Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2429/2025 09.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının qanuni təmsilçisi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdehə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 3 ünvanında yerləşən ümumi sahəsi 54.30 kv.m-dən ibarət olan qeyri-yaşayış binasının sökülməsi nəticəsində dəymiş 928 650 (doqquz yüz iyirmi səkkiz min altı yüz əlli) manat məbləğində maddi ziyanın ödənilməsi və qeyri-yaşayış sahəsinin yenidən tikilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Samir-T’ kiçik müəssisəsi 28 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 27257 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 26 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı nizamnaməsinə dəyişiklik edilmiş və bu barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən **********091700 nömrəli çıxarış verilmişdir.Bakı şəhəri İcra Hakimiyyətinin başçısının “torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1994- cü il tarixli 286 nömrəli sərəncamı ilə “Elşən” kiçik müəssisəsinin xx.xx.1994-cü il tarixli 08/21 №-li məktubu və “Əmək” istehsal-kommersiya firmasının xx.xx.1994-cü il tarixli 08/20 №-li razılıq məktubları nəzərə alınaraq, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1843 №-li sərəncamına əsasən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 3 №-li yaşayış binasının qarşısında mağaza tikintisi, Atatürk prospekti 2 №-li yaşayış binasının qarşısında və Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişdiyi yerdə köşklərin qoyulması üçün ayrılan torpaq sahələri “Elşən” kiçik müəssisəsinin adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 91 №-li sərəncamı ilə “Elşən” kiçik müəssisəsinin balansında olan, Atatürk küçəsində (“Gənclik” metro stansiyasının yanında) yerləşən “Elşən” firma-mağazasının hazırki iş üzrə İddiaçı balansına daxil edilməsinə icazə verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. Bu barədə 01 №-li reyestr kitabında 144- cü səhifə, qeydə alma 30 N 144, xx.xx.1998-ci il tarixdə qeydiyyat aparılmışdır, (qeydiyyat vərəqəsi seriya MH, № 145217) Razılıq olmadan xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 3 ünvanında yerləşən 71.8m2 torpaq sahəsi üzərində tikilən ümumi sahəsi 54.30 m2 olan mağaza 2002-ci ildə həmin ərazidə yenidənqurma işlərinin aparılması adı altında qeyri qanuni olaraq heç-bir kompensasiya ödənilmədən Bakı şəhəri İcra Hakimiyyətinin və Cavabdehin nümayəndələrinin iştirakı ilə sökülmüşdür. Bunun nəticəsində onların həm mülkiyyət hüquqları pozulmuş, həm də külli miqdarda ziyan dəymişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında Bakı şəhəri Cavabdehin iş üzrə cavabdeh qismində iştirakına xitam verilərək zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi Bakı Şəhər İcra Hakimiyyəti əsl cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Cavabdehin inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, sözügedən ərazidə Cavabdeh tərəfindən hər hansı söküntü işləri aparılmamış və barədə bu RİH-də hər hansı inzibati akt qəbul edilməmişdir. Həmçinin 2000-ci illərin əvvəllərindən Bakı şəhərində aparıllan irimiqyaslı abadlıq və quruculuq işləri çərçivəsində, Bakı metropoliteninin “gənclik” stansiyasının çıxışlarında vətəndaşların intensiv gediş-gəliş istiqamətdə tratuar və səkilərdə quraşdırılmış bir sıra köşklərin yığışdırılmış, lakin iddiaçıya məxsus əmlakın sökülməsinin (yığışdırılmasının) təfərrüatı, xronologiyası, gedişatı və təşkilatçılığı barədə dəqiq məlumat yoxdur və bu barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, sökülmüş (yığışdırılmış) obyektin dəyərinin ödənilməsi və ya yenidən bərpası Cavabdehin səlahiyyətlərinə aid deyildir. Həmçinin qeyd olunan obyektin cavabdehlər tərəfindən söküntü işinin aparılmasına dair sübutlar və iddia ərizəsinin hüquqi əsasını təşkil edə biləcək hər hansı bir sənəd təqdim olunmamışdır .Göründüyü kimi, söküntü işlərinin Cavabdeh tərəfindən al İmadığına görə sökülmüş (yığışdırılmış) qeyri-yaşayış binasıyla əlaqədar vurulmuş maddi ziyanın ödənilməsi və qeyri-yaşayış sahəsinin yenidən tikilməsi öhdəliyi Cavabdehin üzərinə qoyula bilməz. Həmçinin iddiaçı yuxarıda qeyd olunan məsələlərin aydınlaşdırılmasına dair məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Bu səbəblə qeyd olunan tələb üzrə vəzifənin cavabdehin üzərinə qoyulması tamamilə əsassızdır.Həmçinin İddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin söküntüsündən 2002-ci ildə artıq məlumatlı olmuşdur. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə və Cavabdehə iddia tələbləri tam əsassızdır və bu səbəbdən onun iddia ərizəsi məhkəmə tərəfindən təmin olunmamalıdır. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə və Cavabdehə qarşı iddia ərizəsinin təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir.. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İş üzrə digər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Təsərrüfat subyektinin dövlət qeydiyyatı haqqında 27257 nömrəli xx.xx.1995ci il tarixli şəhadətnamədən görünür ki, İddiaçı Müəssisəsi fərdi müəssisə olmaqla qeydə alınmışdır. Cavabdeh Başçısının xx.xx.1996-cı il tarixli 91 nömrəli sərəncamından görünür ki, “Elşən” kiçik müəssisəsinin balansında və Atatürk küçəsində (“Gənclik” metro stansiyasının yanında) yerləşən “Elşən” firma-mağazanın İddiaçı balansına daxil edilməsinə icazə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********091700 nömrəli reyestrdan görünür ki, İddiaçı (VÖEN:**********) xx.xx.1995- ci il tarixdən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 3 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər Cavabdeh Başçısının aparatının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli 1/720 nörməli məktubundan görünür ki, təxminən 2000-ci illərin əvvəllərindən Bakı şəhərində aparılan irimiqyaslı abadlıq və quruculuq işləri çərçivəsində, Bakı metropoliteninin “Gənclik” stansiyasının çıxışında mövcud olmuş, günün memarlıq tələblərinə cavab verməyən bir çox köşk və tikili, o cümlədən “Gənclik" mehmanxanasının birinci mərtəbəsinə bitişik olan artırma hissəsi, həmçinin İddiaçınə məxsus obyekt sökülmüşdür. Lakin bununla yanaşı həmin tarixdən xeyli vaxt keçməsi ilə bağlı bu tədbirin həyata keçirilməsinin təfərrüfatı, xronologiyası, gedişatı və təşkilatçılığı barədə dəqiq məlumat yoxdur. Bakı şəhər Cavabdeh Başçısının aparatının 5-14/2-1001/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu, M.K.Atatürk prospekti, 3 ünvanda İddiaçınə məxsus əmlakın 2000-ci illərə təsadüf edən və qeyri-müəyyən şəraitdə sökülməsi ilə əlaqədar, həmin ərazidə Cavabdeh (RİH) tərəfindən hər hansı söküntü işləri aparılmamış və bu barədə RİH-də hər hansı bir məlumat yoxdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısının aparatının xx.xx.2024-cü il tarixli 3-52/2- 1538/2024 saylı məktubunda bildirilmişdir ki, Gənclik” metrostansiyasının ətrafında 2000-ci illərdə söküntü və abadlıq işlərinin kim tərəfindən həyata keçirilməsi barədə məlumatın məhkəməyə təqdim olunması barədə Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2024-cü il tarixli, İş № 2-1 (112)-347/2024 saylı məktuba baxılmışdır. Bununla əlaqədar bildirilir ki, müraciətdə göstərilən ünvanda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər hansı söküntü işləri həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının Cavabdehin Başçısına ünvanladığı xx.xx.2001-ci il tarixli məktubdan görünür ki, son vaxtlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən abadlıq işləri sahəsində aparılan məqsədyönlü tədbirlər göstərir ki, şəhərin baş planına uyğun olmayan,memarlıq kompozisiyasına xələl gətirən, şəhərsalma nöqteyi nəzərindən əsaslandırılmyan, şəhər və rayon icra başçılarının sərəncamlarına əsasən, şəhərin meydanlarında , avtomobil nəqliyyatı dayanacaqlarının, metro stansiyalarının,keçidlərin ətrafında, səkilərdə, piyada yollarında obyektlər quraşdırılmışdır.Bələ bir vəziyyətin mövudluğu şəhər sakinlərinin haqlı narazılıqlarına, irad və tədbirlərinə səbəb olmuşdur. Yuxarıda göstərilən obyektlər barədə yaranmış narazılıq hallarının aradan qaldırılması və şəhərin əsl simasının özünə qaytarılması məqsədi ilə qanunsuz və ya heç bir sənədi olmayan kiçik ticarət obyektlərinin sökülməsi təmin edilsin.Səkidə, metro keçidləri və stansiyalarının üstündə və əhalinin narazılıqlarına səbəb olan yerlərdə müvəqqəti sərəncamla yüngül konstruksiya ilə quraşdırılmış obyektlər xəbərdarlıq ediləndən sonra, obyektin sahibinin vəsaiti hesabına sökülməsi üzrə müvafiq tədbirlər keşirilsin.Yuxarıda göstərilən tədbirlər həyata keçirilən zaman, müvafiq orqanlar tərəfindən verilmiş hüquqverici sənədləri olan obyektlər aşkar olunarsa onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi üzrə müvafiq tədbirlər həyata keçirilsin. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhərinin Baş Memarının Cavabdehin Başçısına ünvanladığı xx.xx.1998-ci il tarixli məktubdan görünür ki, Bakı şəhər Memarlıq və Şəhərsalma Müfəttişliyinin əməkdaşları tərəfindən rəhbərlik etdiyi rayonun ərazisində tikintilərlə əlaqədar yoxlamalar aparılmış və müəyyən edilmişdir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcrayyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 13/713 saylı “fərdi evlərin tikintisi üçün torpaq sahələrinin ayrılması haqqında” 03.08.190-cı il tarixli , 6/207 saylı “Bakı şəhərində torpaq sahələrinin ayrılmasına dair qaydaların təsdiqi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli ,695 saylı “Bakı şəhəri ərazisində ticarət köşklərinin, köşklü ticarət dayanacaqlarının qurulması və lişik həcmli mağazaların tikilməsinin qadağan olunması haqqında“ xx.xx.1994- cü il tarixli, 642,643 saylı, “Bakı şəhərində eyvanların genişləndirilməsi, yeni eyvanların tikintisinin və məhəllə daş, cızma metal qarajların quraşdırılmasının qadağan olunması haqqında” xx.xx.1996-cı il tarixli, 1491 saylı “Binaların konstruktiv möhkəmliyini qorumaq məqsədi ilə zəruri tədbirlər haqqında”, xx.xx.1996-cı il tarixli, 333 saylı “Qanunsuz aparılan tikintilər haqqında”, xx.xx.1997-ci il tarixli,1015 saylı “Mövcüd obyektlırin yenidən qurulması haqqında”, xx.xx.1997-ci il tarixli, 1417 saylı “Şəhərin baş planına uyğun olmayan, şəhərsalma nöqteyi-nəzərindən əsaslandırılmamış kiçik həcmli inzibati, məişət, sosialticarət obyektlərinin tikintisinin qadağan olunması haqqında “ qərar və sərəncamlara zidd olaraq rayon icra hakimiyyətləri tərəfindən sərəncamlar verilmiş, hal-hazırda isə bu barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktublar daxil olur.1997-ci ilin dekabr ayının 23-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəhərin enerjisi ilə əlaqədar müqavilədə şəhər və rayon İcra hakimiyytləri oraqanlarına və şəhərin Baş memarına tikintilərə görə bir sıra iradlar və tapşırıqlar verilmişdir.Qeyd olunanları nəzərə alaraq, bir daha belə sərəncamların imzalanmasına, şəhərin baş planına riayət olunması və şəhərdə kiçik həcmli obyektlərin tikintisinə daha yol verilməməsini təmin etmək və bu məsələ ilə əlaqədar Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciətlər olunmaması xahiş edilmişdir. Yuxarıda sadalanan işin hallarından müəyyən olunmuşdur ki, İddiaçı (VÖEN:**********) xx.xx.1995-ci il tarixdən qeydiyyata alınmışdır, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 3 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir, lakin həmin mülkiyyətdə olan daşınmaz əmlak 2002-ci ildə sökülmüşdür. İddiaçı bununla bağlı maddi ziyanın ödənilməsi və qeyri-yaşayış sahəsinin yenidən tikilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün sayarkən mövqeyini belə əsaslandırmışdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011- ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: ....... 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Məhkəmə Kollegiyası işin faktiki hallarından və yuxarıda istinad edilən hüquq normalarından çıxış edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” ilə bağlı tələblər pozulmuşdur”. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətinin sökülməsi ilə bağlı ətraflı araşdırma aparmalı, bunun üçün iddiaçının mülkiyyətinin olduğu ərazilərdə həmin dövrdə hansı obyektlərin söküntüsü həyata keçirildiyi, sökülmüş obyektlərlə bağlı Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən kimlərə kompensasiya ödənilməsinə və hansı inzibati orqan tərəfindən hansı məqsədlə söküntü aparılmasının müəyyən edilməsinə dair sorğular göndərilməli, bundan sonra əsl cavabdehə qarşı qaldırılası iddia ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməlidir. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil edir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-90/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-2429/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2429/2025
09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver