Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2429/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş müavinətin ödənilməsi tələbinə dair» inzibati mübahisəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni 14 oktyabr 2012- ci il tarixdən 14 oktyabr 2015-ci il tarixədək 36 ay fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Müdafiə Nazirliyi tərəfindən ona xx.xx.2015-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və həmin tarixdən ona müharibə veteranları üçün nəzərdə tutulan aylıq müavinət ödənilməyə başlamışdır. Lakin qanunvericilikdə nəzərdə tutulan əvvəlki üç il üçün xx.xx.2012-xx.xx.2015) .07.2012-xx.xx.2015-ci illər üçün müavinət hesablanıb ona ödənilməmşdir. İddiaçı bu hüququndan istifadə etmək məqsədilə cavabdehə süraciət edərək həmin dövr üçün ödənilməmiş müavinətin hesablanıb ödənilməsini cavabdehdən xahiş etmiş, lakin sonuncu 16 noyabr 2021-ci il tarixli cavab məktubu ilə müraciətin təmin olunmasından imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq müharibə veteranı və vəsiqəsi almış şəxslərə verilən 55 manat müavinətin ləğv edildiyini və xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində prezident təqaüdü verilməyə başlanıldığını, müavinət ödənişinin artıq mövcud olmadığını və əvvəlki üç il üçün ödənişin yolverilməz olduğunu bildirmişdir. Cavabdeh iddia ərizəsinə etirazında imtina məktubunda göstərilən əsaslarla iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2012-ci ildən xx.xx.2015-ci ilədək 36 ay fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Şikayət cavabdeh tərəfindən onunla əsaslandırılmışdır ki, qərar qanuna zidd və əsassızdır. Birincisi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq müharibə veteranı və vəsiqəsi almış şəxslərə verilən 55 manat müavinətin ləğv edilmiş və xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində prezident təqaüdü ilə əvəz edilmişdir. Digər tərəfdən “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci, Veteranlar haqqında” Qanunun 7-ci maddələri və Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü bəndi baxımından, veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirilir. Veteran statusunu almaq hüququ, onu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin dispzisiyasından göründüyü kimi, müharibə veteranı kimi aylıq müavinəti almaq, bu hüququn yarandığı günlə şərtləndirilmişdir. Bu mənada veteran vəsiqəsinin verildiyi tarixdən əvvəlki illərə görə sosial müavinət ödənilməsi barədə tələb qanuni və əsaslı sayıla bilməz. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Hüseynova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən hesab etmişdir. İİ. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçıya veteran statusu verilərkən qüvvədə olan maddi hüquq normalarına, o cümlədən, “Sosial müavinətlər haqqında” 4.0.1.6-cı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Qanunun 4.0.1.6-cı, 4.0.1.8-ci, 7.0.5-ci, 7.0.6-cı, 7.0.7-ci (hər iki halda), 8-ci, 9.1.4cü, 9.1.5-ci, 9.1.6-cı, 11.1.4-cü və 11.1.5-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir); Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 613 nömrəli Fərmanına və həmin Fərmana (xx.xx.2005-ci il tarixli 257 saylı Fərmanla) edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyytlarında iştirak etdiyinə görə müharibə veteranı adını almış şəxslərə kommunal, nəqliyyat və digər xərclər üçün müavinət ödənilməsi nəzərdə tutulmuşdur «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin imperativ tələbinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: Həmin Qanunun 9.1.5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə (1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə) müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarınının iştirakına görə müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də ona cavabdehin hüquq sələfi tərəfindən müharibə veteranları üçün nəzərdə tutulan aylıq müavinət ödənilməyə başlanılmış, lakin iddiaçının «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən edilən hüququ cavabdeh tərəfindən təmin edilməmiş, əvvəlki üç ilə görə onun aylıq müavinət almaq hüququ açıq qalmışdır. Cavabdeh, apellyasiya şikayətində iddiaçıya xx.xx.2015-ci il tarixində müharibə veteranı statusu verildiyi gündən müəvinət təyin edilərək ödənildiyini, xx.xx.2019-cu il tarixindən isə həmin müavinətin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq 80 manat məbləğində prezident təqaüdü ilə əvəz olunduğunu əsas tutaraq, Qanunun 9.1-ci maddəsinin dispozisiyasına və «Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə əsasən hesabedir ki, müavinət verilərkən müharibə veteranı vəsiqəsinin verildiyi an ( tarix) əsas götürülməlidir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, qanunvericiliyin qeyd olunan normaları cavabdeh tərəfindən düzgün təfsir olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, güzəştlərin veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilməsi anlamı heç də iddiaçının qeyd etdiyi anlamda təsfir olunmaqla tətbiq edilə bilməz. Çünki, konkret halda, qanunverici burada onu nəzərdə tutur ki, müavinətin verilməsi üçün vətəndaşın müharibə veteranı vəsiqəsinin mövcudluğu (təqdim edilməsi) tələb olunur. «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsinin qeyd olunan tələbi baxımından, 1994-cü ilin may ayının 12-ə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (1-ci Qaraağ müharibəsi) iştirakına görə müharibə veteranı adı və vəsiqəsi iddiaçıya xx.xx.2015-cı il tarixində verilmişdir. Ona görə də iddiaçı müraciət etdiyi təqdirdə, həmin tarixdən əvvəlki üç il üçün müavinət almaq hüququa malik olmaya bilməz. Cavabdeh isə iddiaçının qanunla müəyyən edilən həmin hüququnu pozmuş, ona ən çoxu əvvəlki üç il üçün müavinətin ödənilməsindən imtina etmişdir. Qeyd olunmalıdır ki, eyni hallar üzrə artıq formalaşmış məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar iş üzrə 2-1(102)- 1699/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.” Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin müharibə veteranı vəsiqəsi verildiyi andan əvvəlki üç il üçün iddiaçının müavinət almaq hüququnu olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Cavabdehin apellyasiya şikayətinin xx.xx.2019-cu il tarixindən iddiaçıya verilən müəvinətin prezident təqaüdü ilə əvəz edildiyini mübahisələndirilən dəlillərinə gəldikdə isə bunun iddiaçının hazırkı iddia tələbinə heç bir aidiyyəti ola bilməz. Çünki, iddiaçı , «Sosial müavinətlər haqqında» Qanunun 9.1-ci maddəsi ilə müəyyən olunan hüququndan istifadə edərək ona müavinət təyin edildiyi xx.xx.2015-ci il tarixindən əvvəlki üç il üçün hesablanıb ödənilməli olan müavinətin verilməsini tələb etmişdir. İPM-in 34.1-ci maddəsinin tələbindən də görünür ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız və qanunvericiliyə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı, dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Anar Tanrıverdiyev İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2429/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2429/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver