Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2433/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 60 yaşının tamam olduğu 22 fevral 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)- 3856/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 60 yaşının tamam olduğu 22 fevral 2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək olan müddətdə 86 nömrəli Texniki Peşə Məktəbində “tokar” ixtisası üzrə peşə təhsili almışdır. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək olan müddətdə sovet ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, o, xx.xx.1981-ci il tarixdən müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, hazırda da əmək fəaliyyətini davam etdirir. Əmək kitabçasından və güzəştli arayışdan da görünür ki, hələ xx.xx.2024-cü ilədək olan müddətdə iddiaçının 25 il 07 ay 19 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Bu isə o deməkdir ki, ona 60 yaşının tamam olduğu 22 fevral 2024-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməli idi. İddiaçı bununla bağlı xx.xx.2024-cü il tarixdə ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, işçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə mövcuddur. Həmçinin, iddiaçının işlədiyi peşənin (qəzabərpa işləri üzrə çilingər) və sahənin bina, qurğu, və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahələrinə aid və bağlı olduğu iş işəgötürən tərəfindən verilmiş güzəştli arayışla təsdiq olunur. Bununla bağlı, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı sübut bizə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi xx.xx.2024-cü il tarixli güzəştli arayışında işlədiyi qeyd olunmuş sahə və vəzifələr müvafiq siyahıdakı sahə və vəzifələrlə üst-üstə düşmür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəzabərpa işlərinin çilingərləri və ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar da yoxdur. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(112)-3856/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilərək İddiaçı 60 yaşının tamam olduğu 22 fevral 2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında “bütün” kanalizasiya şəbəkələrində qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri deyil, yalnız “yeraltı” kanalizasiya şəbəkələrində qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında sözü gedən vəzifələrin hərdənbir və ya müvəqqəti yaxud da ezam formasında icra edilməsi deyil, yalnız daimi, yəni “tam iş gününə” icra edilməsi nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışda onun xx.xx.1995 - xx.xx.2004-cü il tarixləri arasındaki dövr ərzində Bakı Kanalizasiya Xidməti idarəsində X1 sahəsində, xx.xx.2004 – xx.xx.2006-cı il tarixləri arasındaki dövr ərzində Kanalizasiya Xidmət İdarəsində, xx.xx.2008 – xx.xx.2011-ci il tarixləri arasındaki dövr ərzində Bakı Kanalizasiya Xidməti idarəsində X1 sahəsində, xx.xx.2011 – xx.xx.2012ci il tarixləri arasındaki dövr ərzində sözü gedən müəssisənin Bakı Su kanal İdarəsinin 2 saylı qəza-bərpa və quraşdırma sahəsində, xx.xx.2012 – xx.xx.2016-cı il tarixləri arasındaki dövr ərzində Bakı Su kanal idarəsinin Xətai rayon Su kanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində, xx.xx.2016 – xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Bakı Su kanal İdarəsinin təmir-tikinti sahəsində, xx.xx.2017-ci il tarixdən bu günədək Bakı Su kanal idarəsinin Xətai rayon Su kanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza-bərpa işləri üzrə çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Hesab edilir ki, iddiaçının işlədiyi həmin sahə və vəzifələr müvafiq siyahıdakı sahə və vəzifələrlə üst-üstə düşmür. Xüsusilə qeyd edilir ki, birinci instansiya məhkəməsi müəssisənin arayışını birmənalı şəkildə qəbul edərək sözü gedən dövrləri güzəştli iş stajına daxil etmişdir. Halbuki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilmiş arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözü gedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu təsdiqləməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. İş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, birinci instansiya məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçının sözügedən əmək funksiyalarını daimi icra edib-etməməsi hazırki mübahisə üzrə mühim əhəmiyyət dayışır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında sözügedən vəzifənin hərdənbir və ya müvəqqəti yaxud da ezam formasında icra edilməsi deyil, yalnız daimi, yəni “tam iş gününə” icra edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, nümayəndəsi və vəkili Vəkil isə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının keçiriləcəyi tarixlərdə ölkə hüdudları xaricində olacağından məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası prosessual qənaət prinsipini nəzərə alaraq, eyni zamnda vətəndaşın hüquqarının səmərəli və tez bir vaxtda bərpa edilməsi zərurətini əsas götürərək, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlərdən görünür ki: - İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. O, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. - İddiaçı xx.xx.1981- xx.xx.1982-ci il tarixlərdə 86 saylı Texniki Peşə Məktəbində təhsil almış, xx.xx.1982-ci il tarixdə “İskra” zavoduna 3-cü dərəcəli tokar vəzifəsinə qəbul olmuş, xx.xx.1983-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.1985ci il tarixədək Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1985-ci il tarixdə “İskra” zavoduna 3-cü dərəcəli tokar vəzifəsinə qəbul olmuş, xx.xx.1986-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1986-cı il tarixdə Bakı Kanalizasiya Xidməti İdarəsi nəzdində Hövsan Aerasiya stansiyasına 4-cü dərəcəli tokar vəzifəsinə qəbul olmuş, xx.xx.1987-ci il tarixdə çilingər vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Kanalizasiya Xidməti İdarəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək “Waterman Services Ltd” şirkətinin Azərbaycan Respublikasındakı filialına operator vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X1 2 saylı QXS-də 4-cü dərəcəli qəza bərpa işləri üzrə çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-nin Bakı Su kanal İdarəsinin 2 saylı qəza bərpa və quraşdırma sahəsinin qəza xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı Su kanal İdarəsinin Xətai rayon Su kanal Departamentində Kanalizasiya xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək Azərsu ASC-nin Bakı Su kanal İdarəsinin təmir tikinti sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2017ci il tarixdən bu günə kimi X5 Cəmiyyətinin Xətai rayon Su kanal İdarəsində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. - Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-83111/2024 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “... Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" ASC-nin sizə dair xx.xx.2024-cü il tarixli 02 nömrəli arayışında xx.xx.1995 - xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya Xidməti idarəsi X2 sahəsində, xx.xx.2004 - xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Kanalizasiya Xidmət İdarəsində, xx.xx.2008 - xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Kanalizasiya Xidməti idarəsi X2 sahəsində, xx.xx.2011 - xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində sözü gedən müəssisənin Bakı Su kanal İdarəsinin 2 sayılı qəza bərpa və quraşdırma sahəsində, xx.xx.2012 - xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Bakı Sukanal İdarəsinin Xətai rayon Sukanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində, xx.xx.2016 - xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Bakı Su kanal İdarəsinin təmir-tikinti sahəsində, xx.xx.2017-ci il tarixindən bu günədək Bakı Su kanal İdarəsinin Xətai rayon Su kanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza bərpa işləri üzrə çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz sahə və vəzifə sözü gedən arayışda istinad olunan, yuxarıda qeyd olunan sahə və vəzifəyə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial onlara omək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubunda göstərilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Eyni zamanda bildirilir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasına dair xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisə yoxdur. Hazırki iş üzrə mübahisə İddiaçı güzəştli şərtlərlə əmək stajı müddətinin hesablanması ilə bağlıdır Cavabdeh orqan iddiaçının kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmadığını bildirmişdir. Belə ki, cavabdehin mövqeyinə görə İddiaçı güzəştli arayışında işlədiyi qeyd olunmuş sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı sahə və vəzifələrlə üst-üstə düşmür. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: - Azərbaycan Respublikası "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 04 mart 2024-cü il tarixli, 02 saylı güzəştli arayışa əsasən, iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi Kanalizasiya Xidməti İdarəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərsu Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti İdarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-nin Bakı Su kanal İdarəsinin 2 saylı qəza bərpa və quraşdırma sahəsinin qəza xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2012-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı Sukanal İdarəsinin Xətai rayon Su kanal Departamentində Kanalizasiya xidmətində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixinədək "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin təmir tikinti sahəsində qəza bərpa işləri üzrə çilingər, xx.xx.2017-ci il tarixdən bü günə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Xətai rayon Su kanal İdarəsində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləyir. Bu ixtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısının 35-ci bəndinə əsasən (Ümumi peşələr) güzəştli sayılır. (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri 2290000a-18447) (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – 2900000). Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 25 il 7 ay 19 gündür. - Birinci instansiyası məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC Xətai rayon Su kanal İdarəsi tərəfindən təqdim edilmiş 14 noyabr 2024-cü il tarixli, 11 saylı arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi X1 müəssisəsinin qəza xidməti sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 32-K.xx.xx.1995-ci il); xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Kanalizasiya Xidməti İdarəsi Kanalizasiya şəbəkələrinin İstismar sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 05-k,xx.xx.2004-cü il); xx.xx.2008ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyəti Bakı Kanalizasiya Xidməti idarəsi X2 sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 31-K,xx.xx.2008-ci il); xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi "xxxx" ASC-nin Bakı Su kanal İdarəsinin 2 saylı qəza bərpa və quraşdırma sahəsinin qəza xidmətində qəza bərpa işləri üzrə çilingər (Əmr 32- K,xx.xx.2011-ci il); xx.xx.2012-ci il tarixdən xx.xx.2016-ci il tarixə kimi Bakı Su kanal İdarəsinin Xətai rayon Su kanal Departamentində Kanalizasiya şəbəkələrinin istismarı xidmətində qəza bərpa işləri üzrə çilingər (Əmr 03-K,xx.xx.2012-ci il); xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakı Su kanal İdarəsinin təmir tikinti sahəsində qəza bərpa işləri üzrə çilingər (Əmr 618k,xx.xx.2016-cı il); xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi "xxxx" Səhmdar Cəmiyyətinin Xətai rayon Su kanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəza bərpa işləri üzrə çilingər, (Əmr 139/K.xx.xx.2017), xx.xx.2022-ci il tarixdən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətinə qəza bərpa işləri üzrə çilingər keçirilib, (Əmr №30/K xx.xx.2022). xx.xx.2024-cü il tarixdən Başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilib (Əmr № 389/K xx.xx.2024-cü il); xx.xx.2024-cü il tarixdən bu günə kimi" İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxs Xətai rayon Su kanal İdarəsinin Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Tullantı suların axıdılması xidmətində qəza bərpa işləri üzrə çilingər işləyir (Əmr № 398 xx.xx.2024). Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin əsas dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarında “bütün” kanalizasiya şəbəkələrində qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri deyil, yalnız “yeraltı” kanalizasiya şəbəkələrində qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri və sözügedən vəzifələrin hərdənbir və ya müvəqqəti yaxud da ezam formasında icra edilməsi deyil, yalnız daimi, yəni “tam iş gününə” icra edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan şəxsin peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. İddiaçının qeyd edilən (mübahisələndirilən) qurum(lar)da zərərli əmək şəraiti gördüyü işin xarakteri ilə bağlı işəgötürən tərəfindən verilmiş arayışlar və vəzifə təlimatı ilə təsdiq olunur. Belə ki, iddiaçının işlədiyi qurum tərəfindən verilmiş arayışlarda birbaşa olaraq qeyd edilmişdir ki, iddiaçının işlədiyi vəzifə(lər) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı siyahısının 35-ci bəndinə əsasən (Ümumi peşələr) güzəştli sayılır (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri 2290000a-18447) (XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri – 2900000) və şəxsin həmin vəzifəni daimi deyil, hər hansı intervallarla icra etməsi iş materialları ilə öz təsdiqini tapmır. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “ ... kassasiya instansiyası məhkəməsinin oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(112)-3856/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-2433/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2433/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver