Məhkəmə qərarları › İş №2-1(103)-2443/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2443/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2443/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3390/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, xx.xx.2018- ci ildə təyin olunmuş yaşa görə əmək pensiyası məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa görə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanunda edilmiş dəyişikliyə uyğun hesablanmasından imtina edilməsi ilə əlaqədar cavabdeh tərəfin hərəkətlərinin qanunsuz hesab olunması və Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının saytından çıxardığı **********258 saylı cədvəldə hesablanmış (80%) pensiya kapitalının məbləğinin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli Qanunla edilmiş dəyişikliyə uyğun hesablanmış **********258 nömrəli cədvəlin icra olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində bildirilir ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1975-ci ildə başlamış. Əmək pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə, yaşa görə əmək pensiyasına xx.xx.2018-ci ildə 63,6 yaşında çıxmışdır. Ona 256 manat pensiya təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır. Maddə 1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin: 1.1.1.0.8-ci maddə aşağıdakı redaksiyada verilsin: "1.0.8. fərdi hesabın sığorta hissəsi-əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-nin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır". 1.0.16 idarəetmə xərcləri, 1.0.17 sosial sığorta ehtiyatı, 1.0.18 xüsusi hesaba köçürülən 10% (100%-90%) 10%-i xərclənən pul 1.0.16, 1.0.17, 1.0.18 maddələrə xərclənir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun qəbul edilmişdir. xx.xx.2017-ci il tarixindən qüvvəyə minən həmin qanunun 1.90.27.2-ci cümləsində "170" rəqəmi "306" rəqəmi ilə, 1.90.27.3cü maddəsinə isə yeni məzmunda 3-cü cümlə əlavə edilmişdir. Əlavə edilən 3-cü cümlənin məzmunu belədir: "Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının siğorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır". 1.91.27.2 və 27.3-cü (1 iyul 2017-ci ilə qədər qüvvədə olan) maddələr ləğv edilmişdir. xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək yığılmış pensiya kapitalı 80% artırılmalıdır. Yəni, 1,8-ə vurulmalı və üstünə pensiyaya çıxdığı günədək yığdığı məbləğ toplanıb, cəmi məbləğin 90%-i 144-ə bölünməlidir.1.0.7 fərdi hesab-dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının esosial saytından sosial sığorta şəhadətnaməsi **********258 nömrəsi ilə çıxardığı 1 yanvar 2006-cı il tarixindən 31 dekabr 2016-cı il tarixinədək pensiya kapitalının məbləği 33775.29 manat təşkil etmiş və ona (xx.xx.2006-xx.xx.2016) 234.55 manat pensiya kapitalının sosial sığorta hissəsi hesablanmışdır. Bu cədvəldə xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun tətbiq edilərək pensiya kapitalının sığorta hissəsi 80% artırılaraq hesablanmışdır. Bu **********258 saylı cədvəl 1 yanvar 2006-cı ildən 31 avqust 2016-cı il tarixədək 74707.92 manat gəlirləri əsasında (pensiya kapitalı 33775.29 manat) hesablanmış məbləğdir. Bu **********258 saylı cədvəl rəsmi sənəddir. DSMF-in tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı bu cədvələ cavabdehlik daşıyır. Lakin cavabdeh tərəf pensiya kapitalındakı **********258 saylı cədvəldəki hesablanmanı ləğv edərək, pensiya kapitalının sığorta hissəsini Azərbaycan Respublikasının Prezidentinin 2006cı il 6 mart tarixli 377 Fərmanın, 2.9-cu-həmin qanunun, 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50%-i onların fərdi hesabının sığorta hissəsində qeydə alınır. 1.0.5 təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidməti illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) artımlardan ibarət olan məbləğdir. Bu maddə (1.0.5) hərbi qulluqçulara aiddir. Beləliklə, pensiya kapitalının sığorta hissəsi 1 yanvar 2006-cı il tarixindən 1 iyul 2017-ci il tarixədək hesablanarkən 1.90.27.3-cü maddə nəzərə (80% artırılmadan) alınmamış və xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanun tətbiq edilməmişdir. Pensiya kapitalı 50%- lə 16809.28 manat qeyd edilmiş və ona 116 manat sosial sığorta hesablanmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3390/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3390/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. - iddiaçının cavabdehə qarşı eyni tələb üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2- 1(112)-1500/2023 nömrəli işdə xx.xx.2023-cü il tarixli sorğu əsasında mütəxəssis rəyi təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 13 aprel 2023-cü il tarixli 9/800 №-li ekspert rəyinə əsasən tədqiqatın nəticəsi: Təqdim edilmiş iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Mudafıə Fondu Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyini nəzərə almaqla, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır və əmək pensiasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə billikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanın qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırıldığı müəyyən edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********1 nömrəli xidməti məktubla təqdim etdiyi hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə tərəfimizdən indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 17304,31 manat təşkil ediyi müəyyən edilən hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları tərəfimizdən indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 819,41 manat təşkil ediyi müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə təqdim etdiyi 18 avqust 2023-cü il tarixli 9/4641 №-li ekspert rəyinə əsasən tədqiqatın nəticəsi: Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, təqdim edilmiş mütəxəssis rəyi, iddiaçının təqdim etdiyi sənədlərlə **********258 saylı pensiya kapitalı barədə cədvəl, (2006- 2016), vəsatətdə qeyd edilən mülahiziiələrlə bağlı ekspert qeyd edir ki, iş materilallarında olan iddiaçı tərəfindən təqdim edilən pensiya kapitalı barədə cədvəl məlumatlarında qeyd edilən pensiya kapitalının sığorta hissəsi 2006-2016-cı illər ərzində ümumilikdə toplanmış 33775,29 manat gəlirlərin məbləğinə əsasən müəyyən edilmişdir. Qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsəsən pensiya kapitalı məcburi dövlət sosial sığorta haqqına cəlb olunan gəlirlərdən (gəlirin 25% məbləğində olan hissəsi) hesablanmalıdır. Belə olan halda bütün yuxarıda qeyd edilənlənlər, iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 23-17-1/2-50464/2023 saylı əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyi nəzərə alınmaqla, İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” AR Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə qulluq staına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır və əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfinfən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqaının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 466,04 manat müəyyən edilir. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının **********1 nömrəli xidməti məktubla təqdim etdiyi hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə tərəfimizdən indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 17304,31 manat təşkil ediyi müəyyən edilən hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları tərəfimizdən indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 819,41 manat təşkil ediyi müəyyən edilir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun

7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1982-cı il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək, xx.xx.1987-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü üzrə, ümumilikdə xx.xx.2006-cı il tarixinədək sığorta stajı 33 il 22 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 10.2.Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017- ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçı xx.xx.2017-ci il tarixli, 543 VQD nömrəli qanuna görə xx.xx.2006-cı ildən xx.xx.2017ci ilədək yığılmış pensiya kapitalının 80% artırılmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının məbləği cavabdeh qurum tərəfindən aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 33 il 22 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (33+22/30 gün/12 ау)х306=10116,70 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 23885,45 manat təşkil edir: 10116,70+8,3%+16,7%+20,8%+1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+4%+12,4%+5,7%+ 3%=23885,45 Pensiyanın sığorta hissəsinin hesablanması: 23885,45:144=165,87 Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 17069,79 manat müəyyən edilmişdir. Pensiyanın sığorta hissəsinin hesablanması: 17069,79:144=118,54 Pensiyanın ümumi məbləği: xx.xx.2019 - 165,87+118,54=284,41 Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin Pensiya altsisteminə əsasən İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissənində qeyda alınan pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 797,30 manat müəyyən edilmişdir: 797,30:134=5,95 manat (Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər (10 ay) azaldılır) xx.xx.2019 - 284,41+5,95=290,36; xx.xx.2020 - 290,36+290,36x16,6% = 338,56; xx.xx.2021 - 338,56+338,56x11,4%=377,15; xx.xx.2022 - 377,15+377,15x3,4%=389,97 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya duşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 406,31 manat müəyyən edilib. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajina görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 466,04 manata çatdırılmışdır. İddiaçı gəlirlərinə nisbətə ödənilmiş məcburi dövlət sosial sığorta haqları illər üzrə indeksləşdirilmiş və ümumilikdə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək 19227,02 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%-i 17304,31 manat təşkil edir. Qeyd edilən hesabatlara əsasən İddiaçı gəlirlərinə nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları indeksləşdirilmiş və xx.xx.2018-ci il tarixindən 31.01 2019-cu il tarixinədək 910,46 manat (2019-cu il vəziyyətinə) hesablanmışdır. Həmin məbləğin 90%- i 819,41 manat təşkil edir. Vətəndaşın pensiyası hesablanarkən nəzərə alınan kapital 80% artırılmaqla hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı eyni tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1500/2023 nömrəli sorğusu əsasında mütəxəssis rəyi təqdim edilmiş, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Eyni zamanda məhkəmənin qərardadları ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəylərində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edildiyi zaman onun xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tam olaraq nəzərə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmış, məhz bu səbəbdən hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3390/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3390/2024 saylı, 15 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar