Məhkəmə qərarları › İş №2-1(103)-2442/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2442/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2442/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə X1rşı “sənədlərin yenidən araşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3890/2021saylı 08.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyası Cənubi X6 tərəfindən iddiaçının adına verilmiş 05.06.2002-ci il tarixli, BHC 691756 nömrəli bakalavr diplomumunun ölkə ərazisində tanınması öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehi Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edərək onun üzərinə Rusiya Federasiyası Cənubi X4 tərəfindən iddiaçının adına verilmiş 05 iyun 2002-ci il tarixli, BHC 691756 nömrəli diplom üzrə verilən ixtisasın tanınması və ekvivalentliyin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəmənin mövqeyi nəzərə alınmaqla sənədlərin yenidən araşdırılması vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2002-ci il tarixdə Rusiya Federasiyasİ X8 İnstitutunun İqtsadiysat ixtisasını bilirmiş və bu barədə BMC 691756 nömrəli diplomu verilmişdir. Diplomu aldıqdan sonra ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvisalentliyinin müəyyən edilməsinə dair həhadətnamə verilməsi üçün 16.10.2020-ci il tarixli ərizə ilə Azərbacan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin sonuncu Nazirlər Kabinentinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 36 sə 37-ci bəndlərini rəhbər tutaraq Ekspert Qrupu tərəfindən mənfi rəy verildiyinə görə diplomu üzrə ixtisasın ölkə ərazisində tanınmasından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3890/2021saylı 08.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Rusiya Federasiyası Cənubi X5 tərəfindən İddiaçı adına verilmiş 05 iyun 2002-ci il tarixli, BHC 691756 nömrəli diplom üzrə verilən ixtisasın tanınması və ekvivalentliyin nostrifikasiyası haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəmənin mövqeyi nəzərə alınmaqla sənədlərin yenidən araşdırılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin əsaslarına görə "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”n 3.6-cı bəndinə əsasən təhsilin məzmun uyğunluğu barədə müsbət rəy olduqda ekvivalentlik şəhadətnaməsi verirlir. Azərbaycan Respublikası Prezidentinin 29.12.2019cu il tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsinin 2.2.2-ci və 3.1.4-cü yarımbənin müddəalarına əsasən iddiaçının xarici təhsil sahəsində ixtisasının tanınmasına dair ekspertiza aparılması, o cümlədən, tədris dili üzrə blik səviyyəsinin yoxlanılması Agentliyin səlahiyətində olan məsələdir. Ona görə də iş üçün əhəmiyyət kəsb edən hal mütəxəssis rəyi deyil, Agentlik tərəfindən tərəfindən yaradılan Ekspert qrupunun rəyidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Əhmədzadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, İddiaçı isə onunla razılaşmayaraq birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. İddiaçının iddia ərizəsində ifadə olunan möavqeyindən görünür ki, məhkəmədə iddia qaldırmaqda məqsədi Rusiya Federasiyası Cənubi X3 aldığı təhsilinə ona verilmiş bakalavr diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə almaqdan ibarətdir. Lakin onun iş materiallarının 33-cü vərəqində olan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ilkin olaraq irəli sürdüyü iddia tələbini, onun diplom üzrə ixtisasının tanınması ilə bağlı sənədələrinin, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, yenidən araşdırılması tələbinə dəqiqləşdirmişdir. Göründüyü kimi, iddiaçı burada öz hüquqi mövqeyindən deyil, məhkəmənin hüquqi mövqeyindən çıxış edərək, cavabdehə diplom üzrə sənədlərinin yenidən araşdırılması öhdəliyinin qoyulması tələbini irəli sürmüşdür. Bununla əlaqədar məhkəmə kollegiyası, birincisi qeyd edir ki, bu formada irəli sürülmüş iddia tələbinin münasib iddia növü kimi qiymətləndirilməsi mümkün deyil. Çünki, iddiaçı konkret halda öz mövqeyindən çıxış etmir, məhkəmənin hüquqi mövqeyindən çıxış edərək arzuladığı inzibati aktın qəbulunu tələb edir. Belə bir tələbin irəli sürülməsi isə İPM-in 73-cü maddəsinin tələblərinə uyğun hesab edilə bilməz. Ən azından ona görə ki, həmin Məcəllənin 73.2-ci və 73.3-cü maddələrinin tələblərində iddiaçının belə məzmunda iddia irəli sürmək hüququndan bəhs edilmir. Burada, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadığı halda, məhkəmənin öz hüquqi mövqeyindən çıxış ederəkə iddiaçının xeyrinə qərar qəbul etmək səlahiyyəti ehtiva olunur. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi iddianın dəqiqləşdirilməsində və münasb iddianın qaldırılmasında iddiaçıya müvafiq yardım göstərməmiş, nəticədə iddiaçı tərəfindən yanlış iddia tələbi irəli sürülmüşdür. Halbuki, İPM-in 13-cü maddəsinin tələbinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı qərarla həll edilən məsələni məhkəmə aralıq qərardadı qəbul edilməklə də, cavabdehə, müəyyən müddət təyin etməklə, iddiaçının sənədlərinə yenidən baxılması məsələsini həvalə etmək səlahiyyətinə malik olmuşdur. Belə ki, İPM-in 67.2-ci maddəsinin tələbinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələblərinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Prosessual qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, əgər məhkəmə, sübutlarla müəyyən edilən hallara münasibətdə mübahisənin həllinə gətirib çıxara biləcək hallara aydınlıq gətirilə biləcək halların araşdırılmasını zəruri hesab edirsə, bu zaman məhkəmə öz hüquqi mövqeyi baxımından prosessual qanunvericiliyin qeyd olunan müddəaları ilə müəyyən edilən hüquqlarından istifadə edərək cavabdeh inzibati orqanın üzərinə müəyyən hərəkətlərin yerinə yetirilməsini və nəticəsi barədə məlumat verilməsini tələb etməkdə səlahiyyətlidir. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ilə iddiaçının diplom üzrə ixtisasının tanınması ilə bağlı sənədlərinin yenidən araşıdırılmasının cavabdehə havalə edilməsi barədə mahiyyəti üzrə gəldiyi nəticə iddianın mayhiyyətinə və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3890/2021saylı 08.07.2021-ci il tarixli qərarı ləğv edilməli, iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası İPM-in 87.9-cu maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə sonrakı prosessual hərəkətlərin davamı çərçivəsində qeyd olunanlar nəzərə alınmaqla, iddianın düzgün dəqiqləşdirilməsində və münasib iddianın irəli sürülməsində iddiaçıya yardım etməli, zəruri olduqda isə aralıq qərardadı qəbul etməklə, cavabdehə müəyyən araşdırmanın aparılması və nəticələri barədə məhkəməyə məlumat verilməsini prosessual qanunvericilinin qeyd olunan tələbləri qaydasında həll etməli və bütün bunların nəticəsindən asılı olaraq da mahiyyəti üzrə qərar qəbul etməlidir. Qeyd olunanlara əsasən və İPM-in 68, 69, 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3890/2021 saylı 08.07.2021-ci il tarixli qərarı ləğv edilsin. İş məhkəmə icraatının davam etdirilməsi yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən Cahangir Yusifov Hakimlər Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar