Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2437/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosesual müddətin bərpası ilə bağlı ərizəyə 05 iyul 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə iddia ərizəsi göndərilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı 24 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və yeni qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanlanmış iş üzrə 25 avqust 2021-ci il tarixli hüquqi yardım haqqında bildirişdən görünür ki, iddiaçıya formal xətanın aradan qaldırılması izah olunmuş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86-cı maddəsinə əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə iddia ərizəsi deyil, apellyasiya şikayəti tərtib edilməli olduğu qeyd edilmişdir. Apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmaqla Bakı İnzibati Məhkəməsinə təqdim edilməlidir. Bundan sonra, 18 mart 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuş iddiaçının nümayəndəsi X1 09 mart 2022-ci il tarixli ərizəsində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı 14 iyun 2021-ci il tarixli qərarını almadığı qeyd olunmuş və qərarın iddiaçıya təqdim olunması xahiş edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin iddiaçıya ünvanlanmış iş üzrə 04 aprel 2022-ci il tarixli bildirişində məhkəmə qərarının əvvəllər rəsmi qaydada iddiaçıya təqdim edildiyi və təkrarən əldə edilməsi üçün 10 manat məbləğində dövlət rüsumunun ödənilməli olduğu, dövlət rüsumunun ödənilməsi barədə qəbzin məhkəməyə təqdim edildikdən sonra müraciətlərinə baxılmasının mümkünlüyü qeyd edilmiş, həmin bildiriş iddiaçının nümayəndəsi tərəfindən 17 may 2022-ci il tarixdə qəbul edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədən 17 iyun 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı 14 iyun 2021ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş və şikayətə əlavə olunmuş ərizə ilə qanunla nəzərdə tutulmuş prosessual müddətin üzrlü səbəbdən buraxılmasının bərpa edilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə uyğun izahat verərək, təmin olunmasını, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi. Lakin cavabdeh tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarı poçt vasitəsilə iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş məktubu ilə göndərilmiş, işdə olan poçt qəbzindən görünür ki, qərar iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə alınmışdır. Həmçinin iddiaçının nümayəndəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarını almadığını iddia etsə də, izahatında poçt zərfinə qoyularaq Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarının da qoyulduğunu etiraf etmişdir. Hazırki işin apellyasiya araşdırması zamanı məlum olur ki, məhkəmə qərarı xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən poçt qəbzinə imza etdirilməklə rəsmi qaydada ona təqdim olunmuşdur (iş vərəqi-44). Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən hesablanmaqla, (sonuncu gün qeyri-iş gününə təsadüf etdiyindən) xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır. Odur ki, Məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3514/2021 saylı, 14 iyun 2021-ci il tarixli qərarından verdiyi apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2437/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2437/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver