Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-244/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X1, ərizəçinin nümayəndələri və vəkilləri X3 və Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, 25 avqust 2022-ci il tarixli qərardadından ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdərəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qeyd olunan qərar qanuni qüvvəsini almış və icra edilmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizə ilə məhkəməyə müraciət edərək, 2-1(81)-844/2019 nömrəli iş üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ərizəni onunla əsaslandırmışdır ki, qəbul edilən qərar qanunla qorunan maraqlarına toxunduğu halda, onlar işdə iştirak etməyə cəlb edilməmişlər. Belə ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 227 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi ərazi və tikililər Universitetin balansındadır və dövlət mülkiyyəti hesab olunur. Sözü gedən çıxarış və texniki pasport məhz Universitetə aid olan ərazidə yerləşən qeyri-yaşayış sahəsinə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2018-ci il tarixli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Nəsimi rayonu, 719-cu məhəllədə, Azadlıq pr. və D.Əliyeva küçələrinin kəsişməsində yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci korpusunun mövcud istifadə vəziyyətində ayrılması üçün torpaq sahəsinin ölçülərinə dair cizgi (qırmızı xətt) sənədinə əsasən bir mərtəbəli tikilinin yerləşdiyi ərazi birmənalı olaraq Universitetə aiddir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Nizamnaməsinin 7.1-ci bəndinin 2-ci abzasına əsasən ADNSU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADNSU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərizəsinin (vəsatətinin) təmin edilməsindən imtina edilmişdir. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2288/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxsin cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 2 ünvanında yerləşən tədris binasının yerləşdiyi həyətin bir hissəsi qanunsuz olaraq İddiaçı tərəfindən özəlləşdirilib. Belə ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binası üçün texniki pasportunun alınması zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edəndə məlum olmuşdur ki, balansda olan torpaq sahəsində yerləşən binaya İddiaçı çıxarış verilmişdir. Məlum olmuşdur ki, sahibkar İddiaçı 24 dekabr 2018-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Ərizəni araşdıran Bakı İnzibati Məhkəməsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bu işə 3-cü şəxs qismində cəlb etmədən, çox qısa zaman - cəmi 45 gün ərzində yekun qərar qəbul etmişdir. Qəbul olunmuş 09 fevral 2019-cu il tarixli qərara əsasən ünvan 1 ünvanında yerləşən təsdiq olunmuş layihəyə uyğun ümumi sahəsi 140,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Baxmayaraq ki, həmin ərazi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının yerləşdiyi həyətin bir hissəsidir və Universitetin razılığı olmadan həmin ərazidə olan bina özəlləşdirilə bilməz. Bu fakt aşkar olunandan dərhal sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti müvafiq ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, bu iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Məhkəmə icraatı əsassız və süni olaraq uzadılırdı. Nəhayət, Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət ediləndən təxminən 1 il sonra - 24 iyun 2021-ci il tarixində qəbul edilmiş qərardada əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “üçüncü şəxs qismində cəlb olunma barədə" ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti apellyasiya şikayəti vermiş, şikayət qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin aparılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Yenidən davam edən məhkəmə prosesi zamanı çıxarış verilmiş binanın altında yerləşən torpaq sahəsinin Universitetə məxsus olması, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə İddiaçı arasında həmin ərazidə tikintinin aparılmasına dair müqavilənin olması ortaya çıxmışdır. Həmin sənədlər Universitetə Əmlak Məsələləri Dövlət Xidmətinin sədrinin imzası ilə arxivdən təqdim olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin arxivindən təqdim olunan sənədlər araşdırılanda məlum olmuşdur ki, İddiaçı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında 05 yanvar 1996-cı ildə bağlanmış müqaviləyə əsasən Universitetin ərazisində yardımçı anbar və inzibati binanın tikilməsi razılaşdırılmışdır. Həmçinin, arxivdən təqdim olunan sənədlərə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin möhürü ilə təsdiq edilmiş yardımçı anbarın və inzibati binanın smetası, binanın planı əlavə edilmişdir. Sənədlər arasında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş akt mövcuddur. Həmin aktda qeyd olunub ki, həmin əməkdaşlar tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının həyətyanı sahəsini məhdudlaşdıran, yüksəkmərtəbəli bina ilə eyni cərgədə yerləşən 1 mərtəbəli ayrıca tikilinin mövcud olması aşkar edilmişdir. Bu sənədlərlə tam sübuta yetirilir ki, İddiaçı adına özəlləşdirilmiş bina Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə məxsus ərazidə yerləşir. Bu sənədlərdən sonra ərazinin kimə məxsus olmasına dair hər hansı şübhələrin qalmamasına baxmayaraq, hakim tərəfindən torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın təyin olunmasından 8 ay keçdikdən sonra ekspertiza rəyi məhkəməyə təqdim olunmuşdur. Təqdim olunan ekspertiza rəyinə əsasən guya ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olan torpaq sahəsi ilə İddiaçı məxsus tikilinin yerləşdiyi torpaq sahəsi üst-üstə düşmür. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza əsassız və son dərəcə mübahisəli hallara əsaslanaraq tərtib edilmişdir. Məhkəmə prosesində Universitetin vəkillərinin bütün vəsatətləri hakim tərəfindən rədd edilmiş, onun açıq-aşkar qərəzli olması bir daha təsdiq edilmişdir. Bu səbəbdən də dərhal hakimə rəsmi etiraz təqdim olunmuşdur. Etiraz ərizəsi təmin olunsa da, yeni təyin olunmuş hakimin sədrliyi ilə keçirilmiş 2 məhkəmə iclası ərzində yenə də əleyhimizə qərar qəbul edilmiş, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ərizəsi xx.xx.2022-ci il tarixli, 2-l(81)-844/2019 saylı qərardadı ilə təmin edilməmişdir. Məhkəmə qərardadda qeyd edir ki, "xx.xx.2022-ci il tarixli 10/403 nömrəli ekspertiza rəyində daşınmaz əmlakın dövlət reyestrində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- l(81)-844/2019 saylı iş üzrə 4 fevral 2019-cu il tarixli qərarı əsasında İddiaçı mülkiyyəti kimi qeydiyyata alınmış qeyri-yaşayış obyektinin 1962-ci ildə səlahiyyətli qurum Bakı şəhər XDS İK tərəfindən Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşməməsi təsdiqini tapır. Nəzərə alınmalıdır ki, 29 iyun 2022-ci il tarixli ekspertiza rəyinin əsassızlığı ilə bağlı hər hansı xüsusat məhkəmə tərəfindən müəyyən edilməmişdir və bu rəydə əks olunanlar ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mübahisəli obyektə münasibətdə hər hansı hüququnun olub-olmamasına qiymət verilməsi üçün yetərlidir”. Birinci instansiya məhkəməsinin bu “dəlili” ilə bağlı apellyasiya məhkəməsinin diqqətinə çatdırılır ki, a) Məhkəmə tərəfindən istinad olunan ekspertiza rəyində açıq-aşkar görsənir ki, ekspert mübahisəli xx.xx.2019-cu il tarixli qərara əsasən iddiaçıya verilən texniki pasporta əsaslanaraq İddiaçı istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin koordinatları ilə Universitetin D.Əliyeva 227 ünvanında yerləşdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi “qənaətinə” gəlmişdir. Bundan başqa, ekspert tərəfindən rəy hazırlanarkən iş materiallarında olan bütün sənədlərə istinad edərkən, yalnız Əmlak Məsələləri Dövlət Xidmətinin sədrinin imzası ilə arxivdən təqdim olunmuş və İddiaçı tərəfindən imzalanmış icarə müqaviləsi, akt, smeta, plan kimi sənədlərə istinad etməməsi faktını nəzərə almalı idi. Birinci instansiya məhkəməsi üçün bu faktın və mübahisəli qərara əsasən verilən texniki pasporta əsaslanan ekspertin təqdim etdiyi “rəyin” əsassız, həqiqətdən uzaq olan bir sənəd olması aydın olmalı idi. b) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mübahisəli obyektə münasibətdə hər hansı hüququnun olub-olmamasına qiymət verilməsi üçün yetərli olan sənədlər arasında birinci yerdə icarə müqaviləsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə 2 saylı ərazi şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş aktdır. Bu aktda qeyd olunur ki, “məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməyən” xx.xx.1996-cı il tarixli icarə müqaviləsi məhz İddiaçı tərəfindən təqdim olunmuşdur. Çünki, həmin akta əsasən aparılan monitorinq zamanı aşkar olunmuşdur ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının həyətyanı sahəsini məhdudlaşdıran, yüksəkmərtəbəli bina ilə eyni cərgədə yerləşən 1 mərtəbəli ayrıca tikili mövcuddur. Bu sənədlərlə tam sübuta yetirilir ki, İddiaçı adına özəlləşdirilmiş bina Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə məxsus ərazidə yerləşir. Əks halda, İddiaçı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tədris binasının həyətyanı sahəsində yerləşən tikilinin ona aid olmasını əsaslandırmaq üçün icarə müqaviləsini, plan və smeta sənədlərini öz əli ilə təqdim etməzdi. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyi belə olmuşdur ki: “..Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir. Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan isə aid bütün zəruri məsələlərə aydınlıq gəlirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında isin ədalətli həllini sübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır." Apellyasiya şikayətinin “İşin halları” bölməsində də qeyd edildiyi kimi, məhkəmənin qəbul etdiyi qərardadda istinad edilən ekspertiza rəyi, tərəfimizdən təqdim edilən digər sübutlarla açıqaşkar ziddiyyət təşkil edirdi və ekspertin gəldiyi nəticəni təkzib edirdi. Həmin bölmədə qeyd edilən faktlardan həmçinin görünür ki, məhkəmə, verdiyi rəyin obyektivliyinə kifayət qədər şübhə olan ekspertə tərəflərindən məhkəmədə sual verilməsi hüquqlarını qəsdən məhdudlaşdırmış, bununla da İnzibati Prosessual Məcəllənin 15.1-ci maddəsində nəzərdə tutulmuş çəkişmə prinsipini pozmuşdur. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən Qərarında sübutların qiymətləndirilməsi ilə bağlı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İs üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Şikayət verilən qərardadı qəbul etmiş məhkəmə, həm yuxarıda istinad edilən hüquq normalarının, həm də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə açıq-aşkar zidd olan mövqe tutmaqla, tərəflərindən təqdim edilən sübutları araşdırmadan, onlara hüquqi qiymət vermədən, yalnız obyektivliyi şübhə doğuran ekspertiza rəyinə istinad etməklə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetini inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edimləsindən imtina etməklə, digər pozuntularla yanaşı həm də Universitetin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş məhkəmə təminatı hüququnun pozulmasına rəvac vermişdir. Bütün bunlar sübut edir ki, xx.xx.2019-cu il tarixli məhkəmə qərarı ADNSU-nun qanunla qorunan maraqlarına toxunur və Universitet üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməli idi. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3465/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 844/2019 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-726/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2- 1(103)- 3465/2022 nömrəli qərardadı ləğv edilmiş, iş üzrə ərizəyə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndələri və vəkilləri X4 və Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İcarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında imzalanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 09 nömrəli müqavilədən görünür ki, ünvan 3 ünvanında qeyri-yaşayış binasının yerləşdiyi 172,4 kv.m torpaq sahəsi İcarəyəverən tərəfindən İcarəçiyə icarəyə verilmişdir və torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 29 iyun 2022-ci il tarixli 10/403 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: - (1-ci sual üzrə) ünvan 3 ünvanındakı mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin koordinatları 1) x - 402082.21, y - 4470321.75; 2) x - 402073.95, y - 4470319.10; 3) x - 402074.26, y - 4470317.94; 4) x - 402062.27, y - 4470313,75; 5) x - 402059.54, y - 4470322.37; 6) x - 402066.28, y - 4470324,68; 7) x - 402066.35, y - 4470324.35; 8) x - 402079.84, y - 4470328.87 müəyyən edildi; - (2-ci sual üzrə) ünvan 3 ünvanındakı Oqtay Əliyevin mülkiyyətində olan tikilinin yerləşdiyi torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyəstrindən 14 may 2019-cu il tarixli çıxarışına və Əmlak Məsələləri Dövlət Xidmətinin 5 noyabr 2021-ci il tarixli **********81 saylı məktubuna əsasən dövlət mülkiyyətindədir; - (3-cü sual) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ünvan 4 ünvanında yerləşən 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsinin koorinatları 1) X=402063.1823, Y=4470312.9651; 2) X=402075.1565, Y=4470317.1970; 3) X=402074.7730, Y=4470318.2812; 4) X=402082.7870, Y=4470321.1136; 5) X=402080.4710, Y=4470327.6664; 6) X=402090.2520, Y=4470331.2000; 7) X=402092.8400, Y=4470332.0510; 8) X=402094.0310, Y=4470327.8038; 9) X=402139.6310, Y=4470365.9630; 10) X=402143.6159, Y=4470362.1404; 11) X=402146.0444, Y=4470354.2037; 12) X=402165.2904, Y=4470360.2262; 13) X=402166.2580, Y=4470357.0930; 14) X=402180.9912, Y=4470362.5721; 15) X=402181.3872, Y=4470361.4960; 16) X=402198.9420, Y=4470367.9394; 17) X=402210.1747, Y=4470337.3363; 18) X=402208.4849, Y=4470336.7160; 19) X=402208.7261, Y=4470336.0589; 20) X=402197.8366, Y=4470332.0617; 21) X=402197.5953, Y=4470332.7191; 22) X=402192.6198, Y=4470330.8929; 23) X=402152.3398, Y=4470313.6872; 25) X=402151.8989, Y=4470309.2060; 26) X=402148.3654, Y=4470309.0079; 27) X=402145.7327, Y=4470308.4871; 28) X=402143.9370, Y=4470307.9367; 29) X=402141.6119, Y=4470306.9650; 30) X=402139.4265, Y=4470305.7476; 31) X=402137.5795, Y=4470304.4432; 32) X=402136.5420, Y=4470303.5769; 33) X=402135.6470, Y=4470302.7374; 34) X=402131.7821, Y=4470306.0940; 35) X=402073.6594, Y=4470284.6257; 36) X=402064.7202, Y=4470308.8276 müəyyən edildi; - (4-cü, 6-cı və 7-ci suallar üzrə) Bakı Şəhər XDS İK-nin (indiki Bakı ŞİH) arxiv fondu üzrə 17 may 1961-ci il tarixli 4 saylı protokoluna əsasən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsi dair "Azdövlətlayihə" tərəfindən 25 avqust 1962-ci il tarixdə verilmiş layihə planına əsasən İddiaçı mülkiyyətində olan tikilinin altında yerləşdiyi torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsi üstüstə düşmür. Eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsi 'Azdövlətlayihə" tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir; - (5-ci sual üzrə) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı; - (8-ci sual üzrə) XDS İK (indiki Bakı ŞİH) arxiv fondu üzrə 17 may 1961-ci il tarixli 4 saylı protokoluna əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun balansında olan torpaq sahəsi 0,35 ha təşkil etməklə, sərhədləri Lenin prospekti 23, 1 May 229, 331 nömrəli küçəsi və Stalin rayonunun 719 kv.m-nin kəsişməsində yerləşir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-726/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadında qeyd olunur: 28. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsi ərizəçinin mübahisə edilən hüquq münasibətində birbaşa iştirak edib-etməməyi məsələsini lazımi qaydada araşdırmayıb. 29. Belə ki, mübahisələndirilən torpaq sahəsi dövlət torpağı olmaqla kimin balansında olması müəyyən edilməmiş, eləcə də həmin torpaq sahəsi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılıbsa, ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmamışdır.
31. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi müvafiq icra hakimiyyəti orqanına sorğu verərək iddiaçının mülkiyyətində olan ərizəçinin iddia etdiyi 140,2 kv.m. qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsinin kimin balansında olması müəyyən edilməli, həmçinin mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılması barədə inzibati aktın olub-olmaması araşdırılmalı, bundan sonra ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilib-edilməməsi məsələsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərinə uyğun olaraq müvafiq məhkəmə sorğuları verilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 140,2 kv.m olan qeyri-yaşayış binası İddiaçı adına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-844/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Vahid elektron kadastr məlumatlarına əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-844/2019 nömrəli qərarı əsasında **********47-06301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Sözügedən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə ayrılması barədə inzibati aktın olub-olmaması barədə İdarədə məlumat aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəmə sorğusuna əsasən məhkəməyə ünvanlanmış cavab məktublarında da qeyd olunan torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olması və bu barədə hər hansı bir inzibati aktın mövcud olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 140,2 kv.m olan qeyri-yaşayış binası İddiaçı adına 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-844/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan həmin tikilinin altında yerləşən torpaq sahəsi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2-ci tədris korpusunun yerləşdiyi torpaq sahəsi üstüstə düşmür, eyni zamanda, İddiaçı istifadəsində olan torpaq sahəsi «Azdövlətlayihə» tərəfindən verilmiş 25 avqust 1962-ci il tarixli layihə planında göstərilən Əzizbəyov adına Neft və Kimiya İnstitutuna tikinti işlərinin aparılması üçün ayrılmış 0,35 ha torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. Bundan başqa, mübahisələndirilən torpaq sahəsinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin balansında olması və bu barədə hər hansı bir inzibati aktın mövcud olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapmadı. Həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Öz növbəsində mübahisələndirilən torpaq sahəsi aralarıında imzalanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 09 nömrəli müqaviləyə əsasən İcarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İcarəçi İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı: 52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. … Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı: 1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, qeyd olunan məhkəmə qərarı ilə ərizəçinin maraqlarına toxunulması, həmçinin onun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halları müəyyən edilmir. Bu səbəbdən də ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-844/2019 nömrəli, 25 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.