Məhkəmə qərarları › İş №2-1(103)-2424/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2424/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2424/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1915/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İB seriyalı 040324 saylı xx.xx.1983-cü il tarixli diplomun surətindən görünür ki. İddiaçı 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və ona xx.xx.1983-cü ildə mühəndis mexaniki ixtisası verilmişdir. İddiaçıya məxsus İT seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1984-cü ildə Billurzavodda mühəndis-texnoloq vəzifəsinə qəbul edilmiş, xx.xx.1991- ci ildə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə Aznian assosiasiyasının Gəncə filialına baş direktor müavini təyin edilmiş, xx.xx.1993-cü ildə “Orxan” İKF-nin direktoru təyin edilmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir. xx.xx.1995-ci ildə X16 hərəkət xidməti şöbəsinə operator təyin edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.1996-cı ildə X15 UVD Xidmətinə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. xx.xx.2000-ci ildə X13 Qovşağına növbətçi texnik təyin edilmiş, xx.xx.2006-cı ildə Rabitə Qovşağına rabitə mühəndisi vəzifəsinə keçirilmiş, hal hazırda həmin vəzifədə işləyir. "xxxx" QSC-nin “Gəncə” X6 2-49 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən arxiv sənədlərinə əsaslanaraq, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 05 yanvar 2000-ci il tarixli 01/ş nömrəli əmrə əsasən «Gəncə» Hava Limanına rabitə qovşağına növbətçi texnik vəzifəsinə qəbul edilib. xx.xx.2006-cı il tarixindən 13/ş nömrəli Əmrə əsasən Rabitə qovşağının mühəndisi vəzifəsinə keçirilib. Hal-hazırda həmin vəzifədə çalışır. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarının 21.3. Mülki Aviasiya üzrə səhifə 152 əsaslanaraq bütün adlarda Mühəndislər zərərli peşə kimi sayılır. 2002-ci ilin noyabr ayından başlayaraq və 2020-ci ilin may ayına kimi 8% zərərli əmək şəraitində işlədiyi üçün əlavə haqq alıb. "xxxx" Dövlət Konserni "xxxx" Qapalı Səhmdar Cəmiyyəti «Gəncə» X11 adına çevrilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 105 №-li Qərarına əsasən arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Gəncə şəhər Kəpəz rayonu şöbəsinə təqdim etmək üçün verilir. "xxxx" QSC-nin “Gəncə” X6 şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən rabitə mühəndisi vəzifəsində xx.xx.2006- cı ildən hal-hazıra kimi işləyir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri - rabitə mühəndisi kimi yüksəklikdə iqlim şəraitini nəzərə alaraq Rabitə yeraltı kabellərin birləşməsində qurğuşun və qalay tərkibli mufta tətbiq etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 21.3-cü yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 01 iyul 2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) mülki aviasiya bəndində (21.3) müvafiq olaraq bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə “Gəncə” X7 xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Rabitə qovşağında texnik, xx.xx.2006-cı il tarixindən bugünədək Rabitə qovşağında mühəndis vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, Rabitə qovşağında işlədiyiniz texnik və mühəndis vəzifələri yuxarıda göstərilən bütün adlarda aviasiya texnikləri və aviasiya mühəndisləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1995-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Gəncə” X7 rabitə qovşağında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2006-cı il tarixdən isə rabitə qovşağının mühəndisi vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə çalışır. Ümumi iş stajı 40 (qırx) ildən artıqdır. Bunun 15 (on beş) ilini isə “Gəncə” X7 rabitə qovşağında “rabitə qovşağının mühəndisi” vəzifəsində çalışmış və hal-hazırda da həmin vəzifədə işləyir. Hal-hazırda 60 yaşının tamam olmasını, 25 ildən artıq sığorta stajına malik olduğunu və bu müddətin 15 (on beş) ilini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən “əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə” çalışdığını və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını nəzərə almaqla, ona pensiya təyin edilməsi ilə bağlı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) mülki aviasiya bəndində (21.3) müvafiq olaraq bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə “Gəncə” X7 xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Rabitə qovşağında texnik, xx.xx.2006-cı il tarixindən bugünədək Rabitə qovşağında mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun rabitə qovşağında işlədiyi texnik və mühəndis vəzifələri yuxarıda göstərilən bütün adlarda aviasiya texnikləri və aviasiya mühəndisləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1915/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X12 qərarlarını, X12 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş yerindən güzəştli iş stajı barədə arayış təqdim edilməlidir. Arayış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi təqdirdə, məhkəmə İPM-nin 12.1-ci maddəsinə əsasən öz təşəbbüsü ilə arayışı tələb etməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə “Gəncə” X7 xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Rabitə qovşağında texnik, xx.xx.2006-cı il tarixindən bugünədək Rabitə qovşağında mühəndis vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun rabitə qovşağında işlədiyi texnik və mühəndis vəzifələri yuxarıda göstərilən bütün adlarda aviasiya texnikləri və aviasiya mühəndisləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 12/4850 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1995ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda «Gəncə» X7 Rabitə qovşağının mühəndisi vəzifəsində çalışır. «Azəraeronaviqasiya» müəssisəsində xx.xx.1996-cı ildən - xx.xx.2000-ci ilədək çalışdığı hərəkət xidmətin operatoru vəzifəsi və «Gəncə» X7 xx.xx.2000- ci ildən rabitə texniki və rabitə mühəndisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»na daxil deyildir. Qeyd edilənlər nəzərə alınaraq bildirilir ki, İddiaçı əmək funksiyalarında hava gəmilərinə xidmət üzrə heyətə heç bir aidiyyəti yoxdur. "xxxx" QSC-nin təqdim etdiyi məhkəmənin sorğusuna cavabda isə iddiaçının “Gəncə” X7 xx.xx.2000-ci ildən rabitə texniki və rabitə mühəndisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”na daxil olmadığı bildirilmişdir. İşçinin işlədiyi vəzifənin zərərli olması ilə bağlı işəgötürənin bilavasitə arayışı tələb olunduğu halda hazırkı iş üzrə işəgötürən müvafiq müəssisə iddiaçının işlədiyi vəzifələrin zərərli iş hesab edilməsi barədə belə bir güzəştli arayışı təqdim etmir, həmin vəzifənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”na daxil olmadığını bildirir. İşçinin işləmiş olduğu vəzifənin zərərli hesab edilməsi barədə güzəştli arayışın təqdim olunmaması güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina üçün birinci əsasdır. İddiaçı işlədiyi vəzifələr yalnız adlarına görə eyni yarımbölmədə nəzərdə tutulmuş “bütün adlarda aviasiya texnikləri”, “bütün adlarda mühəndislər” vəzifələrinə uyğun hesab edilməklə həmin təsnifata aid edilə bilməz. Çünki Siyahıda adları qeyd edilən texnik və mühəndislər təyinatına görə bilavasitə hava gəmilərinə xidmətlə bağlı vəzifələrdir. İddiaçı barəsində verilmiş “Gəncə” X6 arayışında onun işlədiyi vəzifələrin xüsusiyyətləri kimi hava limanında rabitə mühəndisi olaraq rabitə kabellərinin birləşməsini həyata keçirdiyi göstərilmişdir. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin arayışında iddiaçının işlədiyi vəzifələrin hava gəmilərinə xidmətlə əlaqəli olmadığı qeyd edilmişdir. İddiaçının işlədiyi vəzifənin yalnız adına görə Siyahıda qeyd edilən vəzifələrlə eynilik təşkil etməsinə əsaslanaraq onun güzəştli iş stajı toplaması nəticəsinə gəlinə bilməz. İddiaçının işlədiyi vəzifələrin təyinatı Siyahıda göstərilən vəzifələrlə uyğunluq təşkil etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay güzəştli iş stajına malik deyildir. Bu əsasdan, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmamışdır. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 17 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 01 iyul 2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə 11 avqust 2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən artıq olmasına, güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan 12 il 6 ay güzəştli iş stajının toplanmasına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş Siyahı” üzrə 60 yaşdan pensiya təyin edilməsini tələb edir. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 12 il 06 ay xüsusi iş stajına malik olmamasına istinad edərək, iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqqında sənədi (diplomu), əmək kitabçasını, arxiv arayışlarını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomdan görünür ki, o, 1978-ci ildən xx.xx.1983-cü ilədək təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin üçüncü bəndinin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndində də öz əksini tapmışdır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının xx.xx.2006-cı ilədək işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də öz əksini tapmışdır. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun xx.xx.1978xx.xx.1983-cü ilədək təhsil müddəti 04 il 09 ay 21 gün, xx.xx.1984-xx.xx.1991-ci ilədək 07 il 01 ay 12 gün, xx.xx.1991-xx.xx.1995-ci ilədək 04 il 04 ay 22 gün, xx.xx.1995-xx.xx.1996cı ilədək 09 ay 07 gün, xx.xx.1996-xx.xx.2000-ci ilədək 03 il 07 ay 02 gün, xx.xx.2000xx.xx.2021-ci ilədək 21 il 01 ay 20 gün (60 yaşı tamam olanadək) olmaqla ümumi iş stajı 41 il 09 ay 24 gün təşkil edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün ümumi staj (25 il) ilə bağlı tələb tam olaraq ödənilir və bu staj cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. Eyni zamanda iddiaçının “Gəncə” X7 xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Rabitə qovşağında texnik, xx.xx.2006-cı il tarixindən bugünədək Rabitə qovşağında mühəndis vəzifələrində işlədiyi müddət cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edilməmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin “Gəncə” X6 1-372 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, «Gəncə» X11 hüquqi şəxs olmadığına görə barəsində sorğu etmiş olduğunuz İddiaçı dair məlumatların verilməsi qurumun imkanı xaricindədir, belə ki, bu məlumatlar hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş ofisində saxlanılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq müvafiq məlumatların əldə edilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etməyiniz məqsədəmüvafiqdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 12/4850 saylı xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1995-ci ildən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda «Gəncə» X7 Rabitə qovşağının mühəndisi vəzifəsində çalışır. «Azəraeronaviqasiya» müəssisəsində xx.xx.1996-cı ildən - xx.xx.2000-ci ilədək çalışdığı hərəkət xidmətin operatoru vəzifəsi və «Gəncə» X7 xx.xx.2000- ci ildən rabitə texniki və rabitə mühəndisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı»na daxil deyildir. Qeyd edinləri nəzərə alaraq, bildirilir ki, İddiaçı əmək funksiyalarında hava gəmilərinə xidmət üzrə heyətə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" QSC-nin təqdim etdiyi cavabda iddiaçının “Gəncə” X7 xx.xx.2000-ci ildən rabitə texniki və rabitə mühəndisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”na daxil olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün kifayət qədər zərərli iş stajının olduğunu bildirmiş və bununla da xüsusi iş stajının tam olmaması məsələsini mübahisələndirmişdir. Bununla bağlı hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi X13 Qovşağında növbətçi texnik, xx.xx.2006-cı il tarixdən hal-hazıradək işlədiyi rabitə mühəndisi peşələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsi, Mülki aviasiya adlanan 21.3 yarımbölməsində nəzərdə tutulmuş “bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər” peşələrinin funksiyaları ilə eynilik təşkil edib-etməməsi barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda qeyd edilmişdir ki, X4 xx.xx.1995-ci il tarixdə "xxxx" X9 Hava Limanına hərəkət xidmətinin operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə “Azəraeronaviqasiya” müəssisəsində hava hərəkətinin idarə edilməsi xidmətinə operator vəzifəsinə, sonradan 05.01.200-ci il tarixdə rabitəqovşağına növbətçi texnik, xx.xx.2006-cı il tarixdə isə rabitə qovşağına mühəndis vəzifəsinə keçirilmiş, 2008-ci il tarixdən hal-hazıra kimi "xxxx" QSC-nin “Gəncə” X7 rabitə qovşağının rabitə mühəndisi vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.3-cü Mülki aviasiya yarımbölməsinə rabitə və texniki rabitə mühəndisi vəzifələri daxil deyildir. Aftandil Məlikovun əmək funksiyalarının hava gəmilərinə xidmət üzrə heyətə heç bir aidiyyəti yoxdur. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə aviasiya - hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu; -1.0.13-cü madəsinə görə hava gəmisi - hava ilə qarşılıqlı təsir hesabına atmosferdə qalan (yer və su səthindən əks olunan hava ilə qarşılıqlı təsir istisna olmaqla) hər hansı aparat; -1.0.19-cu maddəsinə əsasən hava hərəkətinə xidmət - hava hərəkətinə uçuşinformasiya, aerometeoroloji, məsləhət xidmətlərinin göstərilməsi, hava hərəkəti xidmətinin qəza haqqında xəbərdarlıq edilməsi, hava hərəkətinin idarə edilməsi, hava hərəkətinə dispetçer, o cümlədən rayon dispetçer, yaxınlaşma dispetçer və ya aerodrom dispetçer xidmətlərinin göstərilməsi; -1.0.20-cu maddəsinə əsasən hava hərəkətinin idarə edilməsi (hava hərəkətinə dispetçer xidmətinin göstərilməsi) - hava gəmilərinin bir-biri ilə və ya manevretmə meydanında olan maneələrlə toqquşmalarının qarşısının alınması, hava hərəkəti axınının sürətləndirilməsi və nizamlı axınının saxlanması məqsədilə hava hərəkətinə göstərilən xidmətdir. Göründüyü kimi aviasiya özü bilavasitə hava gəmisinin idarə edilməsi və bunun üçün hava gəmisinin hərəkəti üçün müvafiq xidmət üzrə fəaliyyətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 24 fevral 2017-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan vəzifələrin Vahid X3”na əsasən Kitabça mülki aviasiya sahəsində çalışan işçilərin əməyinin ödəniş dərəcələrinin müəyyənləşdirilməsində, kadrların seçilməsi və yerləşdirilməsində, ixtisas və vəzifəsindən asılı olaraq onlardan düzgün istifadə edilməsində, işçilərin attestasiyalarının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanmasında əsas normativ sənəd kimi tətbiq edilir. Cihazlar və elektrik avadanlıqları üzrə aviasiya texniki - işin xüsusiyyəti: Briqadirin rəhbərliyi altında bir və daha çox təyyarə və vertolyot növlərinin cihazları və elektrik avadanlığında bütün növ reqlament işləri üzrə texniki xidmət. Uçuş aparatının uçuş sınağı üçün hazırlanması, uçuş aparatının havada sınağı yerinə yetirildikdən sonra bütün sistemlərin düzgün quraşdırılmasının yoxlanması. Nasazlıqların baş vermə səbəblərinin müəyyən edilməsi və onların aradan qaldırılması. Nəzarət-ölçü aparatları ilə, habelə stendlərdə və qurğularda iş aparır. Aviacihazlara və elektrik avadanlığına texniki xidmət göstərilməsi üzrə sənədlərin rəsmiləşdirilməsi. Cihazlar və elektrik avadanlıqları üzrə aviasiya texniki - işin xüsusiyyəti: Briqadirin rəhbərliyi altında təyyarə və ya vertolyot tiplərindən birinin və ya təyyarə və ya vertolyotların ən azı iki tipinin cihazları və elektrik avadanlığında bütün növ reqlament işləri üzrə texniki xidmət. Eyni tip uçuş aparatlarının baza yerləşməsi və ya təhkim edilmə metodu zamanı müvafiq hava limanında enən baza və ya təhkim edilmiş təyyarə və ya vertolyotlarda bütün növ reqlament işləri üzrə texniki xidmət, aşkar edilən nasazlıqların aradan qaldırılması. Qəza-xilasetmə vasitələri üzrə aviasiya texniki - işin xüsusiyyəti: Qəza-xilasetmə vasitələrinin eksperimental nümunələrinə texniki xidmət, onların yerüstü və uçuş sınaqlarına hazırlanması. Planer və mühərriklər üzrə aviasiya texniki - işin xüsusiyyəti: Təyyarələrin və ya vertolyotların bir və daha çox növünə, yaxud təyyarələrin və ya vertolyotların ən azı iki növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Uçuş aparatlarının birtipli baza yerləşməsi və ya təhkim etmə üsulunun tətbiqi zamanı təyyarələrin və ya vertolyotların bir və daha çox növünə, yaxud təyyarələrin və ya vertolyotların ən azı iki növünə bütün növ reqlament işləri üzrə texniki xidmətin yerinə yetirilməsi. Radioavadanlıqlar üzrə aviasiya texniki - işin xüsusiyyəti: Reqlament işlərinin bütün növləri üzrə təyyarə və vertolyotların ikidən az olmayaraq tipindəki radio avadanlığına texniki xidmət göstərilməsi. Yanacaq-sürtgü materialları üzrə aviasiya texniki - işin xüsusiyyəti: Aviayanacaq təminatı obyektlərinin qurğularına və hava gəmilərinə mərkəzləşdirilmiş aviayanacaq doldurulması üçün avtomatlaşdırılmış sistemlərə texniki xidmət və onların istismarı. Aviasiya texnikasının və onun komponentlərinin zəmanət istismarı üzrə mühəndis əmək funksiyası: Zəmanət istismarı nəzarətində olan nasaz aviasiya texnikası və sıradan çıxmış komponentlərinin təmirdən qayıdan hissələrinin təmir sənədlərini nəzarətdən keçirir. Aviasiya və radioelektron avadanlığı üzrə mühəndis - əmək funksiyası: Aviasiya və radioelektron avadanlığı üzrə xidməti təşkil etməlidir. Planer və mühərriklərin keyfiyyəti üzrə mühəndis; Aviasiya və radioelektron avadanlıqlarının keyfiyyəti üzrə mühəndis - əmək funksiyası: Aviasiya texnikasına xidməti təşkil edir. Uçuşların elektrotexnika təminatı üzrə mühəndis - əmək funksiyası: Uçuşların elektrotexnika təminatı vasitələrinin texniki istismarını təşkil edir və s. Göründüyü kimi, vahid tarif sorğu kitabçasında adları yuxarıda çəkilən mülki aviasiya sahəsində texnik və mühəndis vəzifələrinin əmək funksiyaları daha çox uçuş aparatları, hava gəmiləri texnikasına xidmət edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21 Nəqliyyat bölməsi, Mülki aviasiya adlanan 21.3-cü yarımbölməsində zərərli işlərin siyahısı aşağıdakı kimi nəzərdə tutulmuşdur: -ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon, köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri); -bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular); -bütün adlarda mühəndislər; -bütün adlarda ustalar; -hava gəmilərinə və digər uçuş aparatlarına texniki xidmət üzrə sex, növbə, sahə, xidmət və qrup rəisləri və onların müavinləri; -müəssisələrdə, aviasiya-idman təşkilatlarında, həmçinin aviasiya təhsil müəssisələrinin tədris uçuş dəstələrində hava gəmilərinə operativ və dövri (zəmanət) texniki xidmət üzrə (xüsusi avadanlıqla təchiz olunmuş aerodromdan kənar şəraitdə işləyənlərdən başqa) tam iş günü ərzində bu Siyahıda sadalanan işlərdə bilavasitə çalışan işçilər yaşa görə əmək pensiyası hüququna malikdirlər; -hava hərəkətini idarə edən işçilərin hava gəmilərinin uçuşlarının idarə edilməsi və mühəndis-texniki heyətə daxil olan işçilərin hava gəmilərinə xidmət üzrə iş stajlarına «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində göstərilən işlər də aid edilir; -hava gəmilərinin bort bələdçisi, böyük bort bələdçisi, təlimatçı-bort bələdçisi; -hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperator. Göründüyü kimi, Siyahının “Mülki aviasiya” yarımböməsində aviasiya vəzifələrin təsnifatından müəyyən olunur ki, yarımbölmədə göstərilən vəzifələr, bilavasitə hava gəmilərinə xidmət, hava uçuşunun idarə edilməsi ilə bağlıdır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələr yalnız adlarına görə eyni yarımbölmədə nəzərdə tutulmuş “bütün adlarda aviasiya texnikləri”, “bütün adlarda mühəndislər” vəzifələrinə uyğun hesab edilməklə həmin təsnifata aid edilə bilməz. Çünki Siyahıda adları qeyd edilən texnik və mühəndislər təyinatına görə bilavasitə hava gəmilərinə xidmətlə bağlı vəzifələrdir. İddiaçı barəsində verilmiş “Gəncə” X6 arayışında onun işlədiyi vəzifələrin xüsusiyyətləri kimi hava limanında rabitə mühəndisi olaraq rabitə kabellərinin birləşməsini həyata keçirdiyi göstərilmişdir. Bundan əlavə, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" QSC-nin arayışında da iddiaçının işlədiyi vəzifələrin hava gəmilərinə xidmətlə əlaqəli olmadığı qeyd edilmişdir. Beləliklə, iddiaçıya zərərli əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.Nəqliyyat bölməsi, Mülki aviasiya adlanan 21.3 yarımbölməsində nəzərdə tutulmuş hava gəmilərinə xidmət edən “bütün adlarda aviasiya texnikləri (mexaniklər, motorçular) və bütün adlarda mühəndislər” peşələrində işlədiyi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşısa da, bu vəzifəni yerinə yetirə bilməmişdir. Odur ki, iddiaçının zərərli olan peşələrdə işləyib, xüsusi stajının 12 il 6 ay olması ilə bağlı qanunla nəzərdə tutulan şərt ödənilmədiyi üçün birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmadığı üçün birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1915/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1915/2022 saylı 21 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar