Məhkəmə qərarları › İş №2-1(103)-244/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-244/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-244/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınıb çıxarışın verilməsi tələbinə dair" iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5910/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 1836 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ona ayrılmış 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir (İPM m. 34.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 1836 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Buzovna qəsəbəsində 474 saylı sahədə fərdi ev tikmək üçün 0.12 ha torpaq sahəsi ayrılmış və iddiaçıya verilmişdir. Maddi imkanı olmadığından tikinti işləri apara bilməyib, lakin həmin tarixdən bu günə qədər torpa sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən ərizəsi təmin edilməyərək ərizəsinə imtina edilmişdir. İmtinaya torpaq sahəsinin konfiqurasiyasının və perimetrik ölçüləri arasında uyğunsuzluğun mövcud olması, torpaq sahəsinin ümumi ərazisinin bir hissəsinin hasarlanmaması və 1830 saylı sərəncamın arxiv arayışının təqdim edilməməsi əsas gətirilmişdir. Qeyd edir ki, torpaq sahəsi ona verildiyi vaxtdan heç bir perimetrik dəyişiklik olmayıb, hasarlanma maddi imkanı çatmaması səbəbindən aparılmayıb və xx.xx.2023-cü il tarixli arxiv arayışını cavabdehə təqdim edib. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinasını qanunsuzdur…” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “...Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən şərti koordinatlarla göstərilən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla, Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti olmuşdur. Təqdim edilən torpaq sahəsinə dair yerləşmə cizgisi ilə faktiki torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçüləri arasında uyğunsuzluq mövcuddur. Həmçinin torpaq sahəsi ümumi ərazinin bir hissəsi olmaqla hasarlanma işləri aparılmamışdır…” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5910/2024 nömrəli xx.xx.2024- cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhər Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyətinin 30 dekabr 1999-cu il tarixli 1836 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclası barədə məlumat verilmiş iddiaçı və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının cavabdehə qarşı iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 474 saylı sahədə yerləşən torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə belə hesab edir ki, iddiaçı tələbində haqlıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; …; Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; Qanunun qeyd olunan tələbləri nəzərə alınmaqla, iş materialları araşıdırıldıqda, müəyyən olunur ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün Qanunun müəyyən etdiyi qeyd olunan əsaslar mövcuddur. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Dövlət Arxivinin Bakı Filialının 1 fevral 2024-cü il tarixli məktubu ilə məhkəməyə itəqdim edilmiş, Bakı şəhəri Əzizbəyov rayonu İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1836 nömrəli Sərəncamından görünür ki, həmin sərəncamla - ünvan 1 ünvanıda yaşayan İddiaçı Buzovna qəsəbəsində 474 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, hazırkı mərhələdə cavabdeh idarənin arxiv materiallarından, o cümlədən, Əzizbəyov rayonu İcra hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 1836 nömrəli Sərəncamı ilə birlikdə məhkəməyə təqdim olunmuş mübahisəli torpaq sahəsinin Xəzər rayon İH tərəfindən təsdiq olunmuş plan-cizgisindən görünür ki, burada torpağın yerləşdiyi yerin görünüş xəritəsi, koordinatları («X» 426067,79» və «Y 4485925,22») konfiqurasiyası (dödbucaqlı şəkilində,bir tərəfi yol) və ölçüləri (40mx30m) göstərilmişdir. Lakin konkret halda, cavabdeh tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, idarəyə təqdim olunan yerləşmə cizgisi ilə faktiki torpaq sahəsinin konfiqurasiyası və perimetrik ölçüləri arasında uyğunsuzluq var, torpaq sahəsi ümumi ərazinin bir hissəsi olmaqla, hasarlanma işləri aparılmamış, Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının 1830 nömrəli sərəncamının arxiv arayışı təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Belə ki, işin tədqiq olunan sübutlarla müəyyən olunan hallardan isə göründüyü kimi, həmin sərəncamın arxiv arayışı mövcud olduğu halda, cavabdeh orqan, İnzibati icraat haqqında Qanunun 24-cü maddəsinin tələbi qaydasında xidməti vəzifə borcundan irəli gələrək sərəncamın arxiv nüsxəsini əldə etməmişdir. Torpaq sahəsinin cizgisi ilə bağlı dəlilinə gəldikdə, qeyd olunanlardan göründüyü kimi, burada heç bir uyğunsuzluqdan söhbət gedə bilməz. Çünki, torpağın dödbucaqlı konfiqurasiyası, perimetri və ölçülərinin xəritə görüntüsünə uğunluğu müəyyən olunur. Ən azından artıq torpağın zəbt edilmədiyi mübahisəsizdir. Torpaq sahəsinin bir hissəsinin hasarlanması ilə əlaqədar isə qeyd edilir ki, həmin səbəbə görə torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina üçün əsas ola bilməz. Çünki qanunvericilikdə imtinaya əsas verən maddi hüquq norması mövcud deyildir. Beləliklə də keçmiş Əzibəyov rayon İHB-nın sərəncamı ilə Buzovna qəsəbəsində 474 saylı sahədə fərdi ev tikmək üçün iddiaçıya ayrılan 1200 kv.m torpaq sahəsinin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun qeyd olunan normalarına müvafiq olaraq iddiaçının adına dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, cavabdeh iddiaçının ərizəsinin təmin edilməsindən imtina etməklə iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsinin dəqiq müəyyən edilmədiyini, qanuni əsaslarla ayrılıb-ayrılmadığı ilə bağlı araşdırma aparılmadığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5910/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5910/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar