Məhkəmə qərarları › İş №2-1(103)-2422/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2422/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2422/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 qızının, İddiaçı Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4099/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 19 yanvar 1979-cu il tarixdə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhlə təyin edilmiş, 03 dekabr 1979cu il tarixdə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhləlikdən azad edilmiş, həmin tarixdən etibarən sovxozda sürücü təyin edilmiş, 28 aprel 1980-cı il tarixdə Zəngilan rayon hərbi komisarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücülükdən azad edilmişdir. İddiaçı 9 noyabr 1982-ci il tarixdə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə-Bartaz sahəsinə sürücü təyin edilmiş, 30 noyabr1985-ci il tarixdə həmin vəzifədən azad olunmuş, 26 noyabr 1985-ci il tarixdə 86 №li Xususi idarədə qazmaçı vəzifəsinə təyin edilmiş, 17.01.1989-cu ildə ixtisara düşmüş, 28 mart 1989-cu il tarixdə X10 2-ci dərəcəli operator vəzifəsinə qəbul edilmiş, 01.08.1991ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmişdir. İddiaçı 01.12.1994-cü il rarixdə “Azərenerqomexanizasiya” idarəsinə 3-cü dərəcə üzrə istiləşdirmə üzrə çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci il tarixdə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1998-ci il tarixdə Sumqayıt mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexində çilingər peşəsinə keçirilmiş, 15.05.2002-ci ildə işdən azad olunmuşdur. 16.05.2002-ci ildə "xxxx" ASC-nin Kran yolları və kompressorları təsərrüfatı sexinin Əli- Bayramlı sahəsinə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 09.02.2009-cu ildə "xxxx" ASC-də 6-cı dərəcəli betonçu vəzifəsinə qəbul edilmiş, 01.06.2009-cu il tarixdə çilingər vəzifəsinə keçirilmiş, 07.08.2019-cu il tarixə qədər müxtəlif dərəcələr üzrə çilingər peşəsində işləmişdir. İddiaçı 14.08.2019-cu ildə "xxxx" MMC-də çilingər vəzifəsinə təyin edilmişdir. İddiaçı cavabdehə müraciət edərək güzəştli şərtlərlə ona pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh heç bir məntiqi əsas göstərmədən iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 20.07.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4099/2021 saylı, 29 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 20.07.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək iddiaçının 28.03.1989-01.04.1997-ci il tarixləri arasındakı dövrü iddiaçının əmək stajına daxil etmək mümkün olmadığından onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az ( 18 il 2 ay) təşkil etdiyini əsas gətirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. - iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10.05.1980-cı il tarixdən 01.07.1982-ci il tarixdək həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 24.12.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, onun Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə araşdırılmışdır. Bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Mərkəzi Filiala təqdim olunan 15 fevral 1979-cu il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 28.03.1989 01.12.1994-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dövlət Dəmir yolu Ordubad sahəsində operator vəzifəsində, 01.12.1994 - 01.04.1997-ci il tarixləri arasındakı dövr ərzində “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsində çilingər peşəsində işləməsi qeyd olunmuşdur. Bundan başqa "xxxx" QSC-nin 8 nömrəli Saatlı yol Sahəsinin 04.06.2019-cu il tarixli 219 nömrəli arayışında 04.01.1994 05.01.1995-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə yol mantyoru vəzifəsində işlədiyiniz göstərilmişdir. Qeyd olunan məlumatların və adıçəkilən müəssisələr tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə 09.04.2020-ci il və 06.03.2020-ci il tarixlərində sorğular verilmişdir. Eyni zamanda COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi xüsusi karantin rejimində güzəştli iş stajınızla bağlı hazırda müvafiq yoxlama aparılması mümkün olmaması haqqında 16.04.2020-ci il tarixində Mərkəzi Filial tərəfindən ünvanınıza məktub göndərilmişdir. 09.04.2020-ci il tarixli sorğumuza daxil olmuş müvafiq cavabda “Azərenerjimexanizasiya” idarəsinin Əli-Bayramlı sahəsinin arxiv sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi üçün adıçəkilən müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunuzu təsdiq edəcək hər hansı sənəd aşkar edilmədiyi bildirilmişdir. 06.03.2020-ci il tarixli sorğumuza isə bugünədək heç bir cavab verilməmişdir. Buna görə də 28.03.1989 - 01.04.1997-ci il tarixləri arasındakı dövrü əmək stajınıza daxil etmək mümkün olmadığından Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (18 il 2 ay) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. - "xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X9 26.09.2019-cu il tarixli 28 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 01.08.1991-ci ildən 31.12.1993-cü ilə qədər Azərbaycan Dəmir Yolu X10 qroxotçu (şadaraçı) vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarına müvafiq təsdiq edilmiş siyahıya uyğun olaraq “Özül materialların hasilatı, yenidən emalı və nəql edilməsi” bəndindən şadaraçılar vəzifəsinə uyğun güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Həmin vəzifədə iş stajı 2 il 5 ay təşkil edir. -"xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli saatlı Yol Sahəsinin 04.06.2019cu il tarixli 219 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 04.01.1994-cü il tarixdən Azərbaycan Dəmir Yolunun 8 nömrəli Saatlı yol distansiyasında əmək fəaliyyətinə başlamışdır. 04.01.1994-cü il tarixdən (əmr № 02, 04.01.1994 il) Baş Şirvan məntəqəsinə 1-cü dərəcəli yol mantyoru işinə qəbul edilmişdir. 05.01.1995-ci il tarixdən (əmr № 03, 05.01.1995 il) şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı qərarında təsdiq olunmuş güzəştli şərtlərə görə pensiya hüququna görə istehsalat işçilərinin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən magistral dəmir yolunun əlaqə şəbəkəsinin işçiləri güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. -"xxxx" QSC İnfrastruktur Departamenti 8 nömrəli saatlı Yol Sahəsinin 04.06.2019cu il tarixli 217 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 04.01.1994-ci il tarixdən 05.01.1995-ci il tarixədək Azərbaycan Dəmir yolunun Saatlı yol distansiyasında yol mantyoru vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC “X11 Stansiyası” MMC-nin 27.08.2019-cu il tarixli 20/206/17/138 saylı güzəştli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 02.01.2003-cü ildən (əmr № 02-P-87/47, 03.02.2003-cü il) 06.02.2009-cu ilə kimi “X11 Stansiyası” MMC-nin (Əli Bayramlı DRES-in) Qazan turbin sexinin işini təmin edən mexaniki emalatxana sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri işləmişdir. "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23.01.2007-ci il tarixli Qərarının 24-cü fəsilinə əsasən elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. -"xxxx" QSC İnfrastruktur Departamenti 2 nömrəli X9 31.10.2019-cu il tarixli 29 nömrəli arayışından görünür ki, İddiaçı 28.03.1989-cu ildən 03.05.1989-cu ilə qədər Azərbaycan Dəmir Yolu X14nun Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsində işləmişdir (əmr № 46, 28.03.1989-cu il). 03.05.1989-cu ildən (əmr № 72, 03.05.1989-cu il) həmin zavodun Bartaz sahəsinə operator köməkçisi vəzifəsindən 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə dəyişdirilmişdir. 03.05.1989-cu ildən 01.08.1991-ci ilə qədər 2-ci dərəcəli yol fəhləsi vəzifəsində işləmişdir. -"xxxx" ASC-nin 13.01.2020-ci il tarixli 01-ZP/07 saylı işin xarakteri haqqında arayışından görünür ki, 1961-cı il təvəllüdlü İddiaçı həqiqətən 01.04.1997-ci ildə (əmr № 23a-ş, 13.04.1997-ci il) "xxxx" Dövlət Şirkətinin İstehsalat-təmir müəssisəsinin Qazan və Turbin Avadanlıqlarının Təmiri üzrə Əli- Bayramlı Təmir Mexanikləşdirmə sahəsində çilingər peşəsinə işə qəbul edilmiş, 01.02.1998-ci ildə (əmr №- 57, 04.02.1998-ci il) Qazan turbin avadanlıqlarının təmiri sahəsində 4-cü dərəcəli çilingər dərəcəsi verilmiş, 01.07.2000-ci ildə (əmr №-317, 26.07.2000-ci il) həmin sahədə 5-ci dərəcəli çilingər dərəcəsi verilmiş və 15.05.2002-ci ildə (əmr №-26-Ş, 15.05.2002-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahili ilə) işdən azad edilmişdir. 16.05.2002-ci ildə (əmr №-10-kş, 16.05.2002-ci il) "xxxx"ASC-nin "xxxx" MMC-nin Kran Yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə işə qəbul edilib və 02.01.2003-cü ildə "xxxx"ASC-nin AÜ/193 №-li, 27.12.2003-cü il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq Əli-Bayramlı sahəsinə Qazan və Qazanxana avadanlıqlarının təmiri sahəsinin işçiləri Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon X3 emalatxanasının tabeçiliyinə verilmişdir. 09.02.2009-cu ildə (əmr № 25/8-kş, 16.02.2009-cu il) "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin Şirvan 3 №-li Tikinti sahəsinə 6-cı dərəcəli betonçu peşəsinə işə qəbul edilib, 01.06.2009-cu ildə (əmr №- 79/8a-kş, 01.06.2009-cu il) həmin sahədə 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 14.09.2011-ci ildə (əmr №-139/8-kş, 09.09.2011-ci il ) Mexaniki Avadanlığın və Metalkonstruksiyalarının quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 07.08.2019-cu ilədək X7 Tikinti sahəsində, 1 №-li Tikinti İdarəsində, 2 Sayli Tikinti Quraşdırma Sahəsində. 1 Saylı Tikinti Quraşdırma Sahəsində quraşdırıcı çilingər peşəsində işləmiş və 07.08.2019-cu ildə (əmr № 20/44-irş, 07.08.2019-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü fəslinə əsasən X4 və Qazanxana avadanlıqlarının təmiri üzrə çilingərlərin işi (İddiaçı əmək fəaliyyəti 01.04.1997-ci ildən 02.01.2003-cü ildək dövrü əhatə edir) bilavasitə zərərli əmək şəraitində işləyən peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 06 il, 08 ay, 26 gün təşkil edir. "xxxx" ASC-nin 30.05.2019-cu il tarixli 01-ZP/431 saylı güzəştli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.04.1997-ci ildən (əmr № 23a-ş, 13.04.1997-ci il) 15.05.2002-ci ilədək (əmr № 26-ş, 15.05.2002-ci il) “Azərenerji" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Əli-Bayramlı Təmir Mexanikləşdirmə sahəsində və Sumqayıt Mexaniki yığma və boruəymə sahəsində Qazan və Turbin Avadanlıqlarının təmiri üzrə çilingər, 09.02.2009-cu ildən (əmr № 25/8-kş, 16.02.2009-cu il) hal-hazırkı dövrədək "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 Saylı Tikinti sahəsində betonçu, “Cənub Layihə”nin və Lerik tikinti sahəsində quraşdırıcı çilingər, Mexaniki, Hidrotexniki və X1 sahəsində quraşdırıcı çilingər, X2 və Təmiri İdarəsinin Turbin Avadanlıqlarının Quraşdırılması sexində quraşdırıcı çilingər və 1 Saylı Tikinti Quraşdırma Sahəsinin Quraşdırma bölməsində quraşdırıcı çilingər işləmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li Qərarının 24-cü və 29cu fəsillərinə əsasən X4xana, turbin (buxar-qaz turbini) avadanlıqlarının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin və xidmət edən çilingərlərin və Bina, qurğu və digər obyektlərin inşası, qurulması, texniki təchizati, bərpası və təmiri üzrə quraşdırıcı çilingərlərin işi bilavasitə zərərli peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 15 il, 05 ay, 08 gün təşkil edir. Məlumat üçün bildirilmişdir ki, "xxxx" ASC-nin 23.01.2002-ci il tarixli 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin 12.02.2004-cü il tarixli AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 04.03.2005-ci il tarixli AÜ 040№li əmrinə əsasən isə "xxxx" MMC adlandırılmışdır. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin 09.10.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. -İddiaçı məxsus İT-İ seriyalı № ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.01.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhlə təyin edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhləlikdən azad edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda sürücü təyin edilmiş, 28.04.1980-ci ildə Zəngilan rayon hərbi komisarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücü vəzifəsindən azad edilmiş, 09.11.1982-ci ildə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə-Baytar sahəsinə sürücü təyin edilmiş, 30.09.1985-ci ildə sürücü vəzifəsindən azad edilmiş, 26.11.1985-ci ildə 86 №-li Xususi idarə Mincevan 2 saylı prorab məntəqəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, 01.05.1987-ci ildə tarifləşmə ilə əlaqədar olaraq 3-cü ixtisas dərəcəsi verilmişdir, 17.01.1989-cu il tarixdə ştatın ixtisara salınması ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılmış, 28.03.1989-cu ildə X14 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 03.05.1989-cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmiş, 01.12.1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1998-ci il tarixdə Sumqayıt mexaniki yığma və boru əymə sahəsi Təmirmexanikləşdirmə sahəsi ilə birləşib Sumqayıt mexanizasiyalarının təmiri mexaaniki yığma və boru əymə sexi adlandırılmışdır (Əli-Bayramlı sahəsi), bu sahədə qazan və turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsi verilmiş, 01.07.2000-ci ildə həmin sahədə 5-ci dərəcəli çilngər peşəsi verilmiş, 15.05.2002-ci ildə işdən azad olunmuş, 16.05.2002-ci ildə "xxxx" ASC Azərenerjixüsusitəmirsazlama müəssisəsi MMC-də Kran yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə qazan və qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 02.01.2003-cü ildə "xxxx" ASC-nin 27.12.2003-cü il tarixli əmrinin icrası ilə əlaqədar Azərenerjixüsusitəmirsazlama MMC-nin Kran yolları və kompressorlar təsərrüfatının təmiri sexinin Əli-Bayramlı sahəsi Əli-Bayramlı DRES-in tərkibinə daxil olduğu üçün elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri mexaniki emalatxana sahəsinin tabeliyinə verilmiş, 01.08.2006-cı ildə həmin sexdə 6-cı dərəcəli çilingər işinə keçirilmiş, 06.02.2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 09.02.2009-cu ildə "xxxx" ASC-də Sənaye Tİ 3 saylı tikinti sahəsinə (Şirvan) 6-cı dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, 01.06.2009-cu ildə cənub layihəsinin tikinti sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, 14.09.2011-ci ildə həmin layihənin MA və MKQ sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 01.02.2013-cü ildə Sənaye, tikinti və istehsal idarəsinin Lerik quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 12.02.2014-cü ildə Mexaniki, hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 03.02.2014-cü ildə 1 N-li tikinti idarəsi adlandırılmış, 01.05.2014-cü ildə Quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 05.01.2015-ci ildə MAQİ-nin turbin avadanlıqlarrının quraşdırılması sexinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 02.03.2015-ci ildə MAQ və T İdarəsi adlandırılmış, 08.01.2016-cı ildə həmin idarənin 2 saylı İQ sahəsinin quraşdırma bölməsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 08.06.2017-ci ilə həmin idarənin həmin sahəsinin quraşdırma bölməsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 03.07.2017-ci ildə həmin idarənin 1 saylı İQ sahəsinin quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 07.08.2019-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 11.08.2019-cu ildə "xxxx" MMC-nin Quraşdırma Sazlama İdarəsinə çilingər vəzifəsinə təyin edilmiş, 01.10.2019-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 02.10.2019-cu ildə "xxxx" ASC "xxxx" MMC-də ES üzrə avadanlıqların təmiri, quraşdırılması və saxlanması idarəsi, modul tipli ES-də mexaniki avadanlıqlar üzrə təmirquraşdırma və sazlama xidmətinə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanuni və əsaslı hesab etməyərək iddia tələbinin təmin edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajını mübahisələndirməmiş, yalnız onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 2 ay) olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Lakin iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı 10.05.1980-ci ildən 01.07.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 19.01.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhlə təyin edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda 1 №-li briqadada fəhləlikdən azad edilmiş, 03.12.1979-cu ildə Bartaz 26 Komissar üzümçülük sovxozunda sürücü təyin edilmiş, 28.04.1980-ci ildə Zəngilan rayon hərbi komisarlığının göndərişi əsasında hərbi xidmətə getmiş, ona görə də sürücü vəzifəsindən azad edilmiş, 09.11.1982-ci ildə Zəngilan heyvan xəstəlikləri ilə mübarizə stansiyasında Çöpədərə Baytar sahəsinə sürücü təyin edilmiş, 30.09.1985-ci ildə sürücü vəzifəsindən azad edilmiş, 26.11.1985-ci ildə 86 №-li Xususi idarə Mincevan 2 saylı prorab məntəqəsinə 3-cü dərəcəli qazmaçı köməkçisi vəzifəsinə təyin edilmiş, 01.05.1987-ci ildə tarifləşmə ilə əlaqədar olaraq 3-cü ixtisas dərəcəsi verilmiş, 17.01.1989-cu il tarixdə ştatın ixtisara salınması ilə əlaqədar tutduğu vəzifədən kənarlaşdırılmış, 28.03.1989-cu ildə X14 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 03.05.1989cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmiş, 01.12.1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlğının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 01.02.1998-ci il tarixdə Sumqayıt mexaniki yığma və boru əymə sahəsi Təmirmexanikləşdirmə sahəsi ilə birləşib Sumqayıt mexanizasiyalarının təmiri mexaniki yığma və boru əymə sexi adlandırılmış (Əli-Bayramlı sahəsi), bu sahədə qazan və turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsi verilmiş, 01.07.2000-ci ildə həmin sahədə 5-ci dərəcəli çilngər peşəsi verilmiş, 15.05.2002-ci ildə işdən azad olunmuş, 16.05.2002-ci ildə "xxxx" ASC "xxxx" müəssisəsi MMC-də Kran yolları və kompressorlar təsərrüfatı sexinin Əli-Bayramlı sahəsinə qazan və qaz turbin avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli çilingər peşəsinə qəbul edilmiş, 02.01.2003-cü ildə "xxxx" ASC-nin 27.12.2003-cü il tarixli əmrinin icrası ilə əlaqədar "xxxx" MMC-nin Kran yolları və kompressorlar təsərrüfatının təmiri sexinin Əli-Bayramlı sahəsi Əli-Bayramlı DRES-in tərkibinə daxil olduğu üçün elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri mexaniki emalatxana sahəsinin tabeliyinə verilmiş, 01.08.2006-cı ildə həmin sexdə 6-cı dərəcəli çilingər işinə keçirilmiş, 06.02.2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 09.02.2009-cu ildə "xxxx" ASC-də Sənaye Tİ 3 saylı tikinti sahəsinə (Şirvan) 6-cı dərəcəli betonçu vəzifəsinə təyin edilmiş, 01.06.2009-cu ildə cənub layihəsinin tikinti sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər vəzifəsinə keçirilmiş, 14.09.2011-ci ildə həmin layihənin MA və MKQ sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 01.02.2013-cü ildə Sənaye, tikinti və isehsal idarəsinin Lerik quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 12.02.2014-cü ildə Mexaniki, hidrotexniki və elektrik avadanlıqlarının quraşdırılması sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 03.02.2014-cü ildə 1 N-li tikinti idarəsi adlandırılmış, 01.05.2014-cü ildə Quraşdırma sahəsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 05.01.2015-ci ildə MAQİnin turbin avadanlıqlarının quraşdırılması sexinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 02.03.2015-ci ildə MAQ və T İdarəsi adlandırılmış, 08.01.2016-cı ildə həmin idarənin 2 saylı İQ sahəsinin quraşdırma bölməsinə 4-cü dərəcəli quraşdırıcı çilingər keçirilmiş, 08.06.2017-ci ilə həmin idarənin həmin sahəsinin quraşdırma bölməsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 03.07.2017-ci ildə həmin idarənin 1 saylı İQ sahəsinin quraşdırma sahəsinə 5-ci dərəcəli quraşdırıcı çilingər peşəsinə keçirilmiş, 07.08.2019-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 11.08.2019-cu ildə "xxxx" MMC-nin Quraşdırma Sazlama İdarəsinə çilingər vəzifəsinə təyin edilmiş, 01.10.2019-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmiş, 02.10.2019-cu ildə "xxxx" ASC "xxxx" MMCdə ES üzrə avadanlıqların təmiri, quraşdırılması və saxlanması idarəsi, modul tipli ES-də mexaniki avadanlıqlar üzrə təmir-quraşdırma və sazlama xidmətinə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən artıq olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, təqdim edilmiş iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı qeyd edilən dövrlərdə - 28.03.1989-cu ildə X14 Ordubad sahəsində 2-ci dərəcəli operator köməkçisi vəzifəsinə qəbul edilmiş, 03.05.1989-cu ildə Bartaz sahəsində 2-ci dərəcəli yol fəhləsi vəzifəsinə keçirilmiş, 01.08.1991-ci il tarixdə üçüncü dərəcə ilə DSU sexinə qroxotovşik peşəsinə dəyişdirilmiş, 01.12.1994-cü il tarixdə “Aztəmirenerjimexanikləşdirmə” Əli-Bayramlı sahəsində istilik elektrik stansiyalarının boru və qazanxana sexlərinin istilik mexaniki avadanlığının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, 01.04.1997-ci ildə köcürmə yolu ilə Təmirmexanikləşdirmə sexinə (Əli-Bayramlı sahəsi) mexanikləşdirmə üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. Göründüyü kimi müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 20.12.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli olması barədə birinci instansiya məhkəməsi qanunu və əsaslı nəticəyə gəlmişdir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4099/2021 saylı, 29 iyun 2021ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar