Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2429/2024 26.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavbdehin nümayəndəsi X3 və üçüncü şəxsin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) "bağ sahəsinə çıxarışın verilməsi tələbinə dair" inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,12 ha olan 1428 saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alnması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Bakı Şəhər Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli, 2(003)- 1732/2014 saylı qətnaməsi ilə onun iddiasına əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsinə vərəsəlik hüququ tanınaraq istifadə hüququ qeydiyyata alımışdır. Həmin bag sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etsə də, sonuncu ona ünvanlanmış 26 aprel 2023-cü il tarixli cavab məktubu ilə ərizəsinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun vərəsəlik hüququnu təsdiq edən sənəd və ya məhkəmənin qərarı əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilər. Halbuki, sözügedən məhkəmə qərarı ilə onun bağ sahəsinin q adına qeydiyyata alınması üçün hüququ avtomatik olaraq yaranmışdır. Cavabdehin imtinası əsassızdır …» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…Araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan ünvanda yerləşən bağ sahəsi və bağ evi daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1732/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında qeyd olunan ünvanda yerləşən 0.12 ha torpaq sahəsi İddiaçı xeyrinə istifadə hüququ ilə yüklü edilmişdir. Belə ki, həmin torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3- cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə, vərəsəlik hüququ haqqında şəhadətnamə və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********61 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9812/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş və ünvan ünvanda yerləşən bağ sahəsinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxs həmin qərardan apellysiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkün hesab edilmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1177/2024 saylı xx.xx.2024-cü il tarixli qərarını qanunsuz hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddia tələbindən kənara çıxaraq iddiaçının pay tələbi olmadığı halda, iddiaçının tələbinə hissəvi pay tələbini əlavə edərək iddianı təmin etmişdir. Məhkəmə düzgün hüquqi mövqeyə gəlməmiş, Xəzər rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(003)-1732/2014 saylı 10 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri,Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 hektar olan 1428 saylı bağ sahəsinə istifadə hüququ əsasında vərəsəlik hüququnun tanınmasını əsas götürülmüşdür. Belə ki, İddiaçı vərəsə kimi vərəsəlik işini davam etdirmədən qanunun tələblərini pozaraq birbaşa Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək onun adına çıxarışın verilməsini tələb etmişdir. Halbuki, X6 miras qalmış bağ sahəsinə iddiaçının adına çıxarışın verilməsi tam qanunsuzdur, o, ikinci dərəcəli vərəsədir və onun miras əmlak üzərində hansı miqdarda hüququnun tanınması təsdiqlənməmişdir. Ona görə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya çıxarışın verilməsindən imtina etməsi tam əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə 1-ci dərəcəli vərəsə olaraq onun hüquqlarını pozmuşdur...» Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi isə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəmə kollegiyasının iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia rədd edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;https://e-qanun.az/framework/5456 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;https://e-qanun.az/framework/5456 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Konkret halda, iş materiallarına əsasən iddiaçının adına mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun reyestrdə qeydə alınmasına əsas ola bilən əsaslardan hər hansı birinin mövcudluğu müəyyən olunmur. Xüsusi ilə iddiaçının istinad etdiyi, Qanunun 8.0.4-cü maddəsinə gəldikdə, bununla bağlı məhkəmə araşdırmasının ntiəcələri də onu göstərir ki, istinad olunan məhkəmə qərarları da onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına əsas vermir. Belə ki, iş materiallarına əsasən işin aşağıdakı halları müəyən edilir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən sahəsi 0,12 ha olan 1428 nömrəli bag evinə dair X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. -Binəqədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2008- ci il tarixdə vəfat etmişdir. -Bakı şəhər Xəzər rayon məhkəməsinin 2(003)-183/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə X7 ilə X8 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisindəki sahəsi 0,12 hektar olan 1428 saylı bağ sahəsinə istifadə və icarə hüquqları əsasında vərəsəlik hüquqları tanınmış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 187/2012 saylı 01 mart 2012-ci il tarixli qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2943/12 saylı 04 oktyabr 2012-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. - Eyni zamanda, Xəzər Rayon Məhkəməsinin 10 oktyabr 2014-cü il tarixli 2(003)- 1732/2014 saylı qətnaməsi ilə İddiaçı (məhkəmənin yuxarıda qeyd olunan qətənaməsi ilə istifadə hüquq əsasında vərəsəlik hüququ tanınmış X13) Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, ümumi sahəsi 0,12 ha olan 1428 saylı bağ sahəsinə istifadə hüquqları əsasında vərəsəlik hüququ tanınmış və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2015-ci il tarixli 2(103)-2676/2015 saylı qətnaməsi ilə, həmin qətnamə də öz növbəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 dekabr 2015-ci il tarixli 2(102)-5178/2015 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 may 2015-ci il tarixli 2(103)- 2676/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Daha sonra, sonuncunun (İddiaçı) hazırkı cavabdehin hüquq sələfi tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində sahəsi 0,12 ha olan 1428 saylı bağ torpaq sahəsində yerləşən - bag evinə dair istifadə hüququ qeydiyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən seriya RX, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallardan göründüyü kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən sahəsi 0,12 ha olan 1428 nömrəli mübahisəli bag sahəsinin ilkin icarəçisi X4 olmuş, xx.xx.2008- ci il tarixdə o, vəfat etdikdən sonra, məhkəmə qətnamələrinə əsasən öncə, onun övladları - hazırkı iş üzrə üçüncü şəxs X2 və X8 (İddiaçı atası) istifadə və vərəsilik hüquqları tanınmış, daha sonra, İddiaçı, yəni hazırkı iş üzrə iddiaçının həmin torpaq sahəsində tikilmiş bağ evinə istifadə hüququ tanınmışdır. Konkret halda, hazırkı mübahisənin predmetindən göründüyü kimi, İddiaçı, həmin torpaq sahəsinə onun adına mülkiyyət hüququ ilə artıq qeydə alınıb, ona bu barədə reyestrdən çıxarış verilməsini tələb etmiş və işə baxan birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin iddia tələbi qismən təmin olunaraq, ünvan ünvanda yerləşən bağ sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınıb, reyestrdən çıxarış verilməsi cavabdehə həvalə edilmişdir. Halbuki, birincisi, Xəzər rayon məhkəməsinin qeyd olunan xx.xx.2011-ci və 10.10. 2014-cü il tarixli qətnamələri ilə, həm iddiaçının, həm də üçüncü şəxsin bağ sahəsinə istifadə və vərəsəlik hüququ tanınsa da, həmin bağ sahəsindən istifadə qaydası müəyyən edilməmiş, eyni zamanda sözügedən qətnamələrin icrasından irləi gələrək onların vərəsəlik hüquqları vərəsəlik şəahətnamələri təsbit olunmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərindən də aydın olur ki, üçüncü şəxslə aralarında torpaq sahəsinin bölgüsü ilə bağlı müvafiq razılığa gəlməmiş, bununla əlaqədar aralarında mübahisə mövcuddur. Başqa sözlə, sözügedən mübahisə, yəni, onlar arasında torpaq sahəsinin razılaşdırılmış real bölgüsü mövcud olmadığı və ya bununla bağlı məsələ mülki məhkəmə icraatı qaydasında həll edilmədiyi halda, birinci instansiya məhkəməsi iddiaçının cavabdeh inzibati orqana qarşı iddiasına inzibati məhkəmə icraat qaydasında baxaraq, iddiaçı ilə üçüncü şəxs arasında torpaq paylarını ½ hissədə bölməklə, həmin hissədə iddiaçının tələbini qismən təmin etmişdir. Halbuki, hazırkı iddiaçının tələbi cavabdeh orqana qarşı onun qeydiyyatdan imtinası ilə bağlı qanunsuz hərəkətlərinə qarşı verilmişdir. Yəni, məhkəmə, əslində, iddianın predmetindən kənara çıxaraq, iddiaçı ilə üçüncü şəxs arasındakı mülki mübahisəni həll etmiş, bununla da İPM-in 52-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, İPM-in qeyd olunan 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Odur ki, cavabdeh tərəfindən həmin torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina olunması əsaslıdır. Əsaslı imtina isə iddiaçının qanunla qorunan hüquqlarını pozması kimi qiymətləndirilə bilməzdi. İPM-in 73.1-ci maddəsinin mənası da məhz, ondan ibarətdir ki məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd edilənlər isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, işdə olan sübutlarla müəyyən edilən hallara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə həmin sübutlarla müəyyən hallara, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, üçüncü şəxsin apellyasiya şikayətinin - birinci instansiya məhkəməsi qərar qəbul edərkən iddia tələbindən kənara çıxaraq iddiaçının pay tələbi olmadığı halda, onun tələbinə hissəvi pay əlavə edərək əsassız olaraq iddianı təmin etdiyini, bununla da onun hüquqlarını pozduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1177/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2429/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2429/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver