Məhkəmə qərarları › İş №2-1(103)-2443/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2443/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2443/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X12 Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X11 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1125/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-75004/2024 saylı cavab imtina məktubunun əsassız hesab edilməsi və ona Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il tarixində anadan olmuşdur. xx.xx.2006-cı il tarixinə kimi 25 ildən çox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə ona Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinin tələbinə əsasən 57 yaşı tamam olan gündən yəni xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF-nın Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2024-cü il tarixində ərizə ilə təkrar müraciət etmişdir. Dəqiqləşdirici arayışda onun xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilə kimi Aleksey Şipyagin tərsanəsində 1-ci dərəcəli motorçu, 02.1 1.1993-cü ildən 0103.2004-cü ilə kimi Y.İbrahimov adına üzən tərsanədə birinci dərəcəli motorçu və xx.xx.2005-ci ildən xx.xx.2013-cü ilə kimi böyük motorçu vəzifəsində işlədiyi təsdiq edilir. Eyni zamanda arayışda qeyd edilir ki, sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətlərini nəzərə alaraq bildirilir ki, üzən tərsanələrdə tərəfindən əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı” nda nəzərdə tutulmuş “tryum motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyasına aiddir. Azərbaycan Respublikası NKnin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydalarına 2 saylı Əlavədə göstərilən formada güzəştli iş barədə arayış işəgötürən tərəfindən verilməlidir. Ona işlədiyi "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həmin formaya uyğun güzəştli iş stajı barədə arayış verilməsinə baxmayaraq cavabdeh İnzibati Orqan xx.xx.2024-cü il tarixli 3- 17-1/2-M-75004/2024 saylı məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən əsassız olaraq imtina edir. Belə ki, inzibati Orqan heç bir araşdırma aparmadan , təqdim etdiyi güzəştli iş stajı barədə arayışın düzgünlüyünü, iş şəraitini və gördüyü işin xüsusiyyətlərini qarşılıqlı yoxamadan hesab edir ki, işlədiyi sahə Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Bu səbəbdən də güzəştli iş stajı yoxdur. Baxmayaraq ki, bütün gəmi və tərsanələrdə motor qapalı yerdə yerləşir və o motorçu kimi bütün fəaliyyətini qapalı şəraitdə həyata keçirmişdir. Tryum motorçusu sözü də qapalı yerdə motorçu deməkdir. Cavabdehin iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəniz və çay donanması bəndinin (21.2) sahil heyəti yarımbəndində (c) tryum motorçuları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən “Azərbaycan Xəzər Dəniz Gəmiçilik’ QSC-nin xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xx-xx/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Aleksey Sipyagin adına üzən tərsanədə, xx.xx.1993-xx.xx.2013- cü il tarixləri arasındakı dövr ərzində Y.lbrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsi isə tryum motorçuları vəzifəsinə aid deyil. Buna görə də İddiaçı qanunveriliklə tələb olunan güzəştli iş stajı mövcüd olmamışdır. Həmçinin, qeyd etmək lazımdır ki, müəssisə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 13-3-3/2-M-1xx-xx/2024 nömrəli arayışda onun üzən tərsanədə işlədiyi qeyd olunmuş və işlədiyi vəzifənin 23003030-14748 nömrəli koda uyğun olduğu bildirilmişdir. Lakin müəssisə tərəfindən istinad olunan kod müvafiq siyahının Sahil heyəti bəndində nəzərdə tutulmuşdur.Halbuki iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində, həmçinin müəsisənin arayışında da qeyd olunduğu kimi üzən tərsanə də işləmişdir. Üzən tərsanədənin iddiaçının işlədiyi sahil heyətinə aid olmadığı isə aşkar sübutdur. XXVİİİ Nəqliyyat bölməsinin 4 yarımbölməsi nəzərdə tutulmuşdur.1.Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 2.Metropolitenlər 3.Dəniz və çay donanması a.Üzən heyət b.Sahil heyəti 4.Şəhər elektrik nəqliyyatı. Eyni zamanda bildirilir ki, müəssisə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13-3-3/2- 814/2024 nömrəli arayışda İddiaçı işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının müvafiq bəndlərində qeyd olunmuş 14748 və ya 14706 kodlarla uyğunluq təşkil etmədiyi və qeyd olunan kodların Dəniz Donanmasına aid olunduğu bildirilmişdir. Lakin 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixli 13-3-3/2-819/2024 nömrəli arayışda bildirilmişdir ki, iddiaçının işlədiyi motorçu vəzifəsinin xüsusiyyətlərini 2 nömrəli Siyahıda nəzərdə tutulan 23003030-14748 koduna aid etmək olar. Göründüyü kimi iddiaçıya ünvanlanan arayışlar ziddiyyətlidir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat uzrə mərkəzi filialına qarşı" güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1125/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarı ilə (hakim A.Almazova) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, müəssisə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13-3-3/2-M1xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 13-3-3/2-M-190/10t-33/2024 nömrəli arayışlarda onun üzən tərsanədə işlədiyi qeyd olunmuş və işlədiyi vəzifənin 23003030-14748 nömrəli koda uyğun olduğu bildirilmişdir. Lakin müəssisə tərəfindən istinad olunan kod müvafiq Siyahının Sahil heyəti bəndində nəzərdə tutulmuşdur. Halbuki iddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsində, həmçinin müəssisənin arayışında da qeyd olunduğu kimi üzən tərsanədə işləmişdir. Üzən tərsanənin iddiaçının işlədiyi sahil heyətinə aid olmadığı isə aşkar sübutdur. Müəssisə tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13-3-3/2- 814/2024 nömrəli arayışda İddiaçı işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının müvafiq bəndlərində qeyd olunmuş 14748 və ya 14706 kodlarla uyğunluq təşkil etmədiyi və qeyd olunan kodların Dəniz Donanmasına aid olunduğu bildirilmişdir. Lakin 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixli 13-3-3/2-819/2024 nömrəli arayışda və xx.xx.2024cü il tarixli 13-3-3/2-M-190/10t-33/2024 nömrəli arayışlarda bildirilmişdir ki, iddiaçının işlədiyi motorçu vəzifəsinin xüsusiyyətlərini 2 nömrəli Siyahıda nəzərdə tutulan 23003030- 14748 koduna aid etmək olar. Göründüyü kimi iddiaçıya ünvanlanan arayışlar ziddiyyətlidir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsaslarından, apellyasiya şikayətinin dəlillərindən, həmçinin məhkəmə araşdırması zamanı verilən izahatlardan aydın göründüyü kimi iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının aparılmasından ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı elementlər mövcud olmalıdır: 1) xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının mövcud olması; 2) Həmin stajın 12 il 6 ayını güzəştli peşələrdə iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə bir nəticəyə gəlmişdir ki, yuxarıda sadalanan şərtlər iddiaçıya münasibətdə ödənilir. İşdə olan iddiaçıya məxsus AA seriyalı 075651 nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, iddiaçı xx.xx.1963-cü ildə anadan olmuş, onun 57 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Həmçinin, işin digər mübahisəsiz halı iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi stajının tamamlanması ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1979-cu ildə 38№-li Texniki Peşə Məktəbinə daxil olmuşdur. xx.xx.1982-ci ildə 607515 №-li diplom ilə 3-ci dərəcəli “Armaturçu elektrik qaynaqçısı” peşəsi üzrə orta texniki peşə məktəbini tam kurs əyani bitirərək ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 №-li xx.xx.1996-cı il tarixli qərarına əsasən 38 №-li Texniki Peşə Məktəbinin adı dəyişdirilərək 1№-li Gəncə Peşə Məktəbi olmuşdur; -НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur; - ИТ-İ seriyalı ******* saylı xx.xx.1984-cü il tarixli əmək kitabçasından görünür ki xx.xx.1984-cü il tarixdə 206 saylı, xx.xx.1984-cü il tarixli əmrə əsasən təmir tikinti qrupuna ikinci dərəcəli fəhlə qəbul edilmişdir. xx.xx.1985-ci il tarixdə 151 saylı xx.xx.1985-ci il tarixli əmrə əsasən rəngsaz ixtisası verilmişdir, təmir tikinti qrupuna üçüncü dərəcəli rəngsaz keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 12 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən təmir tikinti qrupunda dördüncü dərəcəli rəngsaz təyin edilmişdir. xx.xx.1987-ci il tarixdə 154 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən mexaniki sexə birinci dərəcəli gəmi təmiri çilingəri keçirilmişdir. xx.xx.1987-ci il tarixdə 163 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən təmir tikinti qrupunda dördüncü dərəcəli rəngsaz keçirilmişdir. Sov.İKP XXİ qurultayı adına X21 və qaz sənayesi GTZ İB xx.xx.1988 tarixli 148 nömrəli əmrinə əsasən Xəzr dəniz neft donanmasının adı X21 donanması İdarəsinin Sov.İKP XXİ qurultayı adına X21 və qaz sənayesi GTZ İB dəyişdirilmişdir. xx.xx.1988-ci il tarixdə 129 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən əmək haqqının ödənişi şərtlərinin dəyişilməsi ilə əlaqədar üçüncü dərəcəli üzçəkən hesab edilmişdir. xx.xx.1990-ci il tarixdə 168 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən təmir tikinti qrupunda dördüncü dərəcəli üzçəkən bərpa edilmişdir. xx.xx.1991-ci il tarixdə 1 saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən mühərrikçi ixtisasına yiyələnmək üçün “Aleksey sinyagin” üzən dokuna birinci dərəcəli fəhlə keçirilmişdir. xx.xx.1991-ci il tarixdə 26 saylı xx.xx.1991-ci il tarixli əmrə əsasən ikinci dərəcəli mühərrikçi ixtisası verilib və “Aleksey sinyagin” üzən dokuna ikinci dərəcəli mühərrikçi keçirilmişdir. xx.xx.1992-ci il tarixdə 42 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən “Aleksey sinyagin” üzən dokuna birinci dərəcəli mühərrikçi keçirilmişdir. X21 və qaz sənayesi GTZ İB xx.xx.1991 tarixli 299 nömrəli əmrinə əsasən Sov.İKP XXİ qurultayı adına Gəmiqayırma zavodunun adı X21 donanması İdarəsinə dəyişdirilmişdir. xx.xx.2004-cü il tarixdə 82 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə) xitam verilmişdir. xx.xx.2004-cü il tarixdə 1435 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən X14 Ud. Kapelfels, Lukoyls və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təsis edilmiş müştərək müəssisə Böyük Motorçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 919 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə 155 saylı xx.xx.2005ci il tarixli əmrə əsasən əmək müqaviləsinə əsasən 901 saylı üzən tərsanəyə birinci dərəcəli motorçu qəbul edilmişdir.xx.xx.2006-ciı il tarixdə 392 saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağlandıqda) xitam verilmişdir. xx.xx.2005-ci il tarixdə 165 saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən 90/s üzən tərsanədə böyük motorçu vəzifəsinə keçirilmişdir.Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli 51 saylı əmrinə əsasən zavod X21 Donanması Gəmi Təmiri Zavodu adlandırılmışdır. xx.xx.2013-cü il tarixdə 1349k saylı xx.xx.2013-cü il tarixli əmrə əsasən 901 saylı üzən tərsanəyə Əmək müqaviləsi əsaslnda 12 dərəcəli növbə mexaniki keçirilmişdir.Azərbaycan Respublikası prezidentinin 2013-cü il tarixli 22 oktyabr 6 №-li və xx.xx.2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dövlət Neft Şirkətinin X21 Donanmasının yenidən təşkili yolu ilə "xxxx" QSC yaradılmışdır. xx.xx.2014cü il tarixdə 5 saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən Bibiheybət Gəmi Təmiri Zavodnun 901 saylı üzən tərsanəsinə 11-ci dərəcəli növbə mexaniki keçirilmişdir. xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli əmrə əsasən hal-hazırda işləyir. Beləliklə, iddiaçının təhsil aldığı dövr, hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq (25 il 02 ay 04 gün) ümumi stajının tamamlanması aydın görünür. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı iddiaçının tələb olunan (12 il 6 ay) güzəştli peşələrdə iş stajının mövcud olmaması ilə bağlıdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Aleksey Sipyagin adına üzən tərsanədə, xx.xx.1993-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.İbrahimov adına tərsanədə motorçu vəzifəsində işlədiyi dövrlər mübahisələndirilir. Cavadeh etirazını onunla əsaslandırmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli 13-3-3/2-814/2024 nömrəli arayışda İddiaçı işlədiyi motorçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahının müvafiq bəndlərində qeyd olunmuş 14748 və ya 14706 kodlarla uyğunluq təşkil etmədiyi və qeyd olunan kodların Dəniz Donanmasına aid olunduğu bildirilmişdir. Lakin 2 gün sonra, yəni xx.xx.2024-cü il tarixli 13-3-3/2-819/2024 nömrəli arayışda və xx.xx.2024-cü il tarixli 13-3- 3/2-M-190/10t-33/2024 nömrəli arayışlarda bildirilmişdir ki, iddiaçının işlədiyi motorçu vəzifəsinin xüsusiyyətlərini 2 nömrəli Siyahıda nəzərdə tutulan 23003030-14748 koduna aid etmək olar. Göründüyü kimi iddiaçıya ünvanlanan arayışlar ziddiyyətlidir və bu səbəbdən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası iş üzrə araşdırma zamanı iş materiallarında olan sənədlərə diqqəti çəkir: -"xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2023-cü il tarixli A-117 nömrəli şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən gəmi təmiri çilingəri vəzifədə "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.1987-xx.xx.1987-ci il əmr 154 nömrəli, xx.xx.1987-ci il gəmi təmiri çilingəri vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta və ya iş stajı 26 gündür. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 13-3/2-M-781/2t-33/2023 nömrəli məktubundan görünür ki, etibarnamə üzrə nümayəndəsisi X10 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətə müvafiq qaydada baxılmışdır. Hazırkı məktubla ASCO xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir.Eyni zamanda bildirilir ki, yuxarıda qeyd olunan dövrlərdə işin xüsusiyyətini nəzərə alaraq, üzən tərsanələrdə əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar “tryum motorçusu” vəzifəsində çalışan işçilərin əmək funksiyalarına aiddir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 13-3/2-M-1xx-xx/2024 nömrəli məktubundan görünür ki, etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ASCO) ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəyə müvafiq qaydada baxılmışdır.Bundan öncə göndərdiyi məktubda qeyd edildiyi kimi, ASCO xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyinizi təsdiq edir.Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirmək istərdik ki, üzən tərsanələrdə tərəfinizdən əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısında nəzərdə tutulmuş “tryüm motorçusu" vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarına aiddir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 13-3-3/2-609/2024 nömrəli məktubundan görünür ki, zavodun işçisi İddiaçı çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası NK-nin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 bəndində qeyd olunmadığına görə ona güzəştli arxiv arayışının verilməsi məqsədə uyğun sayılmır. İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinə kimi (26 gün) gəmi təmiri çilingəri kimi işlədiyi dövrə güzəştli arxiv arayışı verilmişdir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-716/2024 nömrəli məktubundan görünür ki, zavodun işçisi İddiaçı çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası NK-nin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 11.6 bəndində qeyd olunmadığına görə ona güzəştli arxiv arayışının verilməsi məqsədə uyğun sayılmır.İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.1987-ci il tarixinə kimi (26 gün) gəmi təmiri çilingəri kimi işlədiyi dövrə güzəştli arxiv arayışı verilmişdir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-814/2024 nömrəli məktubundan görünür ki, İddiaçı çalışdığı motorçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlarla (14748 və ya 14706) uyğunluq təşkil etmir və qeyd olunan kodlar Dəniz Donanmasına aid olunur. Zavodun işçilərinin “Güzəştli şərtlərə yaşa görə pensiya hüquqi verən peşələrinin” siyahısı həmin Qərarın 2 №-li siyahisinin 21503000 bəndinin 3 saylı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində qeyd olunub və motorçu peşəsinin adı bu bölmədə, habelə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 11.6 bəndində göstərilməmişdir. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-819/2024 nömrəli məktubundan görünür ki, İddiaçı çalışdığı motorçu peşəsinin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlar (14748 və ya 14706) Dəniz Donanmasına aid olunur. “Bibiheybət” Gəmi Təmiri Zavodu iş fəaliyyəti “Güzəştli şərtlərə yaşa görə pensiya hüquqi verən peşlələrinin” siyahısı həmin Qərarın 2 №-li siyahisinin 21503000 bəndinin 3 saylı “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində qeyd olunub və motorçu peşəsinin adı bu bölmədə, habelə hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 11.6 bəndində göstərilmədiyindən İddiaçı güzəştli iş stajı barədə arayışın verilməsi mümkün deyil. -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-M-190/8t-33/2024 nömrəli məktubundan görünür ki, etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və surəti “Bibiheybət” Gəmi Təmiri Zavoduna ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətinə müvafiq qaydada baxılmışdır. Məktubda qeyd edildiyi kimi, zavod xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa » görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahının müvafiq bəndlərində qeyd olunmuş kodlar (14748 və ya 14706) Dəniz Donanmasına aiddir -"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi Təmiri Zavodu xx.xx.2024cü il tarixli 13-3-3/2-M-190/10t-33/2024 nömrəli məktubundan görünür ki, bundan öncə göndərilən məktubda qeyd edildiyi kimi, İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirilir ki, İddiaçı üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Göründüyü kimi -"xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən göndərilmiş məktublarda iddiaçının xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Aleksey Sipyagin adına üzən tərsanədə, xx.xx.1993-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Y.İbrahimov adına tərsanədə işlədiyi motorçu vəzifəsinin uyğun olaraq Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan nəqliyyat sahəsinə, işlədiyi motorçu vəzifəsinin isə tryum motorçuları vəzifəsinə, yəni güzəştli pensiya hüququ verən işlərə aid olub-olmaması mübahisə doğurur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlanmış, iddiaçıyla eyni müəsissədə eyni mübahisəli vəzifə üzrə işləmiş X9, X8 və X5 adlı şəxslərin pensiya işlərinin əsillərinə və təsdiq edilmiş surətlərinə dair müvafiq məlumatların təqdim olunması xahiş olunmuşdur. X3 məxsus pensiya işi sənədlərindən görünür ki: - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən X3 təqdim olunmuş arayışda qeyd edilmişdir ki, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi, xx.xx.1996-cı ildən xx.xx.2004-cü ( l dərəcəli motorçu vəzifəsində işlədiyi dövrlər) ilə qədər xx.xx.2005-ci ildən ( l dərəcəli motorçu vəzifəsində işlədiyi dövrlər) hal hazıra kimi olan iş stajı Azərbaycan Respublikası Nazirlər kabinetinin 2007-ci il 23 yanvar 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısının 11-ci maddəsinin (Metal emalı) 11.6a yarımbəndinə əsasən (qažanxana gəmi gəmiqayırma və gəmi təmiri işləri) ve 21.2 maddəsinə (Dəniz və çay donanması), güzəştli şərtlərlə təqaüd təyin edilməsinə haqq verir. X6 məxsus pensiya işi sənədlərindən görünür ki: - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət Gəmi Təmir Zavodu “ tərəfindən X6 verilmiş arayışda həmin müəssisədə İ dərəcəli motorçu kimi işlədiyi dövlər güzəştli şərtlərlə pensiya hüququ əldə etmək üçün nəzərdə tutulmuş dövrlərin siyahısına aid edilmişdir. -X7 “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə” dair işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmuş , şəxsin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində l dərəcəli motorçu vəzifəsində işlədiyi dövrlər həmin müəssisənin arayışı əsasında güzəştli iş stajına daxil edilmişdir. X1 məxsus pensiya işi sənədlərindən görünür ki: - Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi tərəfindən X1 dair DSMF-yə təqdim olunmuş arayışdan məlum olur ki, şəxs 2014-cü ildən Üzən tərsanədə növbətçi mexanik işləyir . Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21-ci bölməsinin 21.2.bəndinin Deniz və çay donanması b) üzən heyət xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər( xidmət gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər, bütün adlarda maşinistlər, mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər (21.2.səhifə 74 Koduna uyğun olaraq) 15(on beş) il 11(on bir) ay 12(on iki) gün iş stajı ilə X1 güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. Bundan başqa apellyasiya icraatı zamanı arayışlar arasında mövcud olan ziddiyyətlərə aydınlıq gətirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “Bibiheybət Gəmi Təmir Zavodu“ na göndərilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, zavod xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Aleksey Sipyagin adına üzən tərsanədə “2-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək sözügedən tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək Y.İbrahimov adına tərsanədə “1-ci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 901 saylı üzən tərsanədə “birinci dərəcəli motorçu” vəzifəsində, xx.xx.2005-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək sözügedən tərsanədə “böyük motorçu” vəzifəsində işlədiyini təsdiq edir. “Bibiheybət” Gəmi Təmiri Zavodunun işçilərinə peşələr üzrə güzəştli arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” bölməsində qeyd olunduğu halda verilir. Yuxarıda sadalanan dövrlərdə icra olunmuş işlərin xüsusiyyətini nəzərə alaraq bildirmək istərdik ki, üzən tərsanələrdəki əmək funksiyaları qapalı şəraitdə yerinə yetirilmiş və faktiki olaraq həmin funksiyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda nəzərdə tutulmuş “tryüm motorçusu” vəzifəsində (kod: 23003030-14748) çalışan işçilərin əmək funksiyalarının xüsusiyyətlərinə aid etmək olar. Bütün bunları ümumiləşdirirərək məhkəmə kollegiyası hesab edir ki, eyni hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə fərqli yanaşma göstərilməsi hüquqi dövlət prinsiplərinə ziddir. İş materiallarından görünür ki, "xxxx" QSC tərəfindən iddiaçının çalışdığı vəzifə barədə bir-birinə zidd məzmunlu bir neçə arayış təqdim olunmuşdur. Arayışların bir qismində həmin vəzifənin güzəştli pensiya hüququ verilən peşələr siyahısına daxil olduğu, digərlərində isə əksinin qeyd olunduğu müəyyən edilir. Həmçinin eyni müəssisədə eyni vəzifəni icra edən digər şəxslər barədə təqdim edilmiş sənədlərdən isə görünür ki, onların iş fəaliyyəti güzəştli şərtlərlə qiymətləndirilib və bu şəxslər güzəştli pensiya hüququndan yararlanıblar. Bu hal göstərir ki, eyni faktiki şəraitdə eyni vəzifədə çalışan şəxslər arasında fərqli rəftar tətbiq olunmuş, iddiaçı əsassız şəkildə həmin hüquqdan kənarda saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bərabərlik meyarı yalnız formal eyniliyi deyil, eyni hallara münasibətdə eyni hüquqi nəticənin tətbiqini tələb edir. Əgər fərqli nəticə müəyyən edilirsə, bu fərqin obyektiv və əsaslı səbəblərlə izah olunması vacibdir. Lakin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Xüsusi Şərtlərlə Təyina üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş materiallarda belə əsaslandırma mövcud deyil. “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Bundan əlavə məhkəmə kollegiyası diqqətə çatdırır ki, "tryüm motorçusu” dənizçilik və gəmiçilik termini olmaqla mənası – gəminin tryüm (yəni yük bölməsi və ya göyərtənin altındakı texniki hissə) hissəsində mexaniki avadanlıqlara, mühərriklərə, nasoslara və digər texniki sistemlərə nəzarət edən və texniki xidmət göstərən dənizçi deməkdir. Yəni ki, tryüm motorçusu gəmidə mühərrik şöbəsində işləyən texniki işçidir. O, əsas mühərrikin və köməkçi mexanizmlərin işləməsinə kömək edir, yağlama, su, yanacaq sistemlərini yoxlayır və mühərrik baş mühəndisinə tabe olur. İddiaçı barəsində verilmiş arayışlardan, vəzifə təlimatında da aydın olduğu kimi iddiaçı sahil heyətində qapalı şəraitdə, yük bölməsində və ya göyərtənin altındakı texniki hissədə motorçu işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nda 23003030-14748 kod altında “tryüm motorçusu” vəzifəsində çalışan işçilər nəzərdə tutulmuşdur. Beləliklə, iş üzrə ətraflı araşdırma nəticəsində iddiaçının 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması aydın görünür. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər ödənildiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə əsaslı olmuşdur, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1125/2025 nömrəli, 07 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Mirzəli Abbasov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar