Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2422/2023 11.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2048/2023 saylı 01 fevral 2023-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyətinin 578 saylı xx.xx.2001-ci il tarixli “Torpaq sahəsinin mövcud istifadə vəziyyətində təhkim edilməsi haqqında” sərəncamından görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Bünyadov küçəsi, 2578-ci məhəllədə yerləşən Təcrübə-təmir sınaq zavodunun inzibati binası, binanın altındakı və sərəncama əlavə edilmiş sxemdə göstərilən, ona bitişik 1.095 ha olan torpaq sahəsinin mövcud istifadə vəziyyətində Daxili İşlər Nazirliyi Daxili qoşunların balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 177 saylı xx.xx.2020-ci il tarixli torpaq sahəsinin bir hissəsinin addan-ada keçirilməsi haqqında sərəncamından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istifadəsinə verilmiş, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsinin 0.9355 ha hissəsi avtomobil servisi və anbar tikintisi məqsədilə “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilməsi qərara alınmışdır. 1182 saylı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi avtomobil servisi və anbar tikintisi məqsədilə “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə vermişdir. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə MMC-nin icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi üzərində olan icarə hüququnu İddiaçı satmışdır. 707928 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı istifadəsinə verilmiş ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə dair plan və ölçü tərtib edilmişdir. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı xeyrinə yüklü edilmiş ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə iddiaçının icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 1515 saylı xx.xx.2022-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilədən görünür ki, icarəyəverən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 8775.0 kv.m torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsinə paralel yerləşən ərazidə 1 mərtəbəli mövcud ofis binasının memarlıq planlaşdırma həlli "xxxx" MMC tərəfindən tərtib edilmişdir. İddiaçı ona ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********19 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış binasına dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə tam təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir. Sözügedən daşınmaz əmlaka dair yuxarıda qeyd olunan qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Bünyadov küçəsi, 2578-ci məhəllədə, 0.8775 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsi AR DİNnin istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 177 nömrəli addan-ada keçirilməsi haqqında sərəncamına əsasən əvvəlki xx.xx.2001-ci il tarixli, 578 nömrəli sərancamla AR DİN-nin istifadəsinə verilmiş Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 1.095 ha torpaq sahəsinin 0.9355 ha hissəsi avtomobil servisi və anbar tikintisi məqsədilə "xxxx" MMC-nin icarə əsasında isifadəsinə verilərək sonuncunun adına rəsmiləşdirilməsi qərara alınmışdır. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, 226 nömrəli sərəncamı əsasında Dövlət Xidməti ilə “SR Construction Co" MMC arasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 0.8775 ha torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli, 1182 nömrəli müqavilə bağlanaraq avtomobil servisi və anbar tikintisi üçün MMC-nin istifadəsinə verilmişdir. AR ƏMDK yanında DƏDRX həmin torpaq sahəsini qeydiyyata alıb, “SR Construction Co" MMC-nin adına çıxarış vermiş, Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi isə Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Bundan sonra "xxxx" MMC istifadəsində olan 0.8775 ha torpaq sahəsinin icarə hüquqlarını xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. DƏDRX torpaq sahəsini qeydiyyata alaraq iddiaçıya çıxarış vermiş, Xidmətin 1 saylı Bakı Ərazi idarəsi isə Torpaq sahəsinin planı və ölçüsünü tərtib etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli 1515 nömrəli sərəncamı əsasında Dövlət Xidməti ilə iddiaçı arasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 2578-ci məhəllə ünvanında yerləşən 0.8775 ha torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı icarəyə götürdüyü həmin torpaq sahəsində sərəncama uyğun olaraq avtomobil servisi və anbar inşa etdirmişdir və oradan istifadə edir. İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə ərizə ilə müraciət edərək icarəsində olan torpaq sahəsinin özəlləşdirilməsi üçün müvafiq tapşırıq verməsini xahiş etmiş, lakin Xidmət 19 aprel 2022-ci il tarixli, **********27 saylı məktubla bildirmişdir ki, fiziki şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnaməyə uyğun olaraq sənədlər toplusu tam təqdim edildikdən sonra həmin məsələyə baxıla bilər. Bundan sonra ünvan 4 ünvanında 0.8775 ha torpaq sahəsində yerləşən bir mərtəbədən ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarını qeydiyyata alaraq texniki pasportunun tərtib edilməsi və onun adına çıxarışın verilməsinə dair müvafiq Ərazi Xidmətinə lazımi göstəriş veilməsini xahiş etmiş, lakin cavabdeh **********19 saylı, 29 iyun 2022-ci il tarixli məktubla bildirilmişdir ki, qeyri-yaşayış binasına dair qanunvericilikdə nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Cavabdeh bu imtinasında haqlı olmamışdır. Belə ki, təqdim edilən və qanuni qüvvədə olan sənədlərdən görünür ki, inzibati orqanların aktları ilə ünvan 4 ünvanda avtomobil servisi və anbar tikintisi üçün 0.8775 ha torpaq sahəsi ayrılmış və cavabdeh Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi həmin torpaq sahəsinin planı və ölçüsünü tərtib edərək, qeydiyyata alıb onun adına çıxarış vermişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2048/2023 saylı 01 fevral 2023-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununa, Şəhərsalma və Tikinti Məcəlləsinə, Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına istinad edilmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edəərk və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçı qanuni istifadəsində olan 0.8775 ha torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarışın, plan və ölçünün verilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “hüquqmüəyyənedici sənədlərin tam təqdim edilməməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunan imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 79.1.5. bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin; 79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların. 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 101.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən bu Məcəllənin 101.1-ci maddəsində nəzərdə tutulmuş müddəa tikintisinə icazə tələb edilməyən obyektlərə şamil olunmur. Hazırki işdən müəyyən olunur ki, 1182 saylı xx.xx.2021-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi barədə müqaviləyə əsasən ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi avtomobil servisi və anbar tikintisi məqsədilə “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə vermiş, “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsinə MMC-nin icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsindən görünür ki, “SR Construction Co" Məhdud Məsuliyyətli Cəmiyyəti ünvan 3 ünvanında yerləşən 8775.0 kv.m torpaq sahəsi üzərində olan icarə hüququnu İddiaçı satmışdır. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, qeyri-yaşayış sahəsi hüquqmüəyyəndici sənəd və faktiki vəziyyəti eyni olmaqla əsas sahəsi 30 kv.metr, ümumi sahəsi isə 45 kv.metrdir, akta əsasən qeyri-yaşayış binası layihəyə uyğun, əlavə tikili yoxdur. Hazırda iddiaçı qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyriyaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsini tələb edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırki işdə iddiaçı ona ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin tikintisinə və istismarına icazə sənədlərini nə cavabdeh inzibati orqana, nə də məhkəmələrə təqdim etmədiyindən Kollegiya hesab edir ki, iddia əsassızdır və buna görə də düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2048/2023 saylı 01 fevral 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2422/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2422/2023
11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver