Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2422/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər: X12 və X7) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “iddianın mümkünlük şərti”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X12 və X7) qarşı “qeydlərin ləğvi və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində İddiaçı (bundan sonra – iddiaçı) 246 nömrəli BTK-da 2634 saylı bağ sahəsi ayrılmışdır.
2. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2634 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X11 və istismarı Birliyinin 21346 nömrəli xx.xx.2007-ci il tarixli Müqaviləsinə əsasən Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0.12 ha torpaq sahəsi olan 2634 nömrəli bağ X8 verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunur ki, Bakı şəhəri, ünvan xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri, ünvan ni (0.1156 ha ölçüdə) X3. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 Bakı şəhəri, ünvan nin 0.06 ha hissəsini X22 bağışlamışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 Bakı şəhəri, ünvan ni (0.0556 ha ölçüdə) X1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışda qeyd olunur ki, Bakı şəhəri, ünvan ni (0.0556 ha ölçüdə) X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş 246 nömrəli BTK-nın üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
4. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, İddiaçı ilə telefon əlaqəsi zamanı vətəndaş bildirdi ki, bağ sahəsinin yerini tanımır. Bununla bağlı olaraq bağ sahəsinə texniki baxış keçirmək mümkün olmadı. Bağ sahəsinə dair hüquq müəyyənedici sənəd (order və ya. müqavilə) təqdim edilməyib.
5. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2632 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd aşkar edilməmişdir, idarənin arxivində mövcud olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 203 nömrəli, xx.xx.1998- ci il tarixli sərəncam siyahısında İddiaçı adına Mərdəkan, 246 nömrəli BTK, 2634 saylı bağ sahəsi qeyd edilmişdir. Lakin İddiaçı adına ayrılması nəzərdə tutulmuş 2634 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatına əsasən müraciətdə qeyd olunan ərazi 2634R və 2634 saylı bağ sahəsi kimi qeydiyyata alınmışdır
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********36 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, təqdim etdiyiniz Bakı Şəhər İcra Hakimiyyə Başçısının 203 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, torpaq sahəsinin yerini tanımadığınız üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır (torpaq sahəsi istifadənizdə deyil).
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X6 adına rəsmiləşdirilmiş müqavilənin etibarsız hesab edilməsinə, torpaq sahəsinin boşaldılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında yerləşən 2634 saylı bağ sahəsinə dair 3-cü şəxs X6 adına aparılmış qeydlərin ləğv edilməsi və 2634 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1974-cü ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olmuş, hal- hazırda Nərimanov rayonu, Ə.Qayıbov 1 mənzil 26-da qeydiyyatdadır. 1992-ci ildə Yasamal RHK tərəfindən Orduya xidmətə çağırılmış, 1996-cı ildə ordu sıralarından təxris olunmuşdur. 1-ci Qarabağ savaşı iştirakçısıdır. 1998 yanvar- 2017-ci ilin martı ayınadək FHN orqanında çalışmışam. Halhazırda təqaüddədir. Qeydiyyat ünvanı FHN-nin yataqxanasıdır. 2016-cı ildə Nazirliyin göstərişi əsasında verilib. 1997-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinə onun nəzdində Bakı şəhəri X9 imtiyazlı şəxslərin veteran, şəhid ailələri üçün ayrılan bağ sahələrindən iddiaçıya da ayrılması üçün müraciət etmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin sərəncamı ilə xx.xx.1998-ci ildə Mərdəkan qəsəbəsində 12 sot torpaq sahəsi 2634 saylı bağ sahəsi iddiaçıya verilmişdir. İyirmi ildən artıq FHN xidməti dövründə ara sıra torpaq sahəsinə nəzarət etsə də orada tikinti abadlıq işlərinə həm maddi, həm də səhhətilə bağlı başlaya bilməmişdir. Nəhayət, təqaüddə olan vaxt 2022-ci ildə Bakı şəhəri Əmlak Məsələləri Xidmət Mərkəzinə sənədləşmə ilə müraciət etmiş. Həmin vaxt kadastr xidməti vasitəsilə iddiaçının öz yeri bildiyi ərazinin 2635 saylı olduğu üzə çıxmış, iddiaçının qanuni 2634 saylı bağ sahəsi zəbt olunaraq tikinti aparıldığı aydın olmuşdur. İddiaçı bununla bağlı 102 çağrı mərkəzinə zəng edib şikayət etmiş, Xəzər rayon 1-ci Polis Bölməsinə dəvət olunmuş, orada təhqiqatçı X19 apardığı təhqiqat verdiyi sorğuların cavabı olaraq ona aydın olmuşdur ki, hansısa işbazlar əlbir olaraq 2635 saylı bağın (o da müəmmalıdı) sahibi X12 həm pandemiya, həm 2-ci Qarabağ savaşı dövründə gediş gəlişin dövlətin qanuni tələbilə məhdudlaşdırdığı dövrdə vəziyyətdən sui istifadə edərək 2020-ci ildə hansısa yolla guya 2634 və 2635 saylı bağ sahələrinə dair saxta bağlar təsərrüfatına aid Müqavilə təqdim etmişdir. Bu torpaq sahəsi imtiyazlı şəxslər üçün nəzərdə tutulub. Bu hər şəxsə bir torpaq sahəsi bir pay nəzərdə tutulur. Necə ki, şəhidin sığorta haqqı (11000) birdəfə əlillərə bir avtomobil bir mənzil birdəfəlik yardım və sair. Yalnız (çeklərlə) bağlı əlavə Dövlət səviyyəsində 1998-ci ildə Prezident Sərəncamı ilə əlavə imtiyazlı şəxslərə əlavə pay verilməsi pretendt hüququ olub. Bunu sənədləri rəsmiləşdirən orqan ərazinin torpaq sahəsinin sırf imtiyazlı şəxslərçün ayrıldığını bilməmiş deyildi. Hadisələrin gedişi sənədləşmə pandemiya dövrü Asan xidmət notarius xidməti qeydiyyat onlayn evdən kənardan idarə işbazların cinayətinə şərait yaradıb. MİDA ilə bağlı baş verən hadisələrdə Kiber cinayətlərdə buna bir sübutdur. Halhazırda 2635 saylı sahə boşdur. Mənə aid 2634 saylı sahə tikilib. Bunun özü bilərəkdən törədilən hərəkətin sübutudur. Bunun nəticəsi olaraq ona aid olan 2634 saylı sahə saxta sənədlə özünküləşdirilmişdir. Daha sonra həmin sahəni 2021-ci ildə X2. İddiaçının hüquqları kobud surətdə pozulmuş, qanuni torpağı cinayətkarlar tərəfindən özününküləşdirilib. X6 təqdim etdiyi müqavilə saxtadır. Bu məhkəmə qaydasında araşdırılıb etibarsız sayılmalıdır.
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12, xx.xx.2024-cü il tarixli qərardadı ilə isə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
11. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********14 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan ünvanında yerləşən 0.1156 hektar torpaq sahəsi X11 və İstismarı Birliyi ilə Seyidov X24 arasında xx.xx.2007-ci il tarixli 21346 nömrəli müqavilə əsasında xx.xx.2020-ci il tarixdə Seyidov X17 adına dövlət reyestrində qeydiyyata alınmışdır. 4Ə-529 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 2634 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə X15 adına qeydiyyata alınmışdır. Daha sonra 4Ə-842 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli bağışlanma müqaviləsi və notarial qaydada təsdiq edilmiş bölgü sxemi əsasında 2634 saylı bağ sahəsinin 0.06 hektar hissəsi 2634R saylı bağ sahəsi (sonradan bağ evi) kimi xx.xx.2021ci il tarixdə X20 adına qeydiyyata alınmış, daha sonra 4Ə-1697 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi əsasında X16 adına özgəninkiləşdirilmişdir. Qeyd olunan hissə hazırda X16 mülkiyyətindədir. Sözügedən bağ sahəsinin yerdə qalan 0.0556 hektar hissəsi isə 2634 saylı bağ sahəsi kimi X15 mülkiyyətində qalmış və ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, hazırda mülkiyyətindədir. Göründüyü kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun qeydiyyatlar aparılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
12. Üçüncü şəxs X4 yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri, ünvan mənim mülkiyyətimdədir. Mənim mülkiyyət hüquqlarım xx.xx.2023cü il tarixində qeydiyyata alınmışdır (Daşınmaz əmlakın reyestr nömrəsi: **********08; qeydiyyat nömrəsi: **********). Torpaq sahəsinin üzərində tikililərə dair mülkiyyət hüquqlarının tanınması məqsədilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman inzibati orqandan bildirildi ki, mülkiyyətində olan torpaq sahəsinə dair məhkəmə mübahisəsi mövcuddur və üzərində olan tikililərin qeydiyyata alınması mümkün deyildir. Məhkəmə mübahisəsi ilə bağlı inzibati orqan tərəfindən məlumat verildi. Qeyd etmək istəyir ki, mülkiyyətində olan torpaq sahəsini alan zaman hər hansı problemin və ya mübahisənin olmasına dair ona məlumat verilməmişdir. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi notariat ofisində həyata keçirilmiş, bundan sonra daşınmaz əmlaka dair mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tanınmışdır. Onun tərəfindən inzibati mübahisə ilə bağlı 3-cü şəxs qismində cəlb edilməsilə əlaqədar müraciət olunmuşdur. Hazırda mülkiyyət hüquqlarına toxunduğuna görə məhkəmə tərəfindən inzibati mübahisəyə 3-cü şəxs qismində cəlb edilmişdir. Qeyd edilən iş üzrə iş materialları ilə tanış olmuşdur. Hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tamamilə əsassızdır. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli sənəd surətlərinin təqdim olunması barədə Bakı İnzibati Məhkəməsinə ünvanladığı cavab məktubunda bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surəti göndərilmişdir. Həmin akt xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Hazırki inzibati mübahisə üzrə İddiaçı bağ sahəsinin yerinin tanımamasına dair müvafiq qeyd aparılmış, buna görə də texniki baxış keçirmək mümkün olmamışdır. Halbuki xx.xx.2025-ci il tarixində iddiaçı tərəfindən bildirilmişdir ki, həmin torpaq sahəsini tanıyır, müəyyən səbəblərə görə 15-20 il torpaq sahəsinə baş çəkməyi mümkün olmamışdır. Bundan başqa, bildirmək istəyir ki, iddiaçı tərəfindən təqdim edilmiş "bağ sahəsinin yerləşməsinə dair plan-ölçü" ilə onnun mülkiyyətində olan torpaq sahəsi vizual olaraq uyğun gəlmir. Yuxarıdan çəkilən görüntüyə əsasən qeyd etmək istəyir ki, mülkiyyətində olan torpaq sahəsinin ətrafında yaşayan qonşuların torpaq sahələrində yerləşən evlərin yerləşmə yeri də fərqlidir. Bundan başqa, iddiaçı tərəfindən onun adına ayrılması nəzərdə tutulmuş bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd (order) cavabdeh inzibati orqana təqdim olunmamış, həmçinin onun arxivində aşkar olunmamışdır.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırda hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsini naturada cavabdehə təqdim edə bilmədiyindən həmin sahənin mərzçəkmə və inventarlaşdırma işlərinin həyata keçirilməsi, o cümlədən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Beləliklə, iddiaçı qanunvericiliklə tələb olunan bütün sənədləri cavabdehə təqdim etmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur.
15. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
14. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.3. Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. İnzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
29. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
30. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. 31.Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.
32. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Hər bir inzibati iddianın mümkün sayılması üçün:
1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı;
2. iddia bilavasitə tələbə cavab verməli olan subyektə yönəldilməli;
3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2, 35.1).
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
34. Qeyd edilən müddəaların mənasından belə anlaşılır ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır.
35. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə iddianın mümkünlüyünün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilməsi istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
36. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır”
37. Hazırkı işdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: birincisi, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2634 saylı bağ sahəsinə dair 3cü şəxs X6 adına aparılmış qeydin ləğvi, ikincisi isə həmin bağ sahəsinə dair iddiaçının adına mülkiyyət hüququnun reyestrdə qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. 38.İddia tələbinin birinci hissəsi ilə ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. 39.İşin faktiki hallarına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli sərəncamına əsasən qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində İddiaçı 246 nömrəli BTK-da 2634 saylı bağ sahəsi ayrılmışdır.
40. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan bağ massivində yerləşən 2634 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X11 və istismarı Birliyinin 21346 nömrəli xx.xx.2007-ci il tarixli Müqavilə ilə Əzizbəyov rayonunun Mərdəkan ərazisində 0.12 ha torpaq sahəsi olan 2634 nömrəli bağ X8 verilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışda qeyd olunur ki, Bakı şəhəri, ünvan xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X12 Bakı şəhəri, ünvan ni (0.1156 ha ölçüdə) X3. xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X23 Bakı şəhəri, ünvan nin 0.06 ha hissəsini X22 bağışlamışdır. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X23 Bakı şəhəri, ünvan ni (0.0556 ha ölçüdə) X1. Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışda qeyd olunur ki, Bakı şəhəri, ünvan ni (0.0556 ha ölçüdə) X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
41. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş 246 nömrəli BTK-nın üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir.
42. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, İddiaçı ilə telefon əlaqəsi zamanı vətəndaş bildirdi ki, bağ sahəsinin yerini tanımır. Bununla bağlı olaraq bağ sahəsinə texniki baxış keçirmək mümkün olmadı. Bağ sahəsinə dair hüquq müəyyənedici sənəd (order və ya. müqavilə) təqdim edilməyib.
43. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 2632 saylı bağ sahəsinin ayrılmasına dair məlumat və sənəd aşkar edilməmişdir, idarənin arxivində mövcud olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 203 nömrəli, xx.xx.1998- ci il tarixli sərəncam siyahısında İddiaçı adına Mərdəkan, 246 nömrəli BTK, 2634 saylı bağ sahəsi qeyd edilmişdir. Lakin İddiaçı adına ayrılması nəzərdə tutulmuş 2634 saylı bağ sahəsinə dair hüquq müəyyənedici sənəd (order) İdarənin arxivində aşkar olunmamışdır. Vahid elektron kadastr baza məlumatına əsasən müraciətdə qeyd olunan ərazi 2634R və 2634 saylı bağ sahəsi kimi qeydiyyata alınmışdır
44. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********36 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, təqdim etdiyiniz Bakı Şəhər İcra Hakimiyyə başçısının 203 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamında ayrılması nəzərdə tutulmuş torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. Həmçinin, torpaq sahəsinin yerini tanımadığınız üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır (torpaq sahəsi istifadənizdə deyil).
45. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının ləğvini tələb etdiyi reyestr qeydi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X11 və istismarı Birliyinin 21346 nömrəli xx.xx.2007-ci il tarixli Müqaviləsi əsasında aparılmışdır. Həmin müqavilə halhazırda qüvvədədir. Odur ki, iddiaçı ilk öncə həmin müqavilənin ləğvi və ya etibarsızlığı ilə bağlı iddia qaldırmalıdır.
46. Həmçinin, iddiaçı 2634 saylı bağ sahəsi ilə bağlı yalnız müvafiq Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamını cavabdehə təqdim etmiş, bağ sahəsinin ölçüsü və təhvil verilməsini göstərən order və ya müqaviləni təqdim etməmişdir (arxivdə qeyd edilən sənədlər mövcud deyil. Eyni zamanda yeganə hüquqmüəyyənedici sənəd kimi təqdim edilən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında torpaq sahəsinin ölçüsü qeyd edilməmiş, ona ayrılmış torpaq sahəsi faktiki olaraq mərzləşdirməmiş, hasarlama işləri aparmamış, iddiaçı torpaq sahəsinin naturada sərhədlərini göstərə bilməmişdir.
47. Belə ki, işdə olan iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı cavabdehə olan müraciəti əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının surətindən görünür ki, mütəxəssislər tərəfindən İddiaçı ilə telefon əlaqəsi zamanı o, bildirmişdir ki, bağ sahəsinin yerini tanımır.
48. Həmçinin, birinci instansiya məhkəməsində xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı iddiaçı öz izahatında bildirmişdir ki, 2634 nömrəli bağ sahəsi ilə eyni ərazidə yerləşən qonşuları tanımır, 2634 nömrəli bağ sahəsi ilə 2635 nömrəli bağ sahəsi yanaşı yerləşdiyindən 2634 nömrəli bağ sahəsi olmasa da, yanındakı boş təxmin etdiyi 2635 nömrəli bağ sahəsinin onun adına qeydiyyata alınmasını xahiş edir. İddiaçının 2634 nömrəli bağ sahəsinin əvəzinə 2635 nömrəli bağ sahəsini verməsini xahiş etməsi, faktiki sahibliyində bağ torpaq sahəsinin olmadığını və ona ayrılmış olan 2634 nömrəli bağın naturada yerini tanımadığını sübut edir.
49. Əlavə olaraq, Kollegiya qeyd edir ki, iş materiallarına əsasən 2634 nömrəli bağ sahəsi üzərində X6 mülkiyyət hüququna dair qeyd artıq qüvvədə deyil. Belə ki, yuxarıda qeyd edildiyi kimi, həmin bağ sahəsinə dair reyestr qeydi digər şəxslərin adınadır. İddiaçı isə hazırda qüvvədə olmayan, yəni artıq ləğv edilmiş reyestr qeydinin ləğvi ilə bağlı iddia qaldırmışdır. Halbuki, iddia tələbini müvafiq iddia növünə uyğunlaşdırılaraq artıq əhəmiyyətini itirmiş hüquqi nəticənin ləğvini deyil, qanunsuzluğu ilə bağlı iddia qaldırmaq imkanı mövcudduri. Həmin tələb üzrə (qanunsuz sayılma) də cavabdeh inzibati orqana müraciəti iş materialları ilə də sübuta yetirilmir.
50. Beləliklə, artıq hüquqi qüvvədə olmayan daşınmaz əmlaka dair reyestr qeydinin ləğvi heç bir hüquqi nəticə yaratmadığından, daşınmaz əmlakın reyestrində hüquqların ardıcıllığı prinsipi əsasında sonrakı qeyd əvvəlki qeydi hüquqi cəhətdən əvəz etdiyindən (əvvəlki qeyd hüquqi qüvvəsini itirdiyindən) əvvəlki qeydin ayrıca ləğvi texniki və hüquqi baxımından da mümkünsüzdür.
51. Kollegiya iddia tələbinin ikinci hissəsi olan, yəni 2634 nömrəli bağ sahəsinə dair iddiaçının adına mülkiyyət hüquqnun reyestrdə qeydiyyatının aparılması öhdəliyinin cavadehin üzərinə qoyulması ilə bağlı qeyd edir ki, göründüyü kimi, ikinci tələb birinci tələbdən asılıdır. Birinci tələb üzrə iddia mümkün hesab edilmədiyindən, iknci tələb də mümükün hesab edilə bilməz. Belə ki, eyni bağ sahəsi üzrə reyestrdə qeyd qüvvədə olaola həmin torpaq sahəsi üzrə qeydin aparılması mümkünsüzdür. Odur ki, ikinci tələb üzrə də iddia mümkünsüz sayılmalıdır.
52. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən əsaslardan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.