Məhkəmə qərarları › İş №2-1(103)-2423/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2423/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2423/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə (hazırkı adı Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla Baş İdarəsinə (hazırkı adı Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 9,762.97 manat əlavə vergi məbləği hesablanmışdır.

2. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli №**********854100 qərara əsasən (hesabat növü: sadələşmiş vergi, hesabat dövrü 4-cü rüb 2022-ci il) vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 2.666,12 manat vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, sadələşdirilmiş verginin bəyannaməsinin 804-cü "rüb üzrə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın həcmi" (804.1-ci sətirdəki satışdankənar gəlirlər istisna olmaqla) sətri üzrə göstərilən 21352.00 manat məbləğ, bu dövr üzrə onlayn kassa aparatı ilə müəyyən edilmiş 88320.50 manat məbləğindən 66.968,50 manat azdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinə(hazırkı adı Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə) qarşı məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli və xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarların ləğv edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli Qərara əsasən 2022-ci ilin Gəlir vergisi üzrə 9,762.97 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********052800 nömrəli Qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı 2022- ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etmiş, ümumi gəlirini 64402.66 manat bəyan etmiş, lakin xərclərə dair təsdiqedici sənədi olmadığından ödənilməli mənfəət vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş şərti rentabelik normasına əsasən hesablamışdır. Lakin vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2022-ci il üzrə gəlirlərini 64,402.66 manat, xərclərini 4,854.00 manat (o cümlədən, əmək haqqı 3,600.00 manat, sosial sığorta haqları 1,254.00 manat), vergiyə cəlb edilən gəliri 59,548.66 manat, gəlir vergisini isə 11,909.73 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının malların alınmasına dair xərci olduğunu nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdır. Halbuki, iddiaçının xərclərə dair sənədi olmadığından 2022-ci il üzrə Gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmalı idi. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1 = G1 : ( 100 + R) x R. burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. Qaydaların 6.1.3-cü maddəsinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Sadalanan normalardan aydın olur ki, vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda, vergi orqanı ödənilməli olan gəlir vergisini Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1-ci bəndində müəyyən edilmiş düstür əsasında hesablayır. Həmçinin, Vergi Məcəlləsinin 67.14 və 83.19-cu maddələri gəlir və xərcdən hər hansı birini müəyyən etmək mümkün olmadığı halda, gəlir vergisinin Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablanmasını vergi orqanının hüququ kimi yox, vəzifəsi kimi təsbit etmişdir. Qeyd edilənlərə əsasən 2022-ci ilin Gəlir vergisi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən aşağıdakı qaydada hesablanmalıdır: M1 = G1 : ( 100 + R) x R. burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R — şərti rentabellik norması (20 faiz) 2022-ci il: Vergiyə cəlb edilən gəlir = 64,402.66 (100 + 20) / 20 = 10,733.78 manat. Gəlir vergisi: 10,733.78 * 20% = 2,146.76. Göründüyü kimi, iddiaçının ödəməli olduğu gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edərək hesablanmalı idi. Belə ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərc çəkmədiyini göstərmir. Lakin vergi orqanı iddiaçının malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, hər hansı olmadan həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri tanımaqdan imtina edir. Bir sözlə, iddiaçının ödəməli olduğu gəlir vergisi 2022-ci il üzrə 2,146.76 manat olduğu halda, vergi orqanı tərəfindən iddiaçıya əsassız olaraq ümumilikdə 9,762.97 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan başqa iddiaçıya xx.xx.2023-cü il tarixli **********854100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2022-ci ilin 4-cü rübünə Sadələşdirilmiş vergi üzrə 2666.12 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablama ilə bağlı qeyd edir ki, iddiaçı bir haldaki 2022-ci il üzrə Gəlir vergisinin ödəyicisi idi, bu zaman iddiaçıya həmin il üzrə sadələşdirilmiş verginin hesablanması qanunsuz olmuşdur.

5. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi vergi ödəyicisi tərəfindən təqdim edilmiş, 2021-ci ilin 4-cü rübü və 2022-ci ilin yanvar-oktyabr ayları üzrə onlayn NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsaitinə əsasən Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan artıq olduğundan gəlir vergisi üzrə kameral qaydada hesablama aparılmışdır və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair **********189500 nömrəli ƏDV bildirişi göndərilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********604700 nömrəli məktub göndərilmiş, müvafiqtəsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 2022-ci ilin noyabr-dekabr ayları üzrə onlayn nəzarət-kassa aparatı və bank məlumatları əsas götürülməklə 11909,73 manat ((64402,66-4854,00)*20%)) əlavə vergi məbləği hesablanmışdır. Hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********052800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar qəbul edilmişdir. Hesablanmış sadələşdirilmiş vergiyə münasibətdə isə bildirmək istəyirik ki, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsait barədə məlumat əsasən vergi ödəyicisinin dövriyyəsi 209565 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən 2022-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilmiş və bu hal kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri nəzərə alınmaqla yaranmış kənarlaşma ilə bağlı 2666,11 manat (133305,91*2%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********854100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Lakin 2022-ci ilin noyabr ayından etibarən vergi tutulan əməliyyatlarının həcmi vergi qanunvericiliyində nəzərdə tutulan 200000 manat həddini keçdiyindən, vergi ödəyicisinin mükəlləfiyyəti dəyişərək gəlir vergisi olmuşdur. Bu halda sözügedən dövr üzrə gəlir vergisi hesablaması 2022-ci ilin son 2 ayına - noyabr və dekabr aylarına münasibətdə həyata keçirilmişdir. 2022-ci ilin yanvaroktyabr ayları ərzində aparılan əməliyyatlara görə isə əvvəlki qaydada sadələşdirilmiş vergi öhdəliyi davam etmişdir. Beləliklə, iddiaçının qeyd etdiklərinin əksinə, hər iki qərar üzrə vergi məbləğləri qanunamüvafiq qaydada hesablanmışdır.

7. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığına görə vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarxili 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə ediyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Həmin Qaydaların 6.1.1-ci yarımbəndinə əsasən M1 = G1 : ( 100 + R) x R (burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır.) Qaydaların 6.1.3-cü yarımbəndinə əsasən, vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən 2022-ci ilin yanvar-oktyabr ayları üzrə NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsaiti barədə məlumata əsasən vergi ödəyicisinin dövriyyəsi 209565 manat olduğu müəyyən etmiş, vergi ödəyicisinin mükəlləfiyyəti dəyişərək gəlir vergisi olmuşdur. Vergi ödəyicisinin 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri nəzərə alınmaqla yaranmış kənarlaşma ilə bağlı 2666,11 manat (133305,91*2%) əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün məhkəmə tərəfindən həm cavabdehin aidiyyəti qurumuna, həm də "xxxx" MMC-yə sorğular göndərilmişdir. Lakin vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcminin vergi qanunvericiliyində nəzərdə tutulan 200000 manat həddini keçməsi barədə hər hansı sübüt təqdim edilməmişdir. İddiaçı 2022-ci il üzrə Gəlir vergisinin ödəyicisi olduğu təqdirdə, eyni il üzrə barəsində sadələşdirilmiş verginin hesablanması onun hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Beləliklə, mübahisələndirilən xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərar ləğv edilməlidir.

10. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 2512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli iş üzrə qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş, 2021-ci ilin 4-cü rübü və 2022-ci ilin yanvar-oktyabr ayları üzrə onlayn NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsaitinə əsasən Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduğundan gəlir vergisi üzrə kameral qaydada hesablama aparılmış və 10 gün ərzində ƏDV məqsədləri üçün qeydiyyata dair **********189500 nömrəli ƏDV bildirişi göndərilmişdir. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında" xx.xx.2023-ci il tarixli **********604700 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubunun və dəqiqləşdirilmiş bəyannamənin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 2022-ci ilin noyabr-dekabr ayları üzrə onlayn nəzarət-kassa aparatı və bank məlumatları əsas götürülməklə 11.909,73 manat ((64402,66-4854,00)*20%)) əlavə vergi məbləği hesablanmışdır. Hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********052800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Məhkəmə qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, “Dövlət Vergi Xidmətinə edilmiş sorğulara cavab məktubunda zəruri sənədlərin qoşma şəklində təqdim edilməsi qeyd edilsə də, həmin məlumatlar təqdim edilməmişdir”. Bununla bağlı bildiririk ki, sübut qismində tələb olunan həmin sənədlər (Vergi ödəyicisi üzrə kassa əməliyyatları (onlayn kassa) və Bank məlumatlarına əsasən daxil olmuş vəsaitlərin depozit hesabında olan məlumatlarla üzləşdirilməsi haqqında hesabat) aidiyyəti üzrə məhkəməyə xx.xx.2023-cü il tarixli **********860600 nömrəli məktubla təqdim edilmişdir. Hazırda isə həmin sənədlərin yenidən məhkəməyə təqdim edilməsi şikayətə əlavə edilməklə təmin edilir. Həmçinin, məhkəmə qərarının 32-ci bəndində əsassız olaraq qeyd olunmuşdur ki, iddiaçı 2022-ci il üzrə Gəlir vergisinin ödəyicisi olduğu təqdirdə, eyni il üzrə barəsində sadələşdirilmiş verginin hesablanması onun hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Vergi Məcəlləsinin 218.1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər Sadələşdirilmiş verginin ödəyiciləridir. Hesablanmış sadələşdirilmiş vergiyə münasibətdə isə bildirmək istəyirik ki, 2022-ci ilin yanvar-oktyabr ayları üzrə NKA məlumatları (nağd) və KNOWAGE bank informasiya sistemindən alınmış bank hesabına daxil olmuş pul vəsait barədə məlumat əsasən vergi ödəyicisinin dövriyyəsi 209.565 manat olduğu müəyyən edilmişdir. Lakin iddiaçı tərəfindən 2022-ci ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsinin göstəricilərinin azaldılmaqla təqdim edilmiş və bu hal kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinin 2022-ci ilin 1-ci, 2-ci və 3-cü rübü ərzində təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələri nəzərə alınmaqla yaranmış kənarlaşma ilə bağlı 2666,11 manat (133305,91*2%) əlavə vergi məbləği hesablanmışdır. Aparılmış 12. Apellyasiya şikayəti verən şəxsin tələbi 13. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlər Sənədin növü Faylın adı Endir digər sənədlər 3 DÖVLƏT RÜSUMU.pdf Endir digər sənədlər şirxan kassa.pdf Endir digər sənədlər şirxan bank.pdf Endir apellyasiya şikayəti 19_026.pdf Endir əmr Əmr kuratorluq imzalama səlahiyyəti .pdf Endir ərizə Elektron Ərizə.pdf Endir hesablama ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********854100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi vergi uçotuna alınmışdır. Lakin 2022-ci ilin noyabr ayından etibarən vergi tutulan əməliyyatlarının həcmi vergi qanunvericiliyində nəzərdə tutulan 200.000 manat həddini keçdiyindən, vergi ödəyicisinin mükəlləfiyyəti dəyişərək gəlir vergisi olmuşdur. Bu halda sözügedən dövr üzrə gəlir vergisi hesablaması 2022-ci ilin son 2 ayına – noyabr və dekabr aylarına münasibətdə həyata keçirilmişdir. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində aparılan əməliyyatlara görə isə əvvəlki qaydada sadələşdirilmiş vergi öhdəliyi davametmişdir. Göründüyü kimi vergi orqanı tərəfindən hesablanmış 2666,11 manat əlavə sadləşdirilmiş vergi məbləği 2022-ci ilin 4-cü rübünə şamil edilməmişdir. Lakin Məhkəmə əsassız olaraq eyni dövrə yəni, 2022-ci ilin 4-cü rübünə həm sadələşdirilmiş verginin, həm də gəlir vergisinin hesablanmasını vurğulamaqla qərarını əsaslandırmağa çalışmışdır. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildirmək istəyirik ki, Vergi Məcəlləsinin 16-cı maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, habelə qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (gəlirin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Həmin Məcəllənin130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Bildirmək istəyirik ki, şərti rentabellik norması əsasında hesablama aparılması vergi qanunvericiliyində imperativ norma olaraq nəzərdə tutulmamışdır. Başqa sözlə, bu cür hesablama aparmaq inzibati orqanın hüququ kimi təsbit edilmişdir. Analoji iddia tələblərinin təmin edilməsi vergi ödəyiciləri tərəfindən praktikaya çevrilməklə vergitutmanın həyata keçirilməsində gələcək ciddi problemlərə səbəb ola bilər və vergi orqanı bu kimi vergidən yayınma hallarının qarşısının alınması istiqamətində davamlı fəaliyyət göstərməkdədir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək, 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə etirazı təqdim edərək, Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-2512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

d) Prosses iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdiyini, iddiaçının ödəməli olduğu gəlir vergisi AR Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş şərti rentabellik normasını tətbiq edilərək hesablanmalı olduğunu, bundan başqa iddiaçıya xx.xx.2023-cü il tarixli **********854100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 2022-ci ilin 4-cü rübünə sadələşdirilmiş vergi üzrə 2666.12 manat əlavə vergi məbləği hesablandığını, hesablama ilə bağlı iddiaçının 2022-ci il üzrə gəlir vergisinin ödəyicisi olduğu halda, bu zaman iddiaçıya həmin il üzrə sadələşdirilmiş verginin hesablanmasının qanunsuz olduğunu bildirmişdir.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsi:

Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları. 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir.

Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddə 14. Bazar qiyməti 14.6.5. Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır. 14.8. Vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır.

Maddə 23. Vergi orqanlarının hüquqları 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X2ni keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur.

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir.

Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.9-cu maddəsinə əsəsən Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi.

Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarına əsasən təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”

6.1-ci bəndinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında. 6.1.2. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında. 6.1.3. Vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. 6.1.4. Vergi ödəyicisinin mənfəəti çəkilmiş xərclər əsasında şərti üsulla hesablanarkən çəkilmiş xərclərə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq mənfəətin hesablanması məqsədləri üçün gəlirdən çıxılan xərclər aid edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın:

Bənd 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: Bənd 2.1.1. Bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; Bənd 2.1.3. İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); Bənd 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: Bənd 3.1.1. Vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2.İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öztəşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarınınvə ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı (mübahisələndirilən qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı) məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisənin predmetini cavabdehin xx.xx.2023-cü il tarixli **********854100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədədir. İşin hallarına görə, cavabdeh iddiaçıda kameral vergi yoxlaması həyata keçirmiş və yoxlamanın nəticəsi olaraq mübahisələndirilən qərarla iddiaçıya 2022ci ilin gəlir vergisi üzrə 11.909,73 manat əlavə vergi məbləği hesablamışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir və hesab edir ki, qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmuşdur.

30. Belə ki, iddiaçı qeyd edir ki, vergi orqanı həmin dövr üzrə kameral vergi yoxlaması həyata keçirmiş və fərdi sahibkarın 2022-ci il üzrə gəlirlərini 64,402.66 manat, xərclərini 4,854.00 manat (o cümlədən, əmək haqqı 3,600.00 manat, sosial sığorta haqları 1,254.00 manat), vergiyə cəlb edilən gəliri 59,548.66 manat, gəlir vergisini isə 11,909.73 manat müəyyən etmişdir. Başqa sözlə vergi orqanı iddiaçının malların alınmasına dair faktiki olaraq çəkdiyi xərcləri nəzərə almadan, ümumi gəlirinə birbaşa 20 faiz dərəcə ilə gəlir vergisi hesablamışdı.

31. İşə baxan birinci instansiyası məhkəməsi iddia tələbini təmin edərkən göstərmişdir ki, iddiaçının 2022-ci il ərzində müəyyən edilmiş gəliri 64.402,66 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının ödəməli olduğu gəlir vergisi aşağıdakı qaydada hesablanmalıdır: Vergiyə cəlb olunan gəlir: 64.402,66 manat : (100+20) x 20 = 10.733,78 manat, Gəlir vergisi: 10.733,78 manat * 20 faiz = 2.146,76. Beləliklə, iddiaçının vergiyə cəlb edilən gəlirləri 10.733,78 manat olmaqla həmin məbləğdən 20 faiz dərəcə ilə 2146.76 manat gəlir vergisi hesablanmalı idi.

32. İşin hallarından göründüyü kimi hazırkı işdə mövcud mübahisənin yaranmasına səbəb, iddiaçının ödəməli olduğu gəlir vergisinin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx.xx.2001-ci il tarixli 55 saylı qərar ilə təsdiq edilmiş şərti rentabellik norması tətbiq edilmədən, ümumi gəlirə birbaşa 20 faiz dərəcə tətbiq edilməklə hesablanması olmuşdur.

33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xərclərə dair təsdiqedici sənədinin olmaması onun satdığı malların alışına hər hansı xərcinin olmadığını göstərmir. Vergi orqanı iddiaçınını malların təqdim edilməsindən əldə edilən gəlirinin olduğunu qəbul etsə də, həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclərini qəbul etmir və iddiaçıya əsassız olaraq ümumilikdə 9,762.97 manat əlavə vergi məbləği hesablanmışdır.

34. Halbuki, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur və hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 16.1 və 16.2-ci maddələri)

35. Digər tərəfdən, cavabdeh apellyasiya şikayətində iddiaçının 2022-ci ilin noyabr ayından etibarən vergi tutulan əməliyyatlarının həcminin vergi qanunvericiliyində nəzərdə tutulan 200.000 manat həddini keçməsi ilə, vergi ödəyicisinin mükəlləfiyyətinin dəyişərək gəlir vergisi olması halna istinad etsə də, vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcminin vergi qanunvericiliyində nəzərdə tutulan 200000 manat həddini keçməsi barədə hər hansı sübüt təqdim edilməmişdir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı 2022-ci ilin 01 noyabr tarixindən etibarən gəlir vergisinin ödəyicisi olduğu təqdirdə, eyni hesabat dövrü üzrə barəsində sadələşdirilmiş verginin hesablanması onun hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir.

37. Belə ki, cavabdeh vergi orqanı xx.xx.2022-ci il tarixdən iddiaçını məcburi qaydada Əlavə dəyər vergisi məqsədləri üçün qeydiyyata almış və bu hal iddiaçı tərəfindən mübahisələndirilmir.

38. 2022-ci ilin 4-cü rübünün oktyabr-dekabr aylarını əhatə etdiyini, iddiaçının isə noyabr-dekabr aylarında ƏDV-nin və gəlir vergisinin ödəyicisi olduğunu nəzərə alsaq, aydın olur ki, cavabdeh vergi orqanı 2022-ci ilin noyabr-dekabr aylarına sadələşdirilmiş vergi hesablaya bilməzdi.

39. Belə ki, VM-nin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

40. Bundan başqa məhəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində də göstərildiyi kimi, cavabdeh vergi orqanı 2022-ci ilin 4-cü rübünə hesablamanı məhz 2022ci ilin yanvar-oktyabr aylarında aparılmış satış əməliyyatları ilə bağlı həyata keçirmişdir.

41. Halbuki, kameral vergi yoxlaması məhz 2022-ci ilin 4-cü rübü üzrə təqdim edilmiş sadələşdirilmiş vergi bəyannaməsinə münasibətdə həyata keçirilmişdir. Həmin vergi bəyannaməsində isə 2022-ci ilin 4-cü rübü, yəni oktyabr-dekabr aylarında baş vermiş satış əməliyyatları ilə bağlı göstəricilər öz əksini tapmışdır.

42. Vergi Məcəlləsinin 12.1, 221.1, 221.2 və 221.3-cü maddələrinin birgə təhlilinə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi ödəyicisi müvafiq hesabat dövrü (sadələşdirilmiş vergi növünə münasibətdə rüb) üzrə vergi bəyannaməsi təqdim edir və həmin bəyannamədə məhz həmin hesabat dövrü (rüb) ərzində baş tutmuş əməliyyatları əks etdirir.

43. Odur ki, vergi orqanı 2022-ci ilin 4-cü rübü üzrə kameral vergi yoxlaması həyata keçirdiyi və hesablama apardığı zaman, həmin bəyannmənin əhatə etdiyi hesabat dövründə, yəni 2022-ci ilin 4-cü rübü ərzində baş vermiş əməliyyatları əsas götürməlidir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, sadələşdirilmiş vergi bəyannaməsində rüb ərzində baş vermiş əməliyyatlar (satış dövriyyəsi) öz əksini tapdığı halda, cavabdeh vergi orqanı 2022-ci ilin 4-cü rübü üzrə kameral vergi yoxlaması həyata keçirən zaman əsassız olaraq sadəcə həmin rüb ərzində baş vermiş əməliyyatları deyil, 2022-ci ilin yanvar-oktyabr aylarında baş vermiş əməliyyatları əsas götürmüşdür.

45. Başqa sözlə desək, 2022-ci ilin yanvar-oktyabr aylarında baş vermiş əməliyyatlar ilə bağlı kameral vergi yoxlaması məhz 2022-ci ilin 1-3-cü rübləri üzrə sadələşdirilmiş vergi bəyannamələrinin təqdim edildiyi tarixdən 30 iş günü ərzində həyata keçirilməli idi. Göstərilən müddət ötürüldüyü təqdirdə isə müvafiq hesabat dövrləri səyyar vergi yoxlaması ilə yenidən yoxlanıla bilərdi.

46. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixli **********854100 nömrəli qərarının qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur ki, həmin inzibati akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi qoyur. Halbuki, belə hal Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə ziddir.

47. (Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-402/2024 xx.xx.2024-cü il tarixli Qərarında vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etməyin hüquqi nəticələri dəqiq və aydın izah edilmişdir)

48. Eyni zamanda qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin icraatı zamanı, cavabdehin inzibati orqana və "xxxx" MMC-yə göndərilmiş sorğular əsasında vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcminin vergi qanunvericiliyində nəzərdə tutulan 200000 manat həddini keçməsi barədə hər hansı sübut təqdim edilməmişdir.

49. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh obyektiv qərarın qəbulu üçün lazimi həcmdə və həddə inzibati icraat aparmadan vergi hesablamışdır. Bunun da nəticəsində iddiaçıya münasibətdə əsassız vergi hesablanmışdır.

50. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2022-ci il gəlir vergisi bəyannaməsi üzrə 2022-ci ilin noyabr-dekabr ayları üzrə onlayn nəzarət-kassa aparatı və bank məlumatları əsas götürülməklə 11.909,73 manat ((64402,66-4854,00)*20%)) əlavə vergi məbləği hesablanmışdır.

51. Məhkəmə kollegiyası cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh nə bazar qiyməti, nə də Nazirlər Kabinetinin 55 saylı qərarı, nə analoji, nə də ekspert rəyi əsasında vergiləri hesablamamışdır. Bununla bağlı kameral vergi yoxlaması qərarında da belə bir qanuni əsas müəyyən edilmir. Halbuki Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması qərarı əsaslandırılmalı və Vergi Məcəlləsinin müddəalarına istinad edilməklə aparılmalı idi.

52. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, cavabdeh iddiaçıya vergi hesablayarkən həm maddi, həm də prosessual hüquq normalarını pozmuş, bununla da qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir.

53. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

54. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

55. Həmçinin məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda istinad edilən normalar dispozitiv deyil, imperativ normalardır. Yəni normalarda “hesablana bilər” ifadəsindən deyil, “hesablanır” ifadəsindən istifadə edilmişdir. Ona görə də, həmin normaların tətbiqinin vergi orqanının hüququ olması barədə cavabdehin dəlilləri əsassızdır və şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas təşkil etmir.

56. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

57. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2512/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2512/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar