Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2430/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, Üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (X5 və X7 üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı “çıxarışın ləğv edilməsi tələbi”nə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (X5 və X7 üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli (reyestr kitabı 417, səhifə 39539, qeydiyyat nömrəsi **********) reyestrdən çıxarışın, X5 ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* №-li alqısatqı müqaviləsinin və X4 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* №-li dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017ci il tarixli qərarı ilə (hakim E.Məmmədov) iddia tələbi təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X1 adına verilmiş RX seriyalı ******* saylı, xx.xx.2013-cü il tarixli (reyestr kitabı 417, səhifə 39539, qeydiyyat nömrəsi **********) reyestrdən çıxarışın ləğv edilməsi qərara alınmışdır. 1 saylı Baki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017ci il tarixli qərardadı ilə iddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxslər X5 və X7) qarşı cavabdeh tərəfindən X1 adına verilmiş xx.xx.2013-cü il tarixli (reyestr kitabı 417, səhifə 39539, qeydiyyat nömrəsi **********) reyestrdən çıxarışın, iddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ******* №-li alqı-satqı müqaviləsinin və X4 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* №-li dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddiasının «xx.xx.2013-cü il tarixli ******* №-li alqı-satqı müqaviləsinin və X4 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* №-li dövlət reyestrindən çıxarışın ləğv edilməsi» hissəsində mümkün sayılmaması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017ci il tarixli qərarından narazı qalan iş üzrə üçüncü şəxs X4 nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-5162/2017 saylı qərarından verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin ötməsini üzrlü hesab edərək şikayətə mahiyyəti üzrə baxaraq şikayətin təmin edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsinə əsasən hüquqlarını müdafiə etdiyi X4 adına qeydiyyata alınmışdır. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən hüquqlarını müdafiə etdiyi X6 məxsus olan həmin torpaq sahəsinin əvvəlki sahibi X2 məxsus olan çıxarışın 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-5162/2017 saylı Qərarı ilə ləğv edildiyi onlara məlum olmuşdur. Həmin qərarı əldə etmək üçün Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə əldə edə bilmişdir. Həmin qərarla tanış olan zaman müəyyən edilmişdir ki, X7 iş üzrə üçüncü şəxs qismində cəlb edilsə də, ona qarşı olan iddia mümkün sayılmamışdır. Buna baxmayaraq, hüquqlarını müdafiə etdiyi şəxs həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hərəkət edə bilmir. Onun hüquqları pozulur. Buna səbəb isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-5162/2017 saylı qərarını əsas gətirərək X4 mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə yaratmasıdır. Yaradılmış həmin maneəyə görə də onların həmin qərardan şikayət vermək hüququ yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil ərizənin təmin edilməsini xahiş etdi. Lakin iddiaçı və cavabdehə, həmçinin digər üçüncü şəxs S.T.Rzayevaya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların məhkəmə iclasında iştirakı təmin edilməmiş və səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə iddiaçı və cavabdehin nümayəndələrinin, həmçinin digər üçüncü şəxs S.T.Rzayevanın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarı poçt vasitəsilə cavabdehə xx.xx.2017-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərar üçüncü şəxs X7 tərəfindən xx.xx.2017-ci il tarixdə xəbərnamə imzalanmaqla alınmışdır. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti üçüncü şəxs Ə.Məmmədzadəyə münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 5 ildən artıq müddət ötürülməklə xx.xx.2023-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət üçüncü şəxs X7 tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası üçüncü şəxs X4 “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, ərizədə göstərilənlər buraxılmış prosessual müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Belə ki, ərizədə prosessual müddətin üzrlü səbəbdən buraxılması əsaslandırılmayıb. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının şifahi sorğusuna əsasən alınmış Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1828/2018 saylı, 26 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin iddiası təmin edilərək, cavabdehlər X5 ilə X7 arasında 6 saylı notariat kontorunda Bakı şəhəri, Səbail rayonu, Salyan 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2013-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair X4 adına verilmiş mülkiyyət hüququ barədə xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Üçüncü şəxs X4 nümayəndəsi məhkəmə kollegiyasının iclasında verdiyi izahatında həmin qətnamədən şikayət verilmədiyini, hazırki işə baxılmasından sonra veriləcəyini bildirmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, üçüncü şəxs Ə.Məmmədzadənin barəsində apellyasiya şikayəti verdiyi və şikayətin verilməsi üçün prosessual müddətin bərpasını xahiş etdiyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarı ilə digər üçüncü şəxs X1 adına verilmiş reyestrdən çıxarış ləğv edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə Ə.Məmmədzadəyə münasibətdə (onunla S.Rzayeva arasında bağlanmış alqı-satqı müqaviləsinin və ona verilmiş çıxarışın ləğvi barəsində) iddia tələbi mümkün sayılmamışdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, üçüncü şəxs X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X4 nümayəndəsi və vəkilinin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Üçüncü şəxs X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5162/2017 saylı, 06 dekabr 2017-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2430/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2430/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver