Məhkəmə qərarları › İş №2-1(103)-2445/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2445/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2445/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2249/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 10 mart 2021-ci il tarixdən pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Metallurgiya istehsalatı bölməsinin (3) Yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları bəndində 1030100а—13792 kodu üzrə metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri və həmin bölmənin boru istehsalı bəndində 1030400а—13792 kodu üzrə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 13 dekabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin Boru Yayma-1 sexində təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun işlədiyi təmirçi çilingər vəzifəsi yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay (xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.2011-xx.xx.2011-ci il və xx.xx.2011-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdeh tərəf apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla ünvan 1 ünvanında qeydiyyatdadır. - HЗ № ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. - УВ-İ № 118894 nömrəli, xx.xx.1990-cı il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1984-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuş, xx.xx.1990-cı ildə fizika müəllimi ixtisası üzrə tam kursu bitirmişdir. - ИТ-İ № ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə Prokat sexinə ÇM-1, 3-cü dərəcə üzrə 850 dəzgahının kranlarının maşinistləri şöbəsinin qaynar şöbənin metal istehsalı üzrə (nömrə 1, 4, 5) kranın maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə prokat sexinə ÇM-1, 3-cü dərəcə üzrə 850 dəzgahının qaynar şöbəsinin metal istehsalı üzrə (nömrə 6, 9, 22) metallurgiya istehsalı kranının maşinistİ vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə prokat sexinə ÇM-1, 3-cü dərəcə üzrə 700 dəzgahının şöbənin metal istehsalı üzrə 25 nömrəli metallurgiya istehsalı kranının maşinisti vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə vəzifədən azad edilmişdir. xx.xx.1985-ci ildə Azərbaycan SSR Daxili İşlər orqanına xidmətə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir xx.xx.1986-cı ildə mexanik vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə istehsalat təlimi üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə inzibati və təsərrüfat işləri üzrə direktor müavini təyin edilmiş, xx.xx.1996-cı ildə işdən azad edilmişdir. xx.xx.2003-cü ildə "xxxx" ASC-də Boruyayma - 1 sexinə 250-1 dəzgahının isti şöbəsinin mexaniki qulluq sahəsinə 4-cü dərəcə təmirçiçilingər hava xətti üzrə qəbul edilmiş, xx.xx.2005-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci ildə "xxxx" ASC "xxxx" MMC-də 2 saylı Sumqayıt Təmir və Quraşdırma sexinə 4-cü dərəcə ilə krançı peşəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə Sumqayıt Texnologiyaları Parkının Söküntü sahəsinə 4-cü dərəcəli körpü kran operatoru vəzifəsinə keçirilmiş, xx.xx.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009cu ildə “DHT Metal” BM-nə müddətsiz müqavilə əsasında kran operatoru vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2011- ci ildə "xxxx" ASC-də Texniki Xidmət və Təmir Departamentinin Mexaniki avadanlıqlarının Xidməti və Təmiri sexinə Boruyayma sexi üzrə kran maşinisti qəbul edilmiş, xx.xx.2011-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2011-ci ildə “X3” MMC-də Poladəritmə sexinə körpülü kran maşinisti vəzifəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə Poladəritmə sexinə körpülü kran maşinisti (pəstahların fasiləsiz tökmə sahəsində) vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə Poladəritmə sexinə körpülü kran maşinisti (çalov sahəsində) keçirilmiş, xx.xx.2018-ci ildə işdən azad eidlmişdir. xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək işsizlikdən sığorta ödənişi almışdır. - “X3” MMC-nin xx.xx.2021-ci il tarixli, 27/L nömrəli araşdırıcı arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, həqiqətən o, 23 noyabr 2011-ci il tarixdən 01 may 2012-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində körpülü kran maşinisti, 01 may 2012-ci il tarixdən 03 noyabr 2014-cü il tarixədək Poladəritmə sexinin Pəstahların fasiləsiz tökmə sahəsində isti və zərərli iş şəraitində körpülü kran maşinisti və 03 noyabr 2014-cü il tarixdən 22 noyabr 2018-ci il tarixədək Poladəritmə sexinin çalov sahəsində isti və zərərli iş şəraitində körpülü kran maşinisti peşəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində metallurgiya istehsalatının kran maşinistləri kimi öz əksini tapmışdır. - "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, AZB01/111 nömrəli məktubda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı "xxxx" ASC-də işlədiyi dövr üzrə güzəştli arayış sizə göndərilir. Həmçinin nəzərinizə çatdırılır ki, İddiaçı "xxxx" ASC-də işlədiyi kran maşinisti və təmirçi-çilingər peşələrinin xüsusiyyətləri eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (3) Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin 3.7 (a) və 3.8-ci (a) yarımbölmələrində nəzərdə tutulan müvafiq peşələrin xüsusiyyətləri ilə eynidir. Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 66 nömrəli arayışda göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək, xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Yayma sexində, Boru Yayma - 1 sexində (TX və TD-də MAX və T) Boru Yayma sexi üzrə kran maşinisti, təmirçi çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının İİİ bölməsinin 3a, 4a yarımbölməsinin 1030300a-13792, 1030400a-13792, 1030400a-1753a şifri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd: xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü ilədək ödənişsiz məzuniyyətdə olub. Arayış əmək kitabçası, T-2 kartı, vəzifə təlimatları, şəxsi hesabı əsasında verilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 65 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Boru Yayma - 1 sexində 250-1 dəzgahının isti şöbəsində təmirçi-çilingər işləyib. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 1030400a-1753a şifri ilə güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Qeyd: xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü ilədək ödənişsiz məzuniyyətdə olub. Arayış əmək kitabçası, T-2 kartı, vəzifə təlimatları, şəxsi hesabı əsasında verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14554,33 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 26330,47 manat olmaqla cəmi pensiya kapitalı 40884,80 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 1 ay 6 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14554,33 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 26330,47 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,80 manat məbləğində hesablanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının 12 il 06 aydan az təşkil etdiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə iddianın təmin edilməsi ilə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırki işdən görünür ki, İddiaçı ona 60 yaşdan, yəni 10 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən aydındır ki, iddiaçı xx.xx.1961-ci il ildə anadan olub və 60 yaşının tamam olduğu 10 mart 2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. İş materiallarından müəyyən edilir ki, 10 mart 2021-ci il tarixə iddiaçının 25 ildən çox ümumi stajı və 12,6 ildən çox güzəştli şərtlərlə iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir; 1.5. Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əmək kitabçalarının hazırlanması, verilməsi, doldurulması və saxlanması qaydası Azərbaycan Respublikası qanunvericiliyi və bu Əsasnamə ilə tənzimlənir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. .... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. xx.xx.2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci, yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasına və işdə olan digər sənədlərə əsasən, hərbi xidmət və təhsil illəri də daxil olmaqla, 10 mart 2021-ci il tarixə iddiaçının 31 il 05 ay 10 gün gün ümumi iş stajı mövcuddur. ( 1981.xx.xx-1979.10.19 = 02 il 01 ay 01 gün (hərbi xidmət dövrü)) + ( 1990.xx.xx-1984.09.01= 05 il 10 ay 13 gün (təhsil dövrü)) + əmək fəaliyyəti dövrü ((1984.xx.xx-1982.01.14 = 02 il 07 ay 18 gün) + (1996.xx.xx-1990.07.13 = 06 il 04 ay 02 gün) + (2009.xx.xx-2003.07.24 = 3 il 9 ay 15 gün) + (2010.xx.xx-2009.11.02 = 07 ay) + (2011.xx.xx-2011.01.28 = 7 ay 05 gün) + (2018.xx.xx-2011.11.23 = 07 il) + (işsizlikdən sığorta ödənişi dövrü (2019.08.01 + 2019.02.01 = 06 ay 01 gün)) = 31 il 05 ay 10 gün Cavabdeh apelyasiya şikayətində iddiaçının ümumi iş stajını deyil, xüsusi iş stajını mübahisələndirmiş və işlədiyi müvafiq vəzifələrin güzəştli şərlərlə əmək fəaliyyəti növlərinə aid olmadığına əsaslanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi araşdırması zamanı iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçının işlədiyi peşələrin güzəştli olmadığını bildirsədə, məhkəmə araşdırması bunu təkzib edir. Belə ki, iddiaçının "xxxx" ASC-də xx.xx.1982-xx.xx.1985-ci ilədək Yayma sexində metallurgiya istehsalı kranının maşinisti peşəsi və xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrdə Boruyayma sexi üzrə kran maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın ******* Yayma, təkəryayma bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları yarımbölməsində 1030300a—13792 isti işlərlə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri, 10304000 Boru istehsalı yarımbölməsində 1030400a— 13792 isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan metallurgiya istehsalatının kran maşinistləri peşələrinə uyğundur. xx.xx.2003-xx.xx.2005-ci ilədək işlədiyi Boruyayma - 1 sexində 250-1 dəzgahının isti şöbəsində təmirçi çilingər vəzifəsi 10304000 Boru istehsalı: boruyayma, boruqaynağı, elektrik boru qaynağı, boruçəkmə, borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması 1030400a a) fəhlələr yarımbölməsində 1030400a—1753a təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinə uyğundur. xx.xx.2011-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər “X3” MMC-də Poladəritmə sexində isti və zərərli iş şəraitində körpülü kran maşinisti vəzifəsi hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması yarımbölməsində a) fəhlələr: metallurgiya istehsalatının kran maşinistləri peşəsinə uyğundur. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı mövcuddur və qanunvericiliklə nəzərdə tutulmuş müddət tamamlanmışdır, yəni iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. (1985.xx.xx-1982.01.14 = 3 il 1 ay 27 gün) + (2005.09.07 – 2003.07.24 = 2 il 1 ay 13 gün) + (2011.xx.xx-2011.01.28 = 7 ay 4 gün) + (2011.23 – 2018.11.22 = 7 il 29 gün) = 12 il 10 ay 13. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, 10 mart 2021-ci il tarixə iddiaçının 31 il 05 ay 10 gün ümumi iş stajı və 12 il 10 ay 13 gün xüsusi iş stajı mövcuddur. İddiaçıya 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə münasibətdə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, “...iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 40800,80 manat hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14554,33 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 26330,47 manat olmaqla cəmi pensiya kapitalı 40884,80 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir”. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2249/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar