Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2436/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “dərman vasitələrinin və digər preparatların verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2318/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirlər Kabinetinin qərarına əsasən 3 saylı şəhər poliklinikasında qeydiyyatda olduğu müddətdə bütün təqdim edilməyən preparatların iddiaçıya təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona 2017-ci ildən 2021-ci il oktyabr ayınadək təqdim edilməyən insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə şəkəri təyin etmək üçün vizual test, çubuqlar, sidikdə asetonu təyin etmək üçün vizual test çubuqlarının iddiaçıya təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2318/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbi təmin edilərək, İddiaçı 2017-ci ildən 2021-ci il oktyabr ayınadək təqdim edilməyən insulin şpris qələmlər üçün ucluq, qanda şəkəri təyin etmək üçün vizual test çubuqları, sidikdə şəkəri təyin etmək üçün vizual test çubuqlar, sidikdə asetonu təyin etmək üçün vizual test çubuqlarının ona təqdim edilməsi öhdəliyinin cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermə müddətini ötürməklə verdiyi şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2318/2024 saylı, 28 fevral 2024-ci il tarixli qərarını ləğv edərək, yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-2318/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti məhkəməyə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası cavabdehə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-2318/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərardan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2318/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin cavabdehin apellyasiya şikayəti 06 aprel 2024cü il tarixdə imzalanmaqla elektron məhkəmə sistemi vasitəsi ilə verilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 07 mart 2024cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 1 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi tərəfindən buraxılmışdır. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2318/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti 06 aprel 2024cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinə qarşı “dərman vasitələrinin və digər preparatların verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 1(112)-2318/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2318/2024 saylı, 28 fevral 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2436/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2436/2024
04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver