanunsuz inzibati akt qəbul edilməsilə nəticələnmişdir.

30. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli qanun ilə cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir.

31. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı barədə qəbul etdiyi xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilməli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. 32.Nəzərə almaq lazımdır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.(“İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1-ci maddəsi).

33. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1555/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar