Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2435/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1731/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixli, 001003 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməyə və Azərbaycan Dövlət Əmlak Komitəsinin xx.xx.1998ci il tarixli 1024 nömrəli sərəncamına əsasən “RUNA” firması ilə iddiaçı arasında olan 31 may 2003-cü il tarixli notarial alqı-satqı müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən ona məxsus tikinti sahəsi 33,75 kv.m, ümumi sahəsi 322.5.0 kv.m, o cümlədən 200,0 kv.m əlavə tikintisi olan obyektin qanunsuz sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun pozulmasına görə 2.300.000 (iki milyon üç yüz min) manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin simasında Azərbaycan Dövlətindən tutularaq İddiaçı ödənilməsi; ona xx.xx.2012-ci il tarixindən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə 1.690.169 manat gecikdirilmə faizi ödənilməsi; mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona vurulmuş mənəvi zərərin əvəzində 100.000 (bir yüz min manat) mənəvi zərər ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Nəriman Abıyev) 2-1(112)-1731/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixli, 001003 nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməyə və xx.xx.1998-ci il tarixli 1024 nömrəli sərəncamına əsasən “RUNA” firması ilə iddiaçı arasında olan 31 may 2003-cü il tarixli notarial alqı-satqı müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən ona məxsus tikinti sahəsi 33,75 kv.m, ümumi sahəsi 322.5.0 kv.m, o cümlədən, 200,0 kv.m əlavə tikintisi olan obyektin qanunsuz sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun pozulmasına görə ******* (iki milyon üç yüz min) manat kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin simasında Azərbaycan Dövlətindən tutularaq İddiaçı ödənilməsi; onun xx.xx.2012-ci il tarixindən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə ******* manat gecikdirilmə faizi ödənilməsi barədə; mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona - İddiaçı vurulmuş mənəvi zərərin əvəzində 100000 (bir yüz min manat) mənəvi zərər ödənilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2003-cü il tarixli, 001003 nömrəli “Mülkiyyət hüquqi haqqında” Şəhadətnaməyə və (Azərbaycan Dövlət Əmlak Komitəsinin) xx.xx.1998-ci il tarixli, 1024 nömrəli sərəncamına əsasən “RUNA” firması ilə iddiaçı arasında olan 31 may 2003-cü tarixli notarial alqı-satqı müqaviləsi əsasında istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (köhnə Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanında yerləşən və ona məxsus 33.75 kv.m. qeyri yaşayış sahəsi, ümumi sahəsi 322.5.0 kv.m, o cümlədən 200,0 kv.metr əlavə tikintisi olan obyekti 2012-ci ilin sonlarında sökülmüş, yerində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan Respublika Velotrekinə məxsus bina və qurğular tikilmişdir. Söküntü sürətlə aparılmış və onun obyektində olan və ona məxsus əşya və avadanlıqları çıxartmağa imkan verilməmiş, onları məhv etmişlər. Bütün bu söküntü nəticəsində ona bazar qiymətilə ******* (iki milyon üç yüz min) manat məbləğində maddi ziyan dəymişdir. Bu, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2632/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2632/2017 saylı, xx.xx.2018-ci il tarixli müraciətinə asasən Əmlakın Qiymətləndirilməsi və Uçotu departamentinin 2008-ci il tarixli ekspert rəyi ilə sübut olunur. Dəfələrlə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə və digər dövlət qurumlarına şifahi və yazılı müraciətlər etsə də, ona vurulan maddi ziyan ödənilməmişdir. Ona görə də pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmiş və məhkəmədən obyektinin sökülüb dağılması ilə əlaqədar ona vurulmuş ******* (bir milyon doqquz yüz əlli altı min beş yüz yetmiş beş) manat maddi ziyanın cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1(81)-3526/2017 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 71/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ilə onun apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2017-ci il tarixli, 2-1(81)- 3526/2017 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, ona vurulan maddi ziyanın əvəzi olaraq 84375 (səksən dörd min üç yüz yetmiş beş) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə məyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 3007-ci məhəllə ünvanda yerləşən bir mərtəbəli binanın birinci mərtəbəsindəki 33.75 kv.metr qeyri-yaşayış sahəsi onun xüsusi mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-1938/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə onun və üçüncü şəxsin kassasiya şikayəti təmin edilmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 71/2018 saylı, 06 iyun 2018-ci il tarixli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı, 24 iyul 2019-cu il tarixli qərarı ilə onun apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3526/2017 saylı 29 avqust 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-3055/2019 saylı, 06 noyabr 2019cu il tarixli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-897/2019 saylı 24 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin müxtəlif işlər üzrə mövqeyinə görə dövlətin vətəndaşın əmlak hüquqlarının qorunması sahəsində pozitiv hüquqları vardır. Əgər sökülmüş əmlakın əvvəlki vəziyyətini bərpa etmək mümkün olmazsa onda dövlət ödəniş gününə olan bazar qiymətilə əmlakın dəyərini kompensasiya etməlidir. Mülki Məcəllənin 211-ci maddəsinin tələbinə görə xüsusi mülkiyyət hüququna xitam verilməzdən əvvəl əmlak bazar qiymətilə qiymətləndirilməli və müvafiq kompensasiya verilməlidir. Dövlət vətəndaşın mülkiyyətini faktiki olaraq müsadirə etmişdir. Belə ki, xüsusi mülkiyyətdə olan əmlak sökülmüş, onun yerində dövlətə məxsus bina tikilmişdir. Bununla da dövlət iddiaçının əmlakına xüsusi mülkiyyət hüququ ilə sahiblənmiş, iddiaçının isə mülkiyyətindən istifadə hüququnu tam əlindən almışıdr. Mülki Məcəllənin 152-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ odur ki, şəxs öz mülkiyyətinə sahib olsun, ondan istifadə etsin və onun üzərində sərəncan versin. İndiki halda isə iddiaçının bu hüququ dövlətin özü tərəfindən pozulmuşdur. Konstitusiya xüsusi mülkiyyətin toxunulmaz olmasını və onun dövlət tərəfindən qorunmasını təsdiqləsə də indiki halda dövlət özü öz vətəndaşının xüsusi mülkiyyətini söküb, yerində dövlətə məxsus bina tikib və mülkiyyət sahibinə heç bir kompensasiya verməmişdir. Mülki Məcəllənin 21-ci maddəsinin tələbinə görə şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İndiki halda isə məhkəmə şəxsin külli miqdarda dəyəri olan əmlakından məhrum edilməsinə görə tələb etdiyi zərərin əvəzini ödəmək üçün qərar çıxartmaq əvəzinə iddianı əsassız olaraq rədd etmişdir. Əvvəllər qəbul edilmiş məhkəmə qərarları ilə sübut olunmuşdur ki, 1. Vətəndaşın xüsusi mülkiyyəti heç bir qanuni əsas və ya tələbat olmadan sökülmüş, 2. Sökülmüş əmlakın yerində dövlətə məxsus obyekt tikilmiş və hal-hazırda həmin obyek dövlətin tabeçiliyində olan Gənclər və İdman Nazirliyinin balansında və istifadəsindədir. Bu hallar məhkəmə qərarlarında öz əksini tapdığı üçün burda məhkəmə başqa heç nəyi araşdırmamalı, kompensasiyanın miqdarını müəyyən etməli idi. Mübahisəli əmlak üzərində iddiaçının mülkiyyət hüququ bu günədək qalır, çünki mülkiyyətçi öz əmlakından məhrum edilsə də, həmin əmlak sökülüb yerində dövlətə məxsus başqa əmlak inşa edilsə də iddiaçının mülkiyyət hüququ haqqında dövlət reyestrində yazı hələ də ləğv edilməmişdir. Məhkəmə heç bir fakta, hətta özündən əvvəl digər məhkəmələrin qəbul etdiyi və qanuni qüvvəyə minmiş qətnamələrə əhəmiyyət verməmiş, işin faktiki hallarını qiymətləndirməmiş, cavabdeh tərəfin dövlət olmasına görə qanuni qərar qəbul etməkdən çəkinmiş və bununla da tərəflərin bərabərliyi prinsipini pozmuş və faktlar əsasında qətnamə qəbul etməmişdir. Məhkəmə ümumiyyətlə məhkəmənin gedişində araşdırılan və iddia ərizəsində göstərilən hüquqi əsasların heç birinə qiymət verməmişdir. İşin halları odur ki, 1. İddiaçının xüsusi mülkiyyəti olmuş 2. Bu xüsusi mülkiyyət dövlət qeydiyyatına alınmış və iddiaçıya dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. 3. İddia ərizəsi məhkəməyə təqdim edilən zaman iddiaçı dövlət reyestrinə müraciət edib ona məxsus olan mübahisəli, sökülmüş əmlakın yüklü olub olmaması haqqında arayış almışdır. 4. Bu günə qədər mübahisəli, sökülmüş əmlakın dövlət reyestrində qeydiyyatı ləğv edilməmişdir. 5. Əvvəlki məhkəmə araşdırılmalarında sübut olunmuşdur ki, iddiaçının qanunsuz sökülmüş əmlakının yerində dövlətə məxsus - Gənclər və idman nazirliyinin- bina tikilmişdir və bu gün də həmin nazirlik o binadan istifadə edir. Göründüyü kimi, bu hallar işin mühüm əhəmiyyətli faktiki halları olsa da məhkəmə bu halların heç birinə qiymət verməmişdir. İddiaçının bu əmlakı sökülmüş, məhkəmələrə müraciət nəticəsində əmlakı sökənin kimliyi məlum olmadığına görə kompensasiya verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddianın hüquqi əsası haqqında heç bir fikir bildirməmişdir. Belə ki, məhkəmə yanlış olaraq iddia tələbini əvvəlki dövrlərdə qəbul edilmiş məhkəmə qərarları ilə eyniləşdirmişdir. Əslində isə əvvəlki məhkəmə qərarlarında bütün məhkəmə instansiyalarının, eləcə də Ali Məhkəmənin mövqeyi belə olmuşdur ki, həqiqətən də iddiaçıya məxsus olan mübahisəli əmlak sökülmüşdür, onun yerində Azərbaycan Dövlətinin tabeçiliyində olan dövlət müəssisəsinə - Gənclər və İdman Nazirliyinə məxsus bina tikilmişdir, lakin mübahisəli əmlakın kim tərəfindən söküldüyü müəyyən edilmədiyi üçün kompensasiya verilməsindən imtina edilmişdir. Lakin rəsmi olaraq dövlət qeydiyyatından keçmiş mübahisəli əmlakın kim tərəfindən sökülməsi məlum olmasa da, həmin əmlakın yerləşdiyi torpaq sahəsində dövlətə məxsus bina tikilib, yəni sökülən əmlakın olduğu torpaq sahəsindən dövlət bəhrələnir, iddiaçı həmin sahədən istifadə edə bilmir. İndiki halda da iddiaçıya məxsus olan sökülmüş əmlakın yerində dövlətə məxsus obyektin tikilməsi bilavasitə sübut edir ki, dövlətin inzibatı orqanlarının qarşılıqlı razılığı ilə dövlət maraqları naminə iddiaçıya məxsus olan mülkyyət qanunsuz olaraq sökülmüş, lakin iddiaçıya müvafiq kompensasiya verilməsindən imtina edilmişdir. Sökülmüş əmlakın yerləşdiyi torpaq sahəsindən istifadə hüququnun dövlətə verilməsi dövlətin həmin şəxsi mülkiyyətdən məhrum etməsi olduğundan dövlət sökülmüş əmlakın mülkiyyətçisinə müvafiq kompensasiya verməlidir. Birinci instansiya məhkəməsi isə bu hala ümumiyyətlə qiymət verməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia tələbindən görünür ki, iddiaçı ona məxsus obyektin qanunsuz sökülməsi ilə əlaqədar mülkiyyət hüququnun pozulmasına görə kompensasiyanın, xx.xx.2012-ci il tarixindən məhkəməyə müraciət edilən vaxta qədər Mərkəzi Bankın uçot dərəcəsi ilə gecikdirilmə faizinin, mülkiyyətindən məhrum edilmə ilə əlaqədar ona vurulmuş mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Lakin hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının iddia etdiyi ona məxsus tikilinin sökülməsinin cavabdehlə hər hansı əlaqəsi yoxdur. İddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən hər hansı müdaxilə mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1731/2024 nömrəli, 05 mart 2024-cü il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2435/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2435/2024
21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver