Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2437/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərarından 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) 24 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər İcra Hakimiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X7 adına verilmiş xx.xx.2013-cü il tarixli çıxarışın, xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və X2 adına verilmiş mülkiyyət hüququ barədə RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərardadı ilə iddia tələbinin “xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin və X2 adına verilmiş mülkiyyət hüququ barədə RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi” hissəsində mümkün sayılmaması qərara alınmşdır. Həmçinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, cavabdeh tərəfindən X7 adına verilmiş RX seriyalı ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın ləğv edilməsi qərara alınmışdır. Sözügedən qərardan apellyasiya şikayəti verilmədiyi üçün qərar xx.xx.2018-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2018-ci il tarixdə icraya yönəldilmişdir. Lakin sonradan 3-cü şəxs X4 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin 05 dekabr 2017-ci il tarixli qərarının ona təkrarən təqdim olunmasını xahiş etmişdir. Həmin ərizəyə münasibətdə Bakı İnzibati Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda məhkəmə aktının surətinin təkrarən verilməsinə görə qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməli olduğu bildirilmişdir. Bundan sonra X4 xx.xx.2021-ci il tarixdə ərizə və müvafiq dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzi məhkəməyə təqdim edərək məhkəmə qərarının ona təkrarən təqdim olunmasını xahiş etmiş və həmin qərarı məhkəmə qəbzinə əsasən (i.v. 70) xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Daha sonra X2 nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə qərarının təkrarən təqdim olunmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə qərarının təkrarən verilməsi üçün qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsi nəzərə alınaraq məhkəmə tərəfindən “sənədin alınması barədə” qəbzə (i.v. 82) əsasən xx.xx.2017-ci il tarixli məhkəmə qərarı təkrarən xx.xx.2023cü il tarixdə nümayəndə Vəkil təqdim olunmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin bərpa edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərarını xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Bu səbəbdən də ötürülmüş müddət üzürlü hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Bununla bağlı apellyasiyanın mümkünlüyü məsələsinə (ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə) baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirmişdir ki, hazırda torpaq sahəsi Nailə Məmmədovanın istifadəsindədir, üzərində tikililər tikmiş, bağ salmış, torpaq sahəsinə dair sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə baxmayaraq, sərəncam vermək hüququnu həyata keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdikdən sonra bilmişdir ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli məhkəmə qərarı onun hüququnu pozur. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2017-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizə üzrə araşdırma aparılarkən müəyyən olundu ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərarı ilk dəfə xx.xx.2017-ci il tarixli məktubla poçt vasitəsilə 3-cü şəxs X2 iş materiallarında olan ünvanına göndərilmiş və sifarişli poçt xəbərnaməsinin (i.v.56) “etibarnamə ilə” qrafasının qarşısına “Məmmədov ” yazılaraq imza edilməklə xx.xx.2017-ci il tarixdə qəbul edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmədiyi üçün qərar qüvvəsini almışdır. Lakin yuxarıda da qeyd olunduğu kimi, 3-cü şəxs X4 tərəfindən iki dəfə edilmiş müraciətə əsasən məhkəmə qərarı ona və nümayəndəsinə xx.xx.2021-ci il (i.v. 70) və xx.xx.2023-cü il tarixli (i.v. 82) məhkəmə qəbzlərinə əsasən təkrarən təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixdə “müddətin bərpası barədə ərizə”də müddətin ötürülməsinin səbəbi kimi göstərilmişdi ki, DƏDRX-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən torpaq sahəsinin əvvəlki sahibi X8 məxsus olan çıxarışın Bakı İnzibati Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə ləğv edildiyi və bununla da məhkəmə qərarının onun hüquqlarını pozduğu məlum olmuşdur. Bu səbəbdən prosessual müddətin üzrlü səbəblərdən ötürüldüyü üçün onun bərpa edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Hazırki işdə məhkəmə kollegiyası xx.xx.2017-ci il tarixli məhkəmə qərarının 3-cü şəxs X4 tərəfindən ilk dəfə xx.xx.2017-ci il tarixdə, təkrarən isə xx.xx.2021-ci il tarixdə, nümayəndə və vəkilinin isə xx.xx.2023-cü il tarixdə alındığını nəzərə alaraq hesab edir ki, prosessual müddətin bərpasına dair ərizədə göstərilən səbəb xx.xx.2017-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası üçün əsas ola bilməz. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə qərarının proses iştirakçısına təkrarən təqdim olunması ondan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımının yenidən hesablanması üçün əsas vermir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddət Nailə Məmmədova tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qeyd olunmalıdır ki, həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bizməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərarından 3-cü şəxs X2 “müddətin bərpası” ilə bağlı verdiyi ərizə təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: 3-cü şəxs X4 tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5174/2017 saylı 05 dekabr 2017-ci il tarixli qərarından 3-cü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2437/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2437/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver