Məhkəmə qərarları › İş №2-1(103)-2423/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2423/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2423/2023 18.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2423/2023 (Açar sözlər: “pensiya məbləğinin ödənilməsi”) Bakı şəhəri 18 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubunda bildirilmişdir ki, araşdırma məlumatına əsasən, əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Nazirlik tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafiq tibbi sosial ekspert komissiyası tərəfindən təkrar müayinə edilərkən sizə xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlillik müəyyən edilmişdir. Əmək pensiyasının ödənişi Qanunun 36.1-ci maddəsinə əsasən 2021-ci ilin 24 noyabr tarixindən bərpa edilmişdir. Qeyd olunanlara əsasən, əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən pensiyanın ötürülmüş müddət üzrə bərpası qanunvericiliyiin tələbləri baxımından mümkün hesab edilir.

2. 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli müayinə barədə məlumatına əsasən təkrar müayinə nəticəsində “Şəkərli diabet, İİ tip ağır forma. İnsulin tələbli. Diabetik retinopatiya. Aşağı ətrafların diabetik angiopatiyası” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

3. Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən xx.xx.2021-ci il tarixdə “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Diabetik polineyropatiya” diaqnozu ilə İddiaçı ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur.

4. Akademik M.A.Topçubaşov adına X4 çıxarış epikrizinə əsasən, 1958-ci il təvəllüdlü İddiaçı son klinik diaqnoz olaraq “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ FS.” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2021-ci il, çıxış tarixi xx.xx.2021-ci ildir. Kontrol müayinə: 2 həftə sonra.

5. Akademik M.A.Topçubaşov adına X4 çıxarış epikrizinə əsasən, 1958-ci il təvəllüdlü İddiaçı son klinik diaqnoz olaraq “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası İİİ FS.” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2019-cu il, çıxış tarixi xx.xx.2019-cu ildir.

6. X5 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2022-ci il tarixli çıxarışına əsasən 1958ci il təvəllüdlü İddiaçı tam diaqnoz olaraq “OD – Yetişmiş katarakta. OS – Psevdafakiya” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2022-ci il, çıxış tarixi xx.xx.2022-ci ildir.

7. Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli epikrizinə əsasən İddiaçı son kilinik diaqnoz olaraq “Şəkərli diabet tip 2. İnsulin tələbli. Çoxsaylı ağırlaşmalar ilə. E11.7” diaqnozu qoyulmuşdur. Xəstənin qəbul tarixi xx.xx.2021- ci il, çıxış tarixi xx.xx.2021-ci ildir.

8. Bakı Respublika Endokrinoloji Mərkəzinin xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən İddiaçı 20 ildir şəkərkli diabetlə xəstədir. 05.03-xx.xx.2021-ci il tarixdə Topçubaşov ad. ECM-də “ÜİX. Gərginlik stenokardiyası 3-cü f.s. qan dövranı çatışmamazlığı 2-ci dərəcə” diaqnozu ilə stasionar müalicə almışdır.

9. Akademik M.A.Topçubaşov adına X4 xx.xx.2021-ci il tarixli ambulator kitabçadan çıxarışına əsasən, 1958-ci il təvəllüdlü İddiaçı əsas xəstəliyin ağırlaşması olaraq üçüncü dərəcə xroniki işemiya diaqnozu qoyulmuşdur. Qeyd olunur ki, 15 ildir şəkərli diabetdən xəstədir.

10. Məhkəmənin sorğusuna əsasən, cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının (Pensiya işi № 403498, Yasamal rayonu) pensiya ödənişinə dair sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir.

11. İddiaçıya ilkin olaraq ümumi xəstəlik səbəbindən “Şəkərli diabet, İİ tip ağır forma. İnsulin tələbli. Diabetik retinopatiya. Aşağı ətrafların diabetik angiopatiyası” diaqnozu ilə xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, növbəti qiymətləndirmə xx.xx.2021-ci il tarixinə təyin edilmişdir. Buna uyğun olaraq iddiaçıya xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək ödənilmişdir. İddiaçının əlillik vəziyyəti xx.xx.2021ci il tarixdə yenidən qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Həmin tarixdən iddiaçının pensiya ödənişi bərpa edilmiş, 2021-ci ilin mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr ayları üçün cavabdeh əmək pensiyasını ödəməkdən imtina etmişdir.

12. Cavabdeh 2021-ci ilin mart ayından noyabr ayınadək olan müddət üçün iddiaçıya pensiya ödəməkdən imtinasını iddiaçının əlilliyinin bitdiyi tarixdən təkrar müəyyən edildiyi tarixədək 6 aydan çox müddətin keçməsi, həmin dövrdə iddiaçının əlillik dərəcəsi mövcud olmaması ilə əsaslandırmışdır.

13. X6 çıxarışa əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz olaraq İİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı əlilliyə görə əmək pensiyasının ödənişi 24 noyabr 2021-ci il tarixindən bərpa edilmişdir.

14. İddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “iddiaçıya xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixdə təkrar olaraq 2-ci dərəcəli əlillik müəyyən olunmuşdur. Növbəti təkrar müayinə tarixi isə xx.xx.2021-ci il müəyyən edilmişdir. Ona ödənilən əlilliyə görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. O, yenidən müayinəyə göndərilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatına əsasən təkrar müayinə əsasında yenidən, müddətsiz olmaqla ikinci dərəcəli əlillik müəyyən olunmuş və əmək pensiyasının ödənişi bərpa edilmişdir. Göründüyü kimi əlilliyə görə əmək pensiyasının ödənilməsində ondan asılı olmayan səbəblərdən 10 aya yaxın fasilə yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2021-ci il tarixli ərizə ilə AR Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra cavabdeh) əmək pensiyasının ötürülmüş müddət üzrə bərpası ilə bağlı müraciət etmişdir. AR Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********9 saylı məktubu ilə əmək pensiyasının ötürülmüş müddət üzrə bərpasının mümkünsüz olduğu bildirilmişdir. Lakin yuxarıda qeyd olunan əsasa görə ərizənin icrasından imtina edilməsi qanunsuz və əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

17. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaya etirazını təqdim edərək göstərmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibibi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının arayışına əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş X8 Sistemindən çıxarışa əsasən xx.xx.2016- cı il tarixdən iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır.İddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üzrə pensiyanın ötürülmüş müddət üzrə bərpası və həmin dövr üçün ödənilməmiş pensiya məbləğlərinin ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulması qərara alınmışdır.

19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2021–ci ilin noyabr ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ tip ağır forma insulin tələbli. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Diabetik polineyropatiya” diaqnozu qoyulmuş və İİ dərəcə əlillik müəyyən edilmişdir.

20. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda çoxsaylı ağırlaşmalar aşkar olunmuş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlilliyi müəyyən edilmişdir. İşdə olan sənədlərdən (Akademik M.A.Topçubaşov adına X4 çıxarış epikrizi, ambulatot kitabçadan çıxarışı, X5 adına Milli Oftalmologiya Mərkəzinin çıxarışı, Respublika Endokrinoloji Mərkəzinin epikrizi və ambulator kitabçadan çıxarışından) aydın olur ki, iddiaçıya həmin dövrlərdə müxtəlif mərkəzlərdə müayinələr aparılmış, əlillik müddəti bitdikdən sonra iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, 6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Beləliklə, cavabdeh imtinasında haqlı olmamış, iddiaçının ötürülmüş dövrdə sağlam olmasını, müddətin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən sənədləri də məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı əlilliyə görə əmək pensiyası iddiaçıya ödənilməlidir.

21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir

22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsinə və İİ hissəsinə, 38-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına və həmin Qanunun 1.0.1-ci maddəsinə, 4.1-ci, 4.1.1.-ci, 4.1.3.-cü, 32.2–ci, 33.1-ci, 36.1–ci, 36.2-ci, 41-ci maddəsinə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə, 3-cü maddəsinə, 3.1.-ci, 3.2.-ci, 3.3.-cü, 3.3-1.-ci maddəsinə, “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə, 2.0.6-cı maddəsinə, 24.1-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi öz qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibbi müəssisə tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2021-ci ilin noyabr ayında ona əvvəlki diaqnoz ilə yanaşı digər ağırlaşmalar və xəstəliklər də əlavə olunaraq “E11.7 İnsulindən asılı olmayan şəkərli diabet. Çoxsaylı ağırlaşmalarla. Şəkərli diabet İİ Tip ağır forma insulin tələbli. Ağırlaşma E11.4 İnsulindən asılı olmayan şəkərli diabet. Nevroloji ağırlaşmalarla. Diabtik polineyropatiya” diaqnozu qoyulmuş və İİ dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçının əlilliyinə səbəb olan xəstəlikləri mübahisəli dövrdə də mövcud olmuş, iddiaçı sağalmamış, əksinə onda çoxsaylı ağırlaşmalar aşkar edilmiş, bunun nəticəsində ona yuxarıda qeyd olunan diaqnoz ilə müddətsiz əlillik təyin edilmişdir.6 ay müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Lakin müvafiq məhkəmə qərarı ilə razılaşmayaraq işin faktiki hallarına əsasən bildirirlər ki, iddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixdə dayandırıldığı və xx.xx.2021-ci il tarixdə yenidən bərpa edildiyi üçün, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə uyğun olaraq əlillik müddətinin təkrar qiymətləndirilməsi üçün nəzərdə tutulan 6 ay müddət ötmüş və bu səbəbdən ona həmin müddətdə ödənilməyən pensiya məbləğinin ödənilməsindən imtina olunmuşdur. Hesab edilir ki, Bakı İnzibati Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2- 1(112)- 1102/2023 nömrəli qərarı aşağıdakı əsaslara görə ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. İddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən nesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 11 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mubalıisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin {Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasında İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədaı əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1 0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi əqli və ya nissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ........ Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti oıqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfi ,dən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.31. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar ........ 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agenti yinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qəra, sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarınа əsasən həyata keçirilir.

.......

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş yermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəıi Qərarı ilə təsdiq edilmiş ‘Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyesTri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayin əsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısi ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır.Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsist mə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ........

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

35. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı xx.xx.2021-ci il tarixdən 24.11 2021-ci il tarixədək ödənilməmiş əlilliyə görə əmək pensiyası məbləğinin ödənilməsinə yönəlmişdir.

36. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, bu qərarın 28-30-cu bəndlərində istinad olunan normalara görə, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (hazırkı mübahisəyə münasibətdə TSEK) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.

37. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır.Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, şəxsin sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə aıınır. Eyni zamanda xəstəlik nəticəsində orqanizmin funksiyalarının sabit və davamlı pozulma dərəcəsindən və intensivliyindən asılı olaraq Tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsə birinci, ikinci və üçüncü dərəcə əlillik müəyyən olunur.

38. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, əlilliyin müəyyən edilməsi şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərarın çıxarılması yolu ilə müəyyən olunur.

39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə xx.xx.2016-cı il tarixdən iddiaçıya ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmiş həmçinin, əlilliyə görə əmək pensiyası təyin edilmişdir.İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tarixdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır.İddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur.

40. Beləliklə iddiaçıya xx.xx.2021-ci il tarixdən yenidən əlilliyin müəyyən edilməsi ilə bağlı qərar qəbul edilmiş və qeyd edilən tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir.

41. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, 10 aydan çox müddətdə təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mubalıisələndirilməmişdir.

42. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.

43. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməsi iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçının cavabdehə qarşı qaldırılmış olduğu iddia tələbində qeyd olunan dövlər üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi tələbi əsaslı sayıla bilməz.

44. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir.

45. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1102/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar