Məhkəmə qərarları › İş №2-1(103)-2425/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2425/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2425/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(81)-1995/2019 saylı qərardadından iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsini hüquqi qeydiyyata almaqla müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsini cavabdeh təşkilat Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 nömrəli il üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin məhkəmə qərarı icra edilərək ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə ilkin hüquqi qeydiyyat aparılmışdır. İşdə olan məhkəmə aktları ilə müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Ağayev Rəhman Əmiraslan oğlu arasında daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ ******* saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə, 54 D ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində Ağayev Rəhman Əmiraslan oğlunun mülkiyyət hüququ DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq bu barədə ona RX ******* seriyalı Çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə X3 ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 3765/2018 saylı qərarının ləğv edilməsini, üçüncü şəxs qismində cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X1 ərizəsinin təmin edilməsi, onun inzibati mübahisəyə dair iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3765/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının və həmin qərarın icrasının doğurduğu hüquqi nəticələrin ləğv edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1995/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-44/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2- 1(81)-1995/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərarda müəyyən olunmuşdur ki, “...birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Eyni zamanda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bütün hüquqi nəticələrin ləğvi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsi, icra hərəkətinin yerinə yetirilməsi üçün əsas olmuş qərar ləğv edilənə qədər özgəninkiləşdirilmiş və hazırda iş üzrə tərəf olmayan Ağayev Rəhman Əmiraslan oğlunun adına qeydiyyatdan keçmişdir. Odur ki, həmin qərar ləğv edilsə də, hazırkı icraat çərçivəsində onun icrasında dönüşün edilməsi yalnız iddiaçıya münasibətdə tətbiq edilə bilər. Hüquqi nəticələrin ləğvi iş üzrə tərəf olmayan şəxsə münasibətdə tətbiq edilə və onun adına aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarışın ləğvi üçün əsas ola bilməz. Yaranmış vəziyyət maraqlı şəxslərin hüquqlarına toxunursa, əvvəlki qeydiyyatın bərpasına yönəlmiş iddia ilə müvafiq məhkəməyə müraciət edə bilərlər...” X3 ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə bağlı icraya dönüşün təmin edilməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi tərəfindən (hakim Elçin Məmmədov) xx.xx.2019-cu il tarixli, 2-1(81)-3765/2018 saylı qərardad qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ərizə təqdim edilmiş və xx.xx.2019-cu il tarixli, 2-1(81)-3765/2018 saylı qərardadın icra edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizədə bildirilir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən 01 fevral 2023-cü il tarixdə cavab məktubu yazılmışdır. Həmin cavab məktubunda Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-44/2022 saylı qərarına (sədrlik edən hakim Aida Hüseyn) istinad olunmuş və icraya dönüşün edilməsi üçün əsasın olmadığı qeyd edilmişdir. Ərizəçi məlumat üçün bildirir ki, eyni tərəflər arasında "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Həmin işdə üçüncü şəxs qismində Ağayev Rəhman Əmiraslan oğlu da iştirak etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-68/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) X1 qarşılıqlı iddiası təmin edilmişdir. Belə ki, həmin qərarla müqavilə etibarsız hesab olunmuş və müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı və üçüncü şəxs olan Rəhman Ağayev ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9757/2021 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilmişdir. Belə ki, işə sədrlik edən hakim E.Mehdiyev qərarda "bütün hüquqi nəticələrin ləğv edilməsi" hissəsinə münasibətdə qeyd etmişdir ki, ”1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə qeyd edilən qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır”. Sözügedən qətnamədə hakim E.Mehdiyev daha sonra qeyd edir ki, “Göründüyü kimi İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin nəticələrinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və belə olan halda həmin müqavilənin hüquqi nəticələrinin yenidən ləğv edilməsinə zərurət yoxdur”. Həmin qərardan İddiaçı və üçüncü şəxs Ağayev Rəhman Əmiraslan oğlu kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3134/2022 saylı qərarı ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi qərarın icrası ilə bağlı məsələlərə qüvvəyə minmiş məhkəmə qərarları ilə hüquqi qiymət verilmişdir. Bir məqamı da qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qərarları ilə “hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı” dəqiq, aydın hüquqi qiymət olduğu halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aida Hüseynin gəldiyi nəticə absurddur. Qəbul etdiyi qərarla həm bu məsələyə hüquqi münasibət bildirmiş (nəzərə alsaq ki, eyni məsələyə artıq hüquqi qiymət verilmişdir), eyni zamanda digər tərəfin verdikləri apellyasiya şikayətlərini təmin etməmişdir. Bütün bu qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarının (hakim A.Hüseyn) məhkəmə qərarlarının davamlılığı, stabilliyi, həmçinin preyudisiallığı prinsiplərinə ziddir. Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(81)-1995/2019 saylı qərardadı ilə (hakim G.Sevdimalıyeva) X1 inzibati məhkəmə icraatında iştirakı zəruri cəlb edilmiş üçüncü şəxs qismində nəzərə alınması, ərizənin qismən təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 nömrəli il üzrə xx.xx.2018-ci il tarixli qərarının icrasına dönüş edilməsi, ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə aparılmış ilkin hüquqi qeydiyyatın ləğv edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-1995/2019 saylı qərardadının ərizənin təmin edilən hissədə ləğv edilərək həmin hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə göstəriş müəyyən edən məhkəmə nəzərə almamışdır ki, xx.xx.2019-cu il tarixdə əmlakın özgəninkiləşdirilməsi nəticəsində Ağayev Rəhman Əmiraslan oğlunun adına yeni qeydiyyatın aparılması ilə İddiaçı adına olan mülkiyyətə dair qeydiyyat yazısı reyestrdən çıxarılmışdır (ləğv edilmişdir). Yəni, hazırda daşınmaz əmlakın dövlət reyestrində mövcud olmayan qeydiyyatın ləğvi barədə göstəriş müəyyən edən məhkəmə qərardadı qanuni və əsaslı hesab oluna bilməz. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən də apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-1995/2019 saylı qərardadının ləğv edilərək, üçüncü şəxsin ərizəsinin təmin olunmaması barədə yeni qərardad qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə İddiaçı ilə Ağayev Rəhman Əmiraslan oğlu arasında daşınmaz əmlakın alqı-satqısı haqqında AN-İ ******* saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə, 54D ünvanında yerləşən qeyriyaşayış sahəsi üzərində Ağayev Rəhman Əmiraslan oğlunun mülkiyyət hüququ DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınaraq bu barədə ona RX ******* seriyalı Çıxarış verilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 5-ci bəndinə əsasən məhkəmə bunun üçün (qətnamənin icrasında dönüş) zərurət yaranırsa qətnamənin icrasının dönüşü məsələsini həll etməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (qətnamə hazırda qüvvəyə minməmişdir) xx.xx.2019cu il tarixli Seriya RX № ******* nömrəli çıxarışa əsasən iddiaçı Ağayev Rəhman Əmiraslan oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 558-566-cı məhəllə, 54D ünvanında yerləşən 487,0 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehlər X3 və İddiaçı öz hesabına boşaldılaraq iddiaçı Ağayev Rəhman Əmiraslan oğluna təhvil verilməsi və həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüququna yaranan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehlər X1 və İddiaçı üzərinə qoyulması qət edilmişdir. Məhkəmənin qərardadında qeyd olunan məsələ göstərilsə də, məhkəmə tərəfindən bu məsələyə hüquqi qiymət verilməmişdir. Bundan başqa, qeyd olunan daşınmaz əmlakın üzərinə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, 02/2-1876-19/235 saylı məktubu ilə qadağa qoyulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Üçüncü şəxs X3 tərəfindən də apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(81)-1995/2019 saylı qərardadının ləğv edilərək, ərizənin tam təmin olunması barədə müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında "xxxx" MTK ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Həmin işdə üçüncü şəxs qismində Ağayev Rəhman Əmiraslan oğlu da iştirak etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-68/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) X1 qarşılıqlı iddiası təmin edilmişdir. Belə ki, həmin qərarla müqavilə etibarsız hesab olunmuş və müqavilədən irəli gələn bütün hüquqi nəticələr ləğv edilmişdir. Həmin qərardan narazı qalan İddiaçı və üçüncü şəxs olan Rəhman Ağayev ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9757/2021 saylı qətnaməsi ilə (hakim Emin Mehdiyev) apellyasiya şikayətləri qismən təmin edilmişdir. Belə ki, işə sədrlik edən hakim E.Mehdiyev qərarda “bütün hüquqi nəticələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2019cu il tarixli qərarı ilə qeyd edilən qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır”. Sözügedən qətnamədə hakim E.Mehdiyev daha sonra qeyd edir ki, “Göründüyü kimi İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin nəticələrinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və belə olan halda həmin müqavilənin hüquqi nəticələrinin yenidən ləğv edilməsinə zərurət yoxdur”. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardadının 19-cü bəndində qeyd olunur: “Lakin məhkəmənin həmin qənaəti ona əsaslanmışdır ki (Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9757/2021 saylı qətnaməsi (hakim Emin Mehdiyev) nəzərdə tutulur), iddia tələbi Ağayev Rəhman Əmiraslan oğlunun hüquqlarına və qanuni mənafelərinə toxunsa da, birinci instansiya məhkəməsində sonuncu (Rəhman Ağayev) işə cəlb olunmadan məhkəmə araşdırması aparılmış və mübahisələndirilən qətnamə - Yasamal rayon məhkəməsinin 2(004)-68/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul olunmuşdur”. Hesab edir ki, yuxarıda göstərilən tezis Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9757/2021 saylı qətnaməsində hakimin gəldiyi qənaəti düzgün ifadə etməmişdir. Belə ki, sözügedən qərarla Yasamal Məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilmiş, o cümlədən həmin prosesə Rəhman Ağayev də üçüncü şəxs qismində cəlb edilmişdir. Təzad ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarı “hüquqi nəticələrin ləğv edilməsi ilə bağlı məsələyə” hüquqi qiymət verərkən, artıq qüvvədə olan məhkəmə qərarının (baxılan hazırkı işə) mövcudluğuna istinad etmişdir. Belə olan halda o hüquqlarının bərpa olunduğunu və məhkəmədə hüquqi məqsədinə (gözləntiyə) çatdığını hesab etmişdir. Daha sonra həmin qərardan (Bakı Apellyasiya Məhkəməsinin qərarından) İddiaçı və üçüncü şəxs Ağayev Rəhman Əmiraslan oğlu kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətləri təmin edilməmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-3134/2022 saylı qərarı (hakim İlqar Xələfov) ilə apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Göründüyü kimi qərarın icrası ilə bağlı məsələlərə qüvvəyə minmiş məhkəmə qərarları ilə hüquqi qiymət verilmişdir. Hər iki məhkəmə qərarlarında həm Bakı Apellyasiya Məhkəməsinin, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında haqlı olaraq Ağayev Rəhman Əmiraslan oğluna münasibətdə “vicdanlı alıcı” ifadəsindən istifadə edilməmişdir. Nəzərə alsaq ki, hər iki məhkəmədə Rəhman Ağayev hüquqlarını qorumaq üçün nümayəndəsi vasitəsilə şikayətlər vermiş və orada öz mövqeyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxsin məhkəmə iclasında iştirakları təmin edilməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3765/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X1 ərizəsinin təmin edilməsi, onun inzibati mübahisəyə dair iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilməsi təmin edilmişdir. Bununla əlaqədar onun inzibati məhkəmə icraatında iştirakı zəruri cəlb edilmiş üçüncü şəxs qismində nəzərə alınmalıdır. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə qeyd edilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər. Ərizədə və apellyasiya şikayətində üçüncü şəxs X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9757/2021 saylı qətnaməsinə istinad edir. Həmin işdə məhkəmə X1 tələbinə (İddiaçı və "xxxx" MTK arasında bağlanmış xx.xx.2010-cu il tarixli qeyri-yaşayış sahəsinin alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi) “bütün hüquqi nəticələrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, “...1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə qeyd edilən qərarın icrasının doğurduğu hüquqi nəticələr ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqavilənin nəticələrinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və belə olan halda həmin müqavilənin hüquqi nəticələrinin yenidən ləğv edilməsinə zərurət yoxdur”. Lakin məhkəmənin həmin qənaəti ona əsaslanmışdır ki, iddia tələbi Ağayev Rəhman Əmiraslan oğlunun hüquqlarına və qanuni mənafelərinə toxunsa da, birinci instansiya məhkəməsində sonuncu (Ağayev Rəhman Əmiraslan oğlu) işə cəlb olunmadan məhkəmə araşdırması aparılmış və mübahisələndirilən qətnamə (Yasamal rayon məhkəməsinin 2(004)-68/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi) qəbul olunmuşdur. Həmin məhkəmə aktı qüvvədədir. Bu məntiqin davamı olaraq hazırkı üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-44/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bütün hüquqi nəticələrin ləğvi ilə bağlı mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi, icra hərəkətinin yerinə yetirilməsi üçün əsas olmuş qərar ləğv edilənə qədər özgəninkiləşdirilmiş və hazırda iş üzrə tərəf olmayan Ağayev Rəhman Əmiraslan oğlunun adına qeydiyyatdan keçmişdir. Odur ki, həmin qərar ləğv edilsə də, hazırkı icraat çərçivəsində onun icrasında dönüşün edilməsi yalnız iddiaçıya münasibətdə tətbiq edilə bilər. Hüquqi nəticələrin ləğvi iş üzrə tərəf olmayan şəxsə münasibətdə tətbiq edilə və onun adına aparılmış qeydiyyatın və bunun əsasında verilmiş çıxarışın ləğvi üçün əsas ola bilməz. “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, “...hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir”. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(103)-1215/2019 saylı qərardadı ilə (İddiaçı apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmamışdır) mübahisəyə mahiyyəti üzrə qiymət verilməmiş və Ağayev Rəhman Əmiraslan oğlu proses iştirakçısı kimi inzibati məhkəmə icraatına cəlb olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı icraat çərçivəsində qərarın icrasına dönüşün edilməsi yalnız iddiaçıya (İddiaçı) münasibətdə tətbiq edilməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Ağayev Rəhman Əmiraslan oğlu iş üzrə məhkəmə prosesinin iştirakçısı olmadığı üçün hüquqi nəticələrin ləğvi prosessual olaraq ona şamil oluna bilməz. Odur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1995/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı iddiası rədd edildiyindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3765/2018 nömrəli il üzrə xx.xx.2018-ci il tarixli qərarının icrasına dönüş edilməsi və ünvan 4 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 487 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyatın ləğv edilməsi haqqında birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, ərizənin qeyd edilən hissədə təmin edilməməsi X2 Ağayev Rəhman Əmiraslan oğlunun adına aparılmış qeydiyyatın ləğvini tələb etmək hüququndan məhrum etmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyasının hazırkı iş üzrə mövqeyi nəzərə alınmaqla qərarın icrasına dönüş edilərək İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyat ləğv edildiyindən üçüncü şəxs X1 çatmaq istədiyi məqsədə uyğun olaraq mümkün hüquqi müdafiə vasitəsi İddiaçı və Ağayev Rəhman Əmiraslan oğlu arasında bağlanmış əqdin və həmin əqd əsasında aparılmış qeydiyyatın mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsidir (zəruri olduğu halda məhkəmənin hazırkı qərardadda ifadə edilən mövqeyinə uyğun olaraq müddətin bərpası haqqında əsaslandırılmış ərizə təqdim edilməklə). Məhkəmə kollegiyası İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlara əsasən həmin dəlillər tutarsız olmaqla birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas hesab oluna bilməzlər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizənin qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətləri əsassız olduğuna görə təmin olunmamalı, iş üzrə qəbul olunmuş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin və üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(81)-1995/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçılarına rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar